Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1422/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X13 iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1.177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxslər X9, X14, X44, X18 və X6 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sabirabad Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Pənahov Füzuli Novruzəli oğlu) xx.xx.1996-cı ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum2, xx.xx.1985-ci ildə ünvan 2 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2-də qeyd iyyatda olmaqla ünvan 3-də yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1.177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddəti 23 avqust 2018-ci ildən hesablanmışdır. Hökmdən Məhkum2 və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Camalov Etibar Əli oğlundan ibarət tərkibdə) 27 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 27 mart 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxslər X9, X14, X44, X18 və X6 birgə kassasiya şikayəti verərək məhkumlara ağır cəza təyin edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə görə təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək 15 fevral 2018-ci il tarixdən 18 avqust 2018-ci il tarixdək olan müddət ərzində ayrı-ayrı vaxtlarda və ayrı-ayrı yerlərdən o cümlədən saxlanc yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslər X16, X6, X43 oğlu, X44, X14, X25, X9, X21, X10 məxsus ümumi dəyəri 33400 manat təşkil edən iri buynuzlu heyvanları gizli olaraq talamışlar. Belə ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşk il edərək, 15 fevral 2018-ci il tarixdə günorta saatlarında təqsirləndirilən şəxs ünvan 4 nəzarətsiz otlayan Sabirabad şəhər sakini X7 məxsus hər birinin qiyməti 2500 manat olan 2 baş inəkləri qabağına qataraq digər təqsirləndirilən şəxs Məhkum1un ünvan 3 ünvanında yerləşən evinin həyət darvazası qarşısına gətirmiş, daha sonra aralarında olan rol bölgüsünə əsasən Məhkum1 yaşadığı evin həyət darvazasını açaraq həmin inəkləri həyətinə salmaqla, cəmi 5000 manat məbləğdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa, onlar təkrarən özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, 24 fevral 2018-ci il tarixdə saat 20 radələrində Sabirabad rayon Xəlfəli kəndinə gələrək həmin kənddə yaşayan X4 məxsus evin həyətyanı sahəsində mal-qara saxla nması üçün tikilmiş tövlənin arxa qapısının bağlanmış ipini alışqanla yandırıb qapını açaraq saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 1000 manat olan iki baş dişi dananın kəndirindən tutaraq tövlədən çıxarıb asfalt yolun kənarı ilə Məhkum1 yaşadığı evin həyətinə gətirməklə cəmi 2000 manat məbləğdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa, onlar təkrarən özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 26 mart 2018-ci il tarixdə saat 22 radələrində Sabirabad rayon Xəlfəli kəndinə gələrək həmin kənddə yaşayan X22 məxsus evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan qiyməti 1600 manat olan bir baş inəyi kəndirindən tutaraq həyətdən çıxarıb asfalt yolun kənarı ilə Məhkum1 yaşadığı ev in həyətinə gətirməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa, onlar təkrarən özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, 23 may 2018-ci il tarixdə günorta saatlarında Məhkum1 yaşadığı evdə olan zaman, Məhkum2 ünvan 3 nəzarətsiz otlayan Sabirabad şəhər sakini X39 məxsus qiyməti 1500 manat olan 1 baş inəyi və X8 məxsus qiyməti 2000 manat olan 1 baş inəyi qabağına qataraq Məhkum1 yaşadığı ünvan 3 evin həyət darvazası qarşısına gətirmiş, daha sonra aralarında olan rol bölgüsünə əsasən sonuncu, yaşadığı evin həyət darvazasını açaraq həmin inəkləri həyətinə salmaqla, cəmi 3500 manat məbləğdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa, onlar təkrarən özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcada n əlbir olub qrup təşkil edərək, 18 iyun 2018-ci il tarixdə günorta saatlarında Məhkum1 yaşadığı evdə olan zaman, Məhkum2 Sabirabad şəhəri ərazisində nəzarətsiz otlayan Sabirabad rayonu Cavad kənd sakini X19 məxsus hər birinin qiyməti 2000 manat olan 2 baş inəkləri qabağına qataraq Məhkum1 yaşadığı ünvan 3 evin həyət darvazası qarşısına gətirmiş, daha sonra aralarında olan rol bölgüsünə əsasən sonuncu, yaşadığı evin həyət darvazasını açaraq həmin inəkləri həyətinə salmaqla, cəmi 4000 manat məbləğdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa, onlar təkrarən özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, 02 iyul 2018-ci il tarixdə günorta saatlarında Məhkum1 yaşadığı evdə olan zaman, bacısı oğlu Məhkum2 Sabirabad şəhəri ərazisind ə nəzarətsiz otlayan Saatlı rayonu Yeni Novruzlu kənd sakini X5 məxsus hər birinin qiyməti 1800 manat olan 2 baş və qiyməti 1400 manat olan 1 baş inəkləri qabağına qataraq Məhkum1 yaşadığı ünvan 3 evin həyət darvazası qarşısına gətirmiş, daha sonra aralarında olan rol bölgüsünə əsasən sonuncu, həyət darvazasını açaraq həmin inəkləri həyətinə salmaqla, cəmi 5000 manat məbləğdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa, onlar təkrarən özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, 19 iyul 2018-ci il tarixdə günorta saatlarında Məhkum1 yaşadığı evdə olan zaman, Məhkum2 ünvan 4 nəzarətsiz otlayan Sabirabad şəhər sakini X17 məxsus hər birinin qiyməti 2500 manat olan 2 baş inəkləri qabağına qataraq Məhkum1 yaşadığı ünvan 3 evin hə yət darvazası qarşısına gətirmiş, daha sonra aralarında olan rol bölgüsünə əsasən sonuncu, həyət darvazasını açaraq həmin inəkləri həyətinə salmaqla, cəmi 5000 manat məbləğdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa, onlar təkrarən özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, 31 iyul 2018-ci il tarixdə günorta saatlarında Məhkum1 yaşadığı evdə olan zaman, Məhkum2 ünvan 4 nəzarətsiz otlayan Sabirabad şəhər sakini X10 məxsus hər birinin qiyməti 1200, 1500 və 1800 manat olmaqla 3 baş inəkləri qabağına qataraq Məhkum1 yaşadığı ünvan 3 evin həyət darvazası qarşısına gətirmiş, daha sonra aralarında olan rol bölgüsünə əsasən sonuncu, həyət darvazasını açaraq həmin inəkləri həyətinə salmaqla, cəmi 4500 manat məbləğdə özgənin əmlakı nı gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa, onlar təkrarən özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, 18 avqust 2018-ci il tarixdə günorta saatlarında Məhkum1 yaşadığı evdə olan zaman Məhkum2 Sabirabad şəhəri ərazisində nəzarətsiz otlayan Saatlı rayonu Yeni Novruzlu kənd sakini X11 məxsus qiymətləri 1300 manat və 1500 manat olan 2 baş inəkləri qabağına qataraq Məhkum1 yaşadığı ünvan 3 evin həyət darvazası qarşısına gətirmiş, daha sonra aralarında olan rol bölgüsünə əsasən sonuncu, həyət darvazasını açaraq həmin inəkləri həyətinə salmaqla, cəmi 2800 manat məbləğdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxslər kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiy a məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə qərarı dəyişdirilməli və məhkumlar Məhkum2 və Məhkum1 barəsində təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə cəza təyin edilməlidir. Belə ki, məhkəmələr tərəfindən təyin edilmiş cəza Ədalət və Hümanizm prinsiplərinə ziddir. Təyin edilmiş cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməlidir. Bundan başqa məhkumlar Məhkum2 və Məhkum1 oğurluq cinayətinin törədilməsində şərait yaradan şəxslər cinayət məsuliyyətinə cəlb edilməmişdirlər. Qeyd olunanları nəzərə alaraq məhkumlar Məhkum2 və Məhkum1 5(beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və X1, X26, X23 və X12 cinayə t məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kass asiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinay ətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiyası məhkəməsi cəza təyin edərkən Məh kum1 himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, Məhkum1 və Məhkum2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə məhkumların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona qanunda nəzərdə tutulmuş hədlər daxilində cəza təyin etmişdir. Kassasiya şikayətində mübahisələndirilən digər məsələ X1, X26, X23 və X12 cinayət məsuliyyətinə cəlb edilməməsi barədədir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndiri lən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. İş materiallarından görünür ki, nə ibtidai istintaq nə də məhkəmə istintaqı zamanı qeyd olunan şəxslərin hərəkətlərində sözü gedən iş üzrə hər hansı cinayətin tərkibinin olmasını müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır Cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, ekspert rəyini, istintaq və məh kəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər zərərçəkmiş şəxslərin müdafiəçisinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2019cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslarardan hər hansı birinə uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayə ti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxslərinkassasiya şikayəti təmin edilməsin. Məhkumlar Məhkum2 və Məhkum1məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxslər X9, X14, X44, X18 və X3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1422/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1422/2019
19.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver