Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1429/2018 25.10.2018 ALİ MƏHKƏMƏ İş №1(102)-1429/2018 Azərbaycan Respublikası adından QƏRAR 25 oktyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X16 və X18 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X10 Müdafiəçi-Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkili S iştirakı ilə, xx xx 1958-ci ildə Saatlı rayonu, Mollavaizli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, məhkum olunmamış, Saatlı rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş, Saatlı rayonu, ünvan1 qeydiyyatda olan və yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 308.2-ci maddəi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xx 2017-ci il tarixli qərarından Məhkum və müdafiəçisi S tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü (sədrlik edən hakim: M.Ə.Abdullayev, hakimlər E.İ.Əliyev və A.H.Hacıyev) ilə Məhkum-Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə dövlət və yerli özünüidarə etmə orqanları nda rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin xx xx 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: E.Ə.Camalov, hakimlər: İ.H.Əhmədov və K.H.Əkbərov) məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cıil tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum ona təqsirli bilinib məhkum edilmişdir ki, o, Saatlı rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün 2 qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüqüqlarına və qanuni mənafeyinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla əməlləri ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, xx xx 2001-ci il tarixdən xx xx 2015-ci il tarixədək Saatlı rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləyərkən, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunun, Azərbaycan Respublikası Təhsil nazirinin «Ümumtəhsil məktəblərində və internat t ipli təlim-tərbiyə müəssisələrində pedoqoji kadrların işə qəbul edilməsi qaydaları» haqqında xx xx 1994-cü il tarixli 521, «Pedeqoji kadrların yenidən hazırlanması» haqqında xx xx 1995-ci il tarixli 428 və «Pedeqoji işçilərin işə qəbul prosesinin tənzimlənməsi barədə» xx xx 2002-ci il tarixli 45(s) №-li əmr və sərəncamlarının tələblərini yerinə yetirməyərək, rayon ərazisində fəaliyyət göstərən orta və tam orta təhsil müəssisələrinin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirməli, pedoqoji kadrların uçota alınmasına, onların işə qəbuluna, məktəb direktorlarına verilmiş səlahiyyətlərin düzgün icrasına nəzarət etməli, işçinin işə qəbulu zamanı təqdim etdiyi diplomun tədris müəssisələrinə konkret sorğular verilməsi yolu ilə yoxlamalı, sorğulara Təhsil Nazirliyi və aidiyyəti tədris müəssisələri ndən müvafiq rəsmi cavablar alındıqdan sonra işə qəbul prosedurlarını aparmalı, vaxtı ilə əmək fəaliyyətinə başlamış pedeqoji kadrların təhsil sənədlərini (diplomları) bir daha araşdırılmalı olduğu halda, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, rəhbəri olduğu təhsil şöbəsinin tabeçiliyində olan orta ümumtəhsil məktəblərində işə qəbul olunmaq üçün ona müraciət etmiş şəxslər qarşısında saxta nüfuz qazanmaqdan ötrü, istintaqa məlum olmayan müddətdə, naməlum şəxs(lər) tərəfindən möhür əksləri skaner qurğusu vasitəsilə qrafik proqram təminatından istifadə edilməklə bilə-bilə yalan məlumatlar daxil edilməklə qanunsuz olaraq hazırlanmış saxta rəsmi sənədlər əsasında, 2002-2013-cü illərdə Saatlı rayon sakinlərini - X1 Azərbaycan Müəllimlər İnstitutunun Gənc ə filialının Riyaziyyat və informatika ixtisası üzrə yenidənhazırlanma kursunu bitirməsinə dair 010162 saylı diplom əsasında xx xx 2003-cü il tarixli 70 nömrəli əmrlə Saatlı rayon Nərimankənd kənd tam orta məktəbinə, X2 həmin filialın Riyaziyyat və informatika ixtisası üzrə yenidənhazırlanma kursunu bitirməsinə dair 010163 saylı diplom əsasında xx xx 2004-cü il tarixli 28 nömrəli əmrlə Saatlı rayon Bəylərkənd kənd ümumi orta məktəbinə, X3 həmin filialın Kimyabiologiya ixtisası üzrə yenidənhazırlanma kursunu bitirməsinə dair 115326 saylı diplom əsasında xx xx 2004-cü il tarixli 25 nömrəli əmrlə Saatlı rayon Gomuşçu kənd orta məktəbinə, X21 həmin filialın Biologiya ixtisası üzrə yenidənhazırlanma kursunu bitirməsinə dair YB 008597 saylı diplom əsasında xx xx 2005-ci il tarixli 99 nömrəli əmr lə Saatlı rayon Şirinbəy kənd tam orta məktəbinə, X6 həmin filialın ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə yenidənhazırlanma kursunu bitirməsinə dair YB 008613 saylı diplom əsasında xx xx 2006-cı il tarixli 28 nömrəli əmrlə Saatlı rayon Məmmədabad kənd tam orta məktəbinə, X22 Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının Riyaziyyat və informatika ixtisası üzrə yenidənhazırlanma kursunu bitirməsinə dair YB 002772 saylı diplom əsasında xx xx 2006- cı il tarixli 01 nömrəli əmrlə Saatlı rayon Dədə Qorqud kənd tam orta məktəbinə, X4 Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Riyaziyyat və informatika ixtisası üzrə yenidənhazırlanma kursunu bitirməsinə dair YB 003274 saylı diplom əsasında xx xx 2006-cı il tarixli 24 nömrəli əmrlə Saatlı rayon Əhmədbəyli kənd o rta məktəbinə, X7 həmin filialın ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə yenidənhazırlanma kursunu bitirməsinə dair 010410 saylı diplom əsasında xx xx 2006-cı il tarixli 64 nömrəli əmrlə Saatlı rayon Qaracalar kənd tam orta məktəbinə, X11 həmin filialın Riyaziyyat və informatika ixtisası üzrə yenidənhazırlanma kursunu bitirməsinə dair YB 003272 saylı diplom əsasında xx xx2006-cı il tarixli 41/1 nömrəli əmrlə Saatlı rayonu, Şirinbəy kənd orta məktəbinə, 3 A oğlunun həmin filialı ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə bitirməsinə dair B 052295 saylı diplom əsasında xx xx2006-cı il tarixli 01 nömrəli əmrlə Saatlı rayon Əliabad kənd ümumi orta məktəbinə, X8 həmin filialın Riyaziyyat və informatika ixtisası üzrə yenidənhazırlanma kursunu bitirməsinə dair YB 003222 saylı diplom əsasında xx xx 2006-cı il tarixli 43 nömrəli əmrlə Saatlı rayonu, Şirinbəy kənd orta məktəbinə, X12 Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alması haqqında 17.08.2007-ci il tarixli arayışı və həmin filialı bitirməsinə dair B 170681 saylı diplom əsasında xx xx 2007-ci il tarixli 04 nömrəli əmrlə Saatlı rayon Smadakənd kənd tam orta məktəbinə, X19 həmin filialın Riyaziyyat və informatika ixtisası üzrə yenidənhazırlanma kursunu bitirməsinə dair YB 002786 saylı diplom əsasında xx xx2007ci il tarixli 02 nömrəli əmrlə Saatlı rayon Qara Nuru kənd tam orta məktəbinə, RS Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə yenidənhazırlanma kursunu bitirməsinə dair 003038 say lı diplom əsasında xx xx2007-ci il tarixli 07 nömrəli əmrlə Saatlı şəhər 02 saylı orta məktəbinə, X5 həmin filialın Psixologiya ixtisası üzrə yenidənhazırlanma kursunu bitirməsinə dair YB 003001 saylı diplom əsasında xx xx2007- ci il tarixli 93 nömrəli əmrlə Saatlı rayon Qaracalar kənd tam orta məktəbinə, RY həmin filialda ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsil alması haqqında 19.06.2007-ci il tarixli arayış və filialı bitirməsinə dair B 169955 saylı diplom əsasında xx xx2007-ci il tarixli 01 nömrəli əmrlə Saatlı rayon Dədə Qorqud kənd tam orta məktəbinə, X9 Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialını Filologiya ixtisası üzrə bitirməsinə dair B 198346 saylı diplom əsasında xx xx2009-cu il tarixli 06 nömrəli əmrlə Saatlı rayon Xanlarkənd kənd tam orta məktəb inə, Abasova (Ağakişiyeva) Günel Natiq qızının Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə bitirməsinə dair 25.07.2011-ci il tarixli arayış və həmin filialı bitirməsinə dair B 230488 saylı diplom əsasında xx xx2011-ci il tarixli 07 nömrəli əmrlə Saatlı rayon Mollavaizli kənd ümumi orta məktəbinə, X23 Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının Riyaziyyat və informatika ixtisası üzrə yenidənhazırlanma kursunu bitirməsinə dair YB 006951 saylı diplom əsasında xx xx 2011ci il tarixli 04 nömrəli əmrlə Saatlı rayon Qara Nuru kənd tam orta məktəbinə müəllim təyin edilməsi, habelə, Saatlı rayonu, Varxankənd kənd tam orta məktəbinin Rus dili fənni üzrə müəllimi X17 Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə yenidənhazırlanma kursunu bitirməsinə dair 011027 saylı diplom əsasında 01.09.2002-ci il tarixdən, Saatlı rayonu, Genişkənd kənd ümumi orta məktəbinin Rus dili və ədəbiyyatı fənni üzrə müəllimi X13 həmin filialın Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə yenidənhazırlanma kursunu bitirməsinə dair 010412 saylı diplom əsasında 2004-cü ilin iyun ayından, Saatlı rayonu, Məmmədabad kənd tam orta məktəbinin Rus dili və ədəbiyyatı fənni üzrə müəllimi X20 həmin filialın Xarici dil İngilis ixtisası üzrə yenidənhazırlanma kursunu bitirməsinə dair 010366 saylı diplom əsasında 2004-cü ilin iyul ayından, Saatlı rayonu, Nərimankənd kənd tam orta məktəbinin Rus dili və ədəbiyyatı fənni üzrə müəllimi MR həmin filialın Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə yenidənhazı rlanma kursunu bitirməsinə dair 115440 saylı diplom əsasında 2004-cü ilin sentyabr ayından, Saatlı rayonu, Məmmədabad kənd tam orta məktəbinin Rus dili və ədəbiyyatı fənni üzrə müəllimi X14 həmin filialın Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə yenidən hazırlanma kursunu bitirməsinə dair YB 008612 saylı diplom əsasında 2005-ci ilin sentyabr ayından həmin yeni ixtisaslar üzrə müəllim kimi işləməyə davam etmələri üçün qeyd olunan normativ sənədlərin tələblərinə, yəni işə qəbul olunmaq üçün şəxslərin təqdim etdiyi sənədlərinin - diplomlarının həqiqiliyinin təhsil müəssisələrinə konkret sorğular verilməsi yolu ilə yoxlanılması, həmçinin vaxtı ilə əmək fəaliyyətinə başlamış pedoqoji kadrların təhsil sənədlərinin bir daha sorğular verilməklə araşdırılması, sorğulara Təhsil Nazirliyi 4 və a idiyyəti təhsil müəssisələrindən müvafiq rəsmi cavab alındıqdan sonra işə qəbul prosedurlarının aparılması, tarifikasiyanın təsdiq olunması və s. dair məcburi göstərişlərə əməl etməyərək, həmin məktəblərin direktorlarına verdiyi tapşırıq əsasında göstərilən təyinatların aparılmasına, saxta diplomlar əsasında müəllimlərin yeni ixtisas üzrə işləmələrinə nail olub, müvafiq ixtisasa və heç bir təhsilə malik olmayan qeyd edilən şəxslər tərəfindən keyfiyyətsiz tədris aparılmaqla, dövlət büdcəsindən təhsilin maliyyələşdirilməsi üçün ayrılmış külli miqdarda, yəni 846.916,71 (səkkiz yüz qırx altı min doqquz yüz on altı) manat məbləğində vəsaitin qanunsuz əmək haqqı kimi həmin şəxslərə verilməsinə şərait yaratmaqla, nəticədə təhsil sistemini nufuzdan salan qeyd edilən hərəkətləri ilə hüquqi şəxsin h üquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla əməli ağır nəticələrə səbəb olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Stərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin xx xx yanvar 2017-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam olunması və yaxud Şirvan Apellyasiya Məhkəməsinin qərarının cəza ilə bağlı hissədə dəyişdirilməsini və işdə olan yüngülləşdirici halların nəzərə alınmaqla daha yüngül cəzanın təyin edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar çıxarılarkən törədilmiş əmələ düzgün hüquqi qiymət verilməmiş, iş üçün əhəmiyyətli olan hallar araşdırılmamış, Məhkum hərək ətlərinə CM-in 308.2-ci maddəsinin tərkibinin bütün əlamətlərinin olub olmaması aydınlaşdırılmamış, həmin cinayət əməli üzrə təqsirliliyi sübuta yetirilməmiş və cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Müdafiəçi qeyd edir ki, şahidlər və təqsirləndirilən şəxsin ifadələrindən görünür ki, verilmiş diplomların saxtalığından xəbərdar olmamışlar, işə qəbul edilmələri ilə bağlı hər hansı şəxslərdən pul və ya digər dəyərli hədiyyələr istəməmişlər. Kassasiya şikayətinin müəllifi həmçinin Məhkum təyin edilmiş cəzanın ağır olduğunu bildirməklə, onun əvvəllər məhkum olunmadığını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini qeyd edir. Məhkum müdafiəçisinin kassasiya şikayəti ilə eyni məzmunlu kassasiya şikayəti verərək barəsində qəbul edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx xx 2017-c i il tarixli qərarının ləğv edilməsini və CM-in 308.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olmaması və cinayət hadisəsinə aidiyyatının olmaması əsası ilə cinayət işi ürzə bəraət verilməsini və yaxud Şirvan Apellyasiya Məhkəməsinin qərarının cəza ilə bağlı hissədə dəyişdirilməsini və işdə olan yüngülləşdirici halların nəzərə alınmaqla daha yüngül cəzanın təyin edilməsi xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun müdafiəçisi S.B.Fərəcovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı C.Əliyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya i nstansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual n ormalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərlərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində həm ona istinad edilən cinayət əməlində təqsirinin olmaması göstərilir, həm də təyin edilmiş cəzanın ağır olduğu qeyd olunur və hesab edilir ki, təyin edilmiş cəza yüngülləşdirilməlidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaş mayan məhkəmə kollegiyası qeyd edir ki, cinayətişininmateriallarınaəsasənMəhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahidlərinifadələri, ekspertiza rəyləri və birçoxistintaqhərəkətlərininaparılmasıhaqqındaprotokollarlavəişəəlavəedilmiş sənədlərlətamsübutayetirilmişdir. Bundanbaşqa, apellyasiyainstansiyasıməhkəməsiişəbaxılmasızamanınatamamlığa, qeyri-obyektivliyə, cinayətprosesiiştirakçılarınınhüquqlarınınpozulmasınayolverməmiş, məhkəməiclaslarıağlabatanmüddətlərdəcinayətmühakiməicraatınınprinsiplərinəuyğunolara qkeçirilmişvəməhkəmələrhərhansıbirsübutuntədqiqindənimtinaetməyərəkqanunsuzyollaəld əolunmuşsübutlardanistifadəetməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsa n Hüquqlarının və X15 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə,onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağı zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli iş materiallarında olan özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, keçirilmiş bir sıra eksperti za rəyləri ilə və işdə olanistintaqvə məhkəmə hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilir. Məhkumun heç bir cinayət törətməməsi barədə kassasiya şikayətlərində əks edilmiş mövqe isə həqiqəti əks etdirmir və məhkumun cinayət məsuliyyətindən azad edilməsi məqsədi daşıyır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngüll əşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan birinci və apellyasiya instansiya məhkəmələri Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalə t mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx xx 2017-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli s ürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlərin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum müdafiəçisi S kassasiya şikayəti təmin edilməsin. Məhkumbarəsində Şirvan Apellyasiya Məhkəməsinin xx xx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədr: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim: Əziz Seyidov
Məhkəmə qərarları › İş №1(102)-1429/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1429/2018
25.10.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver