Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1429/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2022-ci il t arixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli hökmü ilə (hakimlər Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən və məruzəçi), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1988-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailə li, himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Axıska kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 28 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində yerləşən “Atatürk parkının” yaxınlığından şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 13.169 qram psixotrop maddə olan metafetamini 200 manat pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, 29 iyun 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Xətai RPİ-nin narkotiklərələ mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ünvan 3in qarşısında saxlanılmış və ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü Polis şöbəsinə gətirilərək orada üzərində şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan tünd yaşıl rəngli şalvarın sağ yan cibindən hər biri 01 ədəd şəffaf rəngli sellofan paketin içərisinə yerləşdirilmiş ayrı-ayrılıqda 01 ədəd qızıl rəngli siqaret kağızına və 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ayrı ayrılıqda təmiz çəkiləri 3,465 və 9,704 qram olmaqla ümumi təmiz çəkisi 13,169 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin, 01 ədəd kiçik ölçülü üzərində “MK-127 Ming Heng Pocket Scale” yazıs ı olan elektron tərəzi, 01 ədəd kiçik ölçülü boru və 01 ədəd kiçik ölçülü lampa aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 14 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli hökmü isə dəyişdirilmiş, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) ayadək endirilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 14 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Həmçinin Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığına görə, həmçinin həmin maddə ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Cinayət cəzalarının təyin edilməsi qaydalarını, əsaslarının və şər tlərini müəyyən edən CM-nin müvafiq normalarına (CM-nin 8, 41, 58 və 59-cu maddələrinə), qanunçuluq prinsipi təsbit edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 10-cu maddəsinə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı qanunvericilik aktlarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinad edən dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkuma təyin olunmuş cəzanı yüngülləşdirərkən cinayət qanunvericiliyində təsbit edilmiş ədalət prinsipinin tələblərini pozmuş, həmçinin onun törətdiyi əməldən heç bir peşmançılıq çəkməməsini, ondan aşkar edilərək götürülmüş metamfetaminin miqdarının şəx si istehlak miqdarından təxminən 88 dəfə, külli miqdarından isə təxminən 6,5 dəfə çox olmasını nəzərə almamış, hətta öz qərarında heç bir yeni hal göstərmədən və heç bir əsaslandırma aparmadan birinci instansiya məhkəmısi tərəfindən onun himayəsində 3 azyaşlı uşaqlarının olmasının cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasına baxmayaraq yenidən həmin halı nəzərə alaraq onun cəzasının müddətini 1 il 6 ay azaltmışdır. Kassasiya protestində göstərdiyi bu dəlillərə əsaslanaraq dövlət ittihamçısı həmin protestin təmin edilməsini xahiş edir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum qarşı irəli sürülmüş əsassız ittihamın “təsdiq edilməsi” onun Azərbaycan Respublikasının milli qanunvericiliyi və qoşulduğu Beynəlxalq Konvensiyalar ilə təsbit olunan hü quq və azadlıqlarının kobud pozulması ilə aparılan məhkəmə prosesləri vasitəsilə həyata keçirilmiş, bu zaman prosessual qanunvericiliyin normaları və “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması və sair hüquqlar, habelə cinayət mühakimə icraatının çəkişmə prinsipi ibtidai araşdırma zamanı, həmçinin çox böyük ümidlər ilə gözlənilən məhkəmə prosesində də pozulmuşdur. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum əməlinə düzgün hüquqi qiymət verilməmiş, yol verilmiş bir sıra kobud pozuntular birinci və apellyasiya instansiya məhkəmələrinin diqqətindən yayınmış, təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Təhqiqat üzrə araşdırma zamanı, yəni cinayət işi başlanana qəd ər Məhkum satış məqsədi olmadan psixotrop maddə əldə etməsi müəyyən edilsə də, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında 29 iyun 2021-ci il tarixli qərardan da görünür ki, Məhkum qanunsuz olaraq psixotrop maddələrdən istifadə etməsi, qanunsuz olaraq əldə etməsi və daşıması barədə məlumat daxil olmuş və həmin məlumat əsasında Məhkum ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış, lakin həmin məlumatlar özündə məhkumun əməlində yalnız CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərini əks etdirmiş, onun əməli əsassız olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş, baxmayaraq ki, hüquqlarını müdafiə etdiyi şəxsin bu maddədə nəzərdə tutulmuş cinayəti törətməsinə dair heç bir mötə bər sübut əldə olunmamışdır. İbtidai istintaq və məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 da Məhkum qanunsuz olaraq psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və istifadə etməsi barədə məlumatın olmasını göstərmiş, lakin sonuncunun bu əməli satış məqsədi ilə törətməsinin müəyyən edilmədiyini bildirmişlər. Məhkum də cinayət təqibinin bütün mərhələlərində göstərmişdir ki, onun üzərində aşkar edilmiş psixotrop maddəni satmaq niyyətində olmamış və həmin maddəni yalnız öz şəxsi istifadəsi üçün əldə edərək daşımış və saxlamışdır. Bütün bu sübutlar Məhkum CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməməsinə dəlalət etməsinə baxmayaraq o, əsassız olaraq həmin maddə ilə təqsirli bilinib məhkum ol unmuşdur. Odur ki, Müdafiəçi2 hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittiham üzrə onun cinayət əməli törətməsi sübuta yetirilmədiyindən, bu ittiham üzrə ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri nəticə isə fərziyyə xarakterli olub mötəbər və yetərli olmayan sübutlara əsaslandığından, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və Məhkum barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsini xahiş edir. Kassasiya protestinə və kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu barədə ərizə ilə Ali M əhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi2 kassasiya şikayətindən göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və Məhkum əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibi olmadığı halda o, əsassız və qanunsuz olaraq həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir. Bununla da, müdafiəiçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv olunması və cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi tələblərini CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protestinin məzmunundan isə görünür ki, o, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protest ində Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini, habelə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü ki mi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bi ldirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasınd a ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya inst ansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan v ə vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrin in və cəzalandırılmalarının yolverilməzliyini, digər tərəfdən isə hər bir insanın və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəl i hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq mü qavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrini n müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərindən görür ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Göründüyü kimi, qanunvericilikdə hər hansı cinayəti törətmiş şəxsin təqsirli bilinməsi və onun haqqında cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı məhkəmənin yalnız qanuni üsullarla əldə olunmuş və araşdırılmış sübutlara əsaslanması tələb edilir, məhkəmənin həmin sübu tlara əsaslanmadan ehtimallar və mülahizələr üzərində qurulmuş nəticənin isə yolverilməz olması təsbit olunur. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə m əhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, qanunvericiliklə faktları araşdırmaq və müəyyən etmək vəzifəsi üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəki lən məhkumun hökmdə və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində göstərdiyi dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbər liyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri ilə yanaşı, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış digər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası təkrarən həmin sübutların hamısının hazırki qərarda təsvirinə ehtiyac görmür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadl ıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Odur ki, məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və həmin qərarın ləğ v edilməklə Məhkum barəsindəki cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın qəbul edilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum 28 iyul 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Atatürk parkının” yaxınlığında şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 13,169 qram psixotrop maddə olan metafetamini 200 manat pul müqabilində əldə edib üzərind ə saxlamaqla daşımış, 29 iyun 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında saxlanılmış və Xətai RPİ-nin 34-cü Polis şöbəsinə gətirilərək orada üzərində şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan tünd yaşıl rəngli şalvarın sağ yan cibindən hər biri 01 ədəd şəffaf rəngli sellofan paketin içərisinə yerləşdirilmiş ayrıayrılıqda 01 ədəd qızıl rəngli siqaret kağızına və 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ayrı ayrılıqda təmiz çəkiləri 3,465 və 9,704 qram olmaqla ümumi təmiz çəkisi 13,169 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin, 01 ədəd kiçik ölçülü üzərində “MK-127 Ming Heng Pocket Scale” yazısı olan elektron tərəzi, 01 ədəd kiçik ölçülü boru və 01 ədəd kiçik ölçülü lampa aşkar edilərək götürülmüşdür. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hans ı kobud qanun pozuntusuna yol verməmişlər. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələbinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cina yət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqd a; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin l ehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai araşdırma orqanı tərəfindən Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin gəldikləri nəticə tamamilə düzgündür və bununla bağlı ilk növbədə vurğulamağı lazım bilir ki, şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; - şə xs belə hərəkətləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəy yən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanu nda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstər ilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təsvir olunanlardan çıxış edərək kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün cinayət işi üzrə toplanmış sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Belə k, cinayət işi üzrə əsas sübutlardan biri olan şəxsi axtarış və götürmə aparılması haqqında 29 iyun 2021-ci il tarixli protokol dan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Məhkum Bakı şəhəri Xətai RPİnin 34-cü PŞ-nə gətirildikdən və şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və bu istintaq hərəkətinin aparılması zamanı onun əynində olan tünd yaşıl rəngli şalvarın sağ yan cibindən hər biri 01 ədəd şəffaf rəngli sellofan paketin içərisinə yerləşdirilmiş ayrı-ayrılıqda 01 ədəd qızıl rəngli siqaret kağızına və 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ağ rəngli, kristal şəkilli, spesfik qoxuya malik “şüşə” adlandırılan psixotrop maddəyə bənzər maddə, 01 ədəd qara rəngli, kiçik ölçülü elektron tərəzi, 01ədəd qara və çəhrayı rəngli yapışqanlı lentlə bağlanmış kiçik ölçülü lampa və borudan ibarət narkotik vasitə istifadə etmək üçün kustar üsulla hazırlanmış vasitə aşkar edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 6/2642 saylı 30 iyun 2021-ci il tarixli rəyinə əsasən, Məhkum üzərindən aşkar edilərək götürülmüş və zərfə qablaşdıralaraq tədqiqata təqdim edilmiş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,465 qram və 9.704 qram, ümumi təmiz çəkisi isə 13,169 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İİ Siyahısında metafetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının yuxarı həddi isə 2 qram müəyyən edilmişdir. Göründüyü kimi, Məhkum əldə edərək daşıdığı və saxladığı və polis bölməsində aşkar edilərək götürülmüş psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından təxminən yüz dəfəyə yaxın, külli miqdarından isə 6,5 dəfə çox olmuşdur. Məhkəmə kollegiyası hesab edir, həm qeyd edilən psixotrop maddənin miqdarı, həm Məhkum üzərində aşkar edilərək götürülmüş metamfetaminin ayrı-ayrı bükümlərə qablaşdırılması, habelə onun üzərində elektron tərəzi gəzdirməsi, Ali Məhkəmənin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında verilmiş izaha görə, məhkum olunmuş şəxsin həmin psixotrop maddəni məhz satış məqsədilə əldə etməsinə dəlalət edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, heç yerdə işləməyən, ailə başçıs ı kimi öz ailəsinin, o cümlədən himayəsində olan azyaşlı uşaqların qayğısına qalmaq, onların bütün, o cümlədən maddi tələbatlarını ödəmək vəzifəsi daşıyan Məhkum kifayət qədər yüksək məbləğdə - 200 manat məbləğində pul sərf etməklə yalnız özünün istifadəsi üçün külli miqdarda psixotrop maddə əldə etməsi də inandırıcı görünmür və məhkəmə kollegiyasının qənaətinə görə, bu hal da onun əldə etdiyi metamfetamini satmaq niyyətində olması barədə fikir yürütmək üçün əsas yaradır. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılmış mötəbər və şübhə doğurmayan sübutların fonunda Məhkum törətdiyi əməlin CM-nin 243.4.3-cü maddəsi ilə tövsif edilməsi tam qanunidir və bu baxımdan onun əməlinin başqa cür ixtisaslaşdırılması, yaxud da barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işi üzrə CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş bəraətverici əsaslarla xitam verilməsi üçün nə maddi, nə də ki, prosessual əsaslar yoxdur, Müdafiəçi2 kassasiya şikayətində göstərdikləri dəlillər isə araşdırılmış sübutlarla təkzib edildiyindən həmin dəlillər və onların əsasında irəli sürülmüş kassasiya tələbi məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər və tələb kimi qiymətləndirilməlidir. Bu isə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-nin 416.1.2 və 416.1.6-cı maddəsində göstərilən əsaslardan hər hansı birinin müəyyən edilməməsi barədə nəticəyə gəlmək üçün əsas verir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində seçilmiş cinayət-hüquqi xarakterli tədbirin yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin də qəbuledilməz olmasını müəyyən edir, məhkuma təyin olunmuş cəzanın yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür. Bununla əlaqədar məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərə cəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normalarının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik d ərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən, habelə onun cəzasını yügülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2 -ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı n əticə CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə tör ətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakte rinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndin də məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 ma rt 2011-ci il tarixli Qərarının 25-ci bəndində məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaları tövsiyə edilərək qeyd olunmuşdur ki, bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirl ər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992ci il oktyabrın 28-də qoşulduğ u Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Qanunvericiliyin yuxarıda şərh edilən normaların tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum qərarlarında əksini tapmış tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Məhkum təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini həmin maddənin sanksiyasının aşağı həddinə yaxın həddə qədər - 5 (beş) il 6 (altı) ayadək azaldarkən həm psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm də cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – məhkumun himayəsində 3 azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş halı), habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini haqlı olaraq nəzərə almış və bu zaman maddi hüquq normalarının hər hansı şəkildə pozulmasına yol verməmiş, digər tərəfdən isə gəldiyi nəticəni həm qanunvericiliyin tələblərinə uyğun olaraq, həm də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarındakı izah və tövsiyələrə istinad etməklə kifayət qədər əsaslandırmışdır. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə koll egiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi halların ümumil ikdə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınması da mümkün deyil ona görə ki, belə halların dairəsi CM-nin 61.1.1-61.1.13-cü maddələri ilə məhdudlaşdırılmışdır. CM-nin 61.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən həmin maddələrdə göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Digər tərəfdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandığı halların cəzanı yüngülləşdirən hallar kimi hesab etməsində də heç bir qanun pozuntusu görmür, çünki onlar elə həm cinayət qanunvericiliyin özündə nəzərdə tutulmuş, həm də qanunun tələb etdiyi kimi, işdə olan sübutlara əsasən müəyyən edilmşdir (CPMnin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq). Məhkəmə kollegiyası hesab edir ki, bu nəticənin şübhə altına alınması və onunla razılaşmamaq üçün əsa slar mövcud deyil. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi sənədlərə, o cümlədən beynəlxalq müqavilələrə nəzər yetirildikdə, görünür ki, bu sənədlər əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yayılması ilə bağlı görülən və görülməli olan tədbirlərə, belə əməllərə qarşı həyata keçirilən mübarizəyə həsr olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınsın. Məhkəmə kollegiyasının qənaətinə görə, belə mübarizə o halda müsbət nəticələrini verə bilər ki, digər tədbirlərin görülməsi ilə yanaşı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yayılması ilə məşğul olan şəxslər aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilsin və törətdikləri əməllərə müvafiq ola raq cəzalandırılsınlar, digər tərəfdən isə narkomaniya xəstəliyinə duçar olmuş şəxslər (Məhkum kimi) vaxtında müalicə olunaraq cəmiyyətə qovuşa bilsinlər və onların bundan sonra göstərilən vasitə və maddələri qanunsuz olaraq əldə edə bilmələri, onlardan istifadə etmək və ya onların satışı ilə məşğul olmaq imkanları aradan qaldırılsın. Göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlilləri ilə də razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, bütün yuxarıda təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qayda sında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini nəzərdən keçirib kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi barədə Məhkum müdafiəçisi Müdafiəçi2, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə d əyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti və kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1429/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1429/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver