Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1424/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Apelyas iya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İlham Mahmudov (sədrlik edən və məruzəçi), Mirzə Xankişiyev və Faiq Qəniyev) 1(101)-599/2020 nömrəli, 20 oktyabr 2020ci il tarixli hökmü ilə xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi İsfahani küçəsi ev 33-də qeydiyyatda olan və yaşamış, əvvəllər məhkum olunmuş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.5, 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-in 120.2.5-ci maddəsi ilə 18 (on səkkiz) müddətə azadlıqdan məhrum et mə cəzası, CM-in 178.2.1 və 178.2.4 maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla o, 18 (on səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş cəzaya Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli hökmü ilə ona CM-in 178.2.4-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla, cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə üzərində qəti olaraq 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 29 iyun 2017-ci il tarixdən hes ablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, bacısı ilə qonşuluqda Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi Xəlil Rza küçəsi dalan 04 ev 02-də tək yaşayan Zərərçəkmiş şəxs1 ilə 2016-ci ilin yanvar ayının əvvəllərində tanış olub münasibətləri yarandıqdan sonra, sonuncunun subay olduğunu və anası ilə mübahisə edib evdən qovduğunu ailə üzvləri anası və bacısının ondan ayrı yaşayaraq əlaqə saxlamadıqlarını, narkotik vasitə istifadəçisi olduğunu bilib onu tamah, yəni mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən evini və evində olan məişət əşyalarını ələ keçirib mənfəət əldə etmək məqsədilə qəsdən öldürmək qərarına gəlmiş, niyyətini həyat keçirmək üçün Zərərçəkmiş şəxs1 2016-cı ilin sentyabr ayının istintaqa məlum olmaya n tarixdə, Şahid4 şifahi razılaşma əsasında icarəyə götürdüyü Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 299-B nömrəli bağ evinə istirahət etmək adı ilə dəvət etmiş, orada Zərərçəkmiş şəxs1 tiryək qrupuna aid narkotik vasitə qəbul edib narkotik sərxoşluq vəziyyətdə olduğu və planlaşdırdığı cinayət əməlini başa çatdırmaq üçün əlverişli şərait yarandığını görüb istintaq zamanı əldə edilməsi mümkün olmayan kəsicideşici alətlə-bıçaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub onu qəsdən öldürmüş, daha sonra Zərərçəkmiş şəxs1 məxsus evin açarını götürüb meyiti şəffaf sellofan torbaya bükərək, bağ evinin həyətində sanitar qovşağın yanında torpağa basdırmış, bir neçə gündən sonra 2016-cı ilin sentyabr ayının axırlarında bağ evini təhvil verməli olduğundan v ə Zərərçəkmiş şəxs1 meyitinin digər şəxslər tərəfindən aşkar olunacağını düşünərək törətdiyi cinayəti gizlətmək məqsədilə meyiti basdırdığı yerdən çıxarıb gizli şəkildə bağ evindən aparmaq məqsədilə bıçaq və balta ilə başı bədəndən, hər iki bazu sümüklərinin baş nahiyələrindən, hər iki bud sümüklərinin aşağı 1/3-dən və hər iki baldır sümüklərini aşağı 1/3-dən meyiti hissələrə bölməklə, sellofan torbalara dolduraraq yaxınlıqda yerləşən hasara alınmış boş sahədə torpağa basdırmışdır. Bundan sonra Məhkum tamah məqsədilə qəsdən öldürdüyü Zərərçəkmiş şəxs1 məxsus əmlakı ələ keçirmək üçün, 2016-cı ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 məxsus Xırdalan şəhəri Quşçuluq yaşayış massivi Xəlil Rza küçəsi dalan 4 ev 02 ünvanında sonuncunun 80 manat pulunu, qızıldan protez dişlərini, yataq m ebel dəstini, 01 ədəd “Samsung”, 01 ədəd mikrodalğalı sobanı, 1 ədəd “LG” markalı soyuducuları, 01 ədəd “qorka” dolabını, 01 ədəd televizor dolabını, 01 ədəd xalçanı, 01 ədəd divar saatını, 3 ədəd çılçırağı, 01 ədəd kovroliti, 01 ədəd “JVC” markalı televizoru, 01 ədəd anten cihazını, 01 ədəd “Samsung” markalı paltaryuyan maşını, 01 ədəd kombi cihazını və digər məişət əşyalarını, ümumi dəyəri 3.330 manat olan əmlakı müxtəlif alqı-satqı elan saytlarında yerləşdirib ayrı-ayrı şəxslərə sataraq əldə etdiyi pulu öz ehtiyaclarına istifadə etmişdir. Bundan başqa, Məhkum aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət yolu ələ keçirdiyi Zərərçəkmiş şəxs1 məxsus Xırdalan şəhəri Quşçuluq yaşayış massivi Xəlil Rza küçəsi dalan 04 ev 02 ünvanında yerləşən 14 yanvar 2016-cı il tarixdə 38.800 manata alınmış (sonradan 22 oktyabr 2016-cı ildə 36.000 manata qiymətləndirilmiş) yaşayış evini özünün evi kimi göstərib alqı-satqı elan saytlarında yerləşdirmiş, özünü qəsdən «Vüqar» adı ilə təqdim edib müştəri Zərərçəkmiş şəxs2 ilə görüşüb həmin evin özünə məxsus olmasını bildirməklə, 23000 manata satılmasına dair razılıq əldə edərək, 11 oktyabr 2018-ci ildə vəfat etmiş anası X1 Zərərçəkmiş şəxs1 qəsdən öldürüb basdırması, cinayətin izlərinin itirilməsi üçün mərhumun evini satmalı olduqları barədə məlumat vermiş, anası ilə qabaqcadan razılaşaraq cinayət əlaqəsinə girib fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməməsi səbəbindən sonuncu ilə Zərərçəkmiş şəxs2 arvadı Şahid1 arasında Bakı şəhəri 43 saylı notariat ofisində 08 oktyabr 2016-ci ildə 23.000 manat məbləğində kre dit müqaviləsinin bağlaması ilə faktiki olaraq alqı-satqını rəsmiləşdirilməsinə nail olmuş, habelə şəxsiyyəti barədə məlumatların müəyyən edilməməsi və dələduzluq əməlinin törədilməsi ilə bağlı istifadə etmək məqsədilə hüquq verən rəsmi sənəd hesab edilən 02 mart 1984-cü ildə Bakı şəhərində doğulmuş, subay və hərbi mükəlləfiyyətli, B(İİİ) RH+ qan qruplu, yaşayış yeri Bakı şəhəri Rəsulzadə qəsəbəsi Azadlıq prospekti ev 185 olan X4 adına Binəqədi rayon polis idarəsi tərəfindən 01 may 2014-cü ildə verilmiş və 02 mart 2019-cu il tarixədək etibarlılıq müddəti olan Azərbaycan Respublikasının vətəndaşının AZE seriyalı 06854602 nömrəli şəxsiyyət vəsiqəsi və Xırdalan şəhəri Quşçuluq yaşayış massivi Xəlil Rza küçəsi dalan 4 ev 2 ünvanına aid qiymətləndirmə vərəqəsini qanunsuz olaraq hazırlamış, bi lə-bilə həmin saxta sənədləri Zərərçəkmiş şəxs2 təqdim edib aldatma yolu ilə evi ona 22.000 manat müqabilində satmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında onun 22.000 manatını 2016-cı ilin oktyabr ayında Xırdalan şəhəri Quşçuluq yaşayış massivi Xəlil Rza küçəsi dalan 4 ev 2 ünvanında ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Habil Məmmədov) 1(103)-289/2021 nömrəli, 06 yanvar 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 06 yanvar 2021-ci il tarixli qərarı ləğv edilməsi və cinayət işinə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı onun bir çox vəsatətləri təmin edilməmiş, apelyasiya instansiyası məhkəməsi dəlillərə qiymət verməmişdir. Kassator ibtidai istintaq zamanı ifadəsinin təhrif edildiyini bildirmişdir. Həmçinin Məhkum kassasiya şikayətində qeyd etmişdi ki, birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələbələrinə uyğun tətbiq etməmiş, gəldiyi nəticələri isə mümkün olmayan sübutlarla əsaslandırmışdır. Məhkum zərərçəkmiş şəxs (mərhum) Zərərçəkmiş şəxs1 öldürmədiyini (qətlə yetirm ədiyini) bildirmiş və zərərçəkmiş şəxsin narkotik vasitələrin qəbulundan (doza aşımı) öldüyünü göstərmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun elan edilmiş ittihamda təqsiri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, lakin birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, mümkün olmayan sübutlara əsaslanıb onun barəsində qanunsuz və əsassız olara q ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutlar araşdıraraq nəticəyə gəlmişdir ki, Məhkum özünü elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, onun həmin ittihamda təqsirli olması, yəni tamah məqsədi qəsdən adam öldürmə və qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, istintaq hərəkətlərin protokolları və işin digər materialları ilə təsdiq olunur. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum cinayət törətməməsinə dair məhkəmədə verdiyi ifadə işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən və iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən həqiqətə uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə koll egiyası hesab edir ki, işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmələrin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Göründüyü kimi məhkəmələr həmin sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 120.2.5, 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanu ni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apelyasiya instansiyasında apelyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Məhkum əməli CM -in 120.2.5, 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırıl ması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən araşdırılmış sübutlara Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum kassasiya şikayətində həmçinin qeyd etmişdir ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətləri təmin əsas sız olaraq təmin olunmamış və rədd edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 120.2.5, 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1424/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1424/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver