Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1423/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2024-cü i l tarixli 1(103)-909/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Anar Sadıqov (sədrlik edən və məruzəçi), Fəxri Məmmədov və Mahirə Kərimova) 14 fevral 2024-cü il tarixli 1(101)612/2024 nömrəli hökmü ilə 30 avqust 1995-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, bir uşağı olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, H.Əliyev prospekti, ev 14 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun tutulduğu, həbsdə və e v dustaqlığında saxlanıldığı 4 (dörd) ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 14 fevral 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 7,589 qram çəkidə psixotrop maddə metamfetamini 2022-ci il noyabr ayının 22-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində metronun "Azadlıq stansiyası” yaxılığında istintaqa məlum olmayan mənbədən əldə edərək, üzərində saxlamış və daşımışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinay ətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum 23 noyabr 2022-ci il tarixdə saat 18:45 dəqiqədə ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,270 qram və 4,319 qram olmaqla, ümumi külli miqdarda təmiz çəkiləri 7,589 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 06 iyun 2024-cü il tarixli 1(10 3)-909/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)612/2024 saylı, 14 fevral 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2024-cü il tarixli 1(103)-909/2024 nömrəli qərarının ləğv edilməsini və məhkum barəsində olan cinayət işinin icraatına bəraət verici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq materiallarında əməliyyat məlumatı daxil olduğu və buna əsasən də Məhkum saxlanıldığı qeyd edilmişdir. Lakin ə məliyyat-qeydiyyat işinin surəti iş materiallarına əlavə edilməyib. Azərbaycan Respublikası CPM-in 95.1-ci maddəsinə əsasən, iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Bu barədə verilmiş vəsatətlər məhkəmələr tərəfindən təmin edilməmişdir. Həmçinin, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bütün tərəflərdən giriş-çıxış və dəhlizdə, həmçinin qarajda və MSY-də yerləşdirilən videokameralarından 23-30 noyabr 2023-cü il saat olan görüntülərin məhkəməyə təqdim edilməsi barədə qərar qəbul edilməsi, BMCMİ-dən Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı aparılan əməliyyat-qeydiyyat işinin su rətinin məhkəməyə təqdim edilməsi barədə qərar qəbul edilməsi, əməliyyat məlumatı verən şəxsin məhkəmədə şahid kimi dindirilməsi barədə qərar qəbul edilməsi, BMCMİ Müvəqqəti Saxlanma Yerinin vətəndaşların (saxlanılan şəxslərin, müstəntiq və vəkillərin) giriş-çıxışının qeydiyyatı aparılan nəzarət kitabçasının 23-30 noyabr 2023-cü ilə aid hissəsinin məhkəməyə təqdim edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı vəsatətlər də əsassız olaraq təmin edilməyib. İstintaq materiallarından görünür ki, ərizəçi 23 noyabr 2023-cü ildə saat 18:45-də saxlanılıb. Polisə məlumat daxil olsa da ki, guya ərizəçi narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olur və təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarda yazılsa da ki, ərizəçinin üstü, avtomobili və evi dərhal axtarışa məruz qalsın, lak in polis sadəcə ərizəçini BMCMİ-yə gətirib. Heç bir axtarış aparmayıb. Həmçinin kassator hesab edir ki, cinayət işi üzrə ibtidai araşdırma zamanı məhkumun müdafiə hüququ pozulmuşdur. Belə ki, məhkum vaxtında müdafiəçi ilə təmin edilməmiş, dövlət hesabına təyin edilmiş müdafiəçi isə məhkumun müdafiəsini formal keçirmişdir. Belə ki, istintaq sənədlərinə əsasən, ərizəçi tutulduğu andan tamamilə polisin nəzarətində olub və tutulduqdan 2 saat 15 dəqiqədən sonra axtarışa məruz qalıb. Məhkum barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilərkən məhkəmədə buna etiraz edib. Lakin dövlət hesabına təyin edilən vəkil isə qərardan şikayət verməyib. Üstəlik, dövlət hesabına təyin edilən vəkil ərizəçinin işgəncəyə məruz qalması barədə heç bir şikayət etməyib və ya ərizəçinin olduğu yer barədə ailəsin ə məlumat verməyib. Məhkumun ailəsinə onun tutulması barədə vaxtında məlumat verilməmişdir. Tez bir zamanda məhkumun ailəsinə məlumat verilsəydi, öz vəkili onun yanında olsaydı, o, nə hədələrdən qorxardı, nə də sənədlərə imza etməyə məcbur olmazdı. Lakin məhkəmə müdafiə hüququnun pozuntusuna qiymət verməyib. Qeyd edilməlidir ki, dövlət hesabına vəkillə təmin olunma institutu formal xarakter daşıyır və praktikada daha çox istintaq orqanına problem yaratmayan, onlara etiraz etməyən, istintaq orqanının hərəkətlərinə etiraz, qeyd və vəsatət verməyən “lal” vəkillərdən istifadə edilir və bu institut istintaq orqanlarının daha rahat işləməsinə, işgəncələrin ört-basdır edilməsinə, istintaq hərəkətlərinin formal olaraq “qanuniləşdirilməsinə” xidmət edir. Məhkumun işgəncəyə məruz qalması faktı ara şdırılmayıb. Prokurorluq formal qərar qəbul edib. Təqsirləndirilənin başqa bir sübut olmadığı halda cinayət etməsini etiraf etməsi şübhəsizdir ki, kənar təsirin – işgəncənin nəticəsində baş verib. Bundan başqa məhkum məhkəmə iclasında bildirmişdir ki, həbs edildiyi gün psixoloji təzyiqə və işgəncəyə məruz qalıb. Bütün insanlarda özünü müdafiə instinkti mövcuddur. Bu həm fiziki, həm də əqli formada təzahür edə bilər. Hətta insan cinayət başında yaxalandıqda belə, o onu qarşıda gözləyən sərt cəzadan yayınmaq üçün etdiyi cinayətdə hansısa detalları deməməyə, gizlətməyə çalışması çox normaldır. Heç kəs yeganə sübut özünün ifadəsidirsə, könüllü üzərində narkotik vasitə olduğunu etiraf etməz. 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum aşkar olunmuş bir ədəd “Samsung A2” markalı mobil telefon və ***-***-**-** mobil nömrə Məhkum qaytarılmışdır (təhvil verilmişdir). Bu onu göstərir ki, telefonda iş üçün əhəmiyyətli heç bir məlumat olmayıb. Deməli, məhkumun guya narkotik satması məlumatının mötəbər mənbədən verilmədiyi sübut edilib. İş materiallarından da görünür ki, Həsənov Hicran Əfqan oğluna başlanmış cinayət işi ilə əlaqədar həbs edilib. Sonradan həmin iş ayrılıb. Beləliklə, məhkum narkotik dövriyyəsinə görə tutulmayıb. Guya əməliyyat məlumatının daxil olması ilə başladılan cinayət işi əslində Həsənov Hicran Əfqan oğlu ilə məhkumun əlaqəsinin olub-olmamasını müəyyən etmək üçün hazırlanıb. Hazırkı işdə ittiham məhkum əleyhinə heç bir sübut toplamayıb, buna cəhd də etməyib. İstintaqın yeganə məqsədi o olub ki, məhkum ona qarşı irəli sürülmüş cinayəti etiraf etsin. Buna görə də ona ağır işgəncələr veriblər. Məhkumun belə bir şəraitdən müdafiə olunmaq imkanları olmayıb, istintaq orqanı ərizəçi faktiki həbsdə olsa da, onun hüquqlarının müdafiəsi, ən azı onu qanunsuz müdafiədən qoruya biləcək hər hansı bir şərait yaratmayıblar. Məhkuma xarici aləmlə, onu müdafiə edəcək şəxslərlə heç bir əlaqə yaratmağa imkan verməyiblər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yaln ız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum psixotrop maddə olan metafetamini əldə etməmiş və saxlamamış, barəsind ə əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilləri araşdırmış və onların əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxa rıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsini, şahidlər Şahid1, Şahid2, Şahid2, Şahid3, Şahid3 verdikləri ifadələri, məhkəmə ekspertizasının rəyini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CMin 23 4.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi Müdafiəçi2 apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum dəlilləri ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsin də nəzərdə tutulmuş cinayət əməlini törətməsini əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları və videogörüntülər, maddi sübut, ekspert rəyi və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi Məhkum külli miqdarda narkotik vasitəni əldə edib saxlamasını təsdiq edən hallar – onun üzərində psixotrop maddənin aşkar edilməsi, psixotrop maddənin növü və miqdarı hazırkı iş materialları ilə birmənalı olaraq təsdiq edilir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum oğlu nun əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkum ibtidai araşdırma dövründən fərqli olaraq birinci instansiya məhkəməsind ə keçirilən baxış iclası zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, məhz polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun qeyd olunan normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,270 qram və 4,319 qram olmaqla, ümumi külli miqdarda təmiz çəkiləri 7,589 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilməsi yuxarıda qeyd olunan sübutlara təsd iq olunmasına baxmayaraq, müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etmiş və bunu məhkumun müdafiə hüququnun pozulması və məhkumun ibtidai istintaq zamanı onun tərəfindən cinayət törədilməsi barədə ifadənin polis əməkdaşları tərəfindən ona psixi və fiziki zor tətbiq edilməsi nəticəsində verilməsi ilə əsaslandırmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən dəlillər müdafiə tərəfinin apellyasiya müraciətinin əsasını da təşkil etmişdir. Apellyasiya instansiya məhkəməsi həmin dəlilləri araşdırmış və onların əsasız olması barədə nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cinayət işi üzrə həm ibtidai istintaqda, həm məhkəmə icraatı zamanı Məhkum cinayət-prosessual qanunvericiliyinin tələblər inə uyğun olaraq müdafiəçinin yardımından istifadə etmək hüququ təmin edilmişdir. Məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən məhkuma psixi və fiziki zor tətbiq edilməsi barədə iddialar hazırkı cinayət işi üzrə həm birinci instansiya məhkəməsi, həm də prokurorluq orqanları tərəfindən araşdırılmış və təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi işin konkret sübutlarına – şahid ifadələrinə, ekspertiza rəylərinə və digər mötəbər sənədlərə əsaslanaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, apellyasiya şikayətində bu barədə irəli sürülmüş dəlilləri əsassız hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və məhkəmə iclasında tədqiq edilmiş sübutlara tam uyğun olmuşdur və əsaslıd ır. Kassasiya şikayətində isə məhkuma psixi və fiziki zor tətbiq edilməməsi barədə məhkəmələrin gəldiyi nəticəni təkzib edən və apellyasiya şikayətində göstərilməyən hər hansı yeni hal və ya sübut təqdim edilmədiyindən, məhkəmə kollegiyası bu məsələyə dair kassasiya şikayətində irəli sürülmüş dəlilləri əsassız hesab edir. Həmçinin qeyd edilməlidir ki, nə məhkum, nə onun müdafiəçisi tərəfindən məhkuma psixi və fiziki zor tətbiq edilməsi barədə məlumatla əlaqədar toplanmış material üzrə prokurorluq tərəfindən qəbul edilmiş qərardan şikayət verməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz polisin hədə-qorxusu nəticəsində əldə edilməsinə dair təqsirləndirilən şəxsin dəlili ilə razılaşmayaraq, onun ibtidai ist intaq zamanı verdiyi ifadə cinayət işi üzrə digər sübutlarla təsdiq edildiyindən həmin ifadəni həqiqətə uyğun və mötəbər sübut kimi qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz polisin hədə-qorxusu nəticəsində əldə edilməsinə dair dəlili ilə razılaşılmaması əsaslı və sübutların qiymətləndirilməsinə dair qanun normalarının tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının tövsiyələrinə uyğun olmuşdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Məhkum ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ifadələri cinayət təqibi üzrə mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiall arından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-i n 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və həmin ittiham üzrə ona bəraət verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətin digər dəlili məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətlərinin təmin olunmaması və əsassız rədd olunmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə a laraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2024-cü il tarixli 1(103)-909/2024 nömrəli tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2024-cü il tarixli 1(103)-909/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1423/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1423/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver