Məhkəmə qərarları › İş №1(102)-1423/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1423/2024

06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1423/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyas iya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 1(105)-639/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 1(012)-473/2023 saylı hökmü ilə (hakim Vaqif Həsənov) xx.xx.1992-ci ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Ağcabədi rayonu, Şənlik kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, döngə 3, nömrəsiz fərdi evdə yaşamış, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsi rli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Həmin hökmdən Məhkum apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: Elman Əhmədov (sədrlik edən və məruzəçi), Məhəmmədəli Rzayev və Elman Rəhimovdan ibarət tərkibdə) 20 dekabr 2023-cü il tarixli 1(105)-639/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 1(012)-473/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 5 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, H.Seyidbəyli küçəsi, ev 83-ə pəncərənin dəmir barmaqlığını sındırma yolu ilə qanunsuz daxil olaraq, evin qonaq otağından 01 ədəd 2000 manat dəyərində "Samung” markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 2000 manat ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 9 yanvar 2023-cü il tarixdə kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 15a-da olan 650 manat dəyərində "Shivaki” markalı televizoru gizli olaraq talayıb sosial şəbəkədə elan verməklə sataraq zərərçəkmiş şəxs X2 650 manat ziyan vurmaqla oğ urluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 15 yanvar 2023-cü il tarixdə, saat 3 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən nömrəsiz fərdi evin həyətinə hasarı aşma yolu ilə, sonra isə evin içərisinə plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olmaqla oradan 1 ədəd 45 manat dəyərində təzyiq ölşən aparatını, 1 ədəd 160 manat dəyərində səyahət çantasını, 2 ədəd ümumi dəyəri 120 manat böyük ölçülü örtükləri, 1 ədəd 80 manat dəyərində süfrəni, 1 ədəd 50 manat dəyərində uzunqol kişi köynəyini, 1 ədəd 100 manat dəyərində kişi pencəyini, 1 ədəd 60 manat dəyərində direli, 1 ədəd 80 manat dəyərində direli, 1 ədəd 250 manat dəyərində qaynaq aparatını, 1 ədəd 100 manat dəyərində ətçəkən maşını, 1 ədəd 120 manat dəyərində şirəçəkən aparatını, 1 ədəd 150 manat dəyərində mikrodalğalı sobanı, 1 ədəd 820 manat dəyərində "Samsung” markalı televizoru, 1 cüt 50 manat dəyərində ayaqqabını, 1 cüt 300 manat dəyərində ayaqqabını, 1 ədəd 450 manat dəyərində kişi gödəkçəsini, 1 ədəd 250 manat dəyərində samovarı, 1 ədəd 50 manat dəyərində qaynaq ütüsünü, soyuducuda saxlanılan 200 manat dəyərində ət məhsullarını və 1 ədəd 50 manat dəyərində saç ütüsünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3485 manat ziyan vurmaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətində oğurladığı əşyaları Abşeron rayon polis idarəsinin əməliyyat qrupuna təhvil verdiyini bildirmiş və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya instansi yası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2023-cü il 20 dekabr tarixli qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktla rı müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum ona ağır cəza təyin edilm əsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya şikayətində məhkum ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkum barəsində olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.202 1-ci il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən Məhkum cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılıb və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən eyni tipdən olan cinayət törətmiş və bununla da onun əməlində cinayətlərin residivi yaranmışdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətdikdə cinay ətin residivi hesab edilir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumun təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Birinci instasniya məhkəməsi də CM-in imperativ normasının tələblərini nəzərə alaraq məhkuma maddənin sanksiyasının aşağı həddinə yaxın cəza təyin etmiş, apellyasiya məhkəməsi də həmin cəza ilə razılaşaraq hökmü qüvvəsində saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin ed ilməsi üçün hər hansı hüquqi və faktiki əsas mövcud deyil, bu səbəbdən kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 1(012)-473/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 1(105)-639/2023 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar