Məhkəmə qərarları › İş №1(102)-1429/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1429/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1429/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum1 müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Sadıqov İbrahim Miri oğlunun, Məhkum2 müdafiəçisi, Beyləqan rayon Vəkil Bürosunun vəkili Rüstəmov Fəxri Sərvaz oğlunun iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərb aycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olmaqla Beyləqan rayonu Birinci Şahsevən kəndində yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2ci maddəsi ilə, 12 avqust 1988-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla orada yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Sadıqov İbrahim Miri oğlu, zərərçəkmiş hüquqi şəxs "xxxx"MMC-nin nümayəndəsi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Qanuni nümayəndə və Məhkum2 müdafiəçisi, Beyləqan rayon Vəkil Bürosunun vəkili Rüstəmov Fəxri Sərvaz oğlu tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: C.Ş.Səfərli (sədrlik edən), N.F.Quliyev və A.Ə.Musayev) Məhkum2 - Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə mü ddətinin əvvəlinin 13 dekabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum1 - Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum1 13 dekabr 2020-ci ildən 15 dekabr 2020-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin-mülki iddiaçı ("xxxx" MMC -nin) nümayəndəsinin təqsirləndirilən şəxslərə qarşı verdiyi "xxxx" MMC-yə vurulmuş 45.280 manat maddi ziyan və itirilmiş fayda 21734 manat olmaqla, cəmi 67014 manat məbləğində mülki iddia qismən təmin edilmişdir. Həmin mülki iddia "xxxx" MMC-yə vurulmuş maddi ziyan hissədə mülki cavabdehlər (təqsirləndirilən şəxslər) Məhkum2 və Məhkum1 müştərək qaydada 44.398 manat, yəni hər birindən 22.199 (iyirmi iki min) 199 (yüz doğsan doqquz) manat pul vəsaiti tutulub mülki iddiaçı-"xxxx" MMC-nin bank hesabına köçürülməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxslərin müdafiəçiləri və zərərçəkmiş hüquqi şəxsin "xxxx" MMC-nin nümayəndəsi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 1 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), R.M.Cəfərov və İ.Q.Abdullayev) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən "xxxx" MMC-yə məxsus külli miqdarda əmlakı gizli olaraq talamaq üçün aralarında olan razılaşmaya əsasən həmin hüquqi şəxsin inzibati binasının gözətçisi işləyən Şahid2 onlara mane olmasının qarşısını almaq məqsədilə 12 dekabr 2020-ci il tarixdə, saat 21 radələrində Şahid2 yanına gələrək həmin axşam saat 22 radələrində sözü gedən in zibati binanın yaxınlığında yerləşən kafedə birlikdə çörək yeyib, araq içmələri barədə razılaşdıqdan sonra araq və yemək üçün ərzaq məhsulları alıb Qudrət Əliyevə verərək təyin olunmuş vaxtda yemək hazırlamasını ona tapşırıb oradan getmişlər, həmin gün saat 22 radələrində Məhkum1 aralarındakı rol bölgüsünə uyğun olaraq Şahid2lə görüşüb kafedə yemək yeyib spirtli içki qəbul etməklə sonuncunu zərərçəkmiş hüquqi şəxsin inzibati binasını mühafizə etməməsinə nail olmuş, Məhkum2 Məhkum1 zəng edərək Şahid2 "xxxx" MMC-nin inzibati binasının ətrafında olmadığına əmin olduqdan sonra Məhkum2 yaşadığı evdən özü ilə seyfi qırmaq üçün dəmir ling, elektrik naqillərini kəsmək üçün kəlbətin götürüb, əl izlərinin qalmaması üçün əlinə əlcək geyinərək "xxxx" MMC-nin mərkəzi ofisinin arxa tərəfinə gəlib, söyüd ağacına çıxaraq oradan anbarın damına düşüb, anbarın damı ilə irəliləyib "xxxx" MMC-nin mərkəzi ofisinin damına keçərək, balaca nəfəslikdən daxil olaraq hüquqi şəxsin icraçı direktoru Nümayəndə qonaq otağına keçərək eyvana açılan qapını açıb təhlükəsizlik kameralarına düşməmək üçün ofisin xəzinə otağına gedən elektrik naqilini kəlbətin vasitəsilə kəsərək, xəzinə otağında olan “UPS”-in, yəni müvəqqəti elektrik qidalandırıcı aparatın siqnalının sönməsini gözlədikdən sonra hüquqi şəxsin xəzinə otağına keçib, "xxxx" MMC-nin inzibati binasınının 2-ci mərtəbəsində yerləşən saxlanc yeri olan dəmir seyfin qapısını ling vasitəsilə qıraraq açıb, oradan 85.185,81 manat, 2.856 manat ekvivalentində 1.680 ABŞ dollarını, 206,69 manat ekvivalentində 100 avronu, 116,50 manat ekvivalentində 5.000 rus rub lunu götürüb ofisə daxil olduğu yerdən çıxaraq onu kafedə gözləyən Məhkum1 yanına gedərək həmin puldan 41,111 manat və 1680 ABŞ dollarını, cəmi 43967 manat pul vəsaitini ona vermiş, qalan 5000 rus rublunu, 100 Avronu və 44075,5 manatı, cəmi 44398 manat pulu özünə götürməklə zərər çəkmiş şəxs "xxxx" MMC-yə məxsus manata ekvivalentləri nəzərə alınmaqla 88.365 manat külli miqdarda pulu oğurlamaqla gizli olaraq talamışlar. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsindən həmin Məcəllənin 194.2-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası həddində cəza t əyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum1 Məhkum2 ilə birlikdə oğurluq etməmiş, onun Vaqifin oğurluq etməsindən məlumatı olmamışdır. Yalnız Məhkum2oğurluğu başa çatdırdıqdan sonra onun oğurladığı pul vəsaitini gizlətmiş, başqa sözlə oğurluq olduğunu bilə-bilə pul vəsaitini əldə edib saxlamış, sonradan həmin pul vəsaitini polis əməkdaşlarına təqdim etmişdir. Məhkum1 oğurluq etmək üçün Məhkum2 ilə əlbir olmamış, onunla birlikdə oğurluq cinayətini törətməmişdir. İlkinin əvvəlcədən Vaqifin oğurluq etməsində məlumatı olmamışdır. Zərərçəkmiş hüquqi şəxsin "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və mülki iddian ın tam təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, təqsirləndirilən şəxslər tərəfindən dəymiş maddi ziyan tam şəkildə ödənilməmişdir. Həmçinin, iş üzrə 45.280 manat maddi ziyanın və itirilmiş faydaya görə 21.734 manat pulun, cəmi 67.014 manat mülki iddianın təmin edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi mülki iddianı qismən, yəni 44.398 manatın tutulması barədə mülki iddianı təmin etmiş, apelyasiya instansiyası məhkəməsi də həmin hökmü dəyişdirilmədən saxlamışdır. Ona görə də verdikləri mülki iddianın tam həcmdə təmin edilməsini xahiş edir. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apelyasiya ba xışına təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi bildirir ki, təqsirləndirilən şəxslər tərəfindən "xxxx" MMC-nin kassasından oğurlanmış pulun məbləğinin müəyyən edilməsi məqsədilə həmin şirkətin maliyyə sənədlərinin götürülməsinə dair həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışlarında vəsatət qaldırılsa da, məhkəmələr tərəfindən vəsatəti təmin olunmamışdır. Müdafiəçinin fikrincə, təqsirləndirilən şəxslərin əməlinin tövsifi üçün həmin sənədlərin götürülməsi və oğurlanmış pulun məbləğinin dəqiqləşdirilməsi zəruri idi. Ona görə də hesab edir ki, apelyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkumların müdafiəçiləri tə rəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçiləri İ.Sadıqovun və F.Rüstəmovun, məhkumların müdafiəçiləri tərəfindən və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsindən həmin Məcəllənin 194.2-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Zərərçəkmiş hüquqi şəxsin "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində verilmiş mülki iddianın tam təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apelyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 177.3-cü maddəsində görə “Bu Məcəllənin 177.1 və ya 177.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 177.3.2. külli miqdarda ziyan vurm aqla törədildikdə — beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda kon kret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəld iyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkum1 və Məhkum2 müdafiəçiləri tərəfindən verilmiş şikayətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Məhkum1 və Məhkum2 əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146- cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş əda lətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum1 və Məhkum2 əməllərini Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan is tifadə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayəti törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum1 və Məhkum2 qeyd edilmiş cinayət əməllərinin törədilməsində özlərini qismən təqsirli bilsələr də, şahidlər Nümayəndə, Şahid1, Şahid2 və Şahid4 ifadələri, “baxış aparılması” haqqında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli protokollar, “telefon danışıqlarına baxış keçirilməsi haqqında” xx. xx.2021-ci il tarixli protokol, xx.xx.2020-ci il tarixdə çap edilmiş "xxxx" MMC-nin “kassa hərəkəti raportu”, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi, habelə toplanmış digər sübutlarla məhkumların təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası hesa b edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum1 və Məhkum2 əməllərində CM-in 177.3.2-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum1 və Məhkum2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəz anın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alıb onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 Abadulla oğlu və Məhkum2 barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, həmçinin Məhkum1 himayəsində üç azyaşlı uşağının olmasını və cinayət nəticəsində vurulmuş ziyanın qismən ödənilməsini, Məhkum2 himayəsində iki azyaşlı uşağının olmasını cəzalarını yüngülləşdirən hal kimi, cəzalarını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstə rilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum1 elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiya sı zərərçəkmiş hüquqi şəxsin "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini təhlil edərək qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin-mülki iddiaçının ("xxxx" MMC-nin) nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxslərə qarşı verdiyi "xxxx" MMC-yə vurulmuş 45.280 manat maddi ziyan və itirilmiş fayda 21,734 manat olmaqla, cəmi 67014 manat məbləğində mülki iddia vermişdir. CPM-in 181-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəx sə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. CPM-in 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsini əks etdirir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) tərəfindən zərərçəkmiş hüquqi şəxsə məxsus 88.365 manat talanmış, sonradan həmin məbləğin 43.967 manatı, yəni hər birindən 22.199 (iyirmi iki min) 199 (yüz doğsan doqquz) manat pul vəsaiti olmaqla tutulub ödənilmişdir. Lakin itirilmiş faydanı sübut edən hər hansı bir dəlil, sənəd təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə məhkumlar Məhkum1 və Məhkum2 barəsində apelyasiya instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respubli kası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2022-ci il tarixli qərarı məhkumların müdafiəçiləri və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar