Məhkəmə qərarları › İş №1(102)-1421/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1421/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1421/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Novruz Kərimov, hakimlər Rasim Sadıxov və Azər Paşayevdən ibarət tərkibdə) 14 sentyabr 2022-ci il tarixli 1(101)1010/2022 nömrəli hökmü ilə xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 04 dekabr 2020-ci il tarixdə cəza müddəti başa çatdığından cəzadan azad edilmiş, hazırda heç yerdə işləməyə n, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 08 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 07 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində başqa şəxs ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 300 manata külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin əldə edib, daşıyaraq özündə saxlamış, 08 noyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Nərimanov RPİ- nin 16-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 83A ünvanında yerləşən Nərimanov RPİ 16-cı PB-nin inzibati binasına gətirilmiş və orada onun üzərinə baxış keçirilən zaman əynindəki şalvarının sağ yan cibindən dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,216 qr., 1,632 qr., 22,018 qr., 21,912 qr., külli miqdarda, yəni ümumi təmiz çəkisi 46,778 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin şalvarın sol yan cibindən isə bir bükümdə küllü miqdarda, yəni 11,870 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi h akim İbrahim İbrahimli, hakimlər Zəki Babayev və Ziya Şirinovdan ibarət tərkibdə) 16 noyabr 2022-ci il tarixli 1(103)-2052/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 1(101)-1010/2022 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 06 (altı) il 06 (altı) ay müddətinə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2021-ci il tarixli qərarının dəyişdirilməsini, əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Kassator şikayətdə qeyd etmişdir ki, barəsində olan hökm ittiham tərəfinin saxta və həqiqəti əks etdirməyən subyektiv mülahizələrinə əsaslanmaqla çıxarılmış, onun əməlini bilavasitə sübut edən yetərli və mötəbər sübutlar məhkəməyə təqdim olunmamış, cinayət qanununun norması düzgün tətbiq edilməmiş, sübutlar Azərbaycan Respublika sı CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun şəkildə tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunmamışdır. Məhkəmənin gəldiyi yekun nəticə işin faktiki hallarına uyğun deyildir, ən acınacaqlı hal isə bundan ibarətdir ki, əməli düzgün tövsif olunmamış və o etmədiyi bir cinayət əməlində təqsirli bilinərək ağır bir cəzaya məhkum olunmuşdur. Məhkəmə hökmünə görə o, satış məqsədi ilə küllü miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində ittiham olunmuşdur. İstintaq materiallarinda mənim küçədə saxlanıldığım və bu zaman üzərindən ümumi çəkisi 59 (əlli doqquz) qram təşkil edən metamfetamin və heroin aşkarlandığı iddia edilir. Bu fikirlər ağ yalandır və həqiqətdən xeyli uzaqdır. Əslində o, ünvan 5 ünvanında yerləşən və özünə məxsus həyət evində saxlanılmışdır. Axta rış-baxış zamanı nə üzərindən, nə də mənzilindən heç bir qanunsuz əşya, narkotik vasitə və yaxud psixotrop maddə aşkarlanmayıb. Qeyri-qanuni həbsini gözləri ilə görən qonşuları dediklərinin doğruluğunu bu gündə təsdiqləyə bilərlər. O, məhkəmə araşdırması zamanı həmin şəxslərin şahid qismində tanınmaları və ifadə vermələri üçün iclas zalına dəvət olunmaları barədə dəfələrlə vəsatətlər versə də həmin vəsatətlər təmin edilmədən saxlanılmışdır. Saxlanıldıqdan dərhal sonra gətirildiyi 16-cı polis bölməsində ona təzyiqlər olunmağa başlamışlar. Ona müxtəlif üsullarla işgəncələr verərək, habelə psixoloji təhdidlər edərək külli miqdarda narkotik vasitəni boynuna götürməyi tələb olunurdu. İşgəncələrə dözməyərək sənədlərə qol çəkmək məcburiyyətində qalmışdır və polislər tərəfindən qoyulmuş 4-5 bükü mdə olan, ümumi çəkisi təxminən 59 qrama yaxın olan metamfetamin və heroinin ona məxsus olduğu barədə izahat vermışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhz bu səbəblərdən narazı qaldığı hökmdən apellyasiya şikayəti vermiş, əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif olunması və ona həmin maddənin sanksiya hədlərində ədalətli bir cəza təyin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ancaq Bakı Apellyasiya Məhkəməsi dəlillərini yetərsiz hesab edərək şikayətinin yalnız qismət təmin olunması barədə qərar çıxarmış və 28 oktyabr 2022-ci il tarixli iclasında cəza müddətini bir il azaltmışdır. Ona görə də həmin qərarla razılaşmır və onun dəyişdirilməli olduğu q ənaətindədir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi ştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı və apellyasiya məhkəməsinin qərarı aşağıda göstərilən səbəblərə görə dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan barətdir ki, əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olduğu halda məhkəmələr əsassız olaraq onun barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisə sinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Qanunun yuxarıda qeyd edilən normalarına görə Məhkum təqsirli bilindiyi cinayət tərkibinin bütün əlamətləri məhkəmə iclasında qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş sübutlarla təsdiq edilməl idir. İbtidai istintaqın ittihamı ilə razılaşan birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum Sabunçu rayonu, Ramana qəsəbəsində başqa şəxs ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 300 manata külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin əldə edib, daşıyaraq özündə saxlamışdır. Azərbaycan Respublikası CPM-in 34-cü maddəsinə görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət dedikdə bu cinayətin qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan b ir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və y a satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində Samir adlı şəxsdən 300 manata 02 ədəd bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə narkotik vasitə heroin almışdır. O, özü heç kimə narkotik maddə satmamış, narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmamışdır. Narkotik vasitə və psixotrop maddə özünün istifadəsi üçün almışdır. Məhkəmə kollegiyası cinayət işi üzrə sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutlarla Məhkum cinayət əməlini başqa şəxslə cinayət əlaqəsinə girib qabaqcada n əlbir olan bir qrup halında törətməsi işdə olan hər hansı bir sübutla təsdiq olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə əsassız tövsif etmişlər. Belə ki, Məhkum elan edilmiş ittihamdan görünür ki, Məhkum külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroini istintaqla müəyyən olunmayan şəxsdən alanadək həmin şəxslə, və ya hər hansı bir digər şəxslə həmin narkotik vasitə və psixotrop maddənin satılması, gəlirin əldə edilməsi və bölünməsi və ya narkotik vasitə və psixotrop maddə barədə hər hansı bir razılığa və ya sövdələşməyə gəlməsi müəyyən edilməmişdir. Belə bir razılaşma olmadan Məhkum digər şəxsdən narkotik vasitə və psixotrop maddəni alması onun bu əməli narkotik vasitə və psixotrop ma ddəni satan şəxslə birlikdə, yəni qrup halında törətməsi kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum CM-in 234.4.1-ci maddəsi üzrə verilmiş ittiham qanunsuz və əsassız olmuşdur. Məhkum CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. Qeyd olunanlardan belə nəticə çıxır ki, ibtidai istintaq orqanı təqsirləndirilən Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə tövsif edərkən onun tərəfindən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi barədə nəticəyə gələrkən hər hansı bir sübutu deyil, ancaq ibtidai istintaqın fərziyyəsini əsas götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözlə mək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndi rilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bundan əlavə məhkəmə kollegiyası Məhkum əməlində CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham ilə qeyd edir ki, birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin d igər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Babayev Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edilməsi və saxlaması barədə nəticəyə gələrkən sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Beləliklə məhkəmə kollegiyasının qənaətinə görə birinci in stansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittiham üzrə ittiham hökmü çıxarmaqda haqlı olmamış, apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq qeyd edilmiş hökmün qüvvədə saxlanılması barədə nəticəyə gələrkən qanunun yuxarıda qeyd edilən normaların tələblərini yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməmiş, onun əməli CM-in 234.4.1ci maddəsi ilə düzgün ittiham verilməmiş, işə baxan məhkəmələr də Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qeyd olunan cinayəti törətməsi barədə nəticəyə gələrkən səhvə yol vermişlər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum üzərin dən aşkar olunmuş narkotik maddəni məhz satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilir, lakin onun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən həmin əməlini törətməsi təsdiq edilmədiyindən onun əməli yalnız Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddə ilə ona cəza təyin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tu tan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkan ına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da kassasiya kollegiyası işə baxan məhkəmələrin təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifi ilə bağlı mövqeyini əsaslı hesab etmir. Beləliklə, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli hökmü CM-in 234.4.1-ci maddəsinə dair hissədə ləğv edilməli, Məhkum CM-in 234.4.1-ci maddəsi onun ittihamından xaric edilməli, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə cəza təyin edilməlidir. Azərbaycan Respubli kası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilsin. Məhkum ittihamdan Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi xaric edilsin. Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona 6 (altı) il müddətinə azadlıqdan məhrumetə cəzası təyin edilsin. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar