Məhkəmə qərarları › İş №1(102)-1421/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1421/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1421/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 CM-in 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü mad dələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2023-cü il tarixli qərarından Məhkum İİham qızının müdafiəçisi Müdafiəçi12 və məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-134/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli (X3 (sədrlik edən), X5 və X1) hökmü ilə, 2 avqust 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Penitensiar Xidmətin 04 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkə n Məhkum İİham qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 3 noyabr 2020-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, xx xxx 1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşamış, haz ırda Penitensiar Xidmətin 06 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasının,Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il 6 (altı) ay müdd ətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 4 noyabr 2020-ci il tarixdən hesablanması,Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınması, hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X7 (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Anar İbrahimov) 12 aprel 2023-cü il tarixli 1(103)-99/2023 nömrəli qərarı ilə məhkumlar və onların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmü dəyişdirilməklə, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilsin və həmin maddə ilə təqsirli bilinib ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza hökmlə CM-nin 234.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təyin edilmiş cəzalar ilə qismən toplanılmaqla ona qəti olaraq 9 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilsin və həmin maddə ilə təqsirli bilinib ona 3 il müddətə aza dlıqdan məhrum etmə cəzası təyin olunmaqla, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza hökmlə CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təyin edilmiş cəzalar ilə qismən toplanılmaqla ona qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: V.C.Cəfərov (sədrlik edən və məruzəçi), İ. Ə.Rəcəbov və R. M. Abdulov) 17 avqust 2023cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023-cü il tarixli qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və İbrahim İbrahimli) 22 dekabr 2023-cü il tarixli 1(103)-2133/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmü dəyişdirilməklə, Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilsin və həmin maddə ilə təqsirli bilinib ona 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza hökmlə Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona təyin edilmiş cəzalar ilə qismən toplanılmaqla ona qəti olaraq 9(doqquz) il 3(üç) ay müddətinə azadlıqdan m əhrum etmə cəzası təyin edilmiş, məhkum Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilmiş cinayət əməlinin həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilsin və həmin maddə ilə təqsirli bilinib ona 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza hökmlə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona təyin edilmiş cəzalar ilə qismən toplanılmaqla ona qəti olaraq 10 (on) il 03(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin qərardan Məhkum müdafiəçisi və məhkum Təqsirləndirilən şəxs2 tərəfindən kassasiya şikayətləri verilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıx arılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Məhkum 2020-ci ilin oktyabr-noyabr aylarında Türkiyə Respublikası İstanbul şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə və həmin şəxslər vasitəsi ilə Azərbaycan Respublikasının vətəndaşları X4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ilə tamah və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə və qabaqcadan əldə olunmuş razılığa uyğun olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələrin Azərbaycan Respublikasında qanunsuz dövriyyəsi həyata keçirildikdən sonra cinayətkar qrupun azərbaycanda olan üzvü Təqsirləndirilən şəxs3 adına "xxxx" ASC-də açılmış bank hesabları üzrə pul vəsaitlərinin digər hesablara köçürülməsinə, o cümlədən cinyətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şamxal Novruzovun tapşırığına əsasən cinayətkar fəaliyyəti müqabilində Təqsirləndirilən şəxs2 çatdırılası pul vəsaitinin Təqsirləndirilən şəxs3 bank hesabına köçürülərək Təqsirləndirilən şəxs2 çatdı rılmasına tamah niyyəti ilə əvvəlcədən razılıq vermiş, ümumi cinayətkar niyyətə və qabaqcadan əldə olunan razılığa uyğun olaraq o, 3 noyabr 2020-ci il tarixdə saat 13 radələrində Türkiyə Respublikası İstanbul şəhərində cinayətkar qrupun istintaqa məlum olmayan üzvündən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə iki ədəd “Corn Flakes” və bir ədəd “Coco Pops” şirniyyat paketinin içində gizlədilmiş külli miqdarda, təsiredici miqdarı 4095 qram olan 13.650 ədəd preqabalin güclü təsiredici maddəsinin, 2 ədəd “Nestle Nesquik” plastik qutularının içində gizlədilmiş 3 bükümdə külli miqdarda, 552,9 qram kokain narkotik vasitəsinin, bir ədəd “Emsal kuruyemiş” silindr formalı şirniyyat qutusunun içərisində gizlədilmiş təsiredici miqdarı külli miqdarda, 51,54 qram olan 283 ədəd MDMA (metiiendioksimetamfetamin) maddəsinin,“Bebelac” uşaq yeməyinin içinə yerləşdirilmiş iki bükümdə gömrük nəzarətindən gizlədilmiş külli miqdarda, 971,5 qram olan metamfetamin psixotrop maddəsinin yerləşdirilərək saxlanıldığı üzərinə “X12” sözləri yazılmış sarı rəngli çamadanı 1500 manat müqabilində Bakı şəhəri, Yasamal rayonunda Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 təhvil vermək üçün tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, saxlamış, 3 noyabr 2021-ci il tarixdə saat 21 radələrində J2 126 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış, Azərbaycan Respublikasınin gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, cinayətkar qrupun digər üzvü Tə qsirləndirilən şəxs1 Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri ondan götürərək 250 ABŞ dollar müqabilində Azərbaycan Respublikasında qanunsuz dövriyyəsini həyata keçirmək üçün Təqsirləndirilən şəxs2 təhvil verilməsi məqsədi ilə sonuncunun tapşırığına əsasən 4 noyabr 2020-ci il tarixdə saat 16 radələrində ünvan 5 ünvanına getmiş, həmin gün saat 16:40-da cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 həmin maddələri qeyd olunan ünvanda ondan təhvil aldıqdan sonra keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmış, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şa mxal Novruzovun tapşırığına əsasən həmin gün saat 17 radələrində 1500 ABŞ dolları müqabilində həmin maddələri cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 götürürək qanunsuz dövriyyəsini həyata keçirmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, “Tri Korona” adlanan yaşayış massivinin yaxınlığına getmiş, həmin gün saat 17 radələrində həmin maddələri Təqsirləndirilən şəxs1 təhvil alarkən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılsa da, Təqsirləndirilən şəxs2 hadisə yerindən qaçmağa nail olmuş, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu həmin gün saat 20:10-da ünvan 6 ünvanında saxlanılmış, daha sonra cinayətkar qrupun digər üzvünün müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs3 5 noyabr 2020-ci il tari xdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, "Neftiçilər” Metro Stansiyasının çıxışında saxlanılmışdır; həmçinin o, istintaqa məlum olmayan vaxtda və istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,193 qram kokain narkotik vasitəsini qəsdən əldə etmiş, daşıyaraq ünvan 7 ünvanında yaşadığı mənzildəki dolabın yuxarı rəfində olan kiçik ölçülü karton qutunun içərisində 1 ədəd şəffaf selofan bükümdə saxlamış, 4 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ona görə ki, o, 2020-ci ilin oktyabr-noyabr aylarında Azərbaycan Respublikasında əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, həmçinin Türkiyə Respublikası İstanbul şəhərində X4 və onun vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslər və Məhkum ilə tamah və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ümumi cinayətkar niyyətə uyğun olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikasına cinayətkar qrupun üzvü Məhkum tərəfindən narkotik vasitələri, psixotrop maddələri və narko tik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu ilə keçirilməsinə razılıq vermiş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 250 ABŞ dolları müqabilində həmin maddələrin Məhkum götürərək Azərbaycan Respublikasında qanunsuz dövriyyəsini həyata keçirmək məqsədi ilə ona təhvil verilməsinə tapşırıq vermiş, Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələrin Azərbaycan Respublikasında qanunsuz dövriyyəsi həyata keçirildikdən sonra Təqsirləndirilən şəxs3 adına Bakı şəhərində fəaliyyət göstərən "Unibank” ASC-də açılmış bank hesabları üzrə pul vəsaitlərinin digər hesablara köçürülməsi və cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şamx al Novruzovun tapşırığına əsasən cinayətkar fəaliyyəti müqabilində ona çatası pul vəsaitinin Təqsirləndirilən şəxs3 bank hesabına köçürülərək ona çatdırılmasına tamah niyyəti ilə əvvəlcədən razılıq vermiş, ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvü Məhkum 3 noyabr 2020-ci il tarixdə saat 13 radələrində Türkiyə Respublikası İstanbul şəhərində cinayətkar qrupun istintaqa məlum olmayan üzvündən malların aşkar edilməsini çətinləşdirən üsullardan İstifadə edilməklə iki ədəd "Corn Fiakes” və bir ədəd “Coco Pops” şirniyyat paketinin içində gizlədilmiş külli miqdarda, təsiredici miqdarı 4095 qram olan 13.650 ədəd preqabalin güclü təsiredici maddəsinin, 2 ədəd “Nestle Nesquik” plastik qutularının içində gizlədilmiş 3 bükümdə külli miqdarda, 552,9 qram kokain narkotik vasitəs inin, bir ədəd Emsal kuruyemiş silindr formalı şirniyyat qutusunun içərisində yerfıstığının altında gizlədilmiş təsiredici miqdarı külli miqdarda, 51,54 qram olan 283 ədəd MDMA (metilendioksimetamfetamin) maddəsinin, "Bebelac" uşaq yeməyinin içinə yerləşdirilmiş iki bükümdə gömrük nəzarətindən gizdilmiş külli miqdarda, 971,5 qram olan metamfetamin psixotrop maddəsinin yerləşdirilərək saxlanıldığı üzərinə “X12” sözləri yazılmış san rəngli çamadanı 1500 manat müqabilində Bakı şəhəri, Yasamal rayonunda ona çatdırmaq üçün tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, saxlamış, həmin tarixdə saat 21 radələrində J2 126 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən giz li, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 onun tapşırığına əsasən Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş həmin maddələri Məhkum götürərək 250 ABŞ dollar müqabilində Azərbaycan Respublikasında qanunsuz dövriyyəsini həyata keçirmək üçün ona təhvil verilməsi məqsədi ilə 4 noyabr 2020-ci il tarixdə saat 16 radələrində ünvan 5 ünvanına getmiş, həmin gün saat 16:40-da Təqsirləndirilən şəxs1 həmin maddələri qeyd olunan ünvanda cinayətkar qrupun digər üzvü Məhkum təhvil aldıqdan sonra keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmış, Təqsirləndirilən şəxs2 cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şamxal Novruzovun tapşırığına əsasən həmin gün saat 17 radələrində 1500 ABŞ doWarı müqabilində həmin maddələri cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 götürürək qanunsuz dövriyyəsini həyata keçirmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, “Tri Korona” adlanan yaşayış massivinin yaxınlığına getmiş, həmin gün saat 17 radələrində həmin maddələri Təqsirləndirilən şəxs1 təhvil alarkən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılsa da, o, hadisə yerindən qaçmağa nail olmuş, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20:10-da ünvan 6 ünvanında saxlanılmış, daha sonra cinayətkar qrupun digər üzvünün müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs3, 5 noyabr 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, "Neftİçilər” Metro Stansiyasının çıxışında saxlanı lmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi12 kassasiya şikayətində göstərmişdir ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən məhkumun ilk məhkumluğunu, atasının xərçəng xəstəliyindən əziyyət çəkdiyini və himayəsində bir övladı olması halları nəzərə almadan ağır cəza təyin etmişdir. Şikayətdə göstərilənlərə əsasən müdafiəçi Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2023-cü il tarixli qərarı qanunsuz, əsassız və ədalətsiz olduğuna görə apellyasiya instansiyası məhkəməsinin qərarının yüngül cəza təyin edilməklə dəyişdirilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs2 təqdim etdiyi kassasiya şikayətində, şikayətin dəlilləri olaraq, istintaqın pozuntular ilə aparıldığını, onun təzyiqə mə ruz qaldığını və protokolların müstəntiq tərəfindən onun əvəzinə imzalandığını bildirmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2023-cü il tarixli qərarın qanunsuz, əsassız və ədalətsiz olduğunu hesab etməklə apellyasiya instansiyası məhkəməsinin qərarının bəraət verici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarını n tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassatorlar ayrı-ayrılıqda işə baxan m əhkəmələr tərəfindən məhkumlara cəza təyin edilərkən onların törətdiyi əməlin sanksiyasında nəzər də tutulmuş aşağı həddə cəza təyin edilməsini vurğulayaraq, cəzasının yüngülləşdirilməsi və bəraət verici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsə dinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırl aşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alın ır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ədalətli hesab olunur, cəzanın məqsədlərini təmin edir, onların şəxsiyyətinə uyğundur və belə olan halda azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin də gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilm əsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunma qla araşdırılmış və qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, kassasiya şikayətlərinin bu dəlillərinin heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kolleg iyası Məhkum və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün məhkumlar Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 240.3.2 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini və yaxud da bəraət verici əsaslarla işə xitam verilməsini mümkün hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2023-cü il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası təqdim edilmiş kassasiya şikayətlərinin dəlillərinin tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və həmin faktların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2023-cü il tarixli qərarından verilmiş kassasiya kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin kassasiya kassasiya şikayətlə ri təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2133/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar