Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1425/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs nümayəndəsi (vəkil) Nümayəndə, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 202 2-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş birgə və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim X4) 01 mart 2022-ci il tarixli hökmü ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, “Heydər Əliyev” fondunda böyük mütəxəssis vəzifəsində işləyən, Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 11A/12, mənzil 3də qeydi yyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi ev 5A, mənzil 9-da yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilmiş və o, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Məhkum barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət tərkibdə) 28 aprel 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 18 avqust 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvan 1 ünvanda arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əl və ayaq zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona qapalı kəll ə-beyin travması, baş beyinin silkələnməsi və başın ənsə nahiyəsinin qançır-şişkinliyi (dərialtı hematoması), sol diz oynaq nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançırşişkinlik halında əziyi, hər iki bazunun, hər iki saidin, sol baldırın, hər iki kürək, hər iki sağrı və sağ diz oynağı nahiyələrinin qançırları və bel nahiyəsinin sıyrığı kimi, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, Məhkumlə Zərərçəkmiş şəxs arasında mübahisə baş verərkən Zərərçəkmiş şəxs ona qarşı zorakı hərəkətlər edərək əl və ayaq zərbələri ilə onu vurmağa cəhd etmiş, Məhkum isə onun aktiv zorakı hərəkətlərinin qarşısını alma q üçün zərərçəkmiş şəxsin qolundan və bədəninin digər nahiyyələrindən yapışmış, bu zaman onlar arasında dartışma baş vermişdir ki, bunun da nəticəsində Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrində səhhətinin pozulmasına səbəb olmayan, sağlamlığına zərər vurmayan və cinayət məsuliyyəti yaratmayan göyərmə şəkilində qançırlar əməl gəlmişdir. Məhkumlə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zamanı Məhkum Zərərçəkmiş şəxs hər-hansı kəllə-beyin travması yetirməməsi, mübahisədən sonra Zərərçəkmiş şəxs baş gicəllənməsinin, ürəkbulanmasmm olmaması onunla təsdiq olunur ki, mübahisədən sonra Məhkum Zərərçəkmiş şəxs onun bu hərəkətləri barədə qardaşlarına zəng edib xəbər verəcəyini bildirərkən, Zərərçəkmiş şəxs kəllə-beyin, baş beyin silkələnməsi, hərəkət məhdudluğu və bu kimi hər-hansı di gər xəsarət almamasını təsdiq edən hərəkətlər nümayiş etdirmiş, onun bu davranışları Məhkum tərəfindən mobil telefon kamerası ilə qeydə alınmış və ibtidai istintaq zamanı müstəntiqə, məhkəmə baxışında isə hakimə sübut kimi təqdim etmişdir. Lakin bu dəlil araşdırılmamış, tədqiq edilməmiş, Cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməmiş və ümumiyyətlə bu dəlilə münasibət belə bildirilməmişdir. Baxmayaraq ki, həmin video görüntü ilə şahid qismində dindirilmiş Elməddin və Şahid2ların Məhkum telefon zəngi ilə onun evinə gələrkən guya bacısı Turanənin ağzından köpük gəlməsi, huşsuz vəziyyətdə uzanması, paltarlarınm isə çırıq olması barədə verdiyi ifadələri təkzib edilə, göstərdiklərinin isə yalan və uydurma olması təsdiq oluna bilərdi. Lakin məhkəmə yaddaş kartına köç ürülmüş bu video görüntünü tədqiq etməkdən əsassız imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsinin sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməməsi, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün zərərçəkmiş şəxsin məhkəmətibbi ekspertizasını aparmış ekspert X3 dindirməməsi, Zərərçəkmiş şəxs kəllə-beyin travması, baş beyin silkələnməsi, sol ayağında hərəkət məhdudluğu və səhhətin pozulmasına səbəb olan hər hansı digər xəsarət almamasını təsdiq edən video görüntünü tədqiq etməkdən əsassız olaraq imtina etməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.0.1 və 416.0.2- ci maddələrinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasl ardan sayıldığından, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, qərarını ləğv edib işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş birgə kassasiya şikayətində göstərilmişdir ki, həm ibtidai istintaq zamanı həm də birinci və ikinci məhkəmə instansiyalarında Məhkum özünü ittiham üzrə təqsirli bilməmiş, buna baxmayaraq onun barəsində 8 Noyabr - Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək o, cəzadan azad olunmuşdur. Hesab edir ki, Məhkum törətmiş olduğu cinayət işi üzrə, yəni CM-in 128-ci maddəsində özünü təqsirli bilmədiyindən və barəsində amnistiya a ktının tətbiq edilməsi ilə əlaqədar məhkəməyə ərizə ilə müraciət etmədiyindən onun barəsində tətbiq olunmuş amnistiya aktı ləğv olunmalı və ona 1 il müddətində azadlıqdan məhrum edilmə cəzası verilməlidir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiasının xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması və Məhkum 1 il müddətinə azadlıqdan məhrum etmə cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, özünün zərərçəkmiş şəxslə birgə verdikləri kassasiya şikayətinin təmin edilməsi, müdafiəçinin kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxsin nümayəndəsinin, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin nümayəndəsi ilə birgə verdikləri kassasiya şikayətinin təmin olunmaması barədə məhkum və müdafiəçisinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzg ünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçinin kassasiya şikayətində mübahisələndirilən məsələ Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə əsassız məhkum edilməsidir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Re spublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlər ini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hü ququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş h alların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsi z şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkumun Cinayət Məcəlləsinin 128-cü maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 24 avqust 2017-ci il tarixdə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs ilə tanışlıqlarından, həmçinin nişanlı olduqdan sonra aralarında bir neçə dəfə problem olmuşdur. Zərərçəkmiş şəxs həddən artıq qısqanc olduğundan, xırda bir detala görə onu qısqandığından, dəfələrlə bu barədə Turanəyə irad tutmuş, Turanəyə irad tutduqda isə sonuncu ağlamağa başlamış, lakin onun hərəkətlərinə dözmüş, heç vaxt Turanəyə əl qaldırmamışdır. Zərərçəkmiş şəxs hətta bir dəfə "Mcdonalds” restoranının yaxınlığında olduqları zaman qısqanclıq edib əsəbiləşərək özünü maşının altına atmağa çalışmış, o da onu sakitləşdirmişdir. O, dəfələrlə ayrılmaq istədiyini dedikdə, Turanə bir daha belə etməyəcəyinə söz vermişdir. 04 avqust 2021-ci il tarixdə, yəni baş tutacaq qız toyundan bir gün əvvəl aralarında olan mübahisəyə görə Turanənin ailəsi onu və atasını evlərinə çağırmış, orada söhbət zamanı bir daha bu formada mübahisə yarandığı təqdirdə Turanədən ayrılacağını sonuncunun ailə üzvlərinə bildirmişdir. 05 avqust 2021-ci il tarixdə qız toyu, 07 avqust 2021-ci il tarixdə oğlan toyu baş tutmuş, toydan sonra da ünvan 2 ünvanına gedərək orada yaşamağa başlamışlar. 11 avqust 2021 -ci il tarixdə onlar gəzmək üçün Bakı şəhərindən Türkiyə Respublikasının İstanbul şəhərinə getmişlər. Ora çatıb İstanbul şəhərində yerləşən otellərin birinə yerləşmişlər. Türkiyədə olan günlərdə də demək olar ki, hər gün Turanə qısqanclığı üstündə onunla mübahisə etmişdir. Orada olarkən Turanə özü ona təklif etmişdir ki, gedib paltar alışverişi etsinlər, alış-veriş yerinə gedərkən yolda yenə də aralarında qısqanclıq zəminində mübahisə yaşanmış, mübahisəyə səbəb guya onun ətrafda olan şəxslərə, yəni qad ınlara baxmağı olmuşdur. Bir az alış-veriş etmişlər, buna baxmayaraq Turanə yenə də öz qısqanclığını davam etdirmiş, onunla kobud rəftar etmişdir. Elə həmin ərəfədə Turanə ona ağrıdığından otelə qayıtmaq istədiyini dedikdə, o, Turanəyə otelə getdikləri halda, geri qayıtmayacaqlarını söyləmiş, Turanə də şəhərin mərkəzində ağlayaraq qaçmağa başladığından, bu hərəkətləri ətrafda olan şəxslərin diqqətini çəkmişdir. Daha sonra Turanə ona alış-veriş yerinə qayıtmalarını desə də, o razılaşmadığından, qatara minərək otelə qayıtmışlar. Oteldə hazırlaşdıqları zaman, Turanə yenə də ona yaxınlaşaraq nə səbəbə ətrafda olan qadınlara baxdığını demiş, o isə əslində heç kimə baxmamış, Turanə özü bunu fərziyyə etmişdir. Hətta orada olduqları dövrdə Turanə qısqanclıq edərək tramvaydakı qıza nəyə görə baxdığ ını əsas gətirib narazılıq etmiş, daha sonra eskalatorda olanda oturub ağladığından, otelə qayıtmışlar. Onlar İstanbul şəhərindən təyyarə ilə Bakı şəhərinə uçaraq yaşadışları evə gəlmişlər. Bir qədər evdə istirahət etdikdən sonra qabaqcadan aldıqları dəvət əsasında ortancıl qaynı Orxanın qızının ad gününə getmişlər. Qadın məclisi olduğundan o, axırda gedib Turanəni məclisdən götürmüş, axşam saatlarında böyük qaynı Elməddinlə birlikdə görüşüb tədbirə getmişlər. Tədbirdə oturub çay içdikdən sonra Turanəni məclisdən götürərək Turanənin atasına baş çəkmişlər, oradan da öz evlərinə qayıtmışlar. O, Turanə ilə xeyli söhbət edərək başa salmışdır ki, onlar təzə ailə həyatı qurmuşlar, aralarında mübahisə tez-tez olur, yəni belə olan halda ailə həyatları uzun sürə bilməz. Turanə də ona aralarında bir daha elə şeylər baş verməyəcəyini demişdir. O, Turanə ilə mübahisələri olan zaman hər dəfə bu barədə qardaşı Elməddinə zəng vuraraq məlumat verəcəyini dedikdə, aralarında olan mübahisə haqqında heç kimə söyləməməsini xahiş edib ailə həyatını dağıtmaq istəmədiyini bildirmişdir. Hadisə baş verən gün, yəni 18 avqust 2021 -ci il tarixdə günortadan sonra Turanə mobil telefon vasitəsi ilə ona zəng vuraraq atasıgilə getmək istədiyini, ailəsinə baş çəkib evə gələcəyini demiş, o da Turanəyə Bakıya gəldikləri vaxtdan evin yığışdırılmadığını, evinin dağınıq vəziyyətdə olduğunu söyləmişdir. Turanə isə tez gedibgələcəyini dedikdə, o, cavab olaraq Turanədən tez qayıtmasını istəmişdir. Saat 19:10-da yaşadığı evə gəldikdə, Turanə sürpriz edərək onu qarşılamışdır. Turanə ilə görüşüb salamlaşdıqdan sonra o tağa keçib paltarını dəyişmişdir. O, paltarını dəyişən zaman Turanəyə evin dağınıq olduğunu, Türkiyədən qayıtdıqdan sonra evin ümumiyyətlə təmizlənmədiyini dedikdə, Turanə tək olduğunu bildirmişdir. Bundan sonra, o, Turanəyə evi birlikdə yığışdıracaqlarını, köməklik edəcəyini söylədikdə, Turanənin mətbəxdə ağladığını görüb nəyə görə ağladığını soruşmuş, əvvəl baş vermiş avtoqəzaya görə travma aldığından tez sinirləndiyini düşünmüşdür. Turanə ağlamaqda davam etmiş, ona ağlamamağını demiş, aralarında sözlə mübahisə baş vermiş, həmin vaxt boşanmaq istədiyini demişdir. Turanə bu sözdən əsəbiləşərək qəflətən onun üzərinə gəlib ona qarşı nalayiq ifadə işlətmiş və sağ əlini ona qarşı atmış, o, Turanənin əlini tutmuş, daha sonra Turanə sol əlini ona tərəf atdıqda yenə də əlini tutmuşdur. Sonra T uranə ona təpik atmağa başlamış, təpiklə ayaqlarına vurmuşdur. Turanə ona təpik vurduqca o, ayağını qaldıraraq onun təpiklərindən özünü qorumuşdur. Artıq görmüşdür ki, o, Turanəni dayandıra bilmir, bu şəbədən də Turanəni sakitləşdirmək üçün ehmalca onu yerə yıxaraq əllərini tutub saxlamışdır. Ancaq onun üzərinə çıxmamışdır. Bir neçə saniyədən sonra Turanənin sakitləşdiyini görüb əlini buraxmış, Turanəyə heç bir xəsarət yetirməmişdir. Yataq otağına keçib paltarını dəyişmişdir ki, bayıra çıxıb havasını dəyişsin. Dəhlizə çıxdıqda Turanə onun ünvanına qarğış etmiş, o, cavab olaraq Turanəyə demişdir ki, ona nə qarğış edirsə, onun özünə getsin. Bu zaman Turanə kənardan ona su ilə dolu kapron butulka atmış və onun sol üz nahiyyəsinə dəymişdir. Turanə üzərinə gəlib əlini onun üzünə atmış, dırnaqla rı ilə onun üzünü cızmış və köynəyini cırmışdır. Yenə də Turanənin hər iki əlini tutaraq ehmalca yerə uzadıb əllərini tutmuş, bir neçə saniyə keçdikdən sonra Turanə sakitləşmişdir. Otağa qayıdıb mobil telefonunu götürüb ilk öncə anasına zəng vurub demişdir ki, Turanənin anasına zəng vurub onlara münasibətlərinin bitdiyini bildirsin. Turanənin böyük qardaşı Elməddinə zəng vurub bu barədə məlumat vermək qərarına gəldiyi barədə Turanəyə dedikdə, Turanə onun arxası ilə düşərək ağlayaağlaya ayrılmaq istəmədiyini, Elməddinə zəng vurmamasını bildirmiş, o da bu barədə mobil telefonu ilə video görüntü etmiş, həmin görüntünü 1 ədəd yaddaş kartına köçürərək istintaqa təqdim etmişdir. Sonra da Elməddinə zəng vuraraq onlara gəlməsini xahiş etmişdir. Bir qədər keçmiş Elməddingil gəlmişlər, daha sonra po lis əməkdaşları hadisə yerinə gəlmişlər, o, polis əməkdaşları ilə bölməyə getmişdir. Bölmənin həyətində DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş və əslində hadisədə xəsarət alanın o, olduğunu bildirmiş, daha sonra da Polis bölməsində təhqiqatçıya xəsarətinin olduğunu demişdir. O, Zərərçəkmiş şəxs həmin xəsarətləri özünün özünə yetirmiş, ola bilsin ki, yerdə sürünərkən həmin xəsarətləri almış, Turanəyə heç bir xəsarət yetirməmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində istintaqa verdiyi ifadəsini təsdiqləyərək bildirmişdir ki, Məhkum ilə münasibətə başlayandan bəri aralarında xırda da olsa, mübahisələr olmuş, ən böyük mübahisə Türkiyə Respublikasında baş vermişdir. Belə ki, Türkiyədə olarkən, alış-verişə get dikləri zaman bədənində ağrılar yarandığındən otelə qayıtmış, dərman həbləri qəbul etdikdən sonra bir az sakitləşmişdir. Daha sonra Əlidən xahiş etmişdir ki, gedib-alış veriş etsinlər, bu sözü dedikdə Əli onun və ailə üzvülərinin ünvanına nalayiq ifadələr işlətmiş, cavab qaytardıqda Əli ona yaxınlaşıb yumruqla döş nahiyyəsindən vurmuş, daha sonra qarın nahiyyəsindən təpik zərbəsi endirmiş, zərbənin gücündən yıxılıb ağlamağa başlamış, lakin yenə də ailə üzvlərinə xəbər verməmişdir. Avqust ayının 15-i baş vermiş həmin şiddətdən sonra Məhkum növbəti gün ondan üzr istəyərək bir daha bu halın təkrarlanmayacağını bildirdi. İstanbul şəhərindən Bakı şəhərinə qayıdıb qabaqcadan aldıqları dəvət əsasında qardaşı Orxanın qızının ad gününə getmişlər. Məhkum sevib evləndiyindən orada ailə üzvlərinə bu b arədə heç nə deməmişdir. 18 avqust 2021-ci il tarixdə heç bir xüsusi səbəb olmadan evin yığışdırılmamasını əsas gətirərək onu şiddətli formada döymüş, üz nahiyəsinə vurmamış, başının arxa nahiyəsinə, yıxdığından uzanıqlı vəziyyətdə olduğu halda qarın, ayaq nahiyələrinə təpiklə, əllərini sinəsinə doğru sıxıb baş nahiyəsinə sillə və yumruq zərbələri, həmçinin bədənin əksər nahiyələrinə sillə, yumruq və təpik zərbələri endirmiş, zərbələr səbəbindən baş ağrısı, qarın ətrafında ağrılar yaranmışdır. Zərbələr nəticəsində qarın, baş, bel, ayaq nahiyələrində yaranmış ağrılar nəticəsində hərəkət edə bilməmiş, hadisə zamanı bədən nahiyələrində yaranmış xəsarətlə bağlı çəkilmiş fotoşəkillər istintaq orqanına təqdim olunmuşdur. Əvvəl baş vermiş avtoqəza zamanı isə yalnız gözünün alt hissəsi göyərmişd ir. Məhkum şikayətçidir, barışmayıb. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Məhkum ilə əvvəl aralarında mübahisə, münaqişə, habelə qohumluq münasibətləri olmamışdır. Hadisə günü, yəni 18 avqust 2021ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində olarkən, Məhkum onu təcili yaşadığı evə çağırmış, o da qardaşı Orxanla birgə bacısı Turanə ilə Əlinin yaşadığı evə getmişlər. Mənzildə onları Əli qarşılamış, artıq oraya çatdıqda evdə hansısa hadisənin baş verdiyini anlamış, bacısını görənədək təxminən 5 dəqiqə müddətində Əli ilə söhbət aparmış, daha sonra otağa keçib bacısını gördükdə Turanənin üstündəki paltarın cırılmış olduğunu, başını qaldıra bilmədiyini, ağzından köpük gə ldiyini görmüş, həmin ərəfədə Əli əsəbləşdiyindən onu başqa otağa keçirmiş, daha sonra isə bu barədə ailə üzvlərini məlumatlandırmış, "X13”- in təcili tibbi yardımına zəng edib həkim çağırmış, xəstəxanada Turanənin bədənində xəsarətlər müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin 16 sentyabr 2021-ci il tarixli 11 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərqapalı kəllə beyin travması, baş beyin silkələnməsi və başın ənsə nahiyəsinin qançırşişkinliyi (dərialtı hematoması); sol diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əziyi; hər iki bazunun, hər iki saidin, sol baldırın, hər iki kürək, hə r iki sağrı və sağ diz oynağı nahiyələrinin qançırları; bel nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 18 avqust 2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Hər iki bazunun və sol süd vəzinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən 5-7 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yən i insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər, şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin törənmə müddətləri, eləcə də 13 may 2021-ci il tarixdə "X16” xəstəxanasına müraciət edərkən qeyd olunan fərqli lokalizasiyalı və xarakterli (sol akromioklavikulyar oynaq aralanması, boyunun, sağ və sol diz oynağı nahiyələrinin, sol gözaltı nahiyənin yumşaq toxumalarının əzilməsi) xəsarətləri nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin 12 may 2021-ci il tarixdə əmələ gələ bilmələri mümkün deyildir. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən olunmuş hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi Məhkum tərəfindən CM-in 128-ci maddəsinin dispozisiyasında əks olunmuş əməlin törədilməsinin tam təsdiq olunması barədə əsaslı nəticəyə gəlmişdir. Müdafiə tərəfinin kassasiya şikayətində göstərilən, işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, xüsusən də, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Məhkəmələrin bu nəticəsi Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə da ir təhlil edilib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmışdır. Belə ki, CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün s übutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Məhkəmələr tərəfindən sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkü nlüyü və mötəbərliliyi üzrə qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti yetirməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunver iciliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, müdafiəçinin kassasiya şikayərinin dəlilləri əsassızdır. Göstərilən nə ticə kassasiya şikayətində iddia olunanların əksinə olaraq aşağı məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiəçinin kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş və Zərərçəkmiş şəxs və nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cin ayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cin ayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin for masından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətmə kdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə al malıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək həmin cəzadan azad edilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumla rı islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, t əqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstəril məli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum azadlıqdan məhrumetmə cəzasının təyin edilmə si barədə kassasiya şikayətinin dəlillərini əsassız sayaraq təyin edilən cəzanın növünün dəyişdirilməsi və ya ümumiyyətlə ağırlaşdırılması üçün zəruri əsaslar mövcud olmadığını qeyd edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində amnistiya aktının tətbiq olunması üçün hər hansı ərizənin və ya razılığın alınması tələb olunmur və kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud d eyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs və nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş birgə və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərii təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1425/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1425/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver