Məhkəmə qərarları › İş №1(102)-1422/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1422/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1422/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum3, Məhkum2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, müdafiəçilər Müdafiəçi17, Müdafiəçi11, Müdafiəçi4 və Müdafiəçi14 iştirakları ilə, Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası CM-in 182.2.1, 308.1 və 214-2-ci maddələri, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-in 182.2.1 və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 308.1-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli 1(105)-58/2024 nömrəli qərarınd an, məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum3, Məhkum2, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi11, məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi14 tərəfindən verilmiş kassasiya şikayətlərinə və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər H.S.Əliyev (sədrlik edən və məruzəçi), F.Z.Hümbətov və A.T.Rzayeva) 13 sentyabr 2023-cü il tarixli 1(124)-7/2023 nömrəli hökmü ilə xx xxx 1982-ci ildə Şərur rayonu, Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “LTV 7 xəbər” internet kanalının rəhbəri, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 308.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətinə jurnalistika və media fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmək yolu ilə qəti olaraq 2 (iki) il müddətinə jurnalistika və media fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(063)-29/2021 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti cəza müddətinə hesablanmaqla qəti olaraq 2 (iki) il müddətinə jurnalistika və media fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 dekabr 2021-ci il tarixdən hesablanmış, xx xxxxxxxx 1986-cı ildə Qax rayonu, Zəyəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “LTV 7 xəbər” internet kanalının direktor müavini vəzifəsində işləmiş, əvvəllər məhk um olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 308.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətinə jurnalistika və media fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmək yolu ilə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə jurnalistika və media fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 6 (altı) il müddə tinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablanmış; xx xxx 1992-ci ildə Ağdaş rayonu, Orta Ləki kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “LTV 7 xəbər” internet kanalının müxbiri, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum3 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 308.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətinə jurnalistika və media fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM- in 308.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmək yolu ilə qəti olaraq 1 (bir) il 6 (altı) müddətinə jurnalistika və media fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablanmış; xx xxxxxx 1964-cü ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, “LTV 7 xəbər” internet kanalının müxbiri, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Məhkum2 Azərba ycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 308.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətinə jurnalistika və media fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmək yolu ilə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə jurnalistika və media fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 6 ( il) 3 ( üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökm lə təyin edilmiş cəzaya, Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(063)-29/2021 nömrəli hökmü ilə təyin edilmiş və 1 (bir) il 7 (yeddi) ay 4 (dörd) gün hissədə çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla 9 (doqquz) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək qismən birləşdirilmiş və qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə jurnalistika və media fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2023- cü il tarixdən hesablanmış; xx xxxxxxxx 1992-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Zəka küçəsində yaşamış Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablanmış; xx xxxx 1967-ci ildə Abşeron rayonu, Masazır qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 7 ünvanında yaşamış Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxx 1994-cü ildə Tovuz rayonu, Abulbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Abulbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Zirə südçülük qəsəbəsində yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsi rləndirilən şəxs7, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 da təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: İş üzrə məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum3, Məhkum2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Rəhimov (sədrlik edən və məruzəçi), Elmar Əhmədov və Məhəmmədəli Rzayev) 1(105)58/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 20 23-cü il tarixli 1(124)-7/2023 nömrəli hökmü məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2, Məhkum3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkumlar və məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum3 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində təqsirli bilindiyi maddələrlə təyin edilmiş cəzanın yüngülləşdirilməsini və həmin maddələr ilə ona azadlığın məhdudlaşdırılması cəza növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində təqsirli bilindiyi maddələr ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsini və həmin maddələrlə ona azadlığın məhdudlaşdırlması cəza növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində təqsirli bilindiyi maddələr ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsini və həmin maddələrlə ona azadlığın məhdudlaşdırlması cəza növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini və kassasiya şikayətinə əlavədə isə onun barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməklə təyin olunmuş cəzasının şərti hesab edilməsi barədə qərar qəbul ediləsini xahiş etmişdir. Məhkum Təqsirləndir ilən şəxs2 müdafiəçisi Müdafiəçi14 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və məhkum Təqsirləndirilən şəxs2 bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi11 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və məhkum S.R.Əlzadəyə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəx s4 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və məhkum Təqsirləndirilən şəxs4 bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və ədalətsizdir. Belə ki, məhkəmələr ona cəza təyin edərkən onun ilk məhkumluğunu, qadın olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, tək ana olmasını, uşaqlarının birinin talassemiya xəstəliyindən əziyyət çəkməsini nəzərə alınmadan ağır cəza təyin etmişlər. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və ədalətsizdi r. Belə ki, məhkəmələr ona cəza təyin edərkən onun 44 günlük Qarabağ müharibəsinin 25 gününü müharibədə olması, ağır əsəb xəstəliyindən əziyyət çəkməsi, yüksək şəkər xəstəliyindən əziyyət çəkməsi, hər iki ayağında xəstəlik olması nəzərə alınmadan ağır cəza təyin etmişlər. Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və ədalətsizdir. Belə ki, məhkəmələr ona cəza təyin edərkən onun ilk məhkumluğunu, qadın olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, özünün və uşaqlarının birinin talassemiya xəstəliyindən əziyyət çəkməsini, qan xəstəlikləri institutunda qeydiyyatda olmaları nəzərə alınmadan ağır cəza təyin etmişlər. Məhkum1 həmçinin kassasiya şikayətinə əlavəsində şikayətində göstərdiyi yüngülləşdirici hallar nəzərə alı naraq barəsində CM-in 70-ci maddəsinin tətbiq edilərək təyin olunmuş cəzasının şərti hesab edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi14 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(105)-58/2024 nömrəli qərarı qanunsuz və əsassızdır. İş materiallarında olan sübutlarla məhkum Təqsirləndirilən şəxs2 təqsiri sübuta yetirilməmişdir. Məhkum Təqsirləndirilən şəxs2 iş üzrə 7 epizod üzrə kimdənsə hər hansı formada hədə-qorxu ilə pul tələb etməsi faktı öz təsdiqi tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in 144 və 145-ci maddələrinin sübutlara yoxlanılması və qiymətləndirilməsinə dair tələblərinin ciddi şəkildə pozaraq işin faktiki hallarını, iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verilmiş obyektiv həqiqəti əks etdirən şahidlərin və zərərçəkmiş şəxslərin ifadələrini, eləcə də təqsirləndirilən şəxsin məhkəmədə vermiş olduğu ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab etmişdir. Baxmayaraq ki, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs2 qarşı hər hansı şikayətlər yoxdur. Apellyasiya instansiyası məhkəməsi öz qərarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kim müəyyən edilməsini qeyd etsə də, Təqsirləndirilən şəxs2 münasibətdə hökmdə hər hansı dəyişiklik etməmişdir. Əslində apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs2 təqsirliliyi ilə bağlı məsələyə baxarkən CPM-in 144 və 145-ci maddələri il müəyyən edilmiş, cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmalı olmasına, onların qarşılıqlı surətdə təhlil olunmasına və bir-biri ilə müqayisə edilməsinə, sübutların mənbəyinin mötəbərliliyinin müəyyən olunmasına, onların mümkünlüyünə, mənsibiyyətinə və bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsinə əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməli olmasına dair tələblərə əməl etməmişdir. Kassator qeyd edir k i, məhkum Təqsirləndirilən şəxs2 ümumiyyətlə “Ltv 7 xəbər” internet televiziyasının əməkdaşı olmamış və zərərçəkmiş şəxslərə özünü təqdim etməmiş və ümumiyyətlə onlarla hər hansı söhbətlər aparmamışdır. Kassator həmçinin şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 1(124)- 7/2023 nömrəli hökmünə apellyasiya şikayətinə əsasən baxarkən CPM-in 144 və 146-ci maddələrinin ciddi şəkildə pozaraq, işin faktiki hallarını araşdırmadan, işin məhkəmə istintaqı ilə aparılmasına dair müdafiə tərəfi olaraq verdiyimiz vəsatəti təmin etmədən əsasız qərar çıxarmışdır. Məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi11 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum Təqsirləndirilən şəxs3 “Koroğlu-Mərdəkan yolunda” taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, iş üzrə digər Təqsirləndirilən şəxs2 ilə də elə bu zaman tanış olmuşdur. Təqsirləndirilən şəxs2 ona işlədiyi televiziyada sürücü işləməyi təklif etmişdir. O. Təqsirləndirilən şəxs2 vasitəsi ilə “LTV 7” kanalında 2 ay sürücü vəzifəsində çalışmışdır. Ona aylıq əmək haqqı söz verilsə də verilməmiş, yalnız işlə bağlı getdiyi yerlərə görə yol pulu və yanacaq pulu verilmişdir. Həmin 2 ay ərzində də o, “KoroğluMərdəkan yolunda” taksi fəaliyyəti ilə məşğul olmuş, yalnız TV-dən zəng gəldikdə onları istədikləri əraziyə aparmışdır. Ona rayonlara gedən də 20-40 manat pul vermişlər. O, TVnin əməkdaşlarını tapşırılan ünvana aparsa da, heç zaman maşından düşməmişdir. Onların içəridə obyekt sahiblərindən şantajla pul tələb etməsinə dair məlumatı olmamışdır, çünki heç zam an bu proseslərdə iştirak etməmişdi. Məhkum Təqsirləndirilən şəxs3 ittiham olunduğu epizodlara görə özünü təqsirli bilmir. Belə ki, o, “LTV 7” kanalının əməkdaşlarını getdikləri yerə aparıb-gətirmiş və buna görə yalnız taksi üçün xidmət haqqı almışdır. Onların obyektlərə daxil olduqdan sonra nə etmələri barədə isə ümumiyyətlə xəbərsiz olmuşdur. Bir yerdə getdikləri şəxslərin şantajla məşğul olduqlarından ümumiyyətlə xəbərsiz olmuşdur. Təqsirləndirilən şəxs3 digər dəstə üzvləri ilə ümumiyyətlə heç bir münasibəti olmamışdır. Onun digərləri ilə münasibəti yalnız gedilən yerlərə onları aparmaq olmuşdur. Bundan başqa heç bir söhbətlərdə iştirak etməmişdir. İş materiallarında olan sübutlardan görünür ki, o, baş vermiş şantaj proseslərində iştirak etməmişdir. Nəinki iştirak etməmiş, hətta TV-nin əməkdaşlarının yalnız çəkilişlə məşğul olduğunu bilmişdir. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs3 sadəcə zərərçəkəndir. Onun şantaj proseslərində iştirakı heç nə ilə sübut olunmur. Təqsirləndirilən şəxs3 sürücü olmuş və digər şəxslərlə başqa bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs3 iş materiallarından da göründüyü kimi cinayət əməlinin obyektiv cəhətini təşkil edən heç bir hərəkətdə iştirak etməmişdir və ittiham tərəfindən də bu sübut olunmur. O, sadəcə sürücü kimi insanları daşıma fəaliyyəti ilə məşğul olmuş, digər şəxslərlə daşımadan kənar heç bir əlaqəsi olmamışdır. Hər iki məhkəmə instansiyasının hökmü sadəcə ittiham aktının copy-paste-dir. Hökmdə konkret olaraq, Təqsirləndirilən şəxs3 nədə ittiham olunduğu göstərilməmiş. Yalnız ümumi sözlərdən və ifadələrdən i stifadə olunmuşdur. Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs1 onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli 1(105)-58/2024 nömrəli qərarı ədalətsizdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi ona dair hissədə cinayət işinə baxarkən prosessual pozuntulara yol vermiş, məhkəmə istintaqı araşdırılmadan aparılmışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs (pul tələb etdikləri şəxs) olmadan, üzləşmə aparılmadan barəsində ittiham hökmü çıxarılmışdır. Məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli 1(105)-58/2024 nömrəli qərarını ədalətsiz və qanunsuzdur. Belə ki, məhkum Təqsirləndirilən şəxs4 57 yaşında olmaqla himayəsində 3 azyaşlı övladı vardır. Məhkum olunan dövrə qədər o, ailəsinin yeganə gəlir mənbəyi olmuşdur. Hal-hazırda ailəsinin vəziyyəti acınacaqlıdır. Həmçinin o, hadisəyə qədər avtobus sürücüsü işləyirdi və 5 baş ailəsi ilə birlikdə kirayə evdə yaşayırdı. Hətta bu adamın əməlindən zərərçəkmiş şəxs belə gəlib məhkəmədə onun günahının olmadığını qeyd etsə də, bunun məhkəmələrə heç bir təsiri olmamışdır. İş materiallarında onun təqsirli olmasını sübut edəcək heç bir dəlil yoxdur. İş materiallarında olan və iş üzrə təyin edilmiş məhkəmə-fonoskopik eskpertizasının 09 sentyabr 2021-ci il tarixli, 4/1267 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD diskdə olan mübahisəli fon oqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs4 məxsusdur. Lakin "K3" kimi işarə olunmuş Təqsirləndirilən şəxs4 danışıqlarının məğzi şəxsi məsələlərdir. Orada onun tərəfindən digər təqsirləndirilən şəxslərə köməklik vəd olunması, cinayətin planlaması kimi danışıqlar mövcud deyildir. Məhkəmələr bu sübutları düzgün qiymətləndirməmişdir və yalnız ittihamın gəldiyi formal nəticəni təsdiqləmişdir. Məhkum Təqsirləndirilən şəxs4 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək həm istintaq, həm də məhkəmədəki ifadəsində göstərmişdir ki, o heç kimdən hədə-qorxu ilə pul tələb etməmişdir. Məhkəmə kollegiy ası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən məhkumlar Məhkum1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi14 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Vəfa Qadirovanın kassasiya şikayətləri qismən təmin olunmalı, digər kassasiya şikayətləri təmin olunmamalı apellyasiya məhkəməsinin qərarı məhkumlar Məhkum1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aid hissədə dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət proses sual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətinin başlıca dəlili, məhkəmələrdə işə baxılarkən prosessual pozuntulara yol vermiş, məhkəmə istintaqı araşdırılmadan aparılmı ş və işin faktiki halları düzgün araşdırılmamışdır. Məhkumlar Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçiləri Müdafiəçi4, Müdafiəçi11 və Müdafiəçi14 kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, məhkumların onlara qarşı irəli sürülmüş ittiham cinayət işi üzrə toplanmış sübutlarla təsdiq edilmir, lakin məhkəmələr sübutları düzgün qiymətləndirmədən onların təqsirləri barədə əsassız və iş materiallarına əsaslanmayan nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət m əsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərba ycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qanunun həmin normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edilmiş və iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlü k vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birinci instansiyası məhkəməsində irəli sürülən ittihamda özlərini təqsirli hesab etməsələr də, onların elan edilmiş ittihamda təqsirli olmaları məhkəmə iclasınd a dindirilərək tədqiq edilmiş digər məhkumların, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin protokolları, maddi sübutlarla və işin digər materialları ilə təsdiq edilir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 308.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün məhkumların əməllərinin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini, onları həmin maddələrlə təqsirli bilinmələri və barələrində ittiham h ökmünün çıxarılmasını əsaslı və qanuna uyğun sayır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri hökm və qərarda göstərilən işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. Məhkumların təqsirlərini müəyyən edən sübutlar məhkəmənin hökmündə ətraflı təsvir edilmiş, həmin sübutları təkrar olaraq sadalamağı və təsvir etməyi məhkəmə kollegiyası zəruri hesab etmir. Məhkəmə kollegiyası həmin sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutların məcmusu məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməllərinin törətmələri barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. İş materiallarından görün ür ki, təhqiqat və ibtidai istintaq orqanları tərəfindən sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə etmiş, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Cinayət işi üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətlərinin bu barədə dəlili əsassızdır. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən t əqsirləndirilən şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətlərinin məhkumların əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi barədə dəlilləri ilə razılaşmır. Apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətlərinin bu barədə dəlillərini də əsassız sayır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndiril ən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, məhkumlar Ceyhun Şamilov, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə verilmiş ittiham üzrə təqsirli olmaları tam sübuta yetirilmişdir və barələrində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkumlar Məhkum3, Sevil Mərəndinskinin, Məhkum1 kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, onlara ədalətsiz ağır cəza təyin edilmişdir. Məhkumlar kassasiya şi kayətlərində qeyd etmişlər ki, məhkəmələr onlara cəza təyin edərkən işin hallarını, onların şəxsiyyətləri və ailə vəziyyəti nəzərə almamışlar. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Dah a sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bununla yanaşı Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmə dən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Məhkum2 və Məhkum3 cəza təyin edərkən cinayət qanunun yuxarıda göstərilən normalarının tələblərinə riayət etmiş, məhkumlara işin hallarına, onların şəxsiyyətlərinə, ailə vəziyyətlərinə və cinayətlərin törədilməsində rollarına uyğun təqsirli bilindikləri maddələrin sanksiya həddində ədalətli cəza təyin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum2 və Məhkum3 onlara ədalətsiz, işin cinayət qanunun tələblərinə uyğun olmayan ağır cəza təyin edilməsi barədə dəlilləri əsassızdır, onlara, habelə məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 daha yüngül cəza təyin edilməsi, habelə təyin edilmiş cəzanın məhkumlara şərti olaraq tətbiq edilməsi üçün qanuni əsaslar yoxdur. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən Məhkum1 təyin edilmiş cəza işin digər halları ilə yanaşı onun ailə vəziyyətinə (tək ana olmaqla himayəsində talassemiya xəstəliyində əziyyət çəkən azyaşlı uşağının olması) öz ağırlığına görə uyğun gəlmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkumlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işin digər halları ilə yanaşı onların cinayət törədilməsində faktiki rollarını nəzərə almamışlar. Belə ki, iş materiallarından görünür ki, həmin məhkumlar taksi fəaliyyəti ilə məşğul olmaqla “LTV 7” kanalında qeyri rəsmi sürücü işləmiş, onların cinayətlərdə iştirakları yalnız “LTV 7” kanalında jurnalistika fəaliyyəti ilə məşğul olan digər məhkumları cinayət törətdikləri ünvanlara çatdırılmasından ibarət olmuşdur. Azərbaycan Respublikası CPM-in 346.1.12-ci maddəsinin tələblərinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun təyin edilmiş cəzanın çəkilməli olubolmadığını müzakirə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilmə sini sözsüz təmin etməlidirlər. Həmçinin Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyası işin hallarını, məhkumların şəxsiyyətlərini, habelə onların cinayət törədilməsində rollarını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 və Sadıq Əlizadənin onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkmədən onların islah olunmasını mümkün hesab edir. Birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən halları hökmdə qeyd etsə də, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onları və məhkumların cinayət törədilməsində rollarını kifayət qədər nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi də işin yuxarıda qeyd edilən hallarını nəzərə alıb Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin edilmiş cəza çəkmədən islah olunması mümkünlüyünü müzakirə etmədən birinci instansiya məhkəməsinin hökmünün cəza hissəsi ilə razılaşmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin etməsi ilə əlaqədar yanaşması qanunun yuxarıda qeyd edilən normalarına və Azərbay can Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən Plenumunun izahlarına uyğun gəlmir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum1 daha aşağı həddə cəza təyin edilməklə, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə təyin olunmuş cəzaların şərti tətbiq etməklə Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-58/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qərarının dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin c inayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum3, Məhkum2, məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 kassasiya şikayəti və kassasiya şikayətinə əlavəsi, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi14 və məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi11 kassasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 308.1 və 214-2-ci maddələri, Təqsirləndirilən şəxs6 CM-in 182.2.1 və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 308.1-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirl əndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-58/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qərarı məhkumlar Məhkum1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aid olan hissədə dəyişdirilsin. Məhkum1 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə jurnalistika və media fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının azadlıqdan məhrum etmə müddəti 5 (beş) il 3 (üç) aya endirilsin. Azərbayc an Respublikası CM-in 66.3-cü maddəsinə əsasən ona hazırkı qərarla CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə və hökmlə Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum1 qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə jurnalistika və media fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs3 üzərində nəzarə t onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkum Təqsirləndirilən şəxs3 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Məhkum Təqsirləndirilən şəxs3 cəzaçəkmə müəssisəsindən azad edilsin. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs2 üzərində nəzarət onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkum Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti hə yata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Məhkum Təqsirləndirilən şəxs2 cəzaçəkmə müəssisəsindən azad edilsin. Qərar qalan hissədə dəyidirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar