Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1425/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə bəraət verilməsinə və CM-in 23 4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdaş Rayon Məhkəməsinin 1(014)-1/2024 saylı, 22 iyul 2024-cü il tarixli (sədrlik edən hakim X6) hökmü ilə xx xxxx 1991-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) n 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə aidiyyəti olm adığından CPM-in 42.1.3-cü maddəsinə əsasən ona bəraət verilməsi, Məhkum CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, CM-in 69.3-cü maddəsinə əsasən 04 sentyabr 2021-ci il tarixdən 06 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün, 05 oktyabr 2021-ci il tarixdən 07 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün, 21 oktyabr 2021-ci il tarixdən 01 fevral 2022-ci il tarixdək həbsdə saxlanıldığı 3 (üç) ay 11 (on bir) gün və 30 mart 2024-cü il tarixdən 22 iyul 2024-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 22 (iyirmi iki) gün olmaqla, cəmi 7 (yeddi) ay 7 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müdd ətinə bir günə iki gün hesablanmaqla cəmi 1 (bir) il 2 (iki) ay 14 (on dörd) gün müddət onun cəzasından çıxılması və üzərində qəti olaraq 9 (doqquz) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasına nəzarət Məhkum yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Məhkum yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlan dırmaq vəzifələrini yerinə yetirməsi, Məhkum üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulması, Məhkum ərazi narkoloji kabinetdə qeydiyyata alınması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, barəsində hökm qanuni qüvvəyə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından dərhal həbsdən azad olunması, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 0,383 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməsi, 04 sentyabr 2021-ci il tarixli, 17/661 saylı ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat Məhkum tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməs i, 27 dekabr 2021-ci il tarixli, 3/1989 saylı ekspertiza tədqiqatının dəyəri 161,11 (yüz altmış bir manat on bir qəpik) manat pul dövlət büdcəsinə aid edilməsi, cinayət işi üzrə maddi sübut kimi tanınmış 6 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə) 1(107)-22/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə bəraət verilməsinə və CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bil inməsinə dair Ağdaş Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 1(014)-1/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Təqsirləndirilən şəxs Məhkum CM-in 177.2.3, 177.2.4, 183.1 və 234.2-ci maddələri ilə ittiham olunur ki, o, özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2018-ci ildə saat 20 radələrində Ağdaş şəhəri, K.Kərimov küçəsi ev 22-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə daş hasardan keçib qanunsuz daxil olaraq evdən vahid niyyətlə hər biri 2500 (iki min beş yüz) manat dəyərində, ümumi dəyəri 5 (beş) min manat olan XİX əsr Almaniya-Rusiya istehsalı olan, XİX əsrin ikinci yarısında Almaniyanın Berlin şəhərində yerləşən İmmerman və Şneyder manifakturasında Rusiyaya idxal üçün nəzərdə tutularaq istehsal edilmiş gövdə hissəsi fayansdan olub üzərinə cila çəkil miş, 30-luq adlandırılan xüsusi tarixi, bədii və muzey əhəmiyyəti kəsb edən xüsusi dəyəri olan 2 ədəd qədimi lampaları, 3000 (üç) min manat dəyərində içərisində 6 ədəd gümüş rumka olan gümüş sinini və 1000 manat nağd pulu, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 9000 (doqquz min) manat - xeyli miqdarda əmlakı oğurlamış, yəni özgənin xüsusi tarixi, bədii və muzey əhəmiyyəti kəsb edən əşyalarını və digər əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamışdır. Bundan əlavə, Məhkum xx.xx.2021-ci il tarixdə Ağdaş şəhəri, Maşad qəbiristanlığının yaxınlığından yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,433 qram olan narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış və həmin narkotik vasitə xx.xx.2021-ci il tarixdə saat 16:27- də ünvan 2 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında Məhkum üzərindən aşkar edilərək götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-22/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə verilmiş ittiham üzrə hər iki məhkəmə instansiyası gəldikləri eyni nəticəni onunla əsaslandırmağa çalışmışlar ki, oğurluq hadisəsinin baş verdiyi gündə (xx.xx.2018ci il) Məhkum aktiv istifadəsində olan (həmi n müddətlərdə mobil nömrədən istifadə edilmişdir) və hətta xx.xx.2021- ci il tarixdə saxlanılarkən üzərindən aşkar edilmiş "Samsung" markalı mobil telefonda istifadə olunan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi onun həmin vaxt Bakı şəhəri ərazisinpe olduğunu göstərir. Yalnız hadisədən 01 gün sonra onun Ağdaş şəhərinə gəlməsi görünür. Bundan başqa, işin materiallarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilməsinə, baxış zamanı evə daxil olunan qapı, şüşə və şkafın üzərindəki yerlərdən əl-barmaq izləri götürülməsinə, həmçinin, fotoşəkilləri çəkilərək protokol əlavə edilməsinə dair protokol olsa da, hər hansı fotoşəkil, əlbarmaq izi nümunəsinin surəti və ya daktilolent işin materiallarına əlavə ediləmişdir. Yalnız sonradan 2021- ci ildə verilmiş ekspert rəyində Mə hkum baş barmağının izi ilə uyğunluq təşkil etməsi qeyd olunmuşdur. Məhkum özü bununla bağlı məhkəmə iclasında bildirmişdir ki, onun barmaq izinin sonradan narkotik vasitə istifadə etdiyinə görə barəsində başlanılmış cinayət işi üzrə sənədlərə imza edərkən qələmin üzərindən götürülməsini ehtimal edir. Belə ki, oğurluq olarkən onun yalnız bir əşyanın üzərində, cəmi 1 dəfə və cəmi 1 barmağının - baş barmağının izinin qalması ağlabatan deyil. Cinayətin baş verdiyi tarixdən 6 il əvvəl ona (2012-ci il) şəxsiyyət vəsiqəsi verilmiş və barmaq izləri götürülmüşdür. Belə olan halda hadisə yerindən götürülmüş izlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin bazası göndərildikdən sonra həmin izlərin kimlərə aid olmasına dair məlumat əldə edilməli idi. Daha s onra cinayətin baş verməsindən, hadisə yerindən barmaq izlərinin götürülərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin bazasına əlavə edilməsindən 1 ay sonra Məhkum yenə də (xx.xx.2018-ci il tarixdə) şəxsiyyət vəsiqəsi almış və barmaq izləri götürülmüşdür. Belə olan halda da yeni şəxsiyyət vəsiqəsi alınarkən onun barmaq izi cinayət törətmiş şəxslərin barmaq izlərinin bazasından müəyyən edilməli idi. Məhkum oğurluq hadisəsindən 2 il sonra (xx.xx.2020-ci il tarixdə) ümumvətəndaş pasportu almış və bir daha barmaq izləri götürülmüşdür. Yenə də onun barmaq izləri aidiyyəti üzrə cinayət törətmiş şəxslərin barmaq izlərinin bazasına əlavə edilmişdirsə, həmin izləri Məhkum aid olması da görünməli idi. Bundan əlavə, Gəncə şəhər Baş Polis İdarəsindən daxil olmuş məlumatdan görünür ki, hadisə yerindən əl-barmaq izlərinin götürülməsindən təqribən 1 il sonra, yəni 03 aprel 2019-cu il tarixdə Gəncə şəhər BPİ-nin KTB-də xx.xx.1991-ci il təvəllüdlü Məhkum əlbarmaq əksləri əsasında daktiloskopik kart tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin "ADİS" sisteminin yaddaş bazasında yoxlanılması üçün aiddiyyəti üzrə göndərilmişdir. Lakin həmin vaxt da onun barmaq izi bazada olan və cinayət işləri üzrə şübhəli olan digər izlərlə eynilik təşkil etməsi müəyyən edilməmişdir. Bundan başqa, işin materiallarında hadisə yerindən götürülmüş əl-barmaq izlərinin surətləri işin materiallarına əlavə edilməmişdir. Yalnız ekspert rəyində birbaşa izlərə istinad olunsa da, həmin izlərin surətləri işin materialla rında yoxdur. Bu da ekspert tədqiqatı zamanı istifadə olunmuş əl-barmaq izlərinin həqiqətən də hansı tarixdə, hansı şəraitdə və haradan götürülməsini müəyyən etməyə və müqayisəli təhlil aparmağa imkan vermir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə hər iki məhkəmə instansiyası gəldikləri eyni nəticəni onunla əsaslandırmağa çalışmışlar ki, ibtidai istintaq orqanı məhz narkotik maddənin çoxluğunu, Məhkum istifadəsində olan mobil nömrələrdə narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli mesaj mətnlərini nəzərə alaraq əlavə sübut toplamadan, Məhkum yazılmış mətnlərin kim tərəfindən yazılmasını realizə etmədən, real satış həyata keçirilərkən Məhkum saxlamadan, digər əməliyyat tədbirləri keçirmədən, yalnız ehtimala əsaslanmaqla ona qarşı CM-in 234.2-ci maddəsi il ə ittiham irəli sürmüşdür. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edən ən əsas sübut kimi iş üzrə əldə edilmiş təqsirləndirilən şəxsin Məhkum telefonunda olan narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli mesaj olmuş, lakin həmin mətnlərinin məzmunu tam realizə edilməmişdir. Təqsirləndirilən şəxs isə birmənalı olaraq həm də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Sözügedən maddənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmələr hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Kassasiya protestində Məhkum Azərbaycan Respubl ikası CM-in 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə bəraət verilməsinə və CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə g örə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, möt əbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqi q edilib qiymətləndirilmədiyi, Məhkum Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə əsassız olaraq bəraət verilməsi, əməlinin CM-in 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə düzgün tövsif edilməməsi və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kolleg iyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə bəraət verilməsinə və CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə CPMnin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbay can Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarı lmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa m ümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamı n sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Məhkum bəraət verilməsi və CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Cinayət məsuli yyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilm əsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq ona qarşı irəli sürülmüş ittihamın əsası kimi qoyulmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul edilə bilməz, həmin sübutların hüquqi qüvvəsini şübhə altına alan kifayət qədər hallar mövcuddur. Bu səbəbdən də Məhkum barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, oğurluq hadisəsinin baş verdiyi gündə (xx.xx.2018-ci il) Məhkum aktiv istifadəsində olan (həmin müddətlərdə mobil nömrədən istifadə edilmi şdir) və hətta xx.xx.2021-ci il tarixdə saxlanılarkən üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefonda istifadə olunan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi onun həmin vaxt Bakı şəhəri ərazisində olduğunu göstərir. Yalnız hadisədən 1 gün sonra onun Ağdaş şəhərinə gəlməsi görünür. Bundan başqa, işin materiallarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilməsinə, baxış zamanı evə daxil olunan qapı, şüşə və şkafın üzərindəki yerlərdən əl-barmaq izləri götürülməsinə, həmçinin, fotoşəkilləri çəkilərək protokol əlavə edilməsinə dair protokol olsa da, hər hansı fotoşəkil, əlbarmaq izi nümunəsinin surəti və ya daktilolent işin materiallarına əlavə ediləmişdir. Yalnız sonradan 2021-ci ildə verilmiş ekspert rəyində Məhkum baş barmağının izi ilə uyğunluq təşkil etm əsi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs özü bununla bağlı məhkəmə iclasında bildirmişdir ki, onun barmaq izinin sonradan narkotik vasitə istifadə etdiyinə görə barəsində başlanılmış cinayət işi üzrə sənədlərə imza edərkən qələmin üzərindən götürülməsini ehtimal edir. Belə ki, oğurluq olarkən onun yalnız bir əşyanın üzərində, cəmi 1 dəfə və cəmi 1 barmağının – baş barmağının izinin qalması ağlabatan deyil. Cinayətin baş verdiyi tarixdən 6 il əvvəl ona (2012-ci il) şəxsiyyət vəsiqəsi verilmiş və barmaq izləri götürülmüşdür. Belə olan halda hadisə yerindən götürülmüş izlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin bazası göndərildikdən sonra həmin izlərin kimlərə aid olmasına dair məlumat əldə edilməli idi. Daha sonra cinayətin baş verməsindən, hadisə yerindən barmaq izlərinin götürülərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin bazasına əlavə edilməsindən 1 ay sonra Məhkum yenə də (xx.xx.2018-ci il tarixdə) şəxsiyyət vəsiqəsi almış və barmaq izləri götürülmüşdür. Belə olan halda da yeni şəxsiyyət vəsiqəsi alınarkən onun barmaq izi cinayət törətmiş şəxslərin barmaq izlərinin bazasından müəyyən edilməli idi. Məhkum oğurluq hadisəsindən 2 il sonra (xx.xx.2020-ci il tarixdə) ümumvətəndaş pasportu almış və bir daha barmaq izləri götürülmüşdür. Yenə də onun barmaq izləri aidiyyəti üzrə cinayət törətmiş şəxslərin barmaq izlərinin bazasına əlavə edilmişdirsə, həmin izlərin Məhkum aid olması da görünməli idi. Bundan əlavə, Gəncə şəhər Baş Polis İdarəsindən daxil olmuş məlumatdan görünür ki, hadisə yerindən əl-barmaq izlərinin götürülməsindən təqribən 1 il sonra, yəni 03 aprel 2019-cu il tarixdə Gəncə şəhər BPİ-nin KTB-də xx.xx.1991-ci il təvəllüdlü Məhkum əlbarmaq əksləri əsasında daktiloskopik kart tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin “ADİS” sisteminin yaddaş bazasında yoxlanılması üçün aiddiyyəti üzrə göndərilmişdir. Lakin həmin vaxt da onun barmaq izi bazada olan və cinayət işləri üzrə şübhəli olan digər izlərlə eynilik təşkil etməsi müəyyən edilməmişdir. Bundan başqa, işin materiallarında hadisə yerindən götürülmüş əl-barmaq izlərinin surətləri işin materiallarına əlavə edilməmişdir. Yalnız ekspert rəyində birbaşa izlərə istinad olunsa da, həmin izlərin surətləri işin materiallarında yoxdur. Bu da ekspert t ədqiqatı zamanı istifadə olunmuş əl-barmaq izlərinin həqiqətən də hansı tarixdə, hansı şəraitdə və haradan götürülməsini müəyyən etməyə və müqayisəli təhlil aparmağa imkan vermir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər ha nsı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla arad an qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum bəraət verilməsi barədə hökmü qüvvədə saxlamışdır. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları b ir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşıs ının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi və CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsi barədə apellyasiya instansi yası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarş ı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət v ermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsi ndə də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakim in həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilm əmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə Məhkum CM-in 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə bəraət verilməsi və CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsi barədə hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə bəraət verilməsinə və CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-22/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1425/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1425/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver