Məhkəmə qərarları › İş №1(102)-1426/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1426/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1426/2024 02.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fev ral 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılov (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Samir Əliyev) 12 yanvar 2023-cü il tarixli, 1(101)-238/2023 nömrəli hökmü ilə xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, hər ay qazancından 15% tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “A mnistiya” qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 iyul 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 6,305 qram çəkidə Azərbaycan Res publikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxil olan narkotik vasitə heroini əldə edib 02 ədəd bükümə bölərək üzərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 23 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Məhkum 04 iyul 2022-ci il tarixdə saat 19:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 3Mİ-nə gətirilmiş və orada həmin tarixdə saat 21:05-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümdə ayrı-a yrılıqda təmiz çəkiləri 3,542 qram və 2,763 qram olmaqla ümumi təmiz çəkisi 6,305 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Anar Tanrıverdiyev) 14 fevral 2024-cü il tarixli 1(103)-496/2024 nömrəli qərarı ilə dövlət ittihamçısının apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 1(103)-741/2023 nömrəli 05 aprel 2023-cü il tarixli və 1(103)-496/2024 nömrəli 14 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işdə olan sübutların mötəbərliyini, hökmün qanuniliyini şübhə altına almağa imkan verən əhəmiyyətli sübutlar vardır. Məhkəmə iclasında məhkum özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, üzərində heç bir narkotik vasitə olmamış, şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə üzərinə polis əməkdaşları qoymuşlar. Cinayət işinin materiallarından görünür ki, Məhkum üzərində şəxsi axtarış onun tutulduğu vaxt və yerində deyil, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, yəni tam polis əməkdaşlarının nəzarətində olan vaxt və yerdə tutulduqdan 2 saata yaxın vaxt keçdikdən sonra aparılmış və məhz bu vaxt onun etirafedici ifadəsi alınmışdır. Məhkum üzərində şəxsi axtarışın onun tutulduğu yerində aparılmasına heç bir maneə olmamışdır. İşin bu halları həm Məhkum şəxsi axtarışın nəticələrinin, həm onun ilkin ifadələrinin mötəbərliyinə ciddi şübhə yaranan halla rdır və bu səbəbdən şəxsi axtarış protokolu və məhkumun ilkin ifadələri mötəbər sübutlar kimi hesab edilə bilməz. Eyni ilə Məhkum tutmuş polis əməkdaşlarının ifadələri də mötəbər sübutlar kimi qəbul edilə biməz. Belə ki, həmin polis əməkdaşları Məhkum üzərinə narkotik vasitə qoymuşlar və onlar Məhkum tutulmasında maraqlı olan şəxslərdir. Bundan başqa, hazırkı cinayət işi üzrə Məhkum narkotiklə bağlı müvafiq şəxslərlə əlaqələrinin müəyyən edilməsi barədə verilmiş əməliyyat tapşırığına alınmış cavabdan da görünür ki, ittihamla bağlı heç bir müsbət nəticə əldə edilməmiş, nəinki narkotik alğısatqısı, ümumiyyətlə onun hansısa qanunsuz hərəkəti barədə hər hansı təsdiqedici hal müəyyən edilməmişdir. Bundan başqa, ibtidai istintaq materiallarında olan “Baxış keçirilməsi haqqında” 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum istifadə etdiyi “İPHONE” markalı mobil telefondan iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa, iş üzrə mobil telefonla aparılan danışıqların və ötürülən məlumatların ələ keçirilməsinə dair məhkəmə qərarları əsasında aparılmış yoxlama tədbirlərinin nəticəsində də, mobil operatorların təqdim etdiyi sənədlərdən Məhkum bəhs edilən cinayətə aidiyyətinin olmasını sübut edən hər hansı məlumat əldə edilməmişdir. İş üzrə ittiham tərəfi apellyasiya və kassasiya şikayəti verməmiş olsa da, müdafiə tərəfi olaraq verdiyimiz kassasiya şikayəti üzrə təyin edilmiş iclasa bir neçə gün qalmış, kassasiya protesti üçün nəzərdə tutulan müddətin keçməsindən aylar sonra protest vermək üçün nəzərdə tutulan müddətin bərpası ilə bağlı müra ciət edilmiş, 1-ci instansiya məhkəməsi bu absurd şikayəti təmin etməsə də, apellyasiya instansiyası təmin etmiş, nəticədə Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli 1(103)-496/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməklə, Məhkum qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsi 12 yanvar 2023-cü il tarixli hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə təqsirli bilinib ona cəza təyin edildikdən sonra, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə CM-in 66.5-ci maddəsinə əsasən toplanılmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməli olsa da, həmin maddənin tələblərini pozaraq, təyin etdiyi cəza ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı CM-in 66.5-ci maddəsi ilə toplamamış, bununla da cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Məhz qeyd edilən əsasla, Məhkum cəzası ağırlaşdırılmışdır apellyasiya şikayəti və protesti vermək üçün nəzərdə tutulmuş müddəti hansısa üzrlü səbəb olmadan ötürdükdən az qala yarım il sonra protest verilirsə və bu nəzərə alınırsa, onda qanunda nəzərdə tutulmuş 20 gün nəyə lazımdır? Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlər ə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasi ya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən kassasiya protesti əsasında qəbul edilmiş 14 fevral 2024-cü il tarixli qərar bundan öncə hazırkı cinayət işi üzrə apellyasiya şikayətinə əsasən qəbul edilmiş 05 aprel 2023-cü il tarixli qərarı əhəmiyyətsiz edir. Bu səbəbdən də kassasiya kollegiyası məhkumun müdafiəçisinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarından verilmiş şikayətə münasibət bildirməyi daha doğru hesab edir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum heç bir cinayət törətməmiş, Məhkum üzərində narkotik vasitə polis əməkdaşları tərəfindən qoyulmuş, onun elan edilmiş ittihamda təqsirli olması mötəbər sübutlarla təsdiq olunmamışdır. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə əsassız olaraq ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilli araşdırmış və onun əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməs inin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadə, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifa dələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum dəlilləri ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası CM-in 23 4.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun, ətraflı və biri-biri ilə, habelə məhkum ilkin ifadəsi ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları və videogörüntülər, ekspert rəyləri və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Res publikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkum üzərində aşkar olunmuş 6,305 qram narkotik vasitə olan heroinin ona məxsus olmaması barədə ifadəsi həmin sübutların məcmusu ilə təkzib olunur. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun qeyd olunan normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərindən 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,542 qram və 2,763 qram olmaqla ümumi təmiz çəkisi 6,305 qram olan narkotik vasitə olan heroinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilməsi yuxarıda qeyd olunan sübutlarla təsdiq olunmasına baxmayaraq, müdafiə tərəfi həmin sübutların polis əməkdaşlarının təsiri nəticəsində əldə edilməsinə istinadən onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, polis əməkdaşlarının məhkuma qarşı hər hansı bir qanunsuz hərəkətləri törətmələri hər hansı bir sübutla əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alı b, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və həmin ittiham üzrə ona bəraət verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışlar. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə CM-in 66.5-ci maddəsinin tələblərin ə riayət edilməklə məhkuma qəti cəzanın təyin edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Apellyasiya protestinin verilməsi müddətinin əsassız bərpa edilməsi barədə kassasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu barədə qərar Azərbaycan Respublikası CPM-in 386-cı maddəsinə əsasən öz səlahiyyətləri çərçivəsində lazımi hüquqi prosedura daxilində qəbul etmiş, həmin qərardan kassasiya şikayətinin verilməsi qanunla nəzərdə tutulmamışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum bar əsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar