Məhkəmə qərarları › İş №1(102)-1426/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1426/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1426/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1 və məhkum X6 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 may 2021-ci il tarixli qərarından Məhku m oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin (hakim Ziya Əliyev) 1(032)-02/2021 nömrəli 26 fevral 2021-ci il tarixli hökmü ilə 30 mart 1994-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Şirvan şəhər məhkəməsinin 21.07.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən edilməklə cəza şərti hesab olunmuş, 14.08.2018-ci il tarixdə cəzadan azad olunmuş, məhkumluğu olmayan, Şirvan şəhəri, Nizami küçəsi ev 67-də qeydiyyatda olan Məhkum oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 1 77.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 03 noyabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum oğlu təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin mart ayının 28-də saat 19 radələrində Şirvan şəhəri, Nizami küçəsi ev 5A-da yerləşən X3 məxsus fərdi yaşayış evinə daş hasardan və pəncərədən keçməklə qanunsuz olaraq daxil olub, saxlanc yeri hesab edilən həyətdən və həyətdə olan yarımtikilidən sonuncunun qiymətləndirdiyi 1 ədəd 45 manat dəyərində su nasosunu və 1 ədəd 30 manat dəyərində ceyran peçini, evdən yəni, yaşayış sahəsindən isə 2 ədəd hər biri 45 manat ümumi qiyməti 90 manat olan blenderi, 2 ədəd hər biri 35 manat ümumi qiyməti 70 manat olan mikseri, 1 ədəd 25 manat dəyərində tosteri, 1 ədəd 20 manat dəyərində soğançəkəni, 1 ədəd 28 manat dəyərində yarpaqbükəni, 3 ədəd hər biri 50 manat ümumi qiyməti 150 manat olan çaynik dəsti, 4 ədəd hər biri 100 manat ümumi qiyməti 400 manat olan qızıl üzüyü, 1 ədəd 90 manat dəyərində qızıl sırğa, 1 ədəd 50 manat dəyərində qaz peçini, 2 ədəd hər biri 12 manat ümumi qiyməti 24 manat olan əlüz dəsmalını və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 1 ədəd 3 manat dəyərində üzərində “X9” yazıları olan açıq çəhrayı rəngli istifadədə olmuş qısaqol qadın köynəyini, 1 ədəd 5 manat dəyərində üzərində “ümid tekstil” yazıları olan, qara rəngli, uzunqol m-l ölçülü istifadədə olmuş qadın köynəyini, 1 ədəd 2 manat dəyərində markalanmasına dair heç bir məlumat olmayan Çində istehsal edilmiş, istifadədə olmuş uşaq donunu, 1 ədəd 10 manat dəyərində üzərində “Ginzaro” yazıları olan, 40 ölçülü çəhrayı və qara rəngli qadın üçün istifadədə olmuş donunu, 1 dəst 2 manat dəyərində Çində istehsal edilmiş, üzərində “Brush” yazıları çəhrayı rəngli istifadədə olmuş fırça dəstini, 1 ədəd 0.20 qəpik dəyərində üzərində “Queen fair” yazıları təzə vəziyyətdə olan saç toqqasını, 1 ədəd 0.10 qəpik dəyərində üzərində kəpənək olan, qara rəngli saç toqqasını, 1 ədəd 3 manat dəyərində üzərində “ARMANE BASE in red” yazıları olan, az istifadə olunmuş ətiri, 1 ədəd 1 manat dəyərində üzərində “Revvoline” yazıları olan çəhrayı rəngli dodaq boyasını, 1 ədəd 1 manat dəyərində üzəri ndə “Huda beauty liquid matte” yazıları olan dodaq boyasını (blesk), 2 ədəd hər biri 0.10 qəpik ümumi qiyməti 0.20 qəpik dəyərində üzərində “Flormar” yazıları olan göz qələmini, 1 ədəd 0.20 qəpik dəyərində üzərində “Huda beauty” yazıları olan dodaq qələmini, 1 ədəd 3 manat dəyərində üzərində “Huda beauty” yazıları olan pudranı (ənlik), 1 ədəd 0.10 qəpik dəyərində üzərində “Huda beauty” yazıları olan çəhrayı rəngli kosmetik süngerini, 1 ədəd 3 manat dəyərində üzərində “Mac” yazıları olan pudranı, 1 dəst 5 manat dəyərində üzərində markalanmasına dair heç bir məlumat olmayan qırmızı qabda manikur-pedikur dəstini, 1 ədəd 3 manat dəyərində üzərində “Huda beauty” yazıları olan tonal kremi, 1 ədəd 5 manat dəyərində üzərində “Huda beautyallure” yazıları olan 20 rəngdən ibarət teni, 1 ədəd 120 mana t dəyərində “Samsung” markalı, 3000 W-luq, qırmızıqara rəngli təzə vəziyyətdə tozsoranı, 1 dəst 45 manat dəyərində üzərində “Aluminum industry” yazıları olan, içərisində 4 ədəd olmaqla tünd qırmızı rəngli təzə vəziyyətdə olan qazan dəstini, 1 ədəd üzərində 55 manat dəyərində “Fuma Japan” yazıları olan “FM-1001” modelli təzə vəziyyətdə şirə çəkən aparatını gizli olaraq talamaqla zərərçəkmiş şəxs X3 ümumilikdə 1288 manat 80 qəpik (bir min iki yüz səksən səkkiz manat səksən qəpik) dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Kamil Bəşirov, hakimlər Rafiq Cəfərov və Elşad Əliyevdən ibarət tərkibdə) 1(106)315/2021 nömrəli, 06 may 2021-ci il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum oğluna Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay həddinə qədər aşağı endirilmiş, Məhkum oğlunun müdafiəçisi X4 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum oğlu verdiyi kassasiya şikayətində xahiş edir ki, ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum oğlu kassasiya şikayətini onunla əsaslandırır ki, ona müvafiq hökm və qərarla ağır cəza təyin edilmişdir. Belə ki, məhkəmələr işin bütün hallarını araşdırmamış, ilk məhkumluğunu, əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmişlə barışması və ona vurulan zə rərin tamamilə ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmaması, ailəli olması, himayəsində 2 azyaşlı uşağının, ata və anasının olduğunu nəzərə almayaraq, ağır cəza təyin etmişlər. Həmçinin kassator bildirmişdir ki, 2012-2013-cü illərdə Fizuli rayonunda cəbhə bölgəsində hərbi xidmətdə qulluq etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum oğlu əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutla rın məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum oğlunun əməli Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin ilkin dəlili işin bütün faktiki hallarına qiymət verilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum oğlu X3 məxsus fərdi yaşayış evindən oğurluq etməklə zərərçəkmiş şəxsə ümumilikdə 1288 man at 80 qəpik (bir min iki yüz səksən səkkiz manat səksən qəpik) dəyərində maddi ziyan vurmuşdur. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum oğlu özünü ona elan olunmuş ittihamda tam təqsirli bilmişdir. Onun qeyd olunan cinayəti törətməsi həmçinin iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizasının rəyi, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İş materiallarından da görünür ki, məhkəmələr sübutları Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə uyğun tədqiq etmiş və həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas müəyyən etməmişdir Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə A zərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası cinayət və cinayət-prosessual qanunları normalarına riayət edilməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum oğlunun əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum oğlunun əməli Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkum oğlunun kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən ona cəza təyin edərkən yüngülləşdirici halların kifayət qədər nəzərə alınmamasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətm əkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 0 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum oğluna cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar qismində və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona CM-in 177.2.3-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə isə Məhkum oğluna Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay həddinə qədər aşağı endirilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi də işin, o cümlədən kassator tərəfindən öz şikayətində göstərilən hallarını və onun əvvəl də eyni maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini şəxsiyyəti səciyyələndirən hal kimi nəzərə alıb cəza təyin etmişdir. Apellyasiya instans iyası məhkəməsi Məhkum təyin edilmiş cəzanı iş üzrə müəyyən edilmiş yüngülləşdirici hallara nisbətən ədalətsiz, yəni öz ağırlığına görə həmin hallara uyğun olmayan hesab etmiş və aşağı endirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədə dəlilləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143 -146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum oğlunun barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictim ai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum oğlu barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum oğluna təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlü kəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum oğlu barəsində Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 may 2021-ci il tarixli məhkum qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayə t kollegiyasının 06 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar