Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1424/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim Esmira Məmmədova (sədrlik edən və məruzəçi), Nahid Hüseynov və Neymət Məmmədovdan ibarət tərkibdə) 02 aprel 2024ci il tarixli, 1(099)-371/2024 nömrəli hökmü ilə xx xxxxxx 1992-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar şəhəri, Əzizbəyov küçəsi, ev 4-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bili nərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 02 aprel 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, həyat üçün təhlükəli olan xəsarətlər yetirərək, qəsdən zərərçəkmişin sağlamlığına ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 13 avqust 2023-cü il tarixdə, saat 21:30 radələrində Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 1 nömrəli binanın həyətində şəxsi münasibətlər zəminində yəni, Zərərçəkmiş şəxs onun atası Şahid3 ailə üzvlərini söyüb-təhqir etməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış dava-dalaş zamanı Zərərçəkmiş şəxs yumruq və stulla Şahid3 baş və sifət nahiyəl ərinə vuraraq ona, başın sol təpə nahiyəsində qançır, üst dodağın selikli qişasında əzilmiş yara və bel-oma nahiyəsində sıyrıqla nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına səbəb olan xəsarətlər yetirdiyinə görə Zərərçəkmiş şəxs Şahid3 döyməsinin qarşısını almaq istəmiş, lakin Zərərçəkmiş şəxs onun sağ çənəsindən yumruqla vurmaqla sağ çənə bucağı nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən əsəbləşib Zərərçəkmiş şəxs üzərinə hücum edərək özü ilə gətirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən, təsərrüfat məişət təyinatlı bıçaqla sonuncunun qarın nahiyəsindən vurmaqla ona qarının sol yarısı nın ön divarında qarın boşluğuna keçən və köndələnçənbər bağırsağı zədələyən bir ədəd deşilşmiş-kəsilmiş yara ilə nəticələnən həyat üçün təhlükəli olan xəsarətlər yetirərək qəsdən zərərçəkmişin sağlamlığına ağır zərər vurmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Bəhmənov (sədrlik edən və məruzəçi), Yaşar Həşimov və Pərviz Hacıyev) 1(106)-616/2024 nömrəli 22 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Ağabala oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 1(099)371/2024 saylı hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəs i ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Məhkum üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifələri qoyulsun vəzifəsi qoyulması, sınaq müddəti məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi gündən-22 oktyabr 2024-cü il tarixdən hesablanmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 1(099)-371/2024 saylı hökmü müdaifəçi Müdafiə çi2 Ağabala oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə uyğun olmamasına baxmayaraq, ağır cinayətlər kateqoriyasına aid olan əməllərə görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını şərti tətbiq etmiş, bununla Məhkum gələcəkdə də e yni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, sonuncunun islah edilməsinin, gələcəkdə həm o. həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısı alınmasının təmin olunmasına xidmət etməmişdir. Belə ki, CM-in 59.1.9-cu maddəsinə əsasən, şəxsin könüllü gəlib təqsirini boynuna alma, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. CM-in 72.1-ci maddəsinə görə, şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmanlıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxsdə belə hərəkətlər müəyyən edilməmişdir. Məhkum yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi ilə artıq açılmış cinayət əməlini etiraf edib, əməlindən peşman olması barədə bildirməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Halbuki Lənkəran Ağır Cinay ətlər Məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmişdir. Qeyd olunmalıdır ki, şəxsiyyət əleyhinə ağır cinayət törətmiş şəxsə birinci instansiya məhkəməsi tərəflərin bir-biri ilə barışmasını nəzərə alaraq minimum cəza təyin etdiyi halda məhkəmə kollegiyası həddindən artıq humanist mövqedən çıxış edərək Məhkum Cinayət Məcəlləsinin 126.1 -ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını 2 (iki) il sınaq müddəti müəyyən etməklə şərti olaraq tətbiq etməsi mövcud məhkəmə praktikasına zidd olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şik ayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq hüquq məsələləri üzrə cinayət və cinayət-prosessual qanunların normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Sadalananlardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, törədilməsi halına, hadisənin baş vermə səbəbi və şəraitinə, cinayət əməlinin nəticələrinə uyğun olmayan qənaətə gələrək təyin edilmiş cəzanı şərti hesab etmiş, həmin hissədə hökmü əsaslandırmamış, qeyd olunan halları və təqsirləndirilən şəxsin şəxsiyyətini, onun törətdiyi cinayətin başa çatmış cinayət olmaqla ağır cinayətlər kateqoriyasına aid edilməsini, eləcə də bu cür əməli törədənin azadlıqdan məhrum edilməklə cəzaçəkmə müəssisəsində cəza çəkmədən islah olunmasının mümkün olmamasını nəzərə almamaqla yüngüllüyünə görə ona açıq-aydın ədalətsiz şərti cəza təyin etməklə, faktiki olaraq öz qərarı ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növ zəmin yaratmış olmuş, cəza təyin edərkən cinayət qanunu normalarını düzgün tətbiq etməmiş, bu zaman cəza təyin etmə barədə CM-in 8. 41 və 58.3 maddələrinin tələblərini pozmuş, “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələri nə zərə almamış, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanunu normaları düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinin əsassız və qanun normalarının tələblərinə zidd olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 70.1ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbayca n Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Belə ki, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbl əri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2-ci və 58-ci maddələrinin tələblərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yal nız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində şərti məhkum etmə institutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə düzgün əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və y a cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alını r. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Biləsuvar Rayon İcra Hakimiyyətinin Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli, 539/2 nömrəli arayışdan görünür ki, Məhkum ailə üzvləri-arvadı Şahid8 qızı, övladları 2013-cü il təvəllüdlü X5, 2014-cü il təvəllüdlü X4, 2016-cı il təvəllüdlü X1, atası Şahid3, anası Şahid4dır. Biləsuvar Rayon İcra Hakimiyyətinin Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Məhkum ərazidə yaşadığı müddətdə özünü intizamlı aparmış, qonşuları ilə səmimi olmuş, onların hörmətini qazanmışdır. Könüllü təslim olma haqqında 13 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum könüllü olaraq Biləsvuar rayon polis şöbəsinin növbətçi hissəsinə yaxınlaşaraq təslim olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs 22 fevral 2024-cü il tarixli barışıq ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, İbrahim Muadlı barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkum həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Bundan əlavə iş materialları ilə mübahisəsiz şəkildə müəyyən edilir ki, cinayət hadisənin baş vermə səbəbi zərərçəkmiş şəxsin qanuna zidd hərəkətləri olmuşlar. Bu fakt cinayət işi materiallarında olan məhkəmə tibbi ekspertizasının rəyləri ilə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birli yi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 823 və 824 nömrəli, 18 avqust 2023-ci il tarixli ekspert rəylərində göstərilmişdir ki, vət. Şahid3 müəyyən olunan başın sol təpə nahiyəsində qançır, üst dodağın selikli qişasında əzilmiş yara və bel-oma nahiyəsində sıyrıq; Məhkum müəyyən olunan sağ çənə bucağı nahiyəsində qançır xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruq, şillə və stulla vurulma nəticəsində əmələ gələ bilərlər, törənmə müddəti qərarda qeyd olunan 13 avqust 2023-cü il tarixə uyğun gəlir, Şahid3 xəsarətləri dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir, Məhkum xəsarəti isə sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir. Göründüyü kimi apellyasiya instansiyası məhkəmə si cəza təyin edərkən, habelə məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyünü qərarında əsaslandırarkən cinayət işi üzrə toplanmış sübutlar əsasında müəyyən edilmiş hallara istinad etmişdir. Həmin hallar həm törədilmiş cinayət əməlini, həm də məhkumun şəxsiyyətini xarakterizə edir. Məhkəmə kollegiyasının fikrincə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair nəticəyə gələrkən işin hallarını və məhkumun şəxsiyyətini düzgün nəzərə almış və əsaslı olaraq nəticəyə gəlmişdir ki, Məhkum azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunması mümkündür. Kassasiya kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum barəsində cəzanı yüngülləşdirən, habelə məhkumun şəxsiyyətini xarakterizə edən halları müəyyən edərkən cinayət və cinayət-pros essual qanunlarının tələblərinə riayət etmiş, eləcə də sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə işə baxan apellyasiya məhkəməsi Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edərkən qanunun normasını düzgün tətbiq etmişdir. Odur ki, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Daha sonra, məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestind ə cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv və ya dəyişdirilməsinə əsas vermir. Belə ki, hökmdən və qərardan görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən məhkumun sağlamlıq vəziyyətini, yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. İşin materiallarında Məhkum cəzasının ağırlaşdırılması, onun barəsində tətbiq olunmuş şərti məhkumetmənin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2024-cü il tarixli Məhkum haqqında qərarının kassasiya protesti nə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1424/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1424/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver