Məhkəmə qərarları › İş №1(102)-1425/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1425/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1425/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun iştirakı ilə, Xızı Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3 15-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xızı Rayon Məhkəməsinin (sədrlik edən hakim: Cabbarov İlqar Hidayət oğlu) 18 sentyabr 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1980-ci ildə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhk um edilmiş, 11 avqust 2022-ci il tarixdən 18 avqust 2022-ci il tarixə tutulduğu (həbsdə saxlanıldığı) cəmi 8 (səkkiz) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, hökmün icrası Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 da təqsirli bilinib məhkum edilmişdir. Sumqayıt Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 10 yanvar 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslərin müdafiəçiləri Mustafazadə Ruslan Əsabəli oğlu və Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Xızı Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 1(068)-11/2023 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə təmin edilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1, 10 avqust 2022-ci il tarixdə yaxın dostu Siyəzən şə hər sakini Məhkum2 və ailə üzvləri ilə birlikdə hər biri idarə etdikləri avtomobillə Xızı rayonu Baxşılı kəndi ərazisində yerləşən «Həyat» kafesinə gələrək, orada yemək yeyib, iki nəfərə 0,5 lt spirtli içki qəbul etdikdən sonra, sərxoş vəziyyətdə saat 22:00 radələrində yaşadıqları Siyəzən şəhərinə qayıdarkən özünə məxsus “Chery” markalı 90- LT-730 dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşib XızıGiləzi yolu ilə hərəkətdə olarkən Amidin idarə etdiyi avtomobilin YPX əməkdaşları tərəfindən saxlanılması barədə mobil telefon vasitəsilə danışarkən məlumat aldıqdan sonra, saat 23:00 radələrində Bakı-Quba yolunun Giləzi qəsəbəsindən keçən 81-ci km-nə gələrək, orada Xızı RPŞ DYPB-nin Yol Patrul Xidməti inspektoru işləyən Zərərçəkmiş şəxs2 xidməti vəzifələrini icrası ilə əlaqədar geyim formasının kəmərindən tutub dartıqda, digər hakimiyyət nümayəndəsi hesab edilən DYPB-nin Yol Patrul Xidməti inspektoru işləyən Zərərçəkmiş şəxs1 xidməti fəaliyyəti ilə əlaqədar ona bu hərəkətinə görə irad bildirdikdə aralarında yaranmış mübahisə zamanı sonuncuya qarşı zor tətbiq edib başın alın nahiyəsinin əzilmiş yarası, sağ said nahiyəsinin qançırı xəsarətlərini yetirməklə müqavimət göstərmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, ittiham saxta, qurama, qondarma ittihamdır. Belə ki, ittihamın mətnindəki hakimiyyət nümayəndəsi hesab edilən DYPB-nin Yol Patrul Xidməti inspektoru işləyən Zərərçəkmiş şəxs1 xidməti fəaliyyəti ilə əlaqədar Məhkum1 bu hərəkətinə görə irad bildirdikdə aralarında yaranmış mübahisə zamanı sonuncuya qarşı zor tətbiq edib başı n alın nahiyəsinin əzilmiş yarası, sağ said nahiyəsinin qançırı xəsarətlərini yetirməklə müqavimət göstərmişdir cümləsi ittihamın açıqlayır “Zor tətbiq etməklə” ümumi ifadədir və ittiham aktında dəqiq göstərilməlidir ki, necə zor tətbiq olunubdur: onu döyüb, yumruqla vurub, təpiklə və ya hər hansı bir alətlə, daşla vurub və s. Göründüyü kimi, ittiham tərəfi xəsarətin yaranma mexanizmini verə bilməyib və bu mümkün də deyildir. Çünki belə bir hal olmamışdır. Hesab edir ki, təkcə məhkəmə iclasının audio-video görüntüsünə baxmaq kifayətdir ki, hazırki hökm ləğv olunsun və bəraət hökmü çıxarılsın. Çünki, zərərçəkmiş polis əməkdaşının ifadəsi ilə də təsdiq olunur ki, təqsirləndirilən şəxsin heç bir təqsiri yoxdur. İşdə olan DYP avtomobilindən aparılmış video çəkilişlə də sübut olunur ki, Məhkum1 tam təqsirsizdir. Kassasiya şikayətində Məhkum1 Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi, hüquqlarını müdafiə etdiyi Məhkum1 barəsində cinayət təqibinə bəraətverici əsaslasrla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbi qinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının p redmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kol legiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarınin qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetiril məlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Müdafiəçi Qasımlı Anar Elman oğlu Məhkum1 təqsirliliyinin sübut edilmədiyini iddia etməklə, kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli surətdə araşdırıb hesab edir ki, işə baxan məhkəmələr Məhkum1 Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkum1 barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 315-ci maddəsind ə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum1 hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edərək müqavimət göstərməsində özünü təqsirli bilməsə də, onun CM-in 315-ci maddəsi ilə cinayət əməli törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin proto kolları və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Aşağı instansiya məhkəmələri cinayət tərkibini təşkil edən əlamətləri nəzərə almaqla sözügedən cinayət əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə tövsif etməklə gəldikləri nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Müdafiə tərəfinin kassasiya şikayətində göstərdiyi dəlillər hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkum1 zərərçəkmiş şəxsixidməti fəaliyyəti ilə əlaqədar ona bu hərəkətinə görə irad bildirdikdə aralarında yaranmış mübahisə zamanı sonuncuya qarşı zor tətbiq etməməsi və xəsarət yetirməməsi ilə bağlı ifadəsində göstərilən, işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, xüsusən də, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Beləliklə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Məhkum1 istinad edilən cinayət əməlini törətməsi məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansi yası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Müdafiəçinin kassasiya şikayətində iddia olunanların əksinə olaraq həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum1 barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhk uma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şika yətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum1 müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar