Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1426/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 o ktyabr 2024-cü il tarixli 1(103)-2186/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azad Məcidov (sədrlik edən və məruzəçi), Səbinə Məmmədzadə və Əli Məmmədov) 17 iyul 2024-cü il tarixli, 1(101)1758/2024 nömrəli hökmü ilə xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2024-cü il tarixdən hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə naməlum İran islam Respublikası vətəndaşı “Milad" adlı şəxslə qabaqcadan əlbir olan bır qrup şəxs halında naməlum vaxtda və ünvana qoyulmuş külli miqdarda təmiz çəkisi 9,132 qram narkotik vasitə heroini, külli miqdarda təmiz çəkisi 172,084 qram psixotrop maddə metamfetamini və Azərbaycan Respublikasın ın ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə “Methadone 40" markalanma göstəricisi olan 1 ədəd konvalyutda, 5 ədəd üzərində “F/M 40" yazısı həkk olunmuş, metadon tərkibli təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olan (üzərindəki qeyd edilmiş göstəricisinə əsasən 1 həbdə 0,04 metadon olmaqla) həbləri satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla saxlamış, onun narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 23 yanvar 2024-cü il tarixdə saat 21:15-də ünvan 3 ünvanının yaxınlığında saxlanılıb ünvan 4rləşən Xətai RPİ-nin 36-cı PŞnə gətirilərək videoçəkilişlə müdafiəçi nin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində olan qızılı rəngli əl çantasından külli miqdarda satış məqsədilə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,264 qram və 3,868 qram, ümumi çəkisi 9,132 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda satış məqsədilə 2 ədəd bükümdə təmiz çəkiləri 97,038 və 62,925 qram, ümumi təmiz çəkisi 159,963 qram ağ rəngli kristal şəkilli maddələr və 27 (iyirmi yeddi) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,379 qram, 0,362 qram, 0,367qram, 0,327qram, 0,381 qram, 0,319 qram, 0,330 qram, 0,364 qram, 0,300 qram, 0,350 qram, 0,315 qram, 0,315 qram, 0,388 qram, 0,314 qram, 0, 354 qram, 0,347 qram, 0,375 qram, 0,358 qram, 0,376 qram, 0,376 qram, 0,344 qram, 0,155 qram, 0,344 qram, 0,989 qram, 0,376 qram, 1,191 qram, 0,058 qram ümumi təmiz çəkisi 10,454 qram ağ rəngli kristal şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə matamfetamin, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə “Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda, 5 ədəd üzərində “F/M 40" yazısı həkk olunmuş, qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olan (üzərindəki qeyd edilmiş göstəricisinə əsasən 1 həbdə 0,04 metadon olmaqla) həbləri, üzərində heroinlə metamfetaminin izləri olan 1 ədəd elektron tərəzi, ***-***-**-** nömrəsi olan "İphone 11" markal ı və +********** nömrəsi olan “Samsung Galaxy A 21s" markalı mobil telefonlar aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 23:15-də onun yaşadığı ünvan 6 ünvanında videoçəkilişlə müdafiəçinin iştirakı ilə keçirilən baxış zamanı mətbəxdə, qaz sobasının yanındakı qutudan 1 ədəd bükümdə təmiz çəkisi 1,667 qram ağ rəngli kristal şəkilli xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə matamfetamin aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Hüseyn Cavid (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Elbəy Allahverdiyevdən ibarət tərkibdə) 08 oktyabr 2024-cü il tarixli 1(103)-2186/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1758/20 24 saylı, 17 iyul 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) aya endirilmiş, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2024-cü il tarixli, 1(103)-2186/2024 nömrəli qərarının ləğv edilməsi və cəzasını yüngülləşdirən halların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Belə ki, məhkum 1,5 qram metafetamini öz şəxsi istifadəsi üçün aldığını, lakin polis əməkdaşları tərəfindən vəhşicəsinə döyüldüyünü və üzərindən 168 qram metafetamin aşkar edildiyinin ona şər atılmasını qeyd etmişdir. O, uzun müddət arıqlamaq məqsədilə bu preparatdan istifadə etdiyini, 2 yaş 5 aylıq uşağının və onkoloji xəstəlikdən əziyyət çəkən anasının himayəsində olması, özünün həbsxanada olarkən yerdən yıxılaraq belində 10 mm bel yırtığı yarandığı və bu səbəbdən sinir sıxılmasından əziyyət çəkdiyini bildirmişdir. Bu halların nəzərə alınaraq ona CM-in 79.1-ci maddəsinə əsasən övladının 14 yaşı tamam olana qədər cəzasının təxirə salınması və ya cəza müddətinin azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışların ı dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası birinci və a pellyasiya məhkəmələrinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələri ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübut ların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyətini və cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Məhkum himayəsində azyaşlı uşağının olması ilə əlaqədar ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının CM-in 79.1-ci maddəsinə əsasən uşaq 14 yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yen i cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2- ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını və müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi müəyyən etmiş və hər hansı ağırlaşdıran hallar müəyyən etməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü cəzaya aid hissədə dəyişdirərək, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri üzrə təyin edilmiş cəzasını 5 (beş) il 6 (altı) ay müddətinə endirmiş, Məhkum qadın olmasını və ilk dəfə məhkum olunmasını əlavə cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmiş, nəticədə ona təyin olunmuş cəzanın yüngülləşdirməsini məqsədə müvafiq hesab etmişdir. Qeyd olunmalıdır ki, qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş və saxlanılmış narkotik va sitənin və ya psixotrop maddənin növü və miqdarı ilə bağlıdır. Cinayət işinin materiallarından isə görünür ki, məhkum tərəfindən qanunsuz olaraq külli miqdarda 9,132 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda - 172,084 qram çəkidə psixotrop maddə metamfetamin əldə edilmiş və saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxsin şəxsiyyəti, işin halları və ailə vəziyyəti kifayət qədər nəzərə alınmışdır. Məhkum kassasiya şikayəti ndə himayəsində azyaşlı övladının olması nəzərə alınmaqla Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə istinadən onun barəsində Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinin tətbiqini mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə hamilə qadınlar ın, on dörd yaşına qədər uşağı olan qadınların, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəza çəkməsini uşağın on dörd yaşına çatmasına qədər təxirə sala bilər. Hazırkı cinayət işinin materiallarından görünür ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroinin miqdarı 9,132 qram, psixotrop maddə hesab olunan metamfetaminin miqdarı isə 172,084 qram olmuşdur. Məhkəmə kollegiyası hər hansı cəzanı ağırlaşdıran hal müəyyən etməsə də, qeyd edir ki, məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi yüksəkdir. Belə ki, onun külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi və saxlaması, həmin maddələrin növü və miqdarı, habelə məhkumun narkomaniya xəstəliyindən əziyyət çəkməsi onun himayə sində olan azyaşlı uşağına lazımi qayğı və tərbiyə vermək imkanlarını şübhə altına alır. Bu halları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, məhkumun barəsində CM-in 79.1-ci maddəsinin tətbiqi nə uşağın hüquqlarının müdafiəsi, nə də məhkumun islah olunması baxımından məqsədəuyğun hesab edilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vi nter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 79.1-ci maddəsinin tətbiqi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının islah təsirini aradan qaldırılacağı səbəbindən məhkumun islah olunmasına və cəzanın digər məqsədlərinə nail olmaq üçün yetərli olmayacaq. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmə k və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2024-cü il tarixli 1(103)-2186/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikay əti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2024-cü il tarixli 1(103)-2186/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1426/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1426/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver