Məhkəmə qərarları › İş №1(102)-1425/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1425/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1425/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qər arından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Cəlil Nəbiyev (sədrlik edən və məruzəçi), İlkin Abdullayev və Müşfiq Məmmədov) 02 dekabr 2021-ci il tarixli, 1(099)548/2021 nömrəli hökmü ilə xx xxxxxx 1984-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 07 may 2021-ci ildən he sablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qanunsuz yolla qazanc əldə etmək üçün İran İslam Respublikasının ərazisində şəxsiyyəti məlum olmayan “Şahlur” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə külli miqdarda, yəni təmiz çəkisi 1130,0 (min yüz otuz) qram olan narkotik vasitə heroin qanunsuz olaraq əldə edilib, saxlanılıb daşınaraq Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində, yolun 113-cü kilomterliyinə gətirilib yol nişanının yanında gizlədildikdə n sonra əvvəlcədən razılaşdıqları kimi cinayətkar qrupun müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 07 may 2021-ci ildə saat 19:50 radələrində cinayət əməlinin törədilməsindən xəbərsiz Şahid4 idarə etdiyi «Opel Astra» markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb gödəkcəsinin altına qoyaraq qanunsuz olaraq əldə edib saxlayaraq daşımış, həmin gün Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerdə saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şəxsi axtarış keçirilərkən 1130,0 (min yüz otuz) qram çəkidə narkotik vasitə heroin 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş plastik qabda olmaqla əynində olan boz rəngli gödəkcənin altın dan aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 17 fevral 2022-ci il tarixli, 1(106)-223/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 1(099)-548/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum, onun müdafiəçiləri X3 və Müdafiəçi1 Manaf oğlu tərəflərindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi onun işinə baxarkən prosessual pozuntulara yol vermişdir. Düzgün istintaq araşdırması aparılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsizdir. Kassator şikayətində ona ağır cəza təyin edilməsini bildirir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin d əlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutlar ın məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkum kassasiya şikayətində cinayət işinə baxarkən prosessual pozuntulara yol verilməsi barədə qeyd etsə də, konkret olaraq həmin pozuntuların nədə ifadə olunması göstərməmişdir. Məhkəmə kollegiyası ci nayət işinin materialları araşdırarkən məhkəmələrin sübutların araşdırılmasında, proses iştirakçılarının hüquqlarının riayət edilməsində, cinayət prosesi aparılmasında hər hansı bir qanun pozuntusuna yol verməsini müəyyən etməmişdir. Belə ki, hazırki cinayət işinə məhkəmələrdə baxılarkən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində onun təqsirliliyi məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir. Cinayət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv yoxlanılmış, sübutların mötəbərliyi və mümkünlüyü yoxlanmışdır. İş materiallarından görünür ki, Məhkum özünü yuxarıda qeyd e dilən maddələr ilə təqsirli bilməsə də, onun törətmiş olduğu cinayət əməli cinayət işi üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətlərinin keçirilməsi haqqında protokolları, məhkəmə-kimyəvi ekspertizanın rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarına riayət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, narkotik vasitələrin aşkar edilməsi zamanı, axtarış, baxış və götürmə istintaq hərəkətləri zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əld ə etdiyi sübutları əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya m əhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyətini və cəzasını yüngülləşdirici halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alın ır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tə rbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 9 (doqquz) il müddətinə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası məhkumun törətdiyi cinayət in xarakterini nəzərə alaraq qeyd edir ki, bu kateqoriya cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş narkotik vasitə və ya psixotrop maddənin növü və miqdarı ilə bağlıdır. Cinayət işinin materiallarından göründüyü kimi Məhkum qanunsuz əldə etdiyi narkotik vasitə olan heroinin miqdarı 1 kiloqram 130 qram olmuşdur. Bu hal Məhkum törətdiyi cinayət əməlini daha yüksək ictimai təhlükəlilik dərəcəsinə görə digər analoji cinayət əməllərindən fərqləndirir. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini ki fayət qədər nəzərə alınmışdır. Belə ki, Məhkum əməlində cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsə də, kollegiya qeyd edir ki, məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi kifayət qədər yüksəkdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasə n Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar