Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1427/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 228.2.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmü ilə (hakimlər Cəlilov Oruc Yusif oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) Məhkum, xxxxxxxxx il tarixdə Cəlilabad rayonunun Mikayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1-də qeydiyyatda olan və yaşamış, CM-nin 228.2.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 228.2.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CMnin 234.4.3-cü maddəsi ilə 11 (on bir) il 6 (altı) ay müddətə, CM-nın 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplalmaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını təkrar əldə etmə, satma, saxlama cinayətini və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlama cinayətini törətmişdir. Belə ki, o, məlum olmayan mənbədən və məlum olmayan vaxtda qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı bir ədəd 7,62x39 mm kalibrli olmaqla “Kalaşnikov” konstruksiyalı, “Zastava M70” modelli, keçmiş Yuqoslaviyada zavod üsulu ilə istehsal edilmiş 41080 nömrəli, atəş açmaq üçün yararlı olmaqla saz vəziyyətdə olan yivli-odlu silah-döyüş təyinatlı avtomatı, bir ədəd “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı sandıqçanı, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “A KM”, “AKMS”, “AK-47”, “Zastava M70” modelli avtomatlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə (atəşə) yararlı olan döyüş sursatı hesab edilən 25 ədəd patronları 21 yanvar 2018-ci il tarixdə Cəlilabad rayonun Mikayıllı kəndində həmkəndlisi X7 800 manata qanunsuz olaraq satmışdır. Bundan başqa o, məlum olmayan mənbədən və məlum olmayan vaxtda qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evinin yataq otağında olan mebel dəstinin yuxarı hissəsində 7,62 x 39 mm kalibrli olmaqla həmin kalibrə malik yivli odlu “AKM”, “AKMS”, “AK-47”, “Zastava M70” modelli avtomatlarda, SKS karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə (atəşə) yararlı olan döyüş sursatı hesab edilən 5 ədəd patronları qanunsuz olaraq təkrar saxlamış, yaşadığı evin həyətində olan yardımçı tikilidə isə odun parçalarının altında iri parça torbanın içərisində olan 2 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen torba bağlamada, külli miqdarda, ayrı- ayrılıqda 2380 qram və 1785 qram olmaqla ümumi çəkisi 4165 qram narkotik vasitə olan heroini, həmin parça torbada 2 ədəd sarı rəngli parça torbalarda üzəri yapışqan lentlə bağlanmış, külli miqdarda, ayrı-ayrılıqda 190 qram, 190 qram, 190 qram, 190 qram, 190 qram, 200 qram, 200 qram, 200 qram, 200 qram, 195 qram, 195 qram və 185 qram olan, 2 ədəd üzəri yapışqan lentlə bağlanmış, külli miqdarda, ayrı-ayrılıqda 155 qram, 230 qram, 165 qram, 195 qram, 195 qram, 200 qram, 200 qram, 70 qram, 195 qram, 200 qram, 195 qram, 195 qram və 195 qram olan, 1 ədəd yapışqan lentl ə birləşdirilib bağlanmış 2 ədəd qırmızımtıl rəngli sellofanda, külli miqdarda, ayrı-ayrılıqda 1005 qram və1005 qram olmaqla ümumi çəkisi külli miqdarda 6725 qram narkotik vasitə olan həşiş qətranını satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamışdır. Axtarış aparılması haqqında məhkəmə qərarına əsasən Cəlilabad Rayoln Polis Şöbəsinin əməkdaşları tərəfindən 31 yanvar 2018-ci il tarixdə X8 rayonun Mikayıllı kəndində yaşadığı evdə aparılan axtarış zamanı evin yataq otağında mebel dəstinin yuxarı hissəsində 5 ədəd patronlar və evin həyətində olan yardımçı tikilidə odun parçalarının altında gizlədilmiş külli miqdarda 4165 qram narkotik vasitə olan heroin və külli miqdarda 6725 qram narkotik vasitə olan həşiş qətranı aşkar edilib götürülmüşdür. Hökmdən Məhkum və onun müdafiəçisi Həsənov İbar ət Əhəd oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Soltanov Fuad Kamil oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 18 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) il 6 (altı) ayadək endirilmiş və CM-nin 66.3-cü maddəsnə əsasən həmin məhkuma hökmlə CM-nin 228.2.2-ci maddəsi ilə təyin edilmş cəza ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. 22 fevral 2021-ci il tarixdə məhkum Şirvan Apellyasiya Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Eyni zamanda məhkum apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad ibiş oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 05 aprel 2021-ci il tarixli qərarı ilə Məhkum vəsatəti təmin edilməmişdir. Həmin qərardan Məhkum kassasiya şikayəti verərək onun ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 411-ci maddəsinə istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 18 aprel 2019-cu il tarixli qərarı ona yalnız 06 fevral 2021-ci il tarixdə təqdim edilmiş və buna görə o, həmin qərardan kassasiya şikayətini vaxtında verə bilmədiyindən həmin şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti buraxmışdır. Bu səbəbi üzrlü hesab edən Məhkum onun apellyasiya instansiyası məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştrakçıları, o cümlədən Məhkum qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edə nin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqi nin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya inst ansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə icla sında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu hüquq həmçinin cinayət-prosessual qanunv ericiliyində də öz əksini tapmış və Azərbaycan Respubliksında üçpilləli məhkəmə sisteminin yaradılması və fəaliyyət göstərməsi nəzərə alınaraq hər bir məhkum olunmuş şəxsin onun barəsindəki ittiham hökmündən apellyasiya şikayəti, apellyasiya instansiyası məhkəməsinn hökm və ya qərarından isə - kassasiya şikayəti verə bilməsi müəyyən edilmişdir. Belə ki, CPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçısının cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır. CPM-nin 35.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək aşağıdakı hüquqları həyata keçirir: 35.2.1. barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını xahiş etmək; 35.2.2. barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək. CPM-nin 35.3-cü maddəsinin tədəbinə görə isə, məhkumun bu Məcəllənin 35.1 və 35.2-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. CPM-nin 12.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə icraatının sonsuz davam etməsinin qarşısının alınması, digər tərəfdən isə cinayət mühakimə icraatında hüquqi müəyyənlik prinsipinin də t əmin edilməsi üçün qanunverici aşağı instansiya məhkəmələrinin yekun məhkəmə aktlarından müvafiq olaraq apellyasiya və ya kassasiya şikayətlərinin (protestlərinin) verilməsi üçün müxtəlif müddətlər müəyyən etmişdir. Ümumilikdə, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ər zində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Eyni zamanda hər bir məhkum olunmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hququnun təmin edilməsi məqsədilə qanunverici apellyasiya və ya kassasiya şikayətinin (protestinin) verilməsi üçün müxtəlif müddətlərlə yanaşı həmin müddətlər üzrlü səbəblərdən buraxıldığı hallarda bu müddətlərin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Bu haqda müraciətlər olduqda isə məhkəmənin vəzifəsi müddətin həqiqətən qanunvericilikdə göstərilən üzrlü səbəblərdən buraxılıb-buraxılmamasını yoxlamaq, yəni müddətlərin bərpa edilməsini xahiş edən proses iştirakçıasının irəli sürdüyü dəlilləri təsdiq və ya təkzib edən sübutları araşdırmaq və yalnız bundan sonra belə müraciətlər üzrə əsaslandırılmış qərarlar qəbul etməkdir. Belə araşdırma aparılmadan istər müddətin bərpa edilməsi, istərsə də müddətn bərpa edilməsindən imtina olunması haqqında qəbul edilmiş qərar isə əsaslı və qanuni sayıla bilməz. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası əvvəla apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, CPM-nin 15 iyul 2020-ci il tarixədək qüvvədə olmuş 410.1.4-cü maddəsində təsbit edilmişdir ki, məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi təd birlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilərdi. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2020-ci il tarixli Qanununun 1.40.5-ci maddəsinə əsasən CPM-nin 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Bununla yanaşı, 25 iyun 2020-ci il tarixli Qanunla kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası əsaslarına və qaydalarına dair CPM-nin 411-ci maddəsində də bir sıra dəyişkliklər edilmişdir. Belə ki, CPM-nin 411.1-ci maddəsinə əsasən, kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər, o cümlədən məhkum olunmuş şəxs apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-nin 411.2-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiy a protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. CPM-nin 411.3-cü maddəsində təsbit edlmişdir ki, kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya insta nsiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Belə vəsatətin baxılma vaxtı və yeri barədə vəsatəti qaldırmış şəxslərə lazımi qaydada məlumat verilir. Həmin şəxslərin məhkəmə iclasına gəlməməsi vəsatətə baxılmasına mane olmur. Vəsatətlə əlaqədar qəbul edilmiş qərarın surəti apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslərə göndərilir. Göründüyu kimi, qanunverici də kassasiya şikayətnin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilib-edilməməsi məsələsinə baxılmasını məhz apellyasiya instansiyası məhkəməsinn səlahiyyətlərinə aid etməklə müddətlərn buraxılması səbəblərinin mütləq qaydada araşdırılmasını və yalnız bundan sonra araşdırılmış sübutlara uyğun olaraq qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış və qanuni qərarın qəbul edilməsini nəzərdə tutmuşdur. Həmçinin 25 iyun 2020-ci il tarixli Qanunun “Keçid müddəaları” kimi təsbit edilmiş 2ci maddəsində müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. Qanunvericiliyin şərh olunan həm köhnə, həm də yeni normalarına və 25 iyun 2020ci il tarixli Qanunun “Keçid müddəalarına” əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum - ona qərarın verildiyi tarixdən 18 (on səkkiz) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarından kassasiya şikayəti vermək hüququ na malik olmuşdur. Bu qənaətlə bağlı cinayət işinin materialları öyrənldikdə isə aşağıdakılar müəyyən edilmişdir. Cinayət işinin materiallarına əsasən, Məhkum apellyasiya instansiyası məhkəməsində onun və müdafiəçisinin hökmdən verdikləri apellyasiya şkayətlərinə məhkəmə baxışı iclasında iştirak etmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarı isə onun iştirakı ilə elan olunmuş, lakin həmin qərarın surəti 02 may 2019-cu il tarixli 1(106)-148/2019 saylı məktubla, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, məhkuma verilməsi üçün onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına, Şirvan şəhər 1 saylı Vəkil Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əmə liyyat və Statistik İnformasiya İdarəsinə göndərilmişdir. Bununla belə, cinayət işinin materiallarına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasından verilmiş 19 aprel 2019cu il tarixli 17/40-1764 nömrəli müşaiyət məktubu və həmin məktubla Məhkum adından tərtib edilərək Şirvan Apellyasya Məhkəməsinə göndərilmiş, tarixi göstərilməyən qəbz əlavə olunmuş (i.v.352-353, İ cild), məktubda isə qəbzin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Məhkum alınması qeyd edilmişdr. Lakin, istər məktubdan, istərsə də qəbzdən Məhkum 03 saylı İstintaq Təcridxanasında saxlanılarkən hansı prosessual sənədi alaraq buna görə tarix göstərmədən qəbz verib onu imzalaması görünmür və bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı qaydada araşdırıl mamışdır. Məhkumun onun barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarının isə ya həmin tarixdə, yaxud da 19 aprel 2019-cu il tarixdə alması isə ümumiyyətlə mümkün deyil ona görə ki, həmin qərar, yuxarıda qeyd edildiyi kimi, Məhkum verilməsi üçün 03 saylı İstintaq Təcridxanasına yalnız 02 may 2019-cu il tarixdə həmin tarixli 1(106)-148/2019 saylı məktubla göndərilmişdir. Məhkum isə əsl həqiqətdə 18 aprel 2019-cu il tarixli qərarın surətini 06 fevral 2021ci il tarixdə aldığını həm vəsatətində, həm də kassasiya şikayətlərində israrla bildirməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi nə yuxarıda təsvir edilən halların, nə məhkumun bəyanatı ilə, nə də ki onun 22 fevral 2021-ci il tarixli kassasiya şikayətinə əlavə etdiyi 18 aprel 2019-cu il tarixli qərarınının surətində onun 01 yanvar 2000-ci il tarixdə faksla göndərilməsi barədə qeydlərin əks etdirilməsi ilə bağlı heç bir yoxlama aparmamış, baxmayaraq ki, bu halların düzgün müəyyən edilməsi üçün müvafiq sübutların araşdırılması, əsasən də məhkumun dinlənilməsi, habelə onun cəzaçəkmə müəssisəsində adına tərtib edilmiş şəxsi işinin tədqiq edilməsi zəruri olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum onun kassasiya şikayətinin verilməsi üçün büraxlmış müddətin bərpa edilməsinə dair vəsatətə 05 aprel 2021-ci il tarixdə baxılması barpədə məlumat verilsə də, məhkəmə sonuncunun Penitensiar Xidmətin 02 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsini nəzərə almayaraq məhkumun məhkəməyə gətirilməsi üçün heç bir tədbir görmə miş, nəticədə isə nəinki zəruri olan başqa sübutları araşdırmamış, hətta Məhkum özünün qaldırdığı vəsatətlə bağlı məhkəmədə dinlənilməsini təmin etməmişdir. Bütün təsvir olunan hallar isə ona səbəb olmuşdur ki, Məhkum onun barəsində olan apellyasiya instansiyası məhkəməsinin 18 aprel 2019-cu il tarixli qərarının surətini dəqiq nə vaxt almasını və onun kassasiya şikayətinin verilməsi üçün müddətin həqiqətən ondan asılı olmayan üzrlü səbəbdən buraxıb-buraxmamasını müəyyən etmək olmur. Belə vəziyyətdə, yəni apellyasiya instansiyası məhkəməsinin zəruri olan sübutların tədqiqindən imtina edərək Məhkum onun CM-nin 228.2.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarınd an kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarı qanuni və əsaslı sayıla bilməz və buna görə məhkəmə tərəfindən CPM-nin 416.1.2-ci maddəsinin tələblərinin pozulmasına yol verildiyindən kassasiya şikayət qismən edilməklə həmin qərar ləğv edilməlidir. Belə ki, CPM-nin 416.1.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi həmin məhkəmənin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin yuxarıdakı tələblərinə əsaslanaraq və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə Məhkum barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli və iş Məhkum vəsatətinə yenidən baxılması üçün cinayət işi apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasi ya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 228.2.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi məhkumun vəsatətinə baxılması üçün cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1427/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1427/2021
07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver