Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1427/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X4 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü il tarixli hökmünə əsasən Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Mahmud Ağalarov hakimlər Faiq Qəniyev və Samir Əliyev) 14 mart 2024-cü il tarixli hökmü ilə xx xxxxxx 1989-cu ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Şəki şəhəri Ə.Sadıqov küçəsi, ev 1/6-da qeydiyyatda olmaqla, Abşeron rayonu Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, bina 9, mənzil 39 B-də yaşa mış, Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 iyul 2022-ci il tarixdən hesablanması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Məhkum tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülmüşdür. Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə) 1(103)-1170/2024 saylı 13 iyun 2024-cü il tarixli qərarı ilə məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2024 saylı, 14 mart 2024-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilərək Məhkum təyin olunmuş 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) il 6 (altı) aya endirilmişdir. Həmin qərardan məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə qarşı etiraz və dövlət ittihamçısı tərəfindən kassasiya protesti daxil olmamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən müəyyən ed ilmişdir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Əjdər» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən «Əjdər» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda 4.979,379 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan ünvanda yerləşdirib, bu barədə Məhkum məlumat verdikdən sonra, sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəra itdə narkotik vasitələrin qoyulduğu ünvandan «Əjdər» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla satışını həyata keçirmək məqsədi ilə narkotik vasitə heroinin külli miqdarda 54,379 qram çəkidə hissəsini üzərində, qalan külli miqdarda 4.925 qram çəkidə narkotik vasitə heroini idarə etdiyi «Toyota Prius» markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilin yük yerində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 7 iyul 2022-ci il tarixdə saat 21:34-də ünvan 1 ünvanının yaxınlığında idarə etdiyi « Toyota Prius» markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilinin yanında piyada hərəkət edən zaman saxlanılaraq həmin avtomobil ilə birlikdə Baş İdarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 54,379 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin şalvarın sol yan cibindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə olunan 123 manat pul aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 7 iyul 2022-ci il tarixdə saat 23:30-dan etibarən Məhkum icazəsi və iştirakı ilə onun idarə etdiyi «Toyota Prius» markalı, 99- UD-318 qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman həmin avtomobilin yük yerində olan bir ədəd qara rəngli idman çantasının içərisindən beş ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 990 qr, 985 qr, 975 qr, 990 qr və 985 qr olmaqla, ümumi təmiz çəkisi 4.925 qram həm öz aralarında, həm də üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici görünüş əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi, bir ədəd qayçı və bir ədəd qaşıq aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində göstərir ki, cinayət işinin materiallarından görünür ki, Məhkum xx.xx.2022-ci il tarixində saat 11:00 radələrindən saat 14:00 radələrinə k imi 42 saylı Polis Bölməsində, sonra isə polis əməkdaşlarının müşayiəti ilə Sabunçu RPİ-nə aparılaraq saat 19:00 radələrinə kimi orada olmuş, sonra “Bolt” adlı taksi sifariş edərək, 42 saylı Polis Bölməsinin yanında saxlanılmış ona məxsus nəqliyyat vasitəsinə qayıtmış, bundan sonra Masazır istiqamətində hərəkət edərək bankomata pul daxil etmək üçün nəqliyyat vasitəsindən düşdükdə isə polis əməkdaşları tərəfindən saxlanılmış, əvvəlcə onun üzərində, sonra isə nəqliyyat vasitəsində heroin aşkar edilmişdir. Belə olan halda məhkumun 54 qram heroinlə əvvəlcə 42 saylı Polis Bölməsində təhqiqatçının yanında, daha sonra polis əməkdaşları ilə Sabunçu RPİ-nə gedərək müstəntiqin yanında olması, qapıları açıq, açarı isə üstündə olan, polis bölməsinin yanında saxladığı nəqliyyat vasitəsinin yük yerində 5 kq heroin saxlanılması heç inandırıcı, məntiqli və ağlabatan deyildir. Digər bir məqam isə məhkəmə əməliyyat müvəkkilinin raportunda Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə konkret məlumatların olmadığı halını nəzərə almamışdır. İş materiallarında olan əməliyyat tapşırığına cavabdan Məhkum aşkar edilib götürülmüş heroinin əldə etdiyi Əjdər adlı şəxsin kimliyinin, Azərbaycan Respublikasındakı əlaqələrinin, Məhkum narkotik vasitələrini hansı şəraitdə əldə etməsini, satışı ilə məşğul olmasını təsdiqləyəcək şahidlərin dairəsi və digər cinayətlərdə iştirakının müəyyən edilmədiyi müəyyən olunur. Göründüyü kimi Məhkum kimlərləsə əlbir olmamış, kiminləsə qabaqcadan razılaşma əldə etməmişdir.
2. Məhkəmə tədqiq olunmuş bütün s übutları tam, hərtərəfli, obyektiv yoxlamamış, onları təhlil və bir-biri ilə müqayisə etməmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməmiş, himayəsində yaşlı anasının olması, səhhəti nəzərə alınmamış, eyni zamanda maddi və prosessual hüquq normalarını deyil, ibtidai istintaqın fərziyyəsini əsas götürərək məhkum barəsində qanunsuz, əsassız və ədalətsiz qərar çıxarmışdır. Bundan başqa, məhkəmə yalnız maraqlı şəxsin (polis əməkdaşlarının) dindirilməsi ilə məhdudlaşaraq ədalətli məhkəmə istintaqı apardığı görüntüsünü yaratmışdır. Lakin Məhkum üçün istintaq orqanı tərəfindən dövlət hesabına təyin edilmiş müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Eyni zamanda Məhkum təqdim edilmiş dövlət hesabına müdafiəçi Vüqar Mahmudov saxta istintaq hərəkətinin protokollarını imzalamış, hətta onları rəsmiləşdirmişdir. Təqsirləndirilən şəxsin müdafiə hüququn formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, İnsan Hüquqları Konvensiyasının tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə tam ziddir, bu yolla əldə edilmiş sübutların mötəbər qəbul edilib ittihamın əsasını təşkil etməsi isə hər bir halda yolverilməzdir. Digər bir maraqlı məqam isə cinayət işi materiallarından görünür ki, məhkumun yaşadığı evdə axtarış aparılmamışdır, halbuki, narkotik vasitənin satışından ibarət olan hadisələrdə və əməliyyat-axtarış tədbirləri zamanı ilk növbədə saxlanılan şəxsin evində və ona məxsus digər sahələrdə və saxlanc yerlərində polis əməkdaşları tərəfindən dərhal axtarış keçirilir. Nark otik vasitələrin real və həqiqi satış hadisələri üzrə bu cür tədbirlər birmənalı olaraq mütləq icra edilir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 21:34 dəqiqə polis əməkdaşları tərəfindən tutulan məhkum bir saatdan çox polisin nəzarəti altında saxlanılaraq saat 22.45-də üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılmış, nəqliyyat vasitəsi isə 1 saat 45 dəqiqə polisin nəzarətində olmuş, уalnız saat 23:20 dəqiqədə ona baxış keçirilmişdir. Polis əməkdaşları ifadələrində məhkumun həbsindən dərhal sonra şəxsi axtarışın və ona məxsus nəqliyyat vasitəsinə baxışın həyata keçirilməməsinə münasibət bildirməmişlər. Üzrlü səbəb olmadan belə gecikmə hallarının yaranması sübutların “saxtalaşdırılması” ilə bağlı əsaslı şübhələrə səbəb olur. Məhkum saxlanması ilə şəxsi axtarış və avtom obilinə baxış keçirilməsi arasındakı bir saatdan artıq vaxt fərqi sübutun qeyri-mötəbərliyi ilə bağlı şübhələri artırır və həmin sübutun prosessual tələblərin pozulması ilə əldə edilməsi faktını təsdiq edir. Birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi təqsirləndirilən şəxs və polis əməkdaşlarının ifadələrini müqayisə etməmiş, həmin ifadələrin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nədənsə qiymətləndirməmiş, hansı səbəbdən məhkumun müdafiəçinin iştirakı ilə verdiyi ifadələrdə narkotik vasitələrin onun üzərindən və nəqliyyat vasitəsindən aşkar olunduğunu, narkotik vasitələrin ona məxsus olması barədə ibtidai istintaq zamanı səmimi etirafının məhkəmədə hansı səbəblə dəyişdirilməsini heç aydınlaşdırmaq istəməmişdir. Heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə m alik olmadığını, hər bir sübutun aidiyyətini, qəbuledilməzliyini, etibarlılığını ayrılıqda, habelə sübutların məcmusunda kifayət qədər və qarşılıqlı əlaqəni qiymətləndirməli olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Göründüyü kimi Məhkum üzərindən 54,379 qram heroinin, idarə etdiyi “Toyota Prius” markalı 99- UD-318 qeydiyyat nişanlı avtomobilindən isə 4925 qr heroinin, iki ədəd elektron tərəzinin, bir ədəd qayçı və bir ədəd qaşığın aşkar edilməsi öz təsdiqini tapmır və bunlarla yanaşı barəsində çıxarılmış qərarda saxta məlumatlara istinad edilir. Göründüyü kimi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində Məhkum təqsirləndirildiyi cinayət işi üzrə iş materiallarına əlavə edilmiş prosessual sənəd və qərarlara dair cinayət-prosessual qanunvericiliyin t ələblərinin – qanunçuluq, hüquqi əsaslandırma, obyektivlik, tamlıq, məzmuna dair həqiqilik, sübutlar qanunvericiliyin tələblərinə əsasən düzgün fiksasiya edilməmiş, kobud şəkildə pozulması faktları araşdırılmamış, ümumiyyətlə heç bir hüquqi qiymət verilməmişdir. Daha açıq formada ifadə etsək cinayət təqibini həyata keçirən orqan və ya məhkəmə istintaqını həyata keçirən məhkəmə cinayət hazırlanması və törədilməsinə dəlalət edən obyektiv və konkret sübutlara malik olmalıdırlar. Ədalətli məhkəmə araşdırması və mühakimə hüququ digər elementlərlə yanaşı ittiham tərəfinin malik olduğu təqsirləndirilən şəxsin lehinə və ya əleyhinə olan bütün sübutların tədqiqini özündə ehtiva edir. X8 Məhkəməsinin də məhz təsviri hissədə qeyd etdiyimiz hüquqi mövqeyə uyğun mövqeyi qərarlarda əks olunmuşdur. (“Lag utin və digərləri Rusiya Federasiyasına qarşı” 24 aprel 2014-cü il tarixli qərar). Əlavə olaraq hüquqlarını müdafiə etdiyim Məhkum təqsirsizliyinin vurğulanması məqsədi ilə aşağıda qeyd etdiyim bəraət hökmünün çıxarılması üçün hüquqi əsaslara istinadı vacib hesab edirəm: İ. Məhkum təqsirsizliyini sübuta yetirən hallara məhkəmə kollegiyası tərəfindən düzgün hüquqi qiymət verilməmiş, X8 Məhkəməsinin presedentlərində formalaşdırdığı hüquqi mövqeyə zidd olaraq ittiham tərəfinin şəxsin təqsirsizliyinə dair bəraətverici sübutların açıqlanması, məhkəməyə təqdim edilməsi vəzifəsini icra etməməsinə məhkəmə tərəfindən düzgün yanaşılmamış, nəticədə çəkişmə prinsipi pozulmuşdur. Beləliklə Məhkum qanunvericiliyin tələblərinə zidd əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməklə məhkum ed ilmişdir. Bu qanunsuzluqlar öz növbəsində İnsan haqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin 2-ci hissəsində, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunan təqsirsizlik prezumpsiyasının (cinayət törətməkdə ittiham olunan hər kəs təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir) pozulmasına gətirib çıxarır ki, bu da bilavasitə Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, cinayət-prosessual qanunvericiliyinin təyinatı qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa və cinayət məsuliyyətinə cəlb etməyin mümkün olması ilə yanaşı, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesin i həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etməyin mümkün olmamasına yönəlmişdir. Məhz bu məqsəddən irəli gəlir ki, cinayət mühakimə icraatının vəzifələrindən biri də təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmçinin hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman məhkumu həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməliydi. Bundan əlavə məhkum edilmiş şəxs məhkəməyədək icraat zamanı etirafedici ifadələr versə də məhkəmə araşdırması zamanı ibtidai araşdırma zamanı verdiyi ifadələrini təkzib etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın əsas ı kimi çıxış edən sübutların əldə edilməsi cinayət prosessual qanunvericiliyin və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə olunmuşdur. Belə ki, məhkumun müdafiəçisi yuxarıda qeyd edilənləri əsas gətirərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin və kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən ed ə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin ve rdiyi kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tar ixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və mə zmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunması nda, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozu lmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləs inin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyi və Məhkum bəraət verilm əsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi barədə tələbi məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6, 416.1.15 və 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya instansiya məhkəməsi iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq Məhkum hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibinin olması, onun tərəfindən həmin cinayətin törədilməsinin məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qan unsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə göstərilən cinayət əməli alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsə di ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri və psixotrop maddələri satmağa yönəldiyi sübuta yetirilmə li, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığ ı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş cinayət işinin 29-31, 34-36-cı vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması barədə və mənzilə baxış və götürmə aparılması haqqında protokollardan görünür ki, Məhkum Azərbaycan Respublikası Daxili İşlər Na zirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 7 iyul 2022-ci il tarixdə saat 21:34-də ünvan 1 ünvanının yaxınlığında idarə etdiyi «Toyota Prius» markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilinin yanında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nə dəvət olunub şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 7 iyul 2022-ci il tarixdə saat 23:30-dan etibarən Məhkum icazəsi və iştirakı ilə onun idarə etdiyi «Toyota Prius» markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman həmin avtomobilin yük yerində olan bir ədəd qara rəngli idman çantasının içərisin dən beş ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, iki ədəd elektron tərəzi, bir ədəd qayçı və bir ədəd qaşıq aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə zamanı videoçəkiliş aparılmış və ayrıayrılıqda olmaqla 2 ədəd diskə köçürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə aparılmasını özündə əks etdirən 2 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş cinayət işinin 43-46-cı vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8 iyul 2022-ci il tarixli, 6/3715 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksləri ol an bir ədəd zərfdə və bir ədəd qara rəngli çantada, üzərində «Məhkum təqdim etdiyi heroinə bənzər kütlə..» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 54,379 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Məhkum şəxsi axtarış zamanı təqdim etdiyi kütlələr...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd qara rəngli çantadakı beş ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 990 qram, 985 qram, 975 qram, 990 qram, 985 qram, ümumi təmiz çəkisi 4.925 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş bir ədəd sellofan bükümdə olan beş ədəd sellofan bağlamalarda olan heroinlər xarici görünüş əlamətləri və kimyəvi tərkib komponentləri nə görə eynidirlər. Təqdim edilmiş iki ədəd elektron tərəzilərin, bir ədəd qayçının və bir ədəd qaşığın üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqat aparılmadı. Qeyd: Heroinin ümumi təmiz çəkisi 4.979,379 qram, tədqiqata sərf edildi - 0,300 qram, qalıq - 4.979,079 qram. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş cinayət işinin 155-156-cı vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 8 avqust 2022-ci il tarixli 4347 saylı rəyindən görünür ki, Məhkum eyni zamanda bir neçə narkotik vasitə və psixoaktiv maddələrdən istifadə etmə halları olub. Lakin halhazırda Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş cinayət işinin 111-112-ci vərəqlərindəki maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Məhkum üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 4.979,079 qram çəkidə narkotik vasitə heroin, üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi, bir ədəd qayçı, bir ədəd qaşıq iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün BMCMİ-nə təhvil verilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə icl asında tədqiq olunmuş cinayət işinin 115-116-cı vərəqlərindəki qərardan görünür ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş 123 manat pul maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş cinayət işinin 159-169-cu vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Məhkum üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə baxış keçirilməsinin videogörüntülərini özündə saxlayan iki ədəd DVD disk və iş üzrə Azerfon MMC-dən daxil olmuş bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 146-152-ci vərəqlərindəki 25 avqust 2022-ci il tarixli anten məlumatlarına baxış protokolundan görünür ki, Məhkum istifadəsində «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 13/18 olan ***-***-**-** sayli mobil nömrə olmuşdur. 30 yanvar 2022-ci il tarixdə saat 14:13:27-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Qapidayam elave 05 pati», 30 yanvar 2022-ci il tarixdə saat 21:53:24-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Brat gelim o terefe torpağ lazimdi», 31 yanvar 2022-ci il tarixdə saat 17:23:15də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «X10», 18 fevral 2022-ci il tarixdə saat 03:14:46-da ***-* **-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Bidene daş duz qoş qaqav bütöv qaqaşımsan», 28 fevral 2022-ci il tarixdə saat 19:08:29-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «QAQA. NECESEN. NİYE CAVAB VERMİRSEN? HARDASAN? MEN PAPANİNDEYEM. MENE.
05. TEMA LAZİMDİ ALİNAR?», 1 mart 2022-ci il tarixdə saat 01:10:24-də 055- *****-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «QAQA VACİB
10. MANATLİQ TEMA LAZİMDİ. QONAQİM VAR. QAQA CANİ. HARDASAN YERVİ DE GELİM. QAQA BASVA DONUM VACİBDİ», 7 mart 2022-ci il tarixdə saat 01:58:36-da 070- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «25 man var pat lazımdı», 8 aprel 2022ci il tarixdə saat 22:03:01-də 070- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəy ə «Qaqa salam necesen? Nevar neyox haralardasan? Qaqa mene 20 liy das lazimdi», 24 iyun 2022-ci il tarixdə saat 17:21:38-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə «Qaqa menim 10 manatliq temami hazirla gelib goturecem senden», 24 iyun 2022-ci il tarixdə saat 17:21:39-da 055- ***-**-** saylı mobil nömrədən 077-535-89- 89 saylı mobil nömrəyə «Qaqa menem killer 10m das lazmdi» tipli mesajlar yazılmışdır.Narkotik istifadəçiləri arasında yarı və bütöv narkotik vasitənin ölçüsünü, patıpsixotrop maddə metamfetamini, tema və daş-narkotik vasitə heroin mənasını verir. Qeyd olunan hallar Məhkum narkotik vasitəni olan heroini məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş cinayət işinin 115116-cı vər əqlərindəki qərardan görünür ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş 123 manat pul maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş cinayət işinin 159-169-cu vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Məhkum üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə baxış keçirilməsinin videogörüntülərini özündə saxlayan iki ədəd DVD disk və iş üzrə Azerfon MMC-dən daxil olmuş bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlam alara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan h al kimi nəzərdən keçirilə bilməz.” Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, təkcə bu faktın mövcudluğu məhkum barəsində bəraət hökmünün çıxarılması üçün kifayət deyildir. CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prose ssual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülür. Lakin Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi təkcə onun etirafedici ilkin izahatları ilə deyil, həmçinin, iş materiallarında olan digər sübutlarda da təsdiq olunur. Qanunun tələbinə əsasən isə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan hallar mövcud olduqda, onun barəsində bəraət hökmünün çıxarılmasına yol verilmir. Qeyd olunan halların mövcudluğu əməliyyat fəaliyyətinin qüsurlu aparılmasına dəlalət edir, ancaq heç bir halda məhkum barəsində bəraət hökmünün çıxarılması üçün əsas deyildir. Çünki, yuxarıda qeyd olunduğu kimi, məhkumun ittiham olunduğu cinayət əməlini törətməsi digər mötəbər və mümkün sübutların məcmusu ilə tam təsdiq olunur. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində aşkar edilməməsi və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, onun barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış süb utların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin hökmlə istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və m ötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. “B.Yusifovanın şikay əti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə bax ışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əl amətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçiri lən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsas larla istisna edən hallar müəyyən edilməmişdir. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və ən aşağı həddə cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32 -ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının h əyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hall arı, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, ailə vəziyyətini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirib həm bu halları, həm də iş üzrə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın müəyyən edilməməsini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hes ab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1170/2024 saylı 13 iyun 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.