Məhkəmə qərarları › İş №1(102)-1422/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1422/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1422/2022 10.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X1, Məhkum – Məhkum, Müdafiəçi – Müdafiəçi2, Zərərçəkmiş şəxsin nümayəndəsi – Nümayəndə2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2 və 182.3.2-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, Məhkum müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs6 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-471/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İradə Həsənzadə, hakimlər Əhməd Quliyev və Azər Paşayevdən ibarət tərkibdə), xx xxxx 1986-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, sub ay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum, Azərbaycan Respublikası CM-in 177.2.2 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə cəzaları toplamaq yolu ilə qəti olaraq Məhkum 12 (on iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.V əliyev Ruslan Yusif oğlunun 2020-ci il yanvarın 06-dan 2020-ci il yanvarın 07-dək və 2020-ci il fevralın 11-d ən 2020-ci il fevralın 11-dən 2020-ci il fevralın 13-dək tutulduğu 03 (üç ) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 12 (on iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Həmin hökmdən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 182.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 177.1-ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci və 182.3.2-ci maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təyin edilmiş 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, cəzasının əvvəli 23 sentyabr 2020-ci il tarixdən hesablanması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Hökmə əsasən Məhkum özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğu rluq etmiş, habelə külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərər çəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Məhkum 2017-ci ilin mart ayından 2017-ci ilin aprel ayınadək Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən «AAAF Park» yaşayış kompleksinin 10 «b» nömrəli binasındakı Zərərçəkmiş şəxs1 məxsus 4 nömrəli, 5 nömrəli və 6 nömrəli mənzillərdə fərdi qaydada təmir-tikinti və quraşdırma işləri apardığı müddət ərzində təmir-tikinti işlərində istifadə olunması məqsədi ilə mənzillərin sahibinin şəxsi vəsaiti hesabına alınmaqla həmin ünvanlarda saxlanılan ümumilikdə 4.900 manat dəyərində dikt, taxta, sement, alçipan, laminat, astar-üzlük, borular, santexnika avadanlıqları və sair tikinti materiallarını əmlakın mülkiyyətçisinin xəbəri və icazəsi olmadan hissə-hissə gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya 4.900 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Məhkum 2018-ci ilin fevral ayından 2018-ci ilin oktyabr ayınadək ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus 51 nömrəli mənzildə fərdi qaydada təmir-tikinti və quraşdırma işləri apardığı müddət ərzində həmin ünvanda saxlanılan 700 manat dəyərində iki ədəd plastik qapı və pəncərəni, 250 manat dəyərində bir ədəd dəmir qapını əmlakın mülkiyyətçisinin xəbəri və icazəsi olmadan gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya 950 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Məhkum 2018-ci ilin aprel ayından 2 018-ci ilin sentyabr ayınadək ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus 21 nömrəli mənzildə fərdi qaydada təmir-tikinti və quraşdırma işləri apardığı müddət ərzində həmin ünvanda saxlanılan 200 manat dəyərində bir ədəd dəmir materialdan hazırlanan giriş qapısını, 400 manat dəyərində iki ədəd plastik pəncərəni, 150 manat dəyərində bir ədəd plastik qapını, 150 manat dəyərində tikinti materialı olan armaturları əmlakın mülkiyyətçisinin xəbəri və icazəsi olmadan gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya 900 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Məhkum 2018-ci ilin iyun ayından 2018-ci ilin sentyabr ayınadək ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus 23 nömrəli mənzildə fərdi qaydada təmir-tikinti və quraşdırma işləri apardığı müddət ərzində həmin ünvanda saxlanılan istifadə olunmuş vəziyyətdəki 150 manat dəyərində üç ədəd istilik radiatorunu, 300 manat dəyərində bir ədəd «Samsung» markalı paltaryuyanı, 300 manat dəyərində bir ədəd «İndesit» markalı soyuducunu, 100 manat dəyərində bir ədəd qaz plitəsini, 150 manat dəyərində bir ədəd yazı masasını əmlakın mülkiyyətçisinin xəbəri və icazəsi olmadan gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya 1.000 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Məhkum 2018-ci ilin sentyabr ayından 2018-ci ilin noyabr ayınadək ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus 27 nömrəli mənzildə fərdi qaydada təmir-tikinti və quraşdırma işləri apardığı müddət ərzində həmin ünvandakı yataq otağında saxlanılan 600 m anat dəyərində bir ədəd «Samsung» markalı televizoru, istifadə olunmayan 540 manat dəyərində bir ədəd «Sospiro», 300 manat dəyərində bir ədəd «Narciso Rodriguez», 200 manat dəyərində bir ədəd «Pako Rabbane», 300 manat dəyərində bir ədəd «X4» markalı ətirləri, ümumi dəyəri 250 manat olan «Nivea», «Arko» və «Veet» markalı kremləri, 200 manat dəyərində bir ədəd «Philips» markalı üzqırxan maşını, mətbəxin tavanındakı çılçırağa aid 150 manat dəyərində üç ədəd şarı, mənzilin dəhliz, mətbəx və köməkçi otaqlarının döşəməsibdən 1.575 25 manat dəyərində 63 m2 sahəni əhatə edən metlaxı söküb göstərilən ərəfədə paralel təmir işləri apardığı Zərərçəkmiş şəxs2 mənzilinə döşəmiş, bununla da əmlakın mülkiyyətçisinin xəbəri və icazəsi olmadan gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçək miş şəxs5 4.115 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Məhkum təkrarən külli miqdarda əmlak əldə etmək məqsədi ilə 2019cu ilin iyun ayından 2019-cu ilin dekabr ayının əvvəllərinədək yaxın münasibətdə olduğu və sonradan aralarında yaranmış narazılıqlar səbəbindən onunla əlaqəsini kəsməyə çalışan Zərərçəkmiş şəxs6 ilə şəxsi tanışlığı və intim münasibətləri barədə rüsvayedici məlumatları sonuncunun əri Şahid4, yaxın qohumları, işlədiyi kollektivin üzvləri və digər tanışları arasında yayma hədəsi ilə 2019-cu il dekabr ayının ortalarından etibarən gələcəkdə hüquq-mühafizə orqanlarına özünün qanunazidd hərəkətləri ilə bağlı şikayət olunacağı halda məsuliyyətdən yayına bilmək üçün qabaqcadan düşünülmüş şəkildə guya vaxtı ilə Zərərçəkmiş şəxs6 ilə yaxın münasi bətləri olduğu müddətdə sonuncuya külli miqdarda pul xərclədiyini iddia edərək müxtəlif tarixlərdə aralarında baş tutan telefon danışıqları zamanı Zərərçəkmiş şəxs6 və sonuncunun anası Zərərçəkmiş şəxs7 70.000 manat məbləğində, yəni külli miqdarda pulu hədə-qorxu ilə tələb etmiş, hədə-qorxularının ciddi qəbul edilmədiyini və pul tələbinin yerinə yetirilmədiyini gördükdə isə cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə 2019-cu il dekabr ayının axırlarında Zərərçəkmiş şəxs6 xalaları Şahid5, Şahid6, qohumu Şahid11 və işlədiyi şirkətin rəhbərliyinə zəng edib əri Şahid4 ilə görüşərək həmin şəxslərə Zərərçəkmiş şəxs6 ilə şəxsi tanışlığı və intim münasibətləri barədə məlumat verməklə sonuncunun ərindən faktiki ayrılmasına və işdən azad edilməsinə nail olanda hədələrinin reallığına Zərərçəkmiş şəxs6 və sonuncunun anası Zərərçəkmiş şəxs7 inandırmış, qanunazidd hərəkətlərinin davamı olaraq Zərərçəkmiş şəxs6 haqqındakı rüsvayedici məlumatları qardaşı X2 danışacağı, Tovuz rayonunda yaşayan qohumları, azyaşlı övladının oxuduğu orta məktəbin kollektivi, yaşayış yeri üzrə qonşuları arasında yayma hədəsi ilə Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 70.000 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməkdə davam etmiş, hadisələrin sonrakı gedişində Zərərçəkmiş şəxs7 övladının haqqındakı rüsvayedici məlumatların yayılması hədəsini real qəbul etdiyindən tələb olunan məbləğdən 5.000 manatı Məhkum ödəməyə razılıq verdikdə Zərərçəkmiş şəxs6 müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2020 -ci il yanvarın 06-da həyata keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı könüllü razılığına əsasən tədbirə cəlb olunan Zərərçəkmiş şəxs7 göstərilən tarixdə saat 18 radələrində qabaqcadan təyin edilən Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 130 «a» ünanındakı «Daş Fırın» restoranında Məhkumlə görüşüb əvvəlcədən qeyd olunan LF57737703F, LF57737749F, LF57737701F, ML54674483A, LF29101761H, LF57737702F, LF57737796F, LF57737705F, LB44040190M, LJ85051531A, LF57737799F, LF57737797F, LF78302731G, LF57737704F, LB44040192M, LF57737748F, LF29101764H, LJ85051530A, LB44040188M, LB44040189M, LB34942992A, LB34942993A, LB34942994A, LB34942996A, LB34942952A, LF29101760H, LB34942995A, LB19964060J, LF57737798F, LF29101762H seriyalı və nömrəli 30 ədəd yüzlük ABŞ dolları pul əskinasından ibarət h əmin dövrün məzənnəsi ilə 5.100 manat təşkil edən 3.000 ABŞ dolları nağd pul vəsaitini sonuncuya təqdim etmiş, Məhkum külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərər çəkmiş şəxsin və sonuncunun yaxın qohumunun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etməklə ələ keçirdiyi göstərilən məbləğdə pulu əynindəki şalvarın cibinə qoyub restorandan çıxdıqdan sonra polis işçiləri tərəfindən qarşısındakı küçədə saxlanaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuş, idarənin inzibati binasında üzərinə şəxsi axtarış aparılarkən polis əməkdaşının təklifi ilə Məhkum şalvarının sağ arxa cibindən çıxarıb təqdim etdiyi əvvəlcədən seriyaları və nömrələri qeyd olunan 30 ədəd yüzlük ABŞ dolları pul əskinasından ibarət 3.000 ABŞ dolları pul vəsaiti aşkar edilərək götürülmüşd ür. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı protestdə göstərmişdir ki, Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ağır və ədalətsiz cəza təyin etmişdir. Məhkəmənin qərarı ilə işin müəyyən edilmiş faktiki halları, eləcə də, hədə-qorxu ilə tələb etmə epizodu üzrə Məhkum əməlinin hüquqi tövsifi ittiham tərəfində mübahisə doğurmur. Azərbaycan Respublikası CPM-nin 409.9-cu madddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin icraatında iştirak etmiş dövlət ittihamçısı qərarın, onun məhkəmə tərəfindən nəzərə alınmamış nəticə və təkliflərinə dair hissəsindən kassasiya protesti vermək hüququna malikdir. Aşağıda şərh edilənlərə görə hesab edirəm ki, məhkəmə kollegiyasının həmin qərarı Məhkum CM-nin 182.3.2-ci maddəsi ilə təyin edilmiş cəzanın həddinin yüngülləşdirilməsinə dair hissədə əsassız olduğundan ləğv olunmalı və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 8.1 -ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41,2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətb iq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün CM-nin 8, 58-ci maddələrində sadalanan halların CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə n əzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Məhkəmələr isə cəzanı yüngülləşdirən hallara əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, həmin halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinə əsasən, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəm əsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 4-cü və 8-ci bəndlərinə əsasən, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Yuxarıda göstərilənləri əsas tuturaq qərarın cəza hissəsində ləğv edilərək yeni baxışa qaytarılmasını xahiş edir. Müdafiəçi şikayətində göstərmişdir ki, Xüsusilə qeyd edilməlidir ki, Məhkum 06.01,2020-ci ildə tutulduqdan sonra ona məhz Azərbaycan Respublikası CM-in 182.2.4cü maddəsi ilə ittiham verilmiş, lakin 23 sentyabr 2020- ci il tarixində, yəni 10 aya yaxın vaxt keçdikdən sonra yeni heç bir əsas olmadan onun yuxarıda göstərilən əməli nədənsə həmin Məcəllənin 182.3.2-ci maddəsinə tövsif edilmişdir. Belə olan halda ittiham tərəfinin irəli sürdüyü, birinci instansiya məhkəməsinin isə çıxartdığı hökmdə razılaşdığı - Məhkum məhz özgə əmlakmı qəsdən tələb etməsi barədə qənaəitini sübutların həqiqi məzmunundan irəli gələn faktlar əsasında əldə olunmuş nəticə kimi qəbul etmək olmaz! Birinci instansiya məhkəməsinin hökmündə Məhkum əməlində yüngülləşdirici halların olmasından bəhs edilərkən himayəsində azayşlı uşağının olması halı qeyd edilməmişdir, halbuki iş materiallarında bu halı təsdiq edəcək yetərli məlumatlar vardır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tə rkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət mühakimə icraatım aparan orqanlardan cinayət təqibi üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onlann kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.3-cü maddəsi). Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə isə cinayət təqibi üzrə toplanmış sübutlann kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasım tələb edir və eyni zamanda həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Birinci və apelyasiya instansiyası məhkəmələrinin hökm və qərarında yuxarıda sadalanan hallar əksini tapmamışdır,deməli həmin məhkəmə aktları əsaslı hesab oluna bilməz. Bakı Apelyasiya Məhkəməsi qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında müdafiə tərəfinin apelyasiya şikayətinin dəlillərini nəzərə almamış, qiymətləndirilməsini aparmayaraq nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarında birinci instansiya məhk əməsinin gəldiyi yanlış nəticəni təsdiqləyərək Məhkum oğurluq və hədə qorxu ilə tələb etmə cinayətlərində təqsirli olduğunu yazaraq, müdafiə tərəfinin apelyasiya dəlillərini araşdırmadan, onlara əhəmiyyət vermədən, burada xüsusilə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin yol verdiyi kobud prosessual pozuntulara qiymət vermədən, iş üçün əhəmiyyət kəsb edən faktiki halların araşdırılması, həqiqətin ortaya çıxması istiqamətində tutarlı addımlar atmamışdır. Müdafiə tərəfinin əsaslı vəsatətini təmin edən məhkəmə heyəti sübutun tədqiqi nəticəsində gəldiyi nəticəni elan etməmiş, sübuta hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin dəlilini araşdırmadan (müdafiə tərəfinin tələbinə baxmayaraq) üzərindən ötüb keçmişdir.Cinayət işinin faktiki halları ilə u yğunluq təşkil etməyən nəticə qanuni hesab oluna bilməz. AR CPM-nin 416-cı maddəsində məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar göstərilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq qərarın ləğv edilərək yeni baxışa qaytarılmasını xahiş edir. Zərərçəkmiş şəxsin nümayəndəsi şikayətində göstərmişdir ki, Apellyasiya Məhkəməsinin qərarı ilə tanışlıq belə bir qəti qənaətə gəlməyə əsas verir ki, cəzanın həddinin azaldılması məsələsinə baxarkən cəzanın yüngülləşdirilməsi üçün iş üzrə müəyyən edilmiş hər hansı tutarlı bir əsas ortaya qoya bilməmiş, qanunların, məhkəmə təcrübəsinə dair qərarların ayrı-ayrı fraqmentlərini formal olaraq sadalamışdır. Hətta, baxmayaraq ki, qərarın 17-ci vərəqində 5-ci abzasda Məhkum barəsində yüngülləşdirici hallar kimi nəzərə aldığı ilk məhkumluğu, yaşadığı yer üzrə barəsində şikayət olmadığını, ailə vəziyyətini, məcburi köçkün ailəsi olduğunu, cəzanı ağırlaşdıran halların olmamasını müstəsna hallar kimi qiymətləndirməklə azadlıqdan məhrum etmə cəzasının həddinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş aşağı həddən az cəza təyin edilməklə yüngülləşdirilməsini qanunun tələbi baxımından mümkün hesab etmiş, amma yekun qərarında bu fikrdən daşınaraq minimum həddə cəza təyin etmişdir. Məhkuma münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmış - ilk məhkumluğu, yaşadığı yer üzrə barəsində şikayət olmadığını, ailə vəziyyətini, məcburi köçkün ailəsi olduğunu, cəzanı ağırlaşdıran halların olmamasının, müstəsna hallar kimi qiymətləndirməsi məsələsinə gəldikdə isə qeyd etmək istərdik ki, ilkin məhkumluq, yaşayış yeri üzrə şikayət olmaması, ailə vəziyyəti, köçkün ailəsində olması, cəzanı ağırlaşdıran halların olmaması ayrı-ayrılıqda CM-nin 59-cu maddəsində nəzərdə tutulmamışdır. Əgər bu xüsusatlar müstəsna hallar kimi nəzərə alınırsa qeyd etməliyik ki, Məhkum istər birinci instansiya və istərsə də apellyasiya mərəhələlərində məhkəmə qarşısında, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq zərərçəkmişləri, onların yaxınlarını, vəkilləri təhqir etmiş, gələcəkdə cəzasını çəkib azadlığa çıxdıqdan sonra onlardan amansız qisas alacağı ilə hədələmiş, -hətta məhkəmə iclasını pozduğuna, sədrlik edənin xəbərdarlıqlarına məhəl qoymadığına görə barəsində iclas zalından zorla kənarlaşdırma tətdiq edilmişdir. Barəsində yaşayış yeri üzrə şikayət olmaması ilə əlaqədar q eyd etməliyik ki, Məhkum rəsmi qeydiyyatda olduğu ünvan Ağdam şəhəri, Ağdam küçəsi 59A, yaşadığı ünvan dediyinə görə ünvan 10 ünvanlar Bakı şəhərində olduğu, işgüzar fəaliyyət isə Bakı və Sumqayıt şəhərində müxtəlif ünvanlarda olduğu halda hansı yaşayış yeri üzrə şikayətlərin olmamasına dair məhkəmənin qənaəti konkret faktlara əsaslanmır və belə bir formal cümlənin mahiyyəti başa düşülən deyildir. Eləcə də ailə vəziyyəti məsələsində qeyd etməliyik ki, Məhkum ailəli deyildir, məhkəmə qaydasında ( arvadının iddia tələbi əsasında ) boşanmışdır, ailə münaqişəsi ( əmlak tələbləri üzrə ) hazırda da davam edir, keçmiş arvadının hazırkı cinayət işi üzrə məhkəmədə şahid qismində verdiyi ifadə məhkumun ailə anlayışına münasibətinin dərəcəsini müəyyən etməkdə məhkəmə üçün heç bir çətinlik törətmir. M əhkumun yeganə azyaşlı oğlu boşanmış anasının yanında və onun himayəsindədir, atası tərəfindən bu günə kimi hər hansı aliment və ya sair formada maddi dəstəkdən məhrumdur. Məhkəmə onun hansı ailəsinin vəziyyətini nəzər ala bilərdi? CM-nin 182.3.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının hədləri 10 ildən 15 ilədək müəyyən olunmuşdur. Apellyasiya məhkəməsi həmin cəzanı 10 il, yəni sanksiyanın minimum həddində təyin etmişdir. Yuxarıda qeyd edilənlərin müqabilində Məhkum cəzanın minimum həddə təyin edilməsi nə dərəcədə sosial ədalətin bərpa edilməsi, cəzanın ədalətliyi prinsiplərə uyğun hesab edilə bilər? Məhkuma təyin edilmiş cəzanın həddi prizmasından baxdıqda işlə tanışlığı olmayanlarda ilk baxışdan elə təsəvvür yarana bilər ki, sanki Məhkum istintaq və məhkəmə zamanı yü ksək əxlaq və insani davranış nümayiş etdirmiş, zərərçəkmişlərlə barışmış və ya zərəri ödəmiş, ən azı buna cəhd etmiş, yaxud məhkəmənin hüzurunda əməllərindən peşman olduğunu bildirərək səmimi üzr istəmiş və bütün bunlar nəzərə alınaraq ona sanksiyada nəzərdə tutulan minimum cəza təyin olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq qərarın ləğv edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya protestinin və Nümayəndə2 kassasiya şikayətinin təmin olunması, Müdafiəçi2 kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının, kassasiya protestinin və Nümayəndə2 kassasiya şikayətinin təmin olunması, Müdafiəçi2 kassasiya şikayətinin təmin olunmaması barə də Nümayəndə2, kassasiya protestinin və Nümayəndə2 kassasiya şikayətinin təmin olunmaması, Müdafiəçi2 kassasiya şikayətinin təmin olunmaması barədə müdafiəçinin və məhkumun çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı və zərərçəkmiş şəxsin nümayəndəsi işə baxan məhkəmələr tərəfindən məhkuma cəza təyin edilərkən onu törətdiyi əməlin sanksiyasında nəzər də tutulmuş aşağı həddən yuxarı ağır cəza təyin edilməsini vurğulayaraq, cəzasının ağırlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həl li üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, zərərçəkmiş şəxsin, ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübu ta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilm əsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri tək zib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Odur ki, kassasiya protestinin və nümayəndənin kassasiya şikayətinin bu dəlillərinin də heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqda n məhrum etmə cəzasının ağırlaşdırılmasını mümkün hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2022-ci il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biri Məhkum əməlində cinayət tərkibinin olmamasını barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifed ici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxs in azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəy yən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırma q və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum Cinayət Məcəlləsinin 177.1 və 182.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin Məhkum həmin maddə ilə təqsirsiz olması barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya şikayətində iddia olunanların əksinə olaraq məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kolleg iyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun ona qarşı Cinayət Məcəlləsinin 177.1 və 182.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə əməlinin tövsif edilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin bu barədə dəlilləri tam əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apelyasiya instansiyası məhkəməsi Məhkum əməlini Cinayət Məcəlləsinin 177.1 və 182.3.2-ci maddələrinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Aşağı instansiya məhkəmələrinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Məhkəmə kollegiyası hesab edir ki, birinci və apelyasiya instansiyası məhkəmələri cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum oğurluq və hədə qorxu ilə tələb etmə əməlinin birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunması barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosed urlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün pr osessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə fak tı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifəl ərin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası birinci və apelyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Göstər ilən nəticə kassasiya şikayətində iddia olunanların əksinə olaraq məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası Müdafiəçi2 kassasiya şikayətinin dəlillərinin tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və həmin faktların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin kassasiya protesti və şikayətlərin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-450/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar