Məhkəmə qərarları › İş №1(102)-1425/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1425/2019

19.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1425/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum, Zərərçəkmiş şəxs və nümayəndəsi X2 iştirakları ilə, Cəlilabad Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli hökmü i lə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2019-cu il tarixli hökmündən Zərərçəkmiş şəxs və nümayəndəsi X5 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Cəlilabad Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Cəbrayılov Vüsal Adil oğlu) xx.xx.1995-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, X1 montyor işləyən, ünvan 1 ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdi r. Hökmdən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03 aprel 2019-cu il tarixli qərarı ilə təmin edilərək Şirvan Apelyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş yeni apelyasiya baxışına göndərilmişdir Hökmdən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Kərimov Qəzənfər Babax an oğlu və Soltanov Fuad Kamil oğlundan ibarət tərkibdə) 02 iyul 2019-cu il tarixli hökmü ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilmiş, hökm ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, mənəvi zərərin ödənilməsinə dair iddia təmin edilməmiş, mülki iddia maddi ziyanın ödənilməsi ilə bağlı hissədə baxılmamış saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2019-cu il tarixli hökmündən Zərərçəkmiş şəxs və nümayəndəsi X5 tərəfindən birgə verilmiş kassas iya şikayətində hökmün ləğv edilməsi və məhkuma azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin edilməsi xahiş edilmişdir. İşin halları: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 06 iyul 2017-ci il tarixdə saat 20:30 radələrində Cəlilabad şəhəri “arxa yol” deyilən yerdə qardaşı X9 ilə bacısının əri Zərərçəkmiş şəxs arasında baş vermiş dava-dalaşa aydınlıq gətirmək məqsədilə həmin gün saat 22:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvana getmiş, orada qardaşı Vüsal Kazımovla dava etmələrinə görə Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və həmin vaxtı heç bir əsaslı səbəb olmadan orada olan şəxslərin yanında onlara məhəl qoymadan etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə e dən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, yəni Zərərçəkmiş şəxs ucadan nalayiq söyüşlərlə təhqir edib özü ilə gətirdiyi silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə vuraraq, sonuncunun sol kürəkaltı və sağ bel nahiyəsində kəsilmiş-deşilmiş yara ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hökm əsassız və ədalətsizdir. Törədilmiş cinayətin xarakterinə və məhkumun şəxsiyyətinə uyğun olmayan açıq-aşkar yüngül cəza təyin edilmişdir. Məhkumun yalnız azadlıqdan məhrumetmə ilə bağlı cəza alması nəticəsində islah olması m ümkündür. Qeyd olunanlara əsasən məhkuma azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun və dövlət ittihamçısının, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin və nümayəndəsinin çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayə t qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri cəzanın yüngül olması və hökmün ləğv edilərək məhkumun barəsində az adlıqdan məhrumetmə ilə bağlı cəza təyin edilməsi barədədir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməklə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafıq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Kollegiya hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum himayəsində azyaşlı uşaqlarının olmasını, dəfələrlə zərərçəkmiş şəxslə barışmağa, ona vurulmuş ziyanı ödəməyə cəhd etməsini, apelyasiya baxışındakı çıxışında da bunu söyləməsini müstəsna hallar kimi nəzərə alaraq və Zərərçəkmiş şəxs məhkumun bacısının əri olmaqla aralarında qohumluq münasibətlərinin bərpası ehtimalının saxlanmalı olması mülahizəsini əsas götürərək məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə deyil, ona münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tədbiq edilməklə ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə əsaslı nəticəyə gəlmişdir. Şərh edilənlərə məhkəmələrin istinad etdiyi digər hallara əsasən kollegiya hesab edir ki, məhkəmələr tərəfindən cəza tədbiri seçilərkən, təqdim edilmiş sübutlar hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, Məhkum şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri nəzərə alınmışdır. Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən hökm dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsini n Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2019-cu il tarixli hökmü zərərçəkmiş şəxsin və nümayəndəsinin birgə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar