Məhkəmə qərarları › İş №1(102)-1428/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1428/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1428/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkumun iştirakları ilə, Hacıqabul Rayon Məhkəməsinin 16 oktyabr 2019-cuil tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Hacıqabul Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Əzizov Həmid Novruz oğlu) Məhkum, xxxxxx il tarixdə Qazı-Məmməd (Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, İİİ qrup əlil, Hacıqabul Rayon Məhkəməsinin 05 iyul 2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çək məklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 1 (bir) ay 2 (iki) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşayan, CM-nin 178.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək CM-nin 178.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi şdir. Həmin hökmlə həmçinin X7 da CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum tamah niyyəti ilə, dələduzluq, yəni aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə tanışı X3 ona olan inam və etibarından sui-istifadə edərək sonuncunun 15 iyun 2019-cu il tarixdə gecə saat 02:00 radələrində bir evdə yaşadığı bacısı X1 oğurlamasına baxmayaraq ona öz şəxsi əmlakı kimi təqdim edərək saxlaması üçün həmin tarixdə gecə saat 02:30 radələrində vermiş olduğu 25650 (iyirmi beş min altı yüz əlli) manat nağd puldan və 8349 (səkkiz min üç yüz qırx doqquz) manat dəyərində qızıl -zinət əşyalarından bir hissəsini, yəni 5650 (beş min altı yüz əlli) manat məbləğində nağd pulu və 2300 (iki min üç yüz) manat dəyərində qızıl-zinət əşyalarını geri qaytarmamaqla ələ keçirib, zərərçəkmiş şəxs X22ya aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə, xeyli miqdar təşkil edən 7950 (yeddi min doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-0,287 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq özündə saxlamış, 30 iyun 2019-cu il tarixdə saat 00:30 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacıqabul şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üz ərində şəxsi axtarış və götürmə keçirilən zaman həmin narkotik vasitə onun əynində olan qara rəngli şalvarının arxa sağ cibində olan 1 ədəd 100 manatlıq pul əsginasının arasından aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu oğlu (sədrlik edən və məruzəçi), Soltanov Fuad Kamil oğlu və Əhmədov İsmayıl Həmid oğlu oğlundan ibarət tərkibdə) 18 dekabr 2019-cu il tarixli qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həmdə işə məhkəmələrdə baxılarkən işin faktiki hallarına, toplanmış sübutlara düzgün qiymət verilməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, nəticədə ona qarşı CM-nin 178.2.4 və 234.1-ci maddələri ilə əsassız ittiham irəli sürülmüş və o, qanunsuz olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Kassasiya şikayətinin müəllifi qeyd edir ki, o, həmin maddələrlə özünü təqsirli bilmir və hesab edir ki, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktları qərəzlidir. İşin hallarını mübahisəl əndirən məhkum həmçinin bildirir ki, onun üzərində heç bir narkotik vasitə olmamışdır, lakin məhkəmələr işdə olan saxta sənədlərə və şahidlərin yalan ifadələrinə əsaslanaraq onun barəsində qanunsuz məhkəmə aktları qəbul etmişlər. Bundan başqa, Məhkum öz şikayətində onu da vurğulayır ki, onun heç kimi aldatmaq niyyəti olmamış, o, X22nın ona saxlamaqdan ötrü verdiyi pulların və qızıl əşyaların sonuncu tərəfindən oğurlanması barədə bilməmiş və bunu cinayət təqibinin bütün mərhələlərində dəfələrlə qeyd etmiş, lakin məhkəmələr onun ifadələrini nəzərə almamış və nəticədə qanunsuz məhkəmə aktları qəbul etmişlər. Göstərilənlərə əsaslanaraq Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında zərərçəkmiş şəxs X6 qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə naməlum səbəblərdən gəlməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərərçəkmiş X77nın iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məh kəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkumun həmin şikayətinin əsas dəlili ondan ibarətdir ki, ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası məhkum Məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkumun barəsindəki yekun məhkəmə aktlarını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassas iya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya k ollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətlə ndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsindətətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsu z şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu, digər tərəfdən isə insanların cinayətkar qəsdlərdən müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsini ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına ri ayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli ü çün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CP M-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığınınşərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkumun barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əmə llərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkumun ona elan olunmuş ittiam üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə isə, Məhkumun ona X22 tərəfindən oğurlanmış və öz əmlakı kimi təqdim edərək müvəqqəti saxlanılması üçün verilmiş cəmisi 25650 (iyirmi beş min altı yüz əlli) manat məbləğində nağd puldan və 8349 (səkkiz min üç yüz qırx doqquz) manat dəyərində qızıl-zinət əşyalarından bir hissəsini - 5650 (beş min altı yüz əlli) manat nağd pulu və 2300 (iki min üç yüz) manat dəyərində qızıl-zinət əşyalarını talaması və adı çəkilən məhkumun qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – 0,287 qram çəkidə narkotik vasitə olan heroini əldə etməsi, saxlaması və daşıması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə düzgündür, qanunidir, işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən Məhkumun törətdiyi talama cinayəti aşağıda göstərilən əsaslara görə düzgün tövsif edilməmiş və toplanmış və araşdırılmış sübutlara əsasən sonuncu ona müvəqqəti saxlamaqdan ötrü verilmiş əmlakın bir hissəsini etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə deyil, həmin əmlakı mənimsəməklə talamış dır. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Məhkumun həm özgə əmlakını talaması, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərini törətməsi üzrə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məhkum Məhkumun ibtidai araşdırma və məhkəmə iclasında narkotik vasitə olan heroini tapması və sonradan istifadə etməkdən ötrü üstündə saxlayaraq daşımasına dair verdiyi etirafedici ifadələri ilə yanaşı hazırki iş üzrə məhkum olunmuş X22nın, zərərçəkmiş X77nın, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərə kətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, yenə də kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmişdir. Araşdırılmış sübutların hamısı ətraflı olaraq birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş, məhkəmələr həmin sübutların hər birisinə ayrı-ayrılıqda və məcmu şəkildə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə müvafiq qiymət vermişlər və m əhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarən təsvir etməyə ehtiyac görmür. Həmçinin iş materialları ilə Məhkumun ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələrin bir hissəssi digər sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, məhkəmə ekspertizalarının rəyləri ilə və başqa sübutlarla üst-üstə düşür və təsdiq edilir. Kassasiya şikayətində isə məhkum Məhkum ümumiyyətlə heç bir cinayət törətmədiyini iddia etsə də, məhkəmə kollegiyası bununla razılaşmır və qeyd etməyi zəruri bi lir ki, məhkumun bu iddiası ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmələrin yekun aktlarında təsvir edilmiş mötəbər sübutlarla tam təkzib edilir. Bununla belə, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində göstərdiyi dəlillərə uyğun olaraq, habelə CPM-nin 419.1-ci maddəsinə əsasən bu dəlillərdən asılı olmayaraq hazırki iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayaraq bu qənaətə gəlir ki, Məhkumun dələduzluq cinayətini törətməməsi barədə dəlili o əsasla qəbul edilən sayımalıdır ki, yuxarıda göstərildiyi kimi, araşdırılmış sübutlara əsasən məhkum olunmuş şəxs həqiqətən özgənin hər hansı əmlakını aldatma və ya etibardan sui-i stifadə etmə you ilə ələ keçirməmiş, onun törətdiyi özgə əmlakını talaması əməllərinə isə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Bu nəticəsi ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə müqayisə isə iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə iclaslarında araşdırılmış mötəbər sübutlara əsasən aparılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan ş əxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət-hüquq ədəbiyyatında talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: -özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zə rərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün və yaxud digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi Məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 178.1-ci maddəsinin dispoziyasında dələduzluq cinayətinin əsas tərkibi etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi müəyyən edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzr ə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, m əsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə isə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məq sədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o, da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birba şa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. CM-nin 178.1-ci maddəsində dələduzluq cinayətini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçiril məsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayəti qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazı mınca icra olunmaması mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. CM-nin 179.1-ci maddəsində maddəsində isə mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə, şəxsin CM-nin göstərilən maddəsi ilə məsuliyyət məsələsinin həlli zamanı əvvəla özgə əmlakının ona hər hansı qaydada etibar edilməsi və bundan sonra təqsirkarın bu əmlakı bütövlükdə, yaxud onun bir hissəsini mənimsəməklə öz mülkiyyətinə (istifadəsinə, sərəncamına) keçirməsi, ya da bu əmlakı israf etməsi müəyyən edilməlidir. Belə mövqedən həmçinin Ali Məhkəmənin Plenumu da yuxarıda göstərilən 11 iyun 2015-ci il tarixli Qərarında çıxış etmişdir. Hə min Qərarın 21-ci bəndində Plenum dələduzluq cinayətinin mənimsəmə və ya israf etmə cinayətində fərqləndirilməsi əsasları barədə izah verərkən məhkəmələrin diqqətinə çatdırmışdır ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətini n törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Məhkəmə kollegiyası CM-nin 179-cu maddəsinin tələbindən və mənasından çıxış edərək qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş mənimsəmə yolu ilə talama dedikdə təqsirkar tərəfindən müəyyən məqsədlə ona inanılıb tapşırılmış özgə əmlakının qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün özündə saxlanılması, qaytarılmaması, israf etmə yolu ilə talama dedikdə isə həmin əmlakın q anunsuz olaraq özgəninkiləşdirilməsi başa düşülür. Mənimsəmə və ya israf etmə yolu ilə özgəsinin əmlakını talama əmlakın oğurluq yolu ilə qanunsuz götürülməsindən onunla fərqlənir ki, birinci halda təqsirli şəxs taladığı özgə əmlak barəsində ona edilmiş etibardan istifadə edir, oğurluğun törədilməsi zamanı isə şəxs özgənin əmlakını gizli yolla, əmlakın mülkiyyətçisinin iradəsinə zidd olaraq ələ keçirir. Maddi-hüquq normalarına verilmiş təfsirlə və Məhkumun törətdiyi talama cinayətinə bu təfsirə uyğun qiymət verilməsinin mümkünlüyü ilə əlaqədar məhkəmə kollegiyası iş üzrə toplanmış və araşdırılmış sübutlarla işin müəyyən edilmiş faktiki hallarına müraciət etməyi zəruri bilir. Həmin sübutlarldan, o cümlədən məhkumlar Məhkumun, X22nın, zərərçəkmiş X77nın, şahidlərin fadələri ilə və digər sübu tlarla müəyyən edilir ki, X7 15 iyun 2019-cu il tarixdə gecə saat 02:00 radələrində bir evdə yaşadığı bacısı X2 xüsusi mülkiyyətində olan xeyli miqdarda əmlakını - 25650 (iyirmi beş min altı yüz əlli) manat məbləğində nağd pulu və 8334 (səkkiz min üç yüz qırx doqquz) manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq həmin əmlakı zərərçəkmişin 15 manat dəyərində əl çantasına yerləşdirib həmin gecə saat 02.30 radələrində əvvəllər yaxın münasibətdə olduğu Məhkuma zəng etmiş və oğurladığı qızıl-zinət əşyalarını və pulları özünə məxsus əmlak kimi təqdim edərək həmin əmlakı müvəqqəti saxlamağı ondan xahiş etmişdir. Göstərilən əmlakın X22ya məxsus olmasına qətiyyətlə əmin olan Məhkum X22nın təklifi ilə razılaşaraq sonuncunun yaşadığı evin qarşısına gəlib içərisinə oğurlanmış qızılzinət əşyaları və pul yerləşdirilmiş çantanı ondan qəbul etmiş və həmin çantanı özünün yaşadığı evə apararaq orada gizlətmişdir. İşin bu halları ona dəlalət edir ki, faktiki olaraq X22 ilə Məhkum arasında şifahi şəkildə saxlama müqaviləsi bağlanmış və bu müqaviləyə uyğun olaraq X22 özünə məxsus olan əmlak kimi təqdim etdiyi pulları və qızıl-zinət əşayalarını Məhkuma saxlamaqdan ötrü etibar etmiş, sonuncu isə ona etibar edilmiş həmin əmlakı müəyyən müddət ərizində saxlamağı öz öhdəsinə götürmüşdür. Bu nəticə işin müəyyən edilmiş faktiki halları ilə yanaşı həmçinin mülki qanunvericiliyin tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 822-ci maddəsinə əsasən, saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi da şınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Qanunun bu normasının tələbinə və mənasına görə, saxlama müqaviləsi həm yazılı, həm də şifahi şəkildə, yəni tərəflərin qarşılıqlı şifahi razılaşması əsasında bağlana bilər. Mülki Məcəllənin 823-825-ci maddələrində yük verənin (tapşıranın) və yük götürənin (saxlayıcının) hüquq və vəzifələri təsbit edilmiş, həmin Məcəllənin 826.1-ci maddəsinin tələbinə görə isə əgər saxlamaya pul qəbul edilirsə və bu zaman saxlayıcının eyni pulu deyil, eyni məbləği qaytarmalı olduğu birbaşa və ya dinməz razılıqla şərtləşdirilirsə, pula mülkiyyət hüququ, ondan istifadə hüququ və onun itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz razılıq pul məbləğinin möhürlənməmiş və bağlanmamış şəkildə verildiyi halda ehtimal edilir. Qeyd edilən normaların təhlili həmçinin belə nəticəyə gəlməyə əsas verir ki, yük verənlə yük götürən arasında saxlama müqaviləsi bağlandıqda (hətta şifahi şəkildə olsa belə) yük götürənə verilən əmlak ona etibar edilir və sonuncu müəyyən edilmiş müddət ərzində həmin əmlakı saxladıqdan sonra onu qaytarmağı da öhdəsinə götürür. Təhlil edilən məsələ ilə bağlı mübahisəsiz hal ondan ibaərtdir ki, saxlama müqaviləsinin predmeti cinayət yolu ilə əldə edilmiş əmlak ola bilə bilməz və yük götürən (saxlayıcı) saxlamaya götürdüyü əmlakın qanuni əsaslarla yük verənin mülkiyyətində (sahibliyində, istifadəsində və ya sərəncamında) olmasına əmin olmalıdır. Əks halda, yəni şəxs bilə-bilə cinayət yolu ilə əldə olunmuş əmlakı saxlanca götürdükdə onun hərəkəti mülki hüquq münasibətlərindən irəli gələn hərək ət kimi deyil, müvafiq hallarda cinayət yolu ilə əldə olunmuş əmlakı gizlətmə, yaxud da qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə kimi qiymətləndirilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Məhkum X22nın ona saxlamaqdan ötrü verdiyi pulların və qızıl-zinət əşyalarının sonuncunun mülkiyyətində olmasına tam əmin olduqdan sonra onları saxlamaqdan ötrü qəbul etmiş, bu vaxt həmin əmlakı götürərkən X22nın oğurluq törətməsindən xəbərsiz olmuş, oğurluq yolu ilə ələ keçirilmiş əmlakı əldə etməyi həm oğurluğun törədilməsindən əvvəl, həm də bundan sonra vəd etməmiş və X77ya məxsus olan bu əmlakı istər aldatma, istərsə də kiminsə, o cümlədən X22nın etibarından sui-istifadə etməklə ələ keçirməmişdir. Bununla belə, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, araşdırılmış sübutlarla təsdiq olunur ki, 15 iyun 2019-cu il tarixdə səhər saat 7.30 radələrində X77 ona məxsus pulların və qızıl-zinət əşyalarının oğurlanmasını aşkar edərək bu haqda Hacıqabul rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdikdə X22 həmin pul və qızılları oğurladığını və onları saxlamaqdan ötrü tanışı Məhkuma verdiyini etiraf etmiş, eyni zamanda polis şöbəsində olarkən sonuncuya zəng edərək ona da saxlamaqdan ötrü verdiyi pulları və qızılları oğurladığını bildirib həmin əmlakı geri qaytarmağı xahiş etmişdir. Bu danışıq zamanı Məhkum X22ya oğurluq etdiyinə və ona saxlamaqdan ötrü oğurlanmış əmlakı verdiyinə görə iradını bildrsə də, polis şöbəsinə getməkdən imtina etmiş və sonuncunun ona verdiyi pulların və qızıl-zinət əşyalarının b ir hissəsini - 5650 (beş min altı yüz əlli) manat məbləğində nağd pulu və 2300 (iki min üç yüz) manat dəyərində qızıl-zinət əşyalarını mənimsəyərək X77ya məxsus əmlakın qalan hissəsini - 20000 (iyirmi min) manat məbləğində nağd pulun və 6034 manat dəyərində qızıl zinət əşyalarının yerləşdirildiyi 15 manat dəyərində olan çantanı yaşadığı evin hasarının yanına qoymuş və bu haqda polis əməkdaşlarına məlumat verərək həmin çantanı oradan götürə bilmələrini göstərmiş, özü isə 30 iyun 2019-cu il tarixədək (şübhəli şəxs qismində tutulanadək) istintaqdan yayınmışdır. Həmin tarixdə tutulduqdan sonra Məhkumun üzərinə baxış keçirilərkən isə onun üstündən narkotik vasitə olan heroinlə yanaşı həmçinin 735 (yeddi yüz otuz beş) manat məbləğində pul da aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası hesa b edir ki, digər sübutlarla (məhkum X22nın, zərərçəkmiş X77nın, şahid X44 ifadələri və s.) yanaşı işin bu halı da Məhkum tərəfindən ona etibar edilmiş əmlakın, o cümlədən pulların bir hissəsinin onun tərəfindən mənimsənilməsinə dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə, maddi hüquq normalarına yuxarıda göstərilən şəkildə verdiyi təfsirə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə, Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə və araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq hesab edir ki, Məhkumun 15 iyun 2019-cu il tarixdə X22nın oğurlayaraq, lakin bu haqda bildirmədən və öz əmlakı kimi təqdim etdiyi, faktiki isə X77nın mülkiyyətində olan əmlakı müvəqqəti saxlamaqdan ötrü verdiyi əmlakın bir h issəsini - 5650 (beş min altı yüz əlli) manat məbləğində nağd pulu və 2300 (iki min üç yüz) manat dəyərində qızıl-zinət əşyalarını geri qaytarmamaqla ələ keçirməsi zərər çəkmiş şəxsə xeyli ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəmə kimi qiymətləndirilməli və bu əsaslara görə məhkumun əməli CM-nin 178.2.4-cü maddəsindən CM-nin 179.2.4-cü maddəsinə tövsif edilməli, buna görə də onun dələduzluq cinayətini törətmədiyinə dair hissədə kassasiya şikayəti qismən təmin edilməlidir. O, ki qaldı Məhkumun 0,287 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz əldə edərək saxlaması və daşıması ilə bağlı əməli, yəni CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməməsinə dair kassasiya şikayətində göstərdiyi dəlillərə, məhkəmə kollegiyası əvvəla qeyd edir ki, bu dəlillər məhku m tərəfindən hər hansı şəkildə əsaslandırılmamış və həmin dəlillər iş üzrə araşdırılmış sübutlarla, o cümlədən Məhkumun özünün birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi, digər sübutlarla üstüstə düşən etirafedici ifadələri ilə təkzib olunur. Buna görə, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin qalan hissələrdə, o cümlədən təhlil edilən hissədə dəlillərini qəbul edilməz sayır və həmin şikayətin bu hissələrdə təmin edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası Məhkuma həm CM-nin 179.2.4-cü maddəsi ilə, həm də CMnin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi məsələsini müzakirə edərək əvvəla vurğulayır ki, bu məsələnin həlli zamanı birinci instansiya məhkəməsi tərəfindən CM-nin 8, 41, 58 və 65.2-ci maddələrinin tələblərinə əsaslanmaqla həmi n məhkəmənin istinad etdiyi, CM-nin 59 və 61-ci maddələrində göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalı və məhkumun məhkumuluğu ödənilmədən yenidən qəsdən ağır cinayətlər törətməsi cinayətlərin residivinin yaratdığına görə ona ilk növbədə CM-nin 179.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı (həmin maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur), bundan sonra isə CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq CM-nin 179.2.4 və 234.1-ci maddələri ilə təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qə ti cəzanın müddəti müəyyən edilməlidir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu nəticəsi ilə bağlı məhkəmə kollegiyası həmçinin cinayətlərin məcmusu üzrə cəza təyin etmənin qaydaları ilə bağlı 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş CM-nin 66.2ci maddəsinin tətbiqinə dair məsələyə də münasibət bildirməyi zəruri sayır. Belə ki, 01 dekabr 2017-ci il tarixdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 17 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nin bir sıra digər maddələri ilə yanaşı cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydasını nəzərdə tutan CM-nin 66.2-ci maddəsində də dəyişiklik edilmiş və həmin maddənin yeni redaksiyasında təsbit edilmişdir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növü ndə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göründüyü kimi, CM-nin 66.2-ci maddəsinin əvvəlki – 01 dekabr 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasından fərqli olaraq həmin maddənin yeni redaksiyasında cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu qəti cəzanın təyin edilməsi qaydası təkcə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən cinayətlərin deyil, həm də az ağır cinayətlərin daxil olduğu halda da nəzərdə tutulmuşdur. Cəzanın hümanistəlləşdirilməsi istiqamətində edilmiş belə dəyişiklik məhkəmələrə işin bütün hallarını, o cümlədən t örədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətmiş şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq cinayətlərin məcmusuna az ağır cinayətlərin daxil olması halında seçim etmək və bu hallara uyğun olaraq təyin edilmiş cəzaları qismən toplamaq və ya az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin etmək imkanı vermişdir. İş materiallarından göründüyü kimi, Məhkumun törətdiyi cinayətlər CM-nin 15.3-cü maddəsinə əsasən, az ağır cinayətlər kateqoriyasına aiddirlər. Məhkəmə təcrübəsinin təhlili göstərir ki, məhkəmələr bir qayda olaraq CM-nin 66.2ci maddəsində nəzərdə tutulmuş iki qaydadan birinə üstünlük vermələrini qəbul etdikləri yekun məhkəmə aktlarında heç cür əsaslandırmır və cinayətlərin məc musu üzrə qəti cəzanı əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təyin edirlər. Məhkumun barəsindəki cinayət işinə baxmış Hacıqabul Rayon Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da bu məsələdə istisna olmayaraq məhkuma cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təyin edilməsinə üstünlük vermiş, lakin qəbul etdikləri yekun məhkəmə aktlarında bu qaydanı seçmələrini hər hansı şəkildə əsaslandırmamışlar. Məhkəmə kollegiyası isə Məhkumun törətdiyi cinayətlərin xarakteini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyələndirən halları, o cümlədən İİİ qrup əlil olmasını, başqa şəxs tərəfindən cinayətin törədilməsinə sövq edilməsini nəzərə alaraq ona CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq cina yətlərin məcmusu üzrə qəti cəzanın ayrı-ayrı cinayətlərə görə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə deyil, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilməsini, nəticə etibarı ilə isə Məhkumun barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilməsini mümkün bilir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib məhkum Məhkumun kassasiya şikayətinin dəlillərini nəzər dən keçirərək və sonuncunun həmin şikayətin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkumun CM-nin 178.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilməli, Məhkumun CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin maddədən CM-nin 179.2.4-cü maddəsinə tövsif edilməli, ona CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbayca n Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmş cinayət əməli həmin maddədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsinə tövsif edilsin və ona bu maddə əsasında 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsi nə əsasən Məhkum 16 oktyabr 2019-cu il tarixli hökmlə CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş az ciddi cəzanı hazırki qərarla CM-nin 179.2.4-cü maddəsi ilə təyin edilmiş daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar Məhkum kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar