Məhkəmə qərarları › İş №1(102)-1424/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1424/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1424/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(124)184/2022 nömrəli (hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət məhkəmə tərkibində) hökmü ilə 15 avqust 1978-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cina yət əməlini törətməkdə təqsirli bilinərək, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 2 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserində narkomaniyadan qeydiyyata götürülməsi müəyyən edilmişdir. Həmin hökmlə, o cümlədən iş üzrə maddi sübutlar və ekspertiza xərci məsələləri həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli 1(105)-120/2023 nömrəli (hakimlər: Ağayev Rəşadət Əhməd oğlu (sədrliyi və məruzəsi ilə), İsmayılov Azər İbrahim oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, Xaçmaz Rayon Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, heroini, sintetik narkotik vasitə olan metadonu, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini faktiki yaşadığı ünvan yerləşən yarımtikilinin otağında saxlamış, bu fakt 2 sentyabr 2021-ci il tarixdə saat 11:00-dan 11:25dək olan vaxt ərzində Xaçmaz RPŞ-in əməkdaşları tərəfindən həmin evin həyətində yerləşən yarımtikili yə baxış keçirilən zaman 22 ədəd kibrit qutusunda ayrı-ayrılıqda 6,200 qr, 5,190 qr, 5,650 qr, 5,489 qr, 4,830 qr, 5,250 qr, 5,940 qr, 6,690 qr, 5,530 qr, 6,620 qr, 5,810 qr, 5,580 qr, 6,320 qr, 6,350 qr, 7,260 qr, 1,390 qr, 5,090 qr, 5,940 qr, 6,023 qr, 6,200 qr, 5,450 qr, 6,213 qr çəkilərdə, 2 (iki) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda 1,865 qr, 13,596 qr çəkilərdə, 1 (bir) ədəd falqada 3,385 qram çəkidə olmaqla ümumilikdə 143,861 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, tərkibində 0,1 qram çəkidə metadon təsir maddəsi olan 2 ədəd və 1/2 ədəd həb, sintetik narkotik vasitə - metadon, 5 (beş) ədəd şəffaf sellafon kəsiyi bükümündə ayrı-ayrılıqda 0,448 qr, 0,875 qr, 0,435 qr, 0,475 qr, 0,450 qr çəkilərdə, 36 ədəd falqa kağ ızı kəsiyi bükümündə ayrı-ayrılıqda 0,076 qr, 0,195 qr, 0,087 qr, 0,116 qr, 0,129 qr, 0,100 qr, 0,144 qr, 0,132 qr, 0,136 qr, 0,143 qr, 0,236 qr, 0,082 qr, 0,104 qr, 0,087 qr, 0,104 qr, 0,188 qr, 0,092 qr, 0,111 qr, 0,120 qr, 0,080 qr, 0,154 qr, 0,092 qr, 0,130 qr, 0,099 qr, 0,164 qr, 0,076 qr, 0,096 qr, 0,115 qr, 0,074 qr,.0,102 qr, 0,080 qr, 0,147 qr, 0,065 qr, 0,111 qr, 0,106 qr, 0,057 qram çəkilərdə olmaqla ümumilikdə 6,813 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd 1 ml həcmli şprisin içərisindəki 0,2 ml heroin məhlulunda quru çəkisi 0,001 qram olan heroin, 3 ədəd bükümdə ayrı-ayrılıqda 13,573 qr, 0,864 qr, 0,409 qram çəkilərdə olmaqla ümumilikdə 14,846 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, b ununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə edib saxlamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmamış, məhkəmə qərarları qeyri-obyektiv və əsassız, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və prosessual pozuntulara yol vermişdir. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə və ya konkret olaraq kiməsə narkotik vasitəni satmağı haqda istintaq orqanı heç bir fakt ortaya qoyula bilməmişdir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fev ral 2023-cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin məhkəmə istintaqı aparılmaqla və əlavə sübutlar tələb edilməklə apellyasiya məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, sözü gedən cinayət işi ilə bağlı təqsiri olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 202 3-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydas ında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən onun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edildiyi iddia edilmiş, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1. 2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) tör ədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşa ğıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq bi rinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun kassasiya şikayətində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində qeyd olunan cinayətdə onun təqsirliliyinin müəyyən edilməsi haqqında apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi və ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkumun kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarla rının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024- cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlama lara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, məhkum tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun külli miqdarda narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Birinci instansiya məhkəməsin də məhkumun ibtidai istintaq zamanı verdiyi CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsinə, məhkəmə istintaqında isə özünü qismən təqsirli bilməsinə dair ifadələri, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid4, Şahid3 və Şahid5 ifadələri, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 2 sentyabr 2021-ci il tarixli qərar, hadisə yerinə baxış keçirilməsi haqqında 2 sentyabr 2021-ci il tarixli protokol, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu disk, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin kompleks məhkəmə kimyəvi və məhkəmə-bioloji ekspertizasının 3 sentyabr 2021-ci il tarixli 6/3855-7/879 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publi k hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 6 noyabr 2021-ci il tarixli 4360 nömrəli rəyi, maddi sübutlar və işdə olan digər istintaq hərəkətlərinə dair protokollar, bundan əlavə, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə çox olması, məhkumun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunduğuna şübhə doğurmur. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 2 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən Məhkum yaşadığı fərdi yaşayış evinin həyətində olan yarımtikili olmuş, Məhkum yaşadığı evin giriş qapısı dəmir materialdan olmaqla iki hissəli olmuş, giriş qapısından həyətə daxil olan zaman, qapıdan təxmi nən 5 metr qarşıda yarımtikili ev olmuş, həmin evin giriş qapısı olmamış, evin giriş hissəsindən içəriyə daxil olduqda evin mişar daşlarından tikilmiş olması, yarım tikili və yaşayış üçün yararsız vəziyyətdə olması müşahidə olunmuş, Məhkum narkotik vasitələri və psixatrop maddələri həmin evin girişi ilə üzbəüz yerləşən otaqda saxladığını bildirirək, həmin otağı göstərmiş, qeyd olunan otağa daxil olan zaman otağın döşəməsində qırmızı rəngli xalça olması müşahidə olunmuş, həmin xalçanın üzərində, otağın divarının yanında bir neçə ədəd qutu, tərəzi və digər əşyalar olması görünmüş, eləcə də Məhkum otağın sol küncündə olan bir ədəd qara rəngli sellofan torbanı göstərərək içərisində narkotik vasitələr olduğunu bildirmiş, polis əməkdaşları tərəfindən sellofan torba açıldıqda sellofan torbanın iç ərisindən bir ədəd karton qutu aşkar olunmuş, həmin qutunu açdıqda qutunun içərisindən bir ədəd göy rəngli polietilen paket və 14 ədəd kibrit qutuları, 1 ədəd kağız büküm aşkar edilmiş, polietilen paket açıldıqda isə içərisindən 7 ədəd kibrit qutuları və 1 ədəd kağız büküm aşkar edilmiş, 7 ədəd kibrit qutuları açıldıqda hər birinin içərisində qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmiş, 1 ədəd kağız büküm açıldıqda içərisində qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmiş, karton qutunun içərisində olan 14 ədəd kibrit qutuları və 1 ədəd kağız büküm açıldıqda 14 ədəd kibrit qutularının və 1 ədəd kağız bükümün içərisində qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmiş, Məhkum aşkar olunan bitki tərkibli kütlələrin “nəşə”, yəni qurudulmuş marixuana olmasını bildirmiş, bundan başqa, həmin otaqda divarın yanından bir ədəd qapağı olmayan ağ rəngli plastik qabının içərisindən 1 ədəd şüşə qab və 2 ədəd işlənməmiş şpris aşkar edilmiş, 1 ədəd şüşə qabın içərisində psixotrop maddə metamfetaminə bənzər kristal halında maddə aşkar edilmiş, Məhkum aşkar olunan 1 ədəd şüşə qabın içərisində limon duzu olmasını bildirmiş, bundan başqa divarın yanından 2 ədəd istifadə edilmiş şpris, 1 ədəd yaş vəziyyətdə bitki hissəsi, bərabər sayda bölünmüş kağız və sellofan parçalar aşkar edilmiş, 2 ədəd şprislərdən 1 ədədinin içərisində tünd qəhvəyi rəngli heroin məhluluna oxşar maye halında məhlulun olması, digər şprisin isə içərisinin boş olması aşkar edilmiş, bundan başqa divarın kənarından bir dəmir qutu aşkar edilmiş, həmin dəmir qutu açıldıqda içərisindən 1 ədəd ki brit qutusu, 37 ədəd falqa bükümlər, 5 ədəd sellofan bükümlər aşkar edilmiş, 1 ədəd kibrit qutusu açıldıqda içərisində qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmiş, 37 ədəd falqa bükümlər açıldıqda içərisində narkotik vasitə heroinə bənzər, tünd qəhvəyi rəngli, tozşəkilli kütlənin olması aşkar edilmiş, 5 ədəd sellofan bükümlər açıldıqda içərisində narkotik vasitə heroinə bənzər, tünd qəhvəyi rəngli, tozşəkilli kütlənin olması aşkar edilmiş, Məhkum həmin tünd qəhvəyi rəngli tozşəkilli kütlənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu bildirmiş, Məhkum həmin narkotik vasitələri dozalara bölüb istifadə etdiyini, satışı ilə məşğul olduğunu bildirmiş, bundan başqa divarın kənarında qapağı açıq vəziyyətdə olan digər dəmir qutu aşkar edilmiş, həmin dəmir qutunun içərisindən 2 ədəd dərman və 1 ədəd ½ dərman, 2 ədəd şəffav sellofan büküm aşkar edilmiş, Məhkum həmin dərmanların ağrıkəsici olmasını bildirmiş, 2 ədəd şəffaf sellofan bükümlər açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kristal halında maddə aşkar edilmiş, Məhkum həmin kristal halında maddənin psixotrop maddə metamfetamin olmasını bildirmiş, bundan başqa divarın kənarından 1 ədəd elektron tərəzi, 1 ədəd üzərində ağ rəngli tozlar olan göy rəngli qaşığa bənzər plastik əşya, 1 ədəd narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki hissəsi, 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər şəffaf kristalşəkilli kütlə, hissələrə bölünmüş falqa və sellofan kəsikləri aşkar edilmiş, Məhkum həmin elektron tərəzinin özünə məxsus olduğunu və narkotik vasitələrin çəkilərini düzəltmək üç ün istifadə etdiyini, aşkar olunun bitki hissəsinin, marixuana olmasını, şəffaf kristalşəkilli kütlənin limon duzu olduğunu bildirmiş, bundan başqa otağın giriş qapısından sağ tərəfdə yerdə şəffaf kristalşəkilli maddənin döşməyə dağılması və bir ədəd açıq halda sellofan bükümün döşəməyə dağıdılan kütlənin yanında olması aşkar edilmiş, Məhkum həmin maddənin “şüşə”, yəni psixotrop maddə metamfetamin olduğunu, polislərin gəldiyini başa düşüb, özünü itirib həmin narkotik vasitəni yerə dağıtdığını bildirmiş, hadisə yerinə baxış zamanı döşəməyə dağıdılmış psixotrop maddəyə oxşar kristallşəkilli maddə döşəmədən yığılaraq tərəfimdən şəffaf sellofana bükülmüş, bundan sonra karton qutudan aşkar edilən 14 ədəd, həmin karton qutunun içərisindəki polietilen torbadan aşkar edilən 7 ədəd və dəmir qutudan aşkar edilən 1 ədəd cəmi 22 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki tərkibli kütlələr, karton qutudan aşkar edilən 1 ədəd və karton qutunun içərisindəki polietilen torbadan aşkar edilən 1 ədəd cəmi 2 ədəd kağız bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki tərkibli kütlələr, aşkar edilən 1 ədəd bitki hissəsi isə tərəfimdən falqaya bükülməklə, aşkar edilən 2 ədəd dərman və 1 ədəd ½ dərman tərəfimdən falqaya bükülməklə, otaqdakı divarın kənarındakı qapağı açıq dəmir qutudan aşkar edilən 2 ədəd sellofan bükümdə və otağın döşəməsindən yığılaraq, şəffaf sellofana bükülməkdə 1 ədəd sellofan bükümdə, divarın kənarından aşkar edilən 1 ədəd sellofan bükümdə cəmi 4 ədəd sellofan bükümlərdə psixotrop maddə metamfetaminə bənzər kristalşəkill i maddə, 1 ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kristal halında maddə olan şüşə qab, dəmir qutudan aşkar edilən 5 ədəd şəffaf sellofan bükümlərdə və 37 ədəd falqa bükümlərdə narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli, tozşəkilli kütlələr tərəfimdən dəmir qaba yerləşdirildikdən sonra, otaqda divarın yanından bir ədəd qapağı olmayan ağ rəngli plastik qabının içərisindən 2 ədəd işlənməmiş şpris və 1 ədəd işlənmiş içərisi boş olan şpris, içərisində tünd qəhvəyi rəngli heroin məhluluna oxşar maye halında məhlul olan 1 ədəd şpris qara rəngli sellofan torbada qablaşdırılaraq üzəri hadisə yerinə baxışda iştirak edən şəxslər tərəfindən imzalandıqdan sonra möhürlənərək tərəfimdən götürülmüş, otağın divarının kənarından aşkar edilən 1 ədəd üzərində ağ rəngli tozlar olan göy rə ngli qaşığa bənzər plastik əşya, 1 ədəd elektron tərəzi, hissələrə bölünmüş falqa və sellofan kəsikləri bir ədəd polietilen torbada qablaşdırılaraq üzəri hadisə yerinə baxışda iştirak edən şəxslər tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüş, bundan sonra protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün yazıldığı üçün baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Qeyd olunan hallar hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətinə dair videogörüntüləri özündə əks etdirən diskə baxış keçirilməsi haqqında protokol ilə də öz təsdiqini tapır. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin t örədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid4, Şahid3 və Şahid5 ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələrin mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özün ü müdafiə etmək, cinayət məsuliyyətinin yüngülləşdirilməsi məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası təyin edilmiş cəza barədə aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədə müvafiq hesab edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarı n şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkə n törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (himayəsində azyaşlı övladının olması) və ağırlaşdıran (əməlində cinayətlərin residivinin olması) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhku m islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmə nin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar