Məhkəmə qərarları › İş №1(102)-1427/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1427/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1427/2024 17.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və X2 ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bili nib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Samir Əliyev (sədrlik edən), Cavid Hüseynov və Eldar İsmayılovdan ibarət tərkibdə) 28 fevral 2023-cü il tarixli hökmü ilə 02 avqust 1982-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 13 aprel 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Emin Mehdiyevin sədrliyi, Elmar Rəhimov və Fərid Əyyubovdan ibarət tərkibdə) 8 dekabr 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2023cü il tarixli, 1(101)-178/2023 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum internet vasitəsi ilə tanış olduğu Qurban Bərabərli adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2022-ci ilin mart ayının ortalarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçular massivində yerləşən mebel təmiri sexinin arxasındakı torpaq sahədə sonuncu tərəfindən gizlədilmiş, satış məqsədi ilə qanunsuz olaraq 2002,6 qram külli miqdarda narkotik vasitə heroini və 2009,834 qram külli miqdarda psixotrop maddə metafetamini əldə edib daşımış, psixotrop maddə-metamfetamin 20,334 qramını üzərində, qalan hissəsini və həmçinin heroini yaşadığı ünvanda saxlamış, 13 aprel 2022-ci il tarixdə saat 20:40-da Azər baycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3in inzibati binasına gətirilmiş və həmin günü saat 22:10-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə 20,334 qram ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixatrop maddəmetamfetamin aşkar edildikdən sonra, həmin günü saat 23:30-da yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsi zamanı isə qonaq otağında olan taxta konstruksiya dolabın içindən iki ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkisi 1006 və 996,6 qram olmaqla ümumi təmiz çəkisi 2002,6 qram qəhvəyi rəngli, tozşəkilli maddəllər kütlələri, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-heroin, iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 997,2 və 992,3 qram olmaqla ümumi təmiz çəkisi 1989,5 qram ağ rəngli kristallardan ibarət maddələr kütlələri, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış külli miqdarda psixatrop maddə metamfetamin və üzərində heroin və metamfetamin izləri olan gümüşü rəngli 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətində göstərmişdir ki, o, bir nəfər şəxslə avtomobildə narkotik vasitə çəkmişdir. Onunla narkotik vasitə çəkdikdən sonra ona bəzi şəxslər tərəfindən xəbərdarlıq edilmişdir ki, həmin şəxs düz adam deyil. Bu səbəbdən 5-6 gün o telefonuna gə lən zənglərə cavab verməmiş, çölə çıxmamışdır. Polis əməkdaşları evinin qarşısına adam qoyaraq onu güdmüşlər. Günorta saatlarında o evə gəldikdən sonra yatmışdır. Bu vaxt polis əməkdaşları evinə daxil olaraq onu tutmuşlar. Evində polis əməkdaşları ona təqribən 3 saat ərzində təzyiq göstərmişlər. Bundan sonra onlar onu baş idarəyə aparmışlar. Baş idarədə ona ailəsi barəsində şantaj etmişlər. Onlar ondan ailəsinin onun narkotik vasitədən istifadə etdiyini bilib-bilmədiklərini soruşduqda, o, ailə üzvlərinin bu barədə məlumatlı olduqlarını demişdir. Onlar onu ailə üzvlərini də tutacaqları ilə hədələmişlər. O da məcburiyyət qarşısında qalıb orada ona təqdim olunan sənədləri imzalamışdır. Tərəzi və narkotik vasitə onlarındır, ona məxsus deyildir. Polis əməkdaşları evindəki qızıl və kameranı da g ötürmüşlər və hələ də əşyaları qaytarılmamışdır. Orada video çəkiliş olmuş, polis əməkdaşları evinə narkotik vasitə yerləşdirmişlər və onların göstərişinə uyğun olaraq həmin narkotik vasitəni video çəkiliş zamanı çıxarıb təqdim etmişdir. Bunu etməyinə səbəb o idi ki, həmin vaxt evdə anası və həyat yoldaşı var idi və səs-küy yaranmasını istəmədiyi üçün məcburiyyət qarşısında qalmışdır. Maşınında 1 qram kakos olub, kakosdan istifadə etməmiş, metamfetamindən istifadə etmişdir. Kakos bir yerdə narkotik vasitə istifadə etdiyi şəxsindir. Maşına düşüb orada qalmışdır. Bir yerdə maşında narkotik vasitə istifadə etdiyi şəxsin adı Arifdir. Onunla kafedə tanış olmuşdur, Ariflə birgə narkotik vasitə istifadə edərkən təqribən 1 qramdan az metamfetamin çəkmişdir. Tərəzi və evində narkotik vasitə olmam ışdır. Narkotik vasitələrdən istifadə etdiyi üçün əməlindən peşmandır. Təqsirləndirilən şəxs Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materialları ilə sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxsin özünü həmin maddələrlə təqsirli bilməməsinə və şəxsin həmin maddələrlə təqsirli olmasını sübut edən əsaslı və mötəbər sübutlar olmamasına baxmayaraq Məhkəmə qanunsuz və əsassız olaraq onun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair hökm çıxarmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahidlər ifadələrində göstərmişlər ki, polis əməkdaşları Məhkum yaşadığı evə qanunsuz daxil olaraq oradan aparmışlar. Evdə isə bir iki saat müddətində qanunsuz qalmışlar. Bundan sonra isə onu Poli s idarəsinə aparmışlar. Daha sonra isə yenidən evə gələrək baxış keçirmişlər. Lakin Məhkum elan edilmiş ittihama əsasən onu ünvan 4 ünvanının yaxınlığında 13 aprel 2022-ci il tarixdə, saat 20:40 radələrində saxlanılmışdır. Lakin nədənsə polis əməkdaşları tərəfindən şəxsin üzərinə baxış keçirilməsi sənədləşdirilməmiş, yaxınlıqda bir neçə polis idarəsi olmasına baxmayaraq yarım saat yol gedərək yarım saatdan sonra BNMİ-də şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı guya onun üzərindən 20,334 qram narkotik vasitə olan heroin çıxmışdır. Məhkum isə həmin narkotik vasitənin ona məxsus olmadığını, Polis əməkdaşlarının təkidi və hədəsi ilə qəbul etdiyini, əslində isə narkotik vasitə olan metamfetamindən istifadə etdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxs Məhkum ittiham tərəfinin gət irdiyi sübutları təkzib etməsinə düzgün hüquqi qiymət verməmişdir. Təkzibin əsaslarına əhəmiyyət verməmişdir. Onun üzərinə BNMİ-də baxış keçirilməsini özündə əks etdirən video görüntüyə baxış keçirən zaman görünür ki, o, təhqiqatçının başqa hardasa ona məxsus narkotik vasitənin olub-olmaması sualına cavab olaraq bildirmişdir ki, “yaşadığı evin həyətində narkotik vasitə gizlətmişdir.” Elə buradan görünür ki, o, Polis əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış ssenari əsasında video çəkilişlə keçirilən istintaq hərəkətlərində iştirak edir. Daha sonra isə onun yaşadığı evə baxış keçirilmiş (evdə yaşayan digər şəxslərin iradəsinin ziddinə), istintaq hərəkəti evin daxilində keçirilmiş, narkotik vasitələr isə fərdi yaşayış evinin qonaq otağında olan taxta konstruksiyalı dolabın içindən 2 bağl amada külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 1(101)-178/2023 saylı hökmünün və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və taqsirləndirilən şəxs X5 bəraət verilməsi barədə hökm çıxarılması xahiş edilmişdir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək müdafiəçinin kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkə məsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kass asiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktın ın müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi məhkumun əməlinin hüquqi tövsifini və ona təyin edilən cəzanı mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstit usiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidi r. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tö vsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmal ıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə g ələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, cinayət işinin materiallarında olan və apellyasiya instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlardan görünür ki, ibtidai istintaq zamanı məhkum əməlini etiraf etmiş, səmimi ifadə vermiş, eyni zamanda, ibtidai istintaq zamanı ona işgəncə verilməsi ilə bağlı hər hansı məlumat verməmişdir, müdafiəçisinin iştirakı ilə üzərinə baxış keçirilmiş və üzərindən metamfitamin aşkar edilmiş, sonra məhkum özü etiraf etmişdir ki, yaşadığı evdə də narkotik vasitə var, qanuna müvafiq qaydada evinə baxış keçirilərkən də yaşadığı evdən heroin və metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkum bu istintaq hərəkətləri aparılmadan öncə polis əməkdaşları tərəfindən təhdid edildiyini, evində 3 saat ərzində təzyiq göstərildiyini, ailə üzvlərinin yanında səs-küy yaranmasın deyə etiraz etmədiyini göstərsə də, eləcə də polis əməkdaşları tərəfindən evindən qızıl və kamera götürüldüyünü və qaytarılmadığını bildirsə də, lakin müdafiə tərəfinin irəli sürdüyü bu dəlilləri bununla bağlı hər hansı bir sübut mövcud olmadığı üçün araşdırmaq və müəyyən etmək mümkün deyil. Eyni zamanda, məhkumun müraciəti əsasında Binəqədi rayon prokurorluğunda məhkuma işgəncə verilməsi ilə bağlı araşdırma aparılmış, məhkəmə-tibb ekspertizasının rəyi ilə məhkumun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, bu səbə bdən polislər barəsində cinayət işi başlanması rədd edilmişdir. Məhkumun evində axtarış aparılarkən çəkilmiş videogörüntüdən də görünür ki, evdən narkotik vasitə və psixotrop maddə aşkar edilərkən Zamiq həmin narkotikin qanunsuz dövriyyəsi ilə kasibçılıqdan məşğul olduğunu etiraf etmişdir. Məhkum və müdafiəçi məhkumun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirsələrdə də, lakin bu maddələrin iki ayrı-ayrı növdə olması, hər birinin külli miqdarda olması, həmin narkotik vasitələri kiçik, bərabər hissələrə bölmək üçün xüsusi tərəzinin aşkar edilməsi həmin narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə əldə edildiyini və saxlandığını təsdiq edən faktlardır. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apell yasiya məhkəməsi birinci instasiya məhkəməsinin əməlin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, cinayət işinin digər materialları ilə birlikdə hərtərəfli və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq onun törətdiyi cinayət əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək q eyd edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət vermiş və əsaslı nəticəyə gələrək, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələ rin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. “Nar kotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Məhkum təyin edilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş nö vdə və həddə ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin cəza təyininə dair mövqeyi ilə razılaşmışdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası CM-ninnin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, "Azərbaycan Respublikası CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1 -ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli, "Azər baycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarları). "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanunun un vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, "cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təy in olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Beləliklə, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum edilmiş şəxsin əməlini hüquqi tövsifi və cəza təyin edilməsi ilə bağlı mövqeyini əsaslı sayaraq hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərinin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416- cı maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2023-cü il tarixli qərarı məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar