Məhkəmə qərarları › İş №1(102)-1423/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1423/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1423/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü m addələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X12 və X4 ibarət tərkibdə) 22 noyabr 2022-ci il tarixli hökmü ilə xx xxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan keçidi, ev 32 A, mənzil 51-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 27, mənzil 18- də yaşamış Məhkum Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş it tiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən CM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 28 iyul 2022-ci il il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən, məruzəçi hakim), X3 və X2 ibarət tərkibdə) 8 fevral 2023-cü il tarixli qərarı ilə M əhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 1(099)-634/2022 saylı hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2022ci il tarixli 1(099)-634/2022 saylı hökmü təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Məhkum qarşı irəli sürülmüş ittihamdan onun Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə təqsirli bilinməsinə və həmin maddə il ə cəza təyin edilməsi ilə əlaqədar müddəalar xaric edilmişdir. Təqsirləndirilən şəxs Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 1(099)-634/2022 saylı hökmü təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilməmişdir.. İşin halları: İstintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri irəli sürülmüş ittihama əsasən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixatrop maddələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və psixatrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran islam Respublikası vətəndaşı “Əli” adlı şəxs və qeyriləri ilə istifadəsində olan informasiya-telekommunikasiya şəbəkəsi hesab olunan telekommunikasiya vasitəsi “Samsung Galaxy A11” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxs naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda - 4415,277 qram çəkidə narkotik vasitə heroini, 1735,0 qram çəkidə tiryəki, 1350,0 qram çəkidə qurudulmuş marixuananı və “Azərbaycan Resp ublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan 107,141 qram çəkidə psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib göndərərək Astara-Ələt avtomobil yolunun Bakı istiqamətində üzərində “58” yazılmış yol nişanının altında 01 ədəd idman çantasının içərisində gizlədib yerləşdirmiş, yerləşdirmiş çantanın və yol nişanının fotoşəkillərini Məhkum istifadəsində olan 'SamsL-g Galaxy A11” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, Məhkum iran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxsin təlimatı və şifarişi əsasında ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün onun göndərdiyi külli miqdarda narkoti k vasitə və psixotrop maddələri satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmiş, əldə etdiyi psixotrop maddə metamfetamini. narkotik vasitə tiryək, qurudulmuş marixuana və heroinin bir hissəsini idarə etdiyi “Kia Forte" marka **RN-*** dövlət qeydiyyat nişanlı avtomobildə, heroinin qalan hissəsini isə üzərində saxlamaqla Masallı rayonu, Sərçuvar kəndində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci taqımının stasionar postunun qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin X9 Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Məhkum idarə etdiyi avtomobillə birlikdə 28 iyul 2022-ci il tarixdə saat 01:00da yuxarıda qeyd olunan ünvanda saxlanılara q DYPİ-nin YPXA-nın 11-ci taqımının stasionar postuna gətirilmiş və orada həmin tarixdə saat 02:10-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 15,277 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq həmin tarixdə saat 02:50-dən Məhkum razılığı və iştirakı ilə idarə etdiyi “Kia Forte” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa oturacağının sol tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2230,0 qram və 2170,0 qram olmaqla ümumilikdə təmiz çəkisi 4400,0 qram olan narkotik vasit ə heroin, 01 ədəd bağlamada təmiz çəkisi 1735,0 qram olan tiryək, 01 ədəd bağlamada təmiz çəkisi 1350,0 qram olan qurudulmuş marixuana və 01 ədəd bağlamada təmiz çəkisi 107,141 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum CM-in 32.5,206.3.2, 234.4.1, 234.4.3, 234.4.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, ibtidai istintaq və məhkəmə baxışında cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, onun CM-in 234.4.1 və 234.4.3-cu maddələri ilə yanaşı həmin Məcəllənin 32.5,206.3.2 və 234.4.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllər inin törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilmişdir. Məhkəmə Məhkum CM-in 32.5,206.3.2-ci maddəsi ilə bəraət verərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, CM-in 32.5,206.3.2-ci maddəsinin dispozisiyasında qrup üzvlərinin hamısının cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri birlikdə icra etmələri deyil, məhz qrup üzvünün ümumi cinayətkar niyyətə uyğun olaraq maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birini icra etməsinin şəxsin əməlində cinayət tərkibini yaratmasını nəzərə almamışdır. Hər iki instansiya məhkəmələri yekun qərarlarında Məhkum CM-in 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş əməlinə hüquqi qiymət verərkən onu nəzərə almamışlar ki, Məhkum qarşı istintaq orqa nı tərəfindən irəli sürülmüş ittiham özünün qismən etirafedici ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış, baxış keçirilməsi haqqında protokol, işdə olan ekspert rəyləri və digər sübutlarla təsdiq edilmişdir. Belə ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 iyul 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş “CD” diskdəki video görüntülərdən görünür ki, Məhkum üzərindən aşkar edilmiş narkotik vasitəni İİR vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, onunla sosial şəbəkə vasitəsilə tanış olduğunu, “Əli”yə olan 500 manat borc müqabilində narkotik vasitəni Bakı şəhərinə aparıb, “Əli”nin deyəcəyi yerlərə qoymalıydı. Cinayət işinin istintaq zamanı Məhkum aşkar edilmiş psixotrop maddə və narkotik vasitələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqs ədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 007-10036-1222 nömrəli əməliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərdiyi “Əli” adlı İran İslam Respublikası vətəndaşının şəxsiyyəti, olduğu yer və Azərbaycan Respublikasındakı əlaqələrini müəyyən etmək mümkün olmamışdır. Məhkum heç bir yerdə işləmir, tüfeyli həyət tərzi keçirir, külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin İİR-dan Azərbaycan Respublikasının ərazisinə gətizdirərək daşınması, satışı və qəbulu ilə məşğul olmuşdur. Hər iki instansiya məhkəmələri onu da nəzərə almamışlar ki, işi materiallarından göründüyü kimi, narkotik vasitələrin və psixotrop madənin İİR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsi yalnız Məhkum razılığından sonra baş vermişdir. Belə ki, Məhkum İİR vətəndaşı olan “Əli” adlı şəxslə aralarında olan telefon danışıqlarından tam məlum olur ki, Məhkum 27 iyul 2022-ci ildən “Əli” ilə danışmış və növbəti gün, yəni 28 iyul 2022-ci ildə 01 radələrində saxlanılmışdır. Bundan əlavə, Məhkum “WhatsApp” mobil tətbiqinin “Söhbətlər” bölməsində onun İİR vətəndaşı “Əli” adlı şəxsdən əlavə “Eliran”, “Aga” kimi qeydə alınmış şəxslərlə yazışması və bir-birinə səsli mesajların göndərilməsinə, “WhatsApp” mobil tətbiqinin “Zənglər” bölməsində isə onun İİR vətəndaşları ilə əlaqə saxlaması halları müəyyən edilməsinə baxmayaraq, hər iki instansiya məhkəmələri onun qaçamalçılıqla narkotik vasitələr və psixotrop maddənin Azərbaycan Respublikasının ərazisinə ke çirilməsinə dair hissədə Məhkum təqsirsiz hesab etmişlər. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, ibtidai istintaq orqanı düzgün olaraq Məhkum əməlini CM-in 32.5,206.3.2-ci maddəsi ilə, yəni qaçaqmalçılıqda iştirakçılığın köməkçilik növünə uyğun tövsif etmişdir. Hər iki instansiya məhkəmələri Məhkum CM-in 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilməsi qənaətinə gələrkən, istintaq orqanı tərəfindən toplanmış, biri digərini təsdiq etməklə əsaslı olan halları nəzərə almamış, yalnız təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ziddiyyətli ifadəsinə əsaslanmaqla, əməllərində tərəfindən törədilməsi istinad edilən cinayətin əlamətlərini əks etdirən tərkibin müəyyən edilməməsi kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmuşdur. Bundan başqa, apellyasiya instansiya məhkəməsi Məhkum qarşı irəli sürülmüş ittihamdan onun CM-in 234.4.4-cü maddəsi ilə təqsirli bilinməsinə və həmin maddə ilə cəza təyin edilməsinə dair müddəaları da xaric etməkdə haqlı olmamışdır. İstənilən telekommunikasiya vasitəsinə, yəni smartfon, mobil telefon, kompüter və ya planşetə quraşdırılmış “WhatsApp” proqramı ani mesajlaşma mübadilə sistemi deyil, internet vasitəsi ilə istifadə edilən informasiya-telekommunikasiya şəbəkəsi hesab olunur. Bundan əlavə, məhkəmə kollegiyası nəzərə almamışdır ki, qanunvericinin 234.4.4-cü maddəsinin Cinayət Məcəlləsinə əla və edilməsinin səbəbi o olmuşdur ki, həmin Məcəllənin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ağır və bəşəriyyətin bəlası olan cinayət əməllərinin müasir həyatda daha çox kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilir. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, qanunverici CM-in 234.4.4-cü maddəsində qeyd edilən kütləvi informasiya vasitələri, internet informasiya ehtiyatları və informasiya- telekommunikasiya şəbəkələrini sadəcə olaraq sadalamaq deyil, onların anlayışı biri-birindən fərqləndiyi üçün maddənin dispozisiyasına daxil etmiş, yəni yuxarıda qeyd edilən üç informasiya paylaşım vasitələrdən birinin vasitəsi ilə müvafiq cinayətlərin törədilməsi CM-in 234.4.4-cü maddəsinin tərkibini təşkil edir. Belə ki, internet şəbəkəsinə qoşula bilən istənilən şəxs kütləvi informasiya vasitələri və ya internet informasiya ehtiyatlarından istifadə etməklə narkotik vasitənin və ya psixotrop maddənin satqı-alqısı barədə hər hansı məxfi və ya aşkar məlumatı, istənilən elektron qəzet, jurnal, məqalə, reklam, publik şəxsin saytında və sairlərdə yerləşdirə bilər. İnformasiya-telekommunikasiya şəbəkəsi isə “WhatsApp” kimi proqramlardan, yəni bir qrup və ya bir neçə qrup şəxslərin bir-biri ilə (istintaq orqanlarına və ya məhkəməyə təqdim edilməyən, qeyri-publik, kütləvi olmayan) məlumat paylaşma şəbəkəsindən ibarətdir. tutulmuş cinayət əməlinə düzgün hüquqi qiymət verməyərək, həmin maddəni itthamdan xaric etmişdir. Göründüyü kimi, birinci və apellyasiya ins tansiya məhkəmələrinin gəldiyi nəticədən fərqli olaraq Məhkum CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özündə işin obyektiv hallarını əks etdirən sübutların məcmusu ilə tam təsdiq olunur. Şirvan Apelyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol vermiş, Məhkum təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmiş, bunun nəticəsi olaraq Məhkum CM-in 206.3.2-cü maddəsi ilə bəraət verilməsinə dair hissədə Lənkəran Ağır Cinayətlər Məhkə məsinin 22 noyabr 2022-ci il tarixli hökmü ləğv edilməmiş və CM-in 234.4.4-cü maddəsinin ittihamdan xaric edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protesinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən fak tların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasə n Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Məhkum və X8 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2ci maddəsi ilə əsassız bəraət verilməsi və həmin Məcəllənin 234.4.4-cü maddəsinin ittihamdan xaric edilməsi mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya protesini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərba ycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxar ılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərar ında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün ə lamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilməsi barədə yekun nəticənin əsaslı olması barədə qənaətini əsaslandırarkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qər arda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitələrin qaçaqmalçılığı cinayətinə görə təqsirli bilinməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bu hissədə onun gəldiyi qənaəti əsaslı hesab edir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir k i, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozu lmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Baxılan işdə narkotik vasitənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlər narkotik vasitələrin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasına gömrük sərhədindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) g ömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli 10 saylı qərarında qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yara tdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin tör ədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməl ləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” CM-in 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-in 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-in 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətl əri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum köməkçi qismində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və psixotrop maddəni Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsində cinayətin icraçısı ilə arasında obyektiv əlaqəni təsdiq edə biləcik hər hansı mötəbər sü but ittiham tərəfindən təqdim edilə bilmədiyindən işə baxan məhkəmələr haqlı olaraq həmin hissədə Məhkum Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət vermişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 27 iyul 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçrilməsi ilə bağlı "Raport”dan görünür ki, Məhkum külli miqdarda narkotik narkotik vasitə, psixotrop maddə, habelə onların prekursorlarını əldə etmə, saxlama, daşıma və satması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, lakin həmin məlumatda narkotik vasitələrin və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi ilə bağlı hər hansı məlumat qeyd olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestin in dəlillərində Məhkum İİR-in vətəndaşı "Əli” adlı şəxslə narkotik vasitələrin İİRdan Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı 1 gün öncədən danışıq apararaq razılığa gəlməsini və aralarında olan telefon danışıqlarında da bunun təsdiq olduğunu qeyd etsə də, aşağı instansiya məhkəmələri düzgün olaraq müəyyən etmişlər ki, aparılmış danışıqlarda narkotik vasitələrin və psixotrop maddələrin İİR-dan Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı razılığa dair hər hansı söhbət aparılmamış, yalnız həmin yazışmalarda İİR-in vətəndaşı "Əli” adlı şəxsin Məhkum narkotik vasitələrin qoyulduğu yerin kordinatlarının müəyyən edilməsi, həmçinin Məhkum həmin narkotik vasitələri və psixotrop maddələri hara aparması ilə bağlı yazışmalar müəyyən edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, M əhkum tərəfindən törədilmiş narkotik vasitələrin qaçaqmalçılığı cinayəti başa çatdıqdan sonra Əli adlı İİR sakinin təklifi ilə müstəsna olaraq Azərbaycan Respublikasının ərazisində həmin maddələrin qanunsuz dövriyyəsi üzrə fəaliyyətə qoşulmuş – narkotik vasitələrin və psixotrop maddələrin Masallı rayonun ərazisindəki saxlanc yerindən götürülüb satış məqsədi ilə Bakı şəhərinə aparmaq məqsədilə birlikdə (qabaqcadan əlbir olan qrupun tərkibində) icraçı qismində iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız s übutlar əsasında müəyyən edilməlidir. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın Məhkum 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentl ərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Məhkum Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi təqsirliyinin sübuta yetirilməməsi barədə qənaəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələləri tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan hökmü qüvvədə sa xlayan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi olan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, məhkumların qeyd olunan cinayət əməlində təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009- cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestinin CM-in 234.4.4-cü maddəsinin ittihamdan xaric edilməsinin əsassız olması barədə dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsi hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Məhkum mobil telefonunda "Whatsapp” proqramı vasitəsi ilə "Bosanmis Bil” kimi qeyd edilmiş xarici ölkəyə məxsus olan +7 903 *** ** ** mobil nömrənin istifadəçisi ilə narkotik vasitələrin və psixotrop maddənin adı istintaqa məlum olmayan şəxs tərəfindən qoyulduğu yerin müəyyən edilməsi, həmin narkotik vasitələrin və psixotrop maddənin Məhkum, İİR-in vətəndaşı olan "Əli” adlı şəxsə olan 500 AZN borcunun qarşılığında həmin şəxs tərəfindən Bakı şəhərində deyilmiş ünvanlara çatdırılması ilə bağlı müəyyən etdiyi faktiki hallar Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, mobil tele fonundan aşkar edilmiş iş materiallarına əlavə edilmiş yazışmalar və digər mötəbər sübutlarla tam təsdiq olunsa da məhkəmənin, Məhkum Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ittihamda təqsirli olmasına dair gəldiyi nəticə işin faktiki halları ilə uyğunluq təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə cinayət məsuliyyətinə səbəb olu r. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, "WhatsApp” tətbiqi proqramı smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Qeyd olunan cinayət işi üzrə "Əli” adlı İİR-in vətəndaşı tərəfindən narkotik vasitələrin və psixotrop maddənin gizlədildiyi yer barədə Məhkum məlumat verməsi, həmçinin həmin narkotik vasitələrin və psixotrop maddənin aparılacağı yer barədə aparılan yazışmalar CM-nin 234.4.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 234.4.4-cü ilə əlaqədar müddəalar xaric edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarında cinayət işi üzrə məhkəmə istintaqında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməkdə və verilmiş ittihamdan 234.4.3-cü maddəsinin xar ic etməkdə haqlı olmuşdur. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq göstərilən məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sür ülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar