Məhkəmə qərarları › İş №1(102)-1426/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1426/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1426/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü ilə (X5 (sədrlik edən), X3 və X6 ibarət tərkibdə) xx xxxx 1981-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, xx yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə və məhkumun müdafiəçisi Şahverdi Ağaveys Nurkişi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə,) 06 may 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamdan Məhkum1 Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqs ədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib daşımasına dair epizod xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmünə əsasən, Məhkum1 təqsirli bilinib məhkum edilmişdir оna görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotro p maddəni əldə edib satmaq məqsədi ilə tanışı Məhkum2 və şəxsiyyəti istintaqa məlum olmayan “Mansur” adlı İran Respublikasının vətəndaşı ilə əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2021-ci il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən istifadəsində olan mobil telefonunun votçap proqramından istifadə edib «Mansur» adlı şəxslə əlaqə yaradaraq sonuncunun kart hesabına «Milli Ön» aparatı vasitəsi ilə pul ödədikdən sonra saat 12:30 radələrində Məhkum2la birlikdə Bakı şəhəri, Binəqədi rayonu 1-ci mədəndə yerləşən Lallar fabriki adlanan yerin yaxınlığına gedərək orada yolun kənarında səkinin bardür dışının altında «Mansur» adlı şəxs tərəfindən gizlədilmiş 1,400 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda ümumilikdə 6,46 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra psixotrop maddəni və heroinin bir hissəsini o, digər hissəsini Məhkum2 üzərində saxlayıb daşıyarkən həmin tarixdə saat 19:10 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o Məhkum2la birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən Lallar fabriki adlanan yerin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman Məhkum2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,283 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, onun isə əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sa rı rəngli sellofan bükümündə olan təmiz çəkisi 1,400 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd şəffaf rəngli sellofan bükümdə olan külli miqdarda təmiz çəkisi 4,177 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Apellyasiya məhkəməsi isə yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, Məhkum1 külli miqdarda narkotik vasitə olan heroin (4,177 qram çəkidə) və şəxsi istehlak miqdarından artıq çəkidə psixotrop maddə ol an metamfetamin (1,400 qram çəkidə), Məhkum2 isə külli miqdarda narkotik vasitə olan heroin (2,283 qram çəkidə) aşkar edilib götürülmüşdür. Göründüyü kimi, Məhkum1 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi külli miqdarının aşağı həddindən 2 dəfədən çox, onun gündəlik ehtiyacının yuxarı həddindən 28 dəfə çox, Məhkum2 isə külli miqdarının aşağı həddindən 1.14 dəfədən çox, onun gündəlik ehtiyacının yuxarı həddindən isə 15 dəfədən çox olmuşdur. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, hər iki şəxs (Məhkum1 və Məhkum2) öncədən aralarında olan razılığa əsasən, qeyd olunan vasitələri eyni vaxtda və yerdə kart hesabına pul ödəməklə “Mansur” adlı İranlı şəxsdən almış və onun göstərdiyi eyni yerdən eyni vaxtda götürmüş, hər ikisindən aşkar edilmiş vasitələrin miqdarı külli miqdar təşkil edərək, gündəlik şəxsi istifadə həcmindən dəfərərlə çox olmuşdur. Göstərilənlər hər iki təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitələri özləri və “Mansur” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə (düzdür müəyyən hissəni özlərinin də istifadə etmələri istisna deyil, lakin hər ikisinin daimi qazanc və ya işlərinin olması işdə təsdiq edilmir və buna baxmayaraq birinin 60, digərinin 160 manat ödəməklə narkotik vasitə almaları onların sonradan həmin vasitələri əlavə qazanc əldə etmək üçün digər şəxslərə daha yüksək qiymətə satmasına dəlalət edən hallardır) əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq əldə edərək daşımasını təsdiq edir. Göstərilənlərə əsasən apellyasiya məhkəməsinin Məhkum1 Cinayət Məcəlləsinin 234.4.1 v ə 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamdan Məhkum1 Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib daşımasına dair epizod xaric edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab etmək olmaz. Bundan əlavə məhkəmələr CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmiş Məhkum1 münasibətdə yüngülləşdirici halların müəyyən olunmadığını göstərsə də, cəza təyini zamanı ona minimal cəza təyin etməkdə haqlı olmamış, Məhkum1 tərəfindən törədilən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasını nəzərə almadan ona CM-nin sanksiyasının ən aşağı həddində, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişlər. Ha lbuki, işdən aydın olur ki, Məhkum1 minimal həddə cəza təyin olunması həm onun tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, yüngülləşdirici halların əsaslandırılması apellyasiya instansiyası məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsində açıqlanmamış, kollegiya şəxsin cəzasının yüngülləşdirilməsinə əsas hesab etdiyi halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini və bu təsirin kifayət qədər olmasını ümumiyyətlə əsaslandırmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya bax ışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, Məhkum1 Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib daşımasının sübuta yetirildiyini bildirib, məhkumun üzərindən aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından və narkotik vasitələrin külli miqdarından artıq olmasını, şəxsin törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini və xarakterini nəzərə alınıb kassasiya protestinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsas lar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr əsassız olaraq verilmiş ittiham üzrə bir epizodu xaric etdiklərini, həmçinin məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2.(məhkəmə bu Məcəllə 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tətqiq etmədikdə) və 416.1.21-ci (məh kəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum1 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, sax lama, daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Bu baxımdan kassasiya məhkəmə kollegiyası protesdə qeyd edilimiş “Məhkum1 elan edilmiş ittihamdan Məhkum1 Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib daşımasına dair epizod xaric edilməsinə dair məhkəmənin gəldiyi nəticəninin qanunsuz” olmasına dair dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 04 may 2022-ci il tarixli hökmünə əsasən müəyyən olunur ki, Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 1(101)-501/2022 saylı hökmü ləğv edilmiş və Məhkum2 əməlində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibi olmadığından ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verilmişdir. Həmin hökmlə Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Hökümdən göründüyü kimi Məhkum2 “Mansur” adlı İran Respublikasının vətəndaşı və Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop m addəni və külli miqdarda narkotik vasitəni əldə edib daşıması öz təsdiqini tapmamışdır. Bu baxımdan da, apellyasiya məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.6-cı maddəsinə əsaslanaraq, yəni birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburi olması qənaətinə gəlmiş və Məhkum1 Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib daşımasına dair ona elan edilmiş ittihamdan xaric etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şik ayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir (CPM-nin 318.1-ci maddəsi). Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində həmçinin təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbi r kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların və cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum1 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digə r məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi) da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xa rakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma təyin edilmiş cəzanın həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini t əmin edə bilmir”. Qeyd edilən cinayət qanunvericiliyin imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında alternativ cəzalar (növ, müddət, məbləğ baxımından) olduğu halda, niyə məhz daha ağırını tətbiq etməli olmasını əsaslandırmalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan məhrumetmə cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrumetmə cəzasının müddətini artırılması nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddəsində aydın göstərilmişdir ki, “məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir”. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar