Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1429/2024 27.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 234.1-cü maddəsi ilə təqsirli bilinərək məhku m edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 1(103)-1562/2023 nömrəli hökümündən Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları:
1. Məhkum xx xxxxxx 1977-ci il tarixində Masallı rayonunun Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Masa llı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır.
2. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, Məhkum istintaqa məlum olmayan mənbədən “Bəhram” adlı İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşından istintaqla müəyyən olunmayan şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,880 qram qəhvəyi rəngli maddə olub kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini 300 manata əldə edib üzərində saxlamaqla daşımış və 14 mart 2022-ci il tarixdə, saat 19:10-da ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edərkən Yasamal RPİ-nin Cinayət Axtarışı şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin inzibati bina sına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,880 qram olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X3 (sədrlik edən), X7 və X1 ibarət məhkəmə tərkibində) 13 iyun 2023-cü il tarixli, 1(101)-196/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, onun barəsində seçilmiş “həbs” q ətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-196/2023 nömrəli hökmünün ləğv edilməsini, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X10 və X4 ibarət məhkəmə tərkibində) 23 noyabr 2023-cü il tarixli, 1(103)1562/2023 nömrəli hökümü ilə apellyasiya protestin in qismən təmin edilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-196/2023 nömrəli hökmünün ləğv edilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməsi, ona həmin maddə ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2022-ci il tarixdən tutulduğu 02 (iki) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər həbsdə saxlanıldığı 1 (bir) il 2 (iki) ay 27 (iyir mi yeddi) gün, ümumilikdə 1 (bir) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətin həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 3 (üç) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum məhkəmə iclas zalından dərhal həbs edilməsi, cəzasının əvvəlinin 23 noyabr 2023-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması müəyyən edilmiş, hökümlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri həll edilmişdir.
6. Bakı Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 1(103)-1562/2023 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən isə kassasiya şikayəti vermişdir. İİ. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına və cinayət işi materiallarında olan sübutlara istinadlar edərək qeyd etmişdir ki, məhkəmələr əsassız olaraq Məhkum CM-in 234.4.3-cü maddəsi ilə olan əməlini Məhkum münasibətdə CM-in 234.1-ci maddəsinə tövsif etmişdir. Belə ki, məhkəmələrin gəldiyi bu nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Məhkumun üzərindən aşkar edilmiş narkotik vasitənin külli miqdarda olması onun həmin narkotik vasitən i satış məqsədi ilə əldə edib saxlamasına dəlalət edir.
8. Bununla da, Bakı Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökmünün kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 23 noyabr 2023-cü il tarixli, 1(103)-1562/2023 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
9. Qərardan eyni zamanda Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək, kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan bir sıra sübutlara və çoxsaylı qanunvericilik normalarına istinadlar edərək, məhkumun əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə təqsirli bilinməsi üçün cinayət işi materiallarında heç bir sübutun mövcud olmamasına istinad edərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 1(103)-1562/2023 nömrəli qərarının ləğv edilməsini və məhkuma təqsirlil iyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair yekun məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir.
10. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi mə sələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
17. Məhkum müdafiəçisi kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən əsassız olaraq hüquqlarını müdafiə etdiyi şəxs barəsində ittihamedici hökm çıxarıldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, onun barəsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında kassasiya tələblərini Azərbayca n Respublikası CPM-in 416.1.3, 416.1.6 və 416.1.22-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
18. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və Məhkum müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 1(103)-1562/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Məhkəmə kollegiyası ilkin olaraq dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə münasibətdə bildiri r ki, cinayət işinin materiallarına əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən “Bəhram” adlı İran İslam Respublikası vətəndaşından istintaqla müəyyən olunmayan şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,880 qram qəhvəyi rəngli maddə olub kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini 300 manata əldə edib üzərində saxlamaqla daşımış və 14 mart 2022-ci il tarixdə, saat 19:10-da ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edərkən Yasamal RPİ-nin Cinayət Axtarışı şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,880 qram olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
20. İbtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihama münasibətdə apellyasiya instansiya məhkəməsi verilmiş apellyasiya protesti əsasında qismən məhkəmə istintaqı keçirməklə əldə edilmiş sübutları cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə tədqiq edib müvafiq araşdırma apararaq qeyd etmişdir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilməmişdir. Yəni CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham apellyasiya instansiya məhkəməsi tərəfindən əsassız hesab edilərək, onun hər hansı şəxsə narkotik vasitə satmasının heç bir halla təsdiq edilməməsi qənaətinə gəlinmişdi r.
21. Kassasiya məhkəməsi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən və qismən məhkəmə istintaqı keçirilməklə apellyasiya icraatı zamanı iş üzrə əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verib, cinayət işi üzrə mövcud şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi qənaətinə gəlinməsi, daha dəqiqi Məhkum əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsif edilməsi üçün sübutların kifayət etməməsi nəticəsinə gəlməsi qanuni və əsaslı olmuşdur.
22. Kollegiya, apellyasiya instansiyası məhkəməsi tərəfindən AR CM-in 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsi üçün yetərli olmadığından təkzib edilən, bununla yanaşı kassasiya protestinin dəlilləri qismində göstərilən, məhkumun ibtidai istintaq və məhkəm istintaqı zamanı verilmiş ifa dələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə münasibətdə qeyd edir ki, həmin sübutların məhkumun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi nəticəsinə gəlmək üçün yetərli hesab edilməməsinə dair apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir.
23. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
24. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əl amətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
25. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və c inayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
27. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
28. Apellyasiya instansiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.
29. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
30. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
31. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş mə hkumun CM-in 234.1-ci maddəsi ilə barəsində bəraət hökmü çıxarılmasına dair kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi CM-in 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Məhkum barəsində bəraət hökmü çıxarmış, həmin nəticədən narazı qalan dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsasında qismən məhkəmə istintaqı keçirməklə aparılan apellyasiya icraatı zamanı əldə edilmiş və həmçinin cinayət işi materiallarında olan sübutları əlaqəli şəkildə tədqiq edən apellyasiya instansiya məhkəməsi sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqinə dair məsələləri hərtərəfli, tam və obyektiv araşdıraraq, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
32. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı s übutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin yekun hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi, həmçinin birinci instansiya məhkəməsində məhkəmə icraatı zamanı verdiyi ifadələri, həmçinin şahid ifadələri, «şəxsi axtarış aparılması və götürmə» haqqında 14 mart 2022-ci il tarixli protokol, məhkəmə-kimyəvi ekspe rtizasının 15 mart 2022-ci il tarixli, 6/1498 nömrəli rəy, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
33. Adı çəkilən və digər sübutlar apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmənin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şik ayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.
34. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə bəraət verilməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci madd əsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
36. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 1(103)-1562/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 1(103)-1562/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.