Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1428/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X14 iştirakı ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2025-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin 4 aprel 2022-ci il tarixli, 1(021)-6/2022 saylı (sədrlik edən E.M.Əhmədov) hökmü ilə xx xxxxxxx 1964-cü il tarixdə Bərdə rayonu, Kələntərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bərdə rayon X16 X24 şöbəsinin müdiri (həkim-ümumi cərrah) vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşayan Məhkum2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 314.2-ci maddəsinin tərkibi olmadığından bəraət verilmiş, barəsində seçilmiş polisin nəzarəti al tına vermə qətimkan tədbiri ləğv edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydasının Məhkum2 izah edilməsi qərara alınmışdır. Həmçinin hökmlə Məhkum1 CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 46-cı maddəsi tətbiq edilərək dövlət orqanlarında və yerli özünüidarə orqanlarda 1 (bir) il müddətinə həkim- cərrah vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bərdə Rayon Məhkəməsinin 4 aprel 2022-ci il tarixli, 1(021)-6/2022 saylı hökmündən Dövlət ittihamçısı2 apellyasiya protesti verərək hökmün əsassız, işin fakti ki hallarına uyğunsuz olduğundan Məhkum2 aid hissədə ləğv edilməsini, Məhkum2 CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası və CM-in 46.2-ci maddəsinə əsasən əlavə cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Həmin hökmdən həmçinin təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi apellyasiya şikayəti verərək, hökmün Məhkum1 aid hissədə ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2023-cü il tarixli 1(104)- 11/2023 nömrəli hökmü ilə (hakimlər: N.T.Əliyev (sədrlik edən), Ə.G.Abdullayev və S.B.Hüseynov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti isə qismən təmin edilərək, B ərdə Rayon Məhkəməsinin 4 aprel 2022-ci il tarixli 1(021)-6/2022 saylı hökmü Məhkum2 aid hissədə ləğv edilmiş, Məhkum2 CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 46-ci maddəsi tətbiq edilərək, ona dövlət orqanlarında və yerli özünüidarə orqanlarında 1 (bir) il müddətə həkim-cərrah vəzifəsi tutmaq hüququndan məhrumetmə əlavə cəzası təyin edilməklə, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 1 dekabr 2023-cü il il tarixli hökmündən Məhkum2 müdafiəçisi kassasiya şikayəti verərək, hökmün Məhkum2 aid hissədə ləğv edilməsi və onun barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin hökmdən həmçinin Məhkum 1 müdafiəçisi kassasiya şikayəti verərək, hökmün ləğv edilməsi və Məhkum1 barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2024-cü il tarixli 1(102)-1265/2024 nömrəli qərarı ilə (hakimlər: T.L.Kazımov (sədrlik edən), Ə.C.Seyidov və N.R.Mövsümov) Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2023-cü il tarixli 1(104)-11/2023 nömrəli hökmü Məhkum2 aid hissədə ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində həmin hissədə yenidən baxılmasına təyin edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Cəfərov Rafiq Musa oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X12 ibarət tərkibdə) 1(104)-35/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bərdə Rayon Məhkəməsinin 4 aprel 2022-ci il tarixli, 1(021)-6/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, 5 avqust 2020-ci il tarixdə, saat 11:30-da valideynləri tərəfindən təkrar olaraq “Bərdə rayon Mərk əzi Xəstəxanası” X28 gətirilən 2015-ci il təvəllüdlü X15 barəsində müalicə həkimi Məhkum1 tərəfindən “Kəskin qarın” diaqnozu müəyyənləşdirildikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsində nəzərdə tutulan “Həkimümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim ümumi cərrahın vəzifə öhdəliklərini əks etdirən 7-ci bəndinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli olduğu halda, həmçinin həmin bölmənin 8-ci bən dində göstərilən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı, eləcə də, həmin bölmənin 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etməyərək, işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, müvafiq konsilium təşkil olunmalı olduğu və zəruri diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı icra olunmalı olduğu halda, xəstəxananın həkim cərrahı Məhkum1 təklifi ilə düzgün taktika hesab edilməyən Gülüm Abidovanın digər xəstəx anaya göndərilməsi qərarını qəbul edərək, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək, qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib, intoksikasiya əlamətləri olan xəstəni həmin gün, saat 17:00-da Bakı şəhərində yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyə etdirməklə, əhəmiyyətli dərəcədə vaxt itkisinə və patoloji prosesin daha da dərinləşməsinə səbəb olan hərəkətlər törədərək, 05 avqust saat 24:00-da X9 həmin xəstəxanada nazik bağırsağının posttravmatik perforasiyası ilə əlaqədar baş vermiş diffuz irinlifibrinoz peritonit nəticəsində inkişaf edən, orqanizmin ümumi intoksikasiyası ilə nəticələnən, ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Gəncə Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının 1(104)-35/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məhkum1 ibtidai istintaq zamanı və məhkmə baxışı zamanı ifadəsində xəstəni konsultasiya etmək üçün şöbə müdiri Məhkum2 da məlumat verdiyini, lakin Ədalətin "bu xəstə burdan sağ çıxası deyil, ona görə Bakı şəhərinə təxliyə edin" dediyini bildirmişdir. Həmçinin həmin vaxt Bərdə RMX-nın baş direktoru işləmiş Nizami Mehdizadə məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsində Məhkum2 rəsmi ola raq şöbə müdiri təyin edilməsədə şifahi olaraq ona X31 xəstəxanasının cərrahiyə şöbəsinin müdiri vəzifəsinin icrasının tapşırıldığını bildirmişdir. X9 adına açılmış xəstəlik tarixçəsinin sürətindən görünür ki, həmin tarixçə yalnız Məhkum1 tərəfindən imzalanmışdır. Şöbə müdiri kimi Məhkum2 imzası yoxdur. Cinayət işi üzrə üzləşmə istintaq hərəkəti zamanı Məhkum1 bir daha Məhkum2 sonuncuya xəstəlik tarixini özü təqdim etməsə də, xəstəlik tarixini yazıb Məhkum2 imza etməsi üçün baş tibb bacısına təqdim etdiyini, lakin Məhkum2 tarixçəni imzalamadığını bildirmişdir. İbtidai istintaq və məhkəmə baxışı zamanı təyin edilmiş, komisyon məhkəmə-tibb ekspertizasının 25 yanvar 2021-ci il tarixli, KEŞ-590 saylı rəyində, təkrar komisyon məhkəmətibb ekspertizasının 06 aprel 2021-ci il tarixli, 154 saylı rə yində, əlavə komisyon məhkəmə-tibb ekspertizasının 26 may 2021-ci il tarixli, 251 saylı rəyində, əlavə təkrar komisyon məhkəmə-tibb ekspertizasının 22 noyabr 2021-ci il tarixli, 403 saylı rəyində də, X9 ölümünə məsul şəxslər həkim ümumi cərrah Məhkum1 və şöbə müdiri Məhkum2 olduğu göstərilmişdir. Göründüyü kimi məhkəmə yuxarıda şərh edilən halları, şahid ifadələrini nəzərə almadan, əsasız olaraq hökmün təsviri-əsaslandırıcı hissəsində ibtidai istintaq və məhkəmə baxışı zamani müəyyən edilən hallara diqqət yetirmədən təqsirləndirilən şəxs Məhkum2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin tərkibi olmadığından ona bəraət vermişdir. Azərbaycan Respublikası CPM-in 353.3.3-cü maddəsinə əsasən məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri göstərilməklə təqsirləndirilən şəxsə bəraət verilməsi əsasları bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Həmin Məcəllənin tələblərinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir, sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 125.1, 144 və 145.1-ci maddələrinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edil ə bilərlər. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Həmin Məcəllənin 401.2.3 və 401.2.4-cü maddələrinə əsasən, birinci in stansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda və birinci instansiya məhkəməsinin hökm vƏ ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Həmçinin, İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın 6- cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddət də işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən hallar tam, hərtərəfli yoxlanılmamış və qiymətləndirilməmişdir. Kassasiya protestində Məhkum2 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əs as verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, Məhkum2 Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kas sasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum2 Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanu nvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılm ış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və ob yektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Məhkum2 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Apellyasiya Məhkəməsi müəyyən edir ki, istintaq orqanı tərəfindən ittihamın sübutları kimi təqdim edilmiş sübutlar CPM-nin 125-ci maddəsində müəyyən edilmiş mötəbərlik tələblərinə və Avropa İnsan Hüquqları Məhkəməsinin müəyyən etdiyi presedent xarakterli qərarlarla möhkəmləndirilmiş sübut standartlarına cavab vermir. İttihamın mahiyyətindən də göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın özü özlüyündə belə ziddiyətlidir. Belə ki, ittihamda Məhkum2 “müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək” cümləsi qeyd olunarkən hansı əmrdən söhbət getdiyi məlum deyil. Cinayət işinin mat eriallarından göründüyü və ittiham orqanın özünün də qəbul etdiyi hal ondan ibarətdir ki, hadisə baş verdiyi tarixdə, yəni 05 avqust 2020-ci il tarixdə Məhkum2 Bərdə Rayon Mərkəzi X2 müdiri vəzifəsində rəsmi əmrlə deyil, şifahi göstəriş əsasında fəaliyyət göstərmişdir. Belə ki, Tibbi Ərazi Bölmələrini X25 X35 Heyətinin 23 dekabr 2020-ci il tarixli 9 saylı protokolu ilə “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in strukturu təsdiq edilmişdir. 05 yanvar 2021-ci il tarixdən 08 saylı əmrlə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərahiyyə şöbəsinin struktur vahidləri təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq çarpayı sayı 50 olan cərrahiyə şöbəsinə Məhkum2 Səttar oğlu şöbə müdiri təyin edilmişdir. 05 avqust 2020-ci il tarixdə baş vermiş hadisə zamanı daxil olmaqla, X31 Xəstəxanasının cərrahiyyə şöbəsi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsi İcbari Tibbi Sığorta Agentliyinin şifahi göstərişinə əsasən 2020-ci il tarixdə birləşdirilmişdir. Lakin Bərdə Rayon Mərkəzi Xəstəxanasının ştatı və strukturu 05 yanvar 2021-ci il tarixli 08 saylı əmri ilə rəsmiləşdirilmişdir. İbtidai istintaq orqanı Məhkum2 ittiham verərkən onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsində nəzərdə tutulan “Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim ümumi cərrahın vəzifə öhdəliklərini əks etdirən 7-ci bəndinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparı lması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli olduğu halda, həmçinin həmin bölmənin 8-ci bəndində göstərilən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı, eləcə də, həmin bölmənin 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etmədiyini əsaslandırmağa çalışmışdır. Lakin mərhum X9 müalicə həkimi Məhkum1 olmuş, ziddiyyətli sübutlara və şifahi mülahizələrə əsasən həmin “Şöbənin müdiri” Məhkum2 olmuşdur. Belə olan halda, istintaq orqanı tərəfindən Mə hkum2 verilən ittiham vəzifəli şəxs qismində verilməli idi ki, bu da istintaq orqanının istinad etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsində nəzərdə tutulan “Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim ümumi cərrahın vəzifə öhdəliklərini əks etdirən 7-ci bəndi deyil, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın “Şöbə (bölmə) müdirinin nümunəvi vəzifə Təlimatı” na istinad etməli idi. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X29 Ərazisi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X32 03 fevral 2022-ci il tarixli 151 saylı məktubdan görünür ki, 05 avqust 2020-ci il tarixə struktur quruluşu və ştat vahidlərinə əsasən X20 tərkibində və tabeliyində olmuşdur. X21 həkimcərrah vəzifəsində işləyən Məhkum1 Bərdə Rayon Mərkəzi X3 həkimi Məhkum2 tabeçiliyi olmamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X29 Ərazisi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X36 03 fevral 2022-ci il tarixli 151 saylı məktubdan fərqli olaraq 09 fevral 2022-ci il tarixli 184 saylı məktubdan görünür ki, 05 avqust 2020-ci il tarixində struktur quruluşu və ştat cədvəlinə əsasən X31 Xəstəx anasının tərkibində və tabeliyində olmuşdur. Ancaq bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasının keçmiş müdiriyyəti tərəfindən hər hansı rəsmi əmr, sərəncam, göstəriş verilməmişdir və mövcüd qanunvericiliyinin tələblərinə əməl olunmamışdır. Bərdə X11 Həkim cərrah vəzifəsində işləyən Məhkum1 Bərdə Rayon Mərkəzi X3 müdiri Məhkum2 tabeçiliyi olmuşdur. Amma bu barədə də Bərdə Rayon Mərkəzi Xəstəxanasının sadiq rəhbərliyi tərəfindən rəsmi əmr göstəriş verilməmişdir. Bu işlər qeyd edilən zamanda işləmiş-keçmiş Bərdə rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin şifahi göstərişləri əsasında yerinə yetirilmişdir. Qeyd edilib ki, Bərdə Rayon Məhkəməsinin sorğusunda göstərilən zaman ərəfəsində Uşaq cərrahiyyə əməliyyatları Bərdə X11 deyil, Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində icra edi lmiş və bütün dərman sərfiyyatı da həmin şöbə tərəfindən qarşılanmışdır. Bərdə Rayon Mərkəzi Xəstəxanasının stasionar xəstələrin qəbulu jurnalında 05 avqust 2020-ci il tarixdə X9 adı qeyd edilmiş və məhz Bərdə Rayon X1 adına xəstəlik tarixi açılmışdır. Məhkum2 hadisə zamanı Bərdə Rayon Mərkəzi X3 müdiri vəzifəsində işləmişdir. Cinayət işinə əlavə edilmiş X17 işləyən X22 tərəfindən 05 fevral 2022-ci il tarixli məlumatdan görünür ki, 05 avqust 2020-ci il tarixdə struktur quruluşu və ştat cədvəlinə əsasən X31 Xəstəxanası Bərdə rayon Mərkəzi Xəstəxanasının tərkibində tabeliyində olmuşdur. Ancaq müdiriyyət tərəfindən bu barədə hər hansı əmr, sərəncam verilməmişdir. Bərdə rayon X11 həkim cərrah vəzifəsində işləyən Məhkum1 Bərdə rayon X7 Şöbəsinin Şöbə müdiri, Məhkum2 tabeliyində olmuşdur, ancaq bu barədə rəhbərlik tərəfindən heç bir əmr olmamışdır. Bundan başqa, cinayət işinə əlavə edilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 06 aprel 2021-ci il tarixli, 154 saylı rəyində göstərilmişdir ki, “...X15 05 avqust 2020-ci il tarixdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olduqdan sonra, xəstənin vəziyyətini nəzərə alaraq konsilium təşkil olunmalı, diaqnoz müəyyənləşdirilərək zəruri olan diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı üçün hazırlıq tədbirləri görülməli idi. Buna məsul şəxslər həkim-cərrah Məhkum1 və şöbə müdiridir. X9 Bərdə RMX-ya istər ilkin, istərsə də, təkrar müraciətlər zamanı tibbi yardım düzgün istiqamətdə təşkil olunmuş olsa idi, ölümünün qarşısının alınması imkanı çox olardı. Buna məsul şəxslər növbətçi həkim, təkrar baxı şı aparan həkim cərrah və şöbə müdiridir. X15 Bakı şəhəri Mirqasımov adına Respublika Klinik Xəstəxanasına ağır şok, koma və aqonal vəziyyətdə daxil olmuş, bu baxımdan göstərilmiş müvafiq tibbi yardımlara baxmayaraq, müsbət dinamika əldə olunmamışdır.” Bu rəy verilərkən şöbə müdiri ilə bağlı çıxarılan nəticələrin konkret olaraq hansı rəsmi sənədə əsaslanması qeyd edilməmişdir. Cinayət işinə əlavə edilmiş əlavə komisyon məhkəmə-tibb ekspertizasının 26 may 2021-ci il tarixli, 251 saylı rəyində göstərilmişdir ki, “X15 05 avqust 2020-ci il tarixdə saat 11:30-da təkrar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilmiş və ona “Kəskin qarın” diaqnozu müəyyənləşdirilməsinə baxmayaraq, xəstənin digər xəstəxanaya göndərilməsi qərar verilmişdir. Bu qərarın şöbə müdiri Məhkum2 tərəfindən verilməsi düzgün taktika hesab edilmir. Nəzərə almaq lazımdır ki, xəstə barəsində məlumatın verilməsi müalicə həkimi tərəfindən bildirilmiş, bunun üçün müvafiq konsilium təşkil olunmalı və zəruri olan diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı icra olunmalı idi. Buna məsul şəxslər həkim ümumi cərrah Məhkum1 və şöbə müdiridir. Xəstənin müalicəsinin düzgün təşkil olunmaması ilə baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Buna məsul şəxslər ilkin olaraq müalicə həkimi ümumi cərrah Məhkum1 və şöbə müdiri Məhkum2dur. Hər iki həkim Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrin 7-ci, 8-ci və 24.1-ci bəndlərinin tələblərinə əməl etməmişlər.....” Bu rəydə mərhum X10 əməliyyat olunmadan Bərdə şəhərindən Bakı şəhərində göndərilməsi barədə qərarın məhz Mə hkum2 tərəfindən qəbul edilməsi faktının hansı rəsmi sənədlə (sübutla) təsdiqlənməsi və belə rəy verilməsini ekspertlər, ümumiyyətlə, əsaslnadırmamış və mülahizə əsasında rəy verməklə kifayətlənmişlər. Halbuki cinayət işinin materiallarında Gülüm Abdiovanın əməliyyat olunmadan Bərdə şəhərindən Bakı şəhərində göndərilməsi barədə məhz Məhkum2 tərəfindən qərar qəbul edilməsini təsdiq edən bir dənə belə sübut mövcud deyil. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı dindirilmiş ekspert X5 ifadəsində göstərmişdir ki, “...bu işlə bağlı baş vermiş hadisə ilə bağlı cavabdeh şəxslərin birbaşa əlaqə olduqları üçün rəydə onların adları çəkilib. Ora cərrahiyə üzrə müraciət edən hər bir xəstənin taleyi barədə şöbə müdirinin məlumatı olmalıdır. Ondan sonarki prosseslər, təyinatı ü zrə öz təsdiqini və ya öz nəticəsini tapmalıdır. Ona görə məsuliyyəti var. Əmr olmasa da, var. Cinayət işinin materiallarında o məlumat var ki, həmin həkimin şifahi olaraq təzə qurum yarananda oraya onun təyinatı verilib, yəni cərrahiyə xırda korpus cərahiyyə üzrə olan saylır uşaq (pediatrik) cərrahiyələr, o isə mütləq qaydada oraya birləşdirilmişdir. Bu birləşmələr baş verib, sonra əmrləşdirilmişdir. Həm işin içində, həm həmin xəstəxananın rəhbərliyi tərəfindən məlumatlar oradan götürülmüşdür. Xəstəxanada müalicə işləri üzrə həm şöbə müdiri, həm müalicə işi üzrə müavin cavabdehdilər. Hərəsinin özünə uyğun cavabdehliyi var...” Lakin ekspert verilən suallara konkret dəlillərlə cavab vermək əvəzinə, rəydə yazılanları təkrar edərək, şifahi əmrə əsaslanmış və istintaq orqanının mövqeyini dəstə kləmişdir. Göründüyü kimi, ekspertlər rəylərində konkret sənədlərə və iş materiallarına istinad etməmiş, vəzifə təlimatına toxunmamışlar. Əgər belə olmuş olsa idi, ekspertlər rəydə X9 Bakı şəhərinə göndərilməsi barədə qərarın məhz Məhkum2 tərəfindən qəbul edilmədiyini müəyyən etmiş olardılar. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq Məhkum2 barəsində verilmiş ziddiyyətli və tam şəkildə əsaslandırılmayan ekspert rəyləri ilə razılaşmır və yuxarıda göstərilən səbəblərdən həmin rəylərin xəstənin müalicəsinin düzgün təşkil edilməməsi ilə baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqənin olmasında şöbə müdiri Məhkum2 da məsul şəxs hesab edilməsinə dair hissəsini sübut kimi qəbul etmir. Bundan başqa, iş materialları ilə Məhkum2 Səttar oğlunun xəstə barədə h ər hansısa bir formada məlumatlı olması öz təsdiqini tapmır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər q əddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli oldu ğunu nəzərə alaraq, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 bəraət vermiş və apellyasiya məhkəməsi haqlı olaraq həmin hökmü qüvvəsində saxlamışdır. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət t əqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət veril məlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məh kəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Məhkum2 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Məhkum2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Az ərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikas ı CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün tə qsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X13 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 130 aprel 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama z amanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2025-ci il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir k i, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-35/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1428/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1428/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver