Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1428/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İsgəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Məmmədov Mustafa Əvsəl oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayə tlər Məhkəməsinin 06 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 182.2.2, 182.2.4, 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və onun müdafiəçisi M.Ə.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Nəbiyev Cəlil Cabbar oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) 06 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum, xx xxxxxx 1999-cu il tarixdə İmişli şəhərində anadan olmuş, Azə rbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər Tərtər Hərbi Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü ilə CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 06 (altı) ay sınaq müddəti müəyən edilməklə şərti olaraq tətbiq edilmiş, məhkumluğu ödənilmiş,ünvan 1 ünvanında yaşamış, CM-in 182.2.2, 182.2.4, 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 182.2.2,182.2.4-cü maddələri ilə 5 (beş) il müddətə, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmu ş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən Məhkum məhkəməyədək icraat zamanı 2020-ci ilin yanvar ayının 12-dən 14-dək və 2020- ci ilin mart ayının 06-dan 08-dək şübhəli şəxs qismində tutulduğu ümimilikdə 4 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi və zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinin nəzərə alınması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 2019-cu ilin dekabr ay ında İmişli rayonunun Bəcrəvan kənd sakini Zərərçəkmiş şəxs2 ilə tanış olaraq onunla bir neçə dəfə İmişli şəhəri ərazisində görüşmüş və aralarında yaranan münasibətlərdən istifadə edərək əmlak əldə etmək məqsədi ilə 2 yanvar 2020-ci ildə “Whatsapp Messenger” mobil proqramında Zərərçəkmiş şəxs2 onunla sevgi münasibətində olduğunu və görüşdüyünü qardaşı X19 və atası Zərərçəkmiş şəxs1 oğluna bildirəcəyini deməklə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək qızıl-zinət əşyaları verməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 barəsində rüsvayedici məlumatların yayılacağından, gizli sevgi münasibətlərini yaxın qohumlarının biləcəyindən və ləkələnəcəyindən qorxaraq, yaşadığı İmişli rayonunun Bəcrəvan kəndində yerləşən fərdi yaşayış evindən anası X15 məxsus 3900 (üç min doqquz yüz) manat d əyərində 583 əyarlı, 65 qram çəkidə bir ədəd qızıl boyunbağını və 180 (yüz səksən) manat dəyərində 583 əyarlı, 3 qram çəkidə bir ədəd qızıl kulonu, cəmi 4080 (dörd min səksən) manat dəyərində qızıl-zinət əşyalarını götürüb xx.xx.2020-ci ildə saat 12-13 radələrində yaşadığı evin darvazasının qarşısında qohumu X9 vasitəsi ilə ona çatdırmış, bununla da o, özgənin 4080 (dörd min səksən) manat məbləğində əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa, o, 2019-cu ilin dekabr ayında tanış olduğu Zərərçəkmiş şəxs2 ilə aralarında yaranan münasibətlərdən istifadə edərək təkrarən əmlak əldə etmək məqsədilə 7 yanvar 2020-ci ildə “Whatsapp Messenger” mobil proqramında Zərərçəkmiş şəxs2 onunla sevgi münasibətində olduğunu və görüşdüyünü, evdən qızıl-zinət əşyaları götürərək ona verdi yini atası Zərərçəkmiş şəxs1 oğluna bildirəcəyini deməklə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, Zərərçəkmiş şəxs2 2000 (iki min) manat məbləğində qızıl-zinət əşyaları verməsini tələb etmiş, sonuncu barəsində rüsvayedici məlumatların yayılacağından, gizli sevgi münasibətlərini yaxın qohumlarının biləcəyindən və ləkələnəcəyindən qorxaraq, yaşadığı İmişli rayonunun Bəcrəvan kəndində yerləşən fərdi yaşayış evindən özünə məxsus 900 (doqquz yüz) manat dəyərində 583 əyarlı, 15 qram çəkidə bir ədəd qızıl boyunbağını və atası Zərərçəkmiş şəxs1 məxsus 180 (yüz səksən) manat dəyərində 583 əyarlı, 3 qram çəkidə bir ədəd qızıl üzüyü, cəmi 1080 (min səksən) manat dəyərində qızıl-zinət əşyalarını götürüb 9 yanvar 2020-ci ildə axşam saatlarında yaşadığı evin darvazasının qarşısında q ohumu X9 vasitəsilə ona çatdırmış, bununla da o, özgənin 1080 (min səksən) manat məbləğində əmlakını təkrarən hədəqorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, 2019-cu ilin dekabr ayının sonlarında “İnstagram” sosial şəbəkəsində İmişli şəhər sakini X13 ilə tanış olaraq mobil telefonda danışmış və aralarında yaranan münasibətlərdən istifadə edərək X4nın yarıçılpaq fotoşəkillərinin əldə olunmasına nail olduqdan sonra təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə 2020-ci ilin yanvar ayının ortalarında “İnstagram” sosial şəbəkəsində X4ya yarıçılpaq şəkillərini ərinə və digər qohumlarına göstərəcəyini və sosial şəbəkələrə yükləyəcəyini deməklə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, pul və qızıl-zinət əşyaları verməsini tələb etmiş, sonuncu barəsində rüsva yedici məlumatların yayılacağı halda, ləkələnəcəyindən və yaxın qohumlarının yanında biabır olacağından qorxaraq, bir neçə gün sonra yaşadığı İmişli şəhəri, A.Məmmədov küçəsində 9000 (doqquz min) manat dəyərində üzərində brilyant qaşları olan qızıl boyunbağı, bilərzik və sırğadan ibarət dəsti ona vermiş, bununla da o, özgənin 9000 (doqquz min) manat məbləğində, yəni xeyli miqdarda əmlakını təkrarən hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən əmlak əldə etmək məqsədi ilə 2020-ci ilin yanvar ayının sonlarında “İnstagram” sosial şəbəkəsində İmişli şəhər sakini X4 yarıçılpaq şəkillərini ərinə və digər qohumlarına göstərəcəyini və sosial şəbəkələrə yükləyəcəyini deməklə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, qızıl-zinət əşyaları verməsini tələb etm iş, sonuncu barəsində rüsvayedici məlumatların yayılacağından, ləkələnəcəyindən və yaxın qohumlarının yanında biabır olacağından qorxaraq, 1 fevral 2020-ci ildə saat 12 radələrində yaşadığı İmişli şəhəri, A.Məmmədov küçəsində qayınanası X2 məxsus 2145 (iki min yüz qırx beş) manat dəyərində 585 əyarlı, 33 qram çəkidə bir ədəd qızıl boyunbağını ona vermiş, bununla da o, özgənin 2145 (iki min yüz qırx beş) manat məbləğində əmlakını təkrarən hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən əmlak əldə etmək məqsədi ilə 2 fevral 2020-ci ildə “İnstagram” sosial şəbəkəsində İmişli şəhər sakini X4 yarıçılpaq şəkillərini ərinə və digər qohumlarına göstərəcəyini və sosial şəbəkələrə yükləyəcəyini deməklə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, qızıl-zinət əşya ları verməsini tələb etmiş, sonuncu barəsində rüsvayedici məlumatların yayılacağından, ləkələnəcəyindən və yaxın qohumlarının yanında biabır olacağından qorxaraq, 3 fevral 2020-ci ildə İmişli şəhəri, A.Məmmədov küçəsində qaynanası X2 məxsus 1755 (min yeddi yüz əlli beş) manat dəyərində 585 əyarlı, 27 qram çəkidə bir ədəd qızıl boyunbağını ona vermiş, bununla da o, özgənin 1755 (min yeddi yüz əlli beş) manat məbləğində əmlakını təkrarən hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən əmlak əldə etmək məqsədi ilə 2020-ci ilin fevral ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsində İmişli şəhər sakini X4 yarıçılpaq şəkillərini ərinə və digər qohumlarına göstərəcəyini və sosial şəbəkələrə yükləyəcəyini deməklə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, qızıl-zinət əşyaları verməsini tələb etmiş, sonuncu barəsində rüsvayedici məlumatların yayılacağından, ləkələnəcəyindən və yaxın qohumlarının yanında biabır olacağından qorxaraq, 2020-ci ilin fevral ayının ortalarında saat 12 radələrində İmişli şəhəri, A.Məmmədov küçəsində qaynanası X2 məxsus 800 (səkkiz yüz) manat dəyərində 585 əyarlı, 20 qram çəkidə bir ədəd qızıl qolbağını ona vermiş, bununla da o, özgənin 800 (səkkiz yüz) manat məbləğində əmlakını təkrarən hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən əmlak əldə etmək məqsədi ilə 2020-ci ilin fevral ayının ortalarında “İnstagram” sosial şəbəkəsində İmişli şəhər sakini X4 yarıçılpaq şəkillərini ərinə və digər qohumlarına göstərəcəyini və sosial şəbəkələrə yükləyəcəyini deməklə, barəsində rüsvayedici məlumatlar ya yacağı ilə hədələyərək, qızıl-zinət əşyaları verməsini tələb etmiş, sonuncu barəsində rüsvayedici məlumatların yayılacağından, ləkələnəcəyindən və yaxın qohumlarının yanında biabır olacağından qorxaraq, növbəti gün saat 02 radələrində yaşadığı İmişli şəhəri, A.Məmmədov küçəsi 83 ünvanında yerləşən evin həyətyanı sahəsində özünə məxsus 325 (üç yüz iyirmi beş) manat dəyərində 585 əyarlı, 5 qram çəkidə bir ədəd qızıl üzüyü və qaynanası X2 məxsus 325 (üç yüz iyirmi beş) manat dəyərində 585 əyarlı, 5 qram çəkidə bir ədəd qızıl üzüyü ona vermiş, bununla da o, özgənin 650 (altı yüz əlli) manat məbləğində əmlakını təkrarən hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən əmlak əldə etmək məqsədi ilə 22 fevral 2020-ci ildə “İnstagram” sosial şəbəkəsində İmişli şəhər sakini X4 yarıçılpaq şəkillərini ərinə və digər qohumlarına göstərəcəyini və sosial şəbəkələrə yükləyəcəyini deməklə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, qızıl-zinət əşyaları verməsini tələb etmiş, sonuncu barəsində rüsvayedici məlumatların yayılacağından, ləkələnəcəyindən və yaxın qohumlarının yanında biabır olacağından qorxaraq, 2020-ci ildə fevral ayının sonlarında yaşadığı İmişli şəhəri, A.Məmmədov küçəsində özünə məxsus olan 1000 (min) manat dəyərində, 5 qram çəkidə brilyant qaşlı bir ədəd qızıl üzüyü, 325 (üç yüz iyirmi beş) manat dəyərində, 585 əyarlı, 5 qram çəkidə bir cüt qızıl sırğanı və 150 (yüz əlli) manat dəyərində, 585 əyarlı, 5 qram çəkidə bir ədəd qızıl boyunbağını, əri X5 məxsus 325 (üç yüz iyirmi beş) manat dəyərində, 585 əyarlı, 5 qram çəkidə bir ədəd qızıl üzüyü, qaynatası Zərərçəkmiş şəxs3 məxsus 325 (üç yüz iyirmi beş) manat dəyərində, 585 əyarlı, 5 qram çəkidə bir ədəd qızıl üzüyü, qaynanası X2 məxsus 325 (üç yüz iyirmi beş) manat dəyərində 585 əyarlı, 5 qram çəkidə brilyant qaşlı bir ədəd qızıl üzüyü ona vermiş, bununla da o, özgənin 2450 (iki min dörd yüz əlli) manat məbləğində əmlakını təkrarən hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, məlum olmayan vaxtda və mənbədən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “AK-47”, “AKM”, “AK-74” markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, soyuq silah hesab edilən bir ədəd süngü-bıçağı qanunsuz olaraq əldə edib gəzdirmiş və həmin bıçağı 26 dekabr 2021-ci ildə saat 16 radələrində İmişli şəhəri, H.Aslanov küçəsində tanışı X20 vermişdir. Bundan başqa o, 22 yanvar 2022-ci ildə saat 21 radələrində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində tanışı X6 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni 0,378 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 22 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində “VAZ-2107” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılaraq İmişli RPŞ-yə gətirilmiş və şöbənin inzibati binasında üzərində aparılan şəxsi axtarış zamanı əynindəki gödəkçənin sa ğ yan cibindən bir ədəd gümüşü siqaret kağızı bükümdə 0,378 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 26 sentyabr 2022-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək ona təyin olunmuş cəzanın CM-nin 70-ci mad dəsinə əsasən şərti olaraq tətbiq edilməsini, müdafiəçi M.Ə.Məmmədov isə kassasiya şikayətinə əlavə verərək Məhkum barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya icraatını tənzimləyən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və cəza təyini və şərti məhkum etmənin tətbiqi ilə bağlı CM-nin müvafiq normalarına, habelə barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən ona cəza təyin edilməsi məsələsi həll edilərkən qanunvericiliyin tələblərinə əməl olunmamış, iş ü zrə cəzanı yüngülləşdirən hallar, demək olar ki, lazımi şəkildə nəzərə alınmamışdır. Halbuki o, zərər çəkmiş şəxslərə vurulmuş ziyan könüllü olaraq tamamilə ödəməklə onlarla barışıq əldə etmiş, 44 günlük Vətən Müharibəsində iştirak edərək Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müxtəlif medallarla təltif olunmuş, döyüşlərdə yaralanaraq kəllə-beyin travması almış, sağ əlinin 4 barmağı amputasiya olunduğuna görə ona İİ qrup əlilli verilmiş, himayəsində bir azyaşlı uşağı, arvadı və bundan əlavə I qrup əlil olan anası var və ailədə yeganə qazanc gətirənidir. Şərh edilən dəlillərlə əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Həmçinin Məhkum müdafiəçisi M.Ə.Məmmədov kassasiya şikayətinə verdiyi əlavəsində həmin əlavəsini eyni dəlillərə və hallara istina d etməklə əsaslandırmış və bu hallara uyğun olaraq müdafiə etdiyi Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 oğlu, Zərərçəkmiş şəxs2, X11 və X13 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X4nın iştirakları olmadan bax ılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin və müdafiəçi M.Ə.Məmmədovun kassasiya şikayətinə verdiyi əlavənin məzmunundan göründüyü kimi, hər iki şikayət müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarından verdikləri həmin müraciətlərində iş üzrə cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzə rə alınmadan Məhkum həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək həmin cəzanın şərti olaraq tətbiq edilməsini və ya sonuncu barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi haqqında qərarın qəbul olunması barədə tələblər irəli sürmüş, bu tələblərini isə CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. CPM-nin 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini və müd afiəçi M.Ə.Məmmədovun kassasiya şikayətinə verdiyi əlavəni kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya insta nsiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə isə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Əvvəla, kassasiya müraciətlərinin məzmunundan görünür ki, onların müəllifləri Məhkum barəsindəki cinayət işi üzrə onun təqsirli bilindiyi cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübahisələndirmirlər və məhkəmələr tərəfindən onun barəsində cəza təyini ilə bağlı qeyri-humanist və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edirlər. Bununla belə, kassasiya müraciətlərinin dəlillərindən asılı olmayaraq bu müraciətlərlə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, ilk növbədə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəm iyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinin tam sübuta yetirilməsi və onun həmin əməllərinin CM-nin 182.2.2, 182.2.4, 228.4 və 234.1-ci maddələri ilə tövsif edilərək təqsirli bilinməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd olunan məsələlərlə bağlı məhkəmələrin gəldikləri nəticələri qanuni hesab edir və bu nəticələrin şübhə altına alınması üçün heç bir əsas görmür. Məhkum barəsində cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ona ağır cəza t əyin edilməsi ilə bağlı kassasiya müraciətlərinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, hər bir cəza törədilmiş cinayətin və ya cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə işin digər hallarına uyğun olmalı və bu məsələdə məhkəmələrin üzərinə düzgün seçim edərək qanuni və ədalətli cəzanın təyin edilməsi vəzifəsi qoyulur. Belə tələb qanunvericiliyin aşağıdakı müddəlarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun hüquqi möqeyindən və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqların ın və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumiyyətlə cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlər nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, digər tərəfdən isə hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cin ayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli old uğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılması ndan və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəs inin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin tələblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağır laşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayətlə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməli ni törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyi n olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaş dıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə gös tərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallarına uyğun olmaması barədə kassasiya müraciətlərinin dəlilləri ilə bağlı məhkəmə koll egiyası ilk növbədə qeyd edir ki, məhkumun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 182.2.2 və 182.2.4-cü maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə, CMnin 228.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 234.1-ci maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, birinci instansiya məhkəməsi də məhkum olunmuş şəxsə həmin bu maddələrlə, həm də CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə ən aşağı həddə qanuni və kifayət qədər ə dalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq həmin məhkəmənin bu nəticəsi ilə də razılaşmışdır. Təhlil edilən məsələnin həlli zamanı məhkəmələr Məhkum törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı kassasiya şikayətində də istinad olunan, CM-nin 59.1.12-ci maddəsinə əsasən onun zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən zərər çəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, eləcə də, CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda - Cəbrayılın düşməndən azad olunmasında gedən döyüşlərdə fəal iştirak etməsini, buna görə Azərbaycan Respublikası Prez identinin 18 və 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmasını, III qrup əlil olmaqla Qarabağ Müharibəsinin veteranı olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və İ qrup gözdən əlil anasının olmalarını, təqsirini etiraf etməklə əməlindən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi, habelə iş üzrə CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almışlar. Kassasiya müraciətlərinin Məhkum himayəsində azyaşlı uşağının olmasının cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmamasına münasibət bildirən məhkəmə kollegiyası ilk növbəd ə qeyd edir ki, bu halı təsdiq edən hər hansı sübut istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə iclaslarında ibtidai araşdırma orqanına və məhkəmələrə təqdim olunmadığından məhkəmələr haqlı olaraq Məhkum cəza təyini məsələsini həll edərkən həmin halı nəzərdən keçirməmişlər, çünki buna əsas da olmamışdır. Halbuki, CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. La kin işə, Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılarkən məhkumun müdafiəçisi M.Ə.Məmmədov Məhkum himayəsində azyaşlı uşağının olmasını təsdiq edən sənədi - 02 aprel 2021-ci il təvəllüdlü X18 məxsus AZ İV 76**** nömrəli doğum haqqında şəhadətnaməni kassasiya şikayətinə dair verdiyi müraciətinə əlavə edərək kassasiya müraciətlərinə baxılması zamanı bu sənədlə müəyyən olunmuş halın da nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası müdafiəçinin bu iddiasına münasibət bildirərək vurğulayır ki, birinci instansiyası məhkəməsinin hökmü ilə Məhkum CM-nin 182.2 və 182.2.4-cü maddələri ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddində - 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza ilə ona digər maddələrlə (CM-nin 234.1 və 228.4cü maddələri ilə) təyin olunmuş cəzaların cəmisi 06 (altı) ay müddəti toplanaraq CM-nin 69.4-cü maddəsinin tələblərinə uyğun olaraq onun çəkməli olduğu azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 5 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilmişdir. Bu hallara görə isə Məhkum, hətta onun himayəsində azyaşlı uşağın olması nəzərə alındıqda belə, təyin olunmuş cəzanın hər hansı qaydada yüngülləşdirilməsi, o cümlədən həmin cəzanın azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi üçün əsaslar yaratmır, çünki bunun üçün yalnız CM-nin 62-ci maddəsinin tətbiq edilməsi zəruridir. Qanunvericiliyin tələblərinə əsasən şəxsə onun təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az müddətə və ya sanksiyada müəyyən edilən dən daha yüngül cəza yalnız törədilmiş cinayətin ictimai təhlükəliliyini azaldan və ya təqsirkarın ictimai təhlükəli şəxs olmasını aradan qaldıran və bunlarla bağlı müstəsna xarakter daşıyan hallar müəyyən edildikdə təyin edilə bilər ki, bu qənaət də CM-nin 62-ci maddəsinin tələblərindən və həmin maddəyə aşağıdakı şəkildə verilmiş təfsirdən irəli gəlir. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəs ində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici qeyd olunan normalarda cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar kimi aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla tö rədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edə rkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olara q CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, t örədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Hazırki işin materiallarından Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiqinə əsas verə bilən hər hansı müstəsna hesab edilə bilən cəzanı yüngülləşdirən halın müəyyən edilməsi görünmür. Bu baxımdan məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin endirilməsi üçün heç bir əsas görməyərək eyni zamanda məhkuma təyin olunmuş cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini mümkün bilmir. Bununla bağlı Məhkum kassasiya şikayətində irəli sürdüyü tələbə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunveric iliyinin tələblərinə görə, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər (CM-nin 70.1-ci maddəsi). CM-nin 70.2-ci maddəsinin tələblərinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qanunun bu normalarının tələblərindən və mənasından belə nəticə hasil olur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məh kəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. Burada əsas meyarlar kimi isə törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin və eyni zamanda cəzanın məqsədlərinə nail olunmasının nəzərə alınması tələb olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu müəyyən etmişlər ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. İş materiallarından görünür ki, faktları araşdıran və sübutları tədqiq edən məhkəmələr işə baxarkən Məhkum cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina etmişlər. Buna görə, məhkəmə kollegiyası Məhkum ona təyin olunmuş cəzanı real olara q çəkməli olması barədə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni ədalətli və qanuni hesab edərək bu cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi üçün də əsaslar görmür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 144-cü maddəsi cinayətmühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məh kəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normala r, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Bütün təsvir olunanlara əsaslanaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozu ntuya yol verilmədiyini qeyd edir və kassasiya müraciətlərinin (kassasiya şikayətinin və ya ona edilmiş əlavənin) təmin olunması haqda Məhkum və onun müdafiəçisi M.Ə.Məmmədovun, həmin kassasiya müraciətlərinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək yuxarıda göstərilənlərə əsaslara görə hesab edir ki, kassasiya müraciətləri təmin edilməməklə Məhkum CM-nin 182.2.2, 182.2.4, 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarı həmin müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kol legiyası Q Ə R A R A A L D I: Kassasiya şikayəti və kassasiya şikayətinə edilmiş əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4, 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1428/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1428/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver