Məhkəmə qərarları › İş №1(102)-1424/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1424/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1424/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cin ayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasının rədd edilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 1(099)141/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına, 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; CM-in 66.3 -cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla, cinayətlərin məcmusu üzrə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; CM-in 68.1.1-1-ci maddəsinə əsasən ona əvvəllər Salyan Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 10 ay 21 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmaqla CM-in 67.1 -ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Məhkum üzərində qəti olaraq 7 (yeddi) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 22 avqust 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minə nədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, həmçinin iş üzrə maddi sübutlar və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Məhkum apellyasiya şikayəti vermiş, o cümlədən, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət verərək müddəti buraxmasını pandemiya dövrü, səhhətinin ağır olması və hüquqi savadsızlığı iləəsaslandırmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: X.A.Nuriyev) 30 noyabr 2022-ci il tarixli qərarı ilə Məhkum apellyasiya şikayəti verilmə müddətinin bərpaolunmasına dair vəsatət təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının (hakimlər: X3 (sədrlik edən), X5 və X2 ibarət tərkibdə) 14 fevral 2023-cü il tarixli qərarı ilə Məhkum apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(099)141/2021 saylı qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində məhkum pandemiya dövründə şikayət vermək imkanının olmadığını, hökmün surətini ala bilməməsi, hüquqi savadsız olmasını bildirərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti verməsi ilə bağlı prosessual müddətin ötürülməsini üzrlü hesab edilməsini və müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə g örə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Sözügedən Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü elan olunarkən Məhkum müdafiəçisi ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, hökmdən apellyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmünün surəti xx.xx.2021-ci il tarixdə Məhkum imza etdirilməklə təqdim olunmuşdur. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin vəsatəti təmin etməməklə bağlı gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən sözügedən hökmdən apellyasiya şikayəti verilməsi üçün qa nunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı Məhkum münasibətdə xx.xx.2021-ci il tarixdən başlamış və xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Məhkum xx.xx.2022-ci il tarixli apellyasiya şikayəti və müddətin bərpasına dair vəsatəti isə cəza çəkdiyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2022-ci il tarixli müşayiətedici məktubu ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin apellyasiya şikayəti və vəsatət xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən 1 il 4 aydan artıq vaxt keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxı lmışdır. Məhkum kassasiya şikayətinin xəstəliyi (hökm elan olunduqdan sonra onun uzun müddət- yəni 1 il 4 aydan artıq xəstə olması) ilə əlaqədar müddəti ötürməsindən ibarət dəlillərini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm ona təqdim olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o, bu hüququndan istifadə etməmiş, birinci instansiya məhkəməsi tərəfindən Məhkum tərəfindən iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi onun istinad etdiyi hallar araşdırılaraq, ötürü lmüş müddətin üzrlü hesab edilməsinə əsas tapmadığından, düzgün olaraq onun vəsatətini təmin etməmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması barədə mülahizələri əsaslı və inandırıcı deyil. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən edən sübutlar əlavə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də, məhkuma təqdim olunmuş hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Ona görə də kassasiya məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün hər hansı əsaslı dəlil göstərilməmişdir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinə görə: Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi il ə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir (203.3-cü maddə); Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə həmçinin bildirir ki, cinayətprosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, per spektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını alma q arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X8rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bərpa oluna bilər. Apellyasiya şikayəti və ya apellyasiya protesti nin vaxtında verilməməsinin üzrlü səbəbləri şikayət və ya protest verməyə mane olan xəstəlik, iş materialları ilə vaxtında tanış olmaq imkanının olmaması, hökmün və ya məhkəmənin digər qərarının mahiyyətinin şəxsə vaxtında və düzgün izah olunmaması, hökmün və ya məhkəmənin qərarının surətini vaxtında göndərilməməsi, məhkəmə iclas protokolunun vaxtında hazır olmaması, şikayət və ya protest vermək hüququ olan şəxsin məcburiyyət altında şikayət və ya protest verə bilməməsi, şikayət və ya protest verilməsinə fövqəladə halların mane olması və s. ola bilər. Lakin məhkəmə kollegiyası nə iş materiallarında nə də məhkumun vəsatətində qeyd edilən halları təsdiq edən hər hansı bir sübut müəyyən etmədi. Şirvan Apellyasiya Məhkəməsi haqlı olaraq yuxarıda qeyd edilənləri, həmçinin Məhkum hökmün surətini aldığı tarixdən vəsatətlə müraciət olunan vaxta kimi keçmiş müddət ərzində apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasını üzürlü hesab etməyə əsas olan halların mövcud olmadığını qeyd etmiş və müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəm ə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətinin müddətinin bərpasının rədd edilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar