Məhkəmə qərarları › İş №1(102)-143/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-143/2019

06.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-143/2019 06.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 143/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "06" mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Təqsirləndirilən şəxs Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə Azərbaycan Respubl ikası CM-nin 150.2.1, 150.2.3 və 182.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2017-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Bərxudarov Zaur Saməddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 fevral 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Süleymanov Elxan Xasay oğlu, hakimlər Məmmədov Şirvan İbrahim oğlu (məruzəçi) və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) xx xxxx 1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Mingəçevir şəhəri, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə təqsirləndirildiyi cinayətlərin törədilməsinə aidiyyəti olmaması sübut edildiyi üçün Təqsirləndirilən şəxs bəraət verilmişdir. Həmin hökmlə həmçinin X11 da təqsirli bilinib məhkum olunmuşdur. İŞİN HALLARİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 fevral 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ona görə ki, o, dostu X11 ilə qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb etmişdir. Belə ki, X11 02 dekabr 2015-ci il tarixdə, saat 16 radələrində Zər ərçəkmiş şəxs mobil telefonuna zəng edib onu öz anası ilə tanış etmək adı ilə aldadıb özünün yaşadığı Mingəçevir şəhəri, ünvan 2 ünvanında yerləşən 4 nömrəli evin 4 nömrəli mənzilinə dəvət etmişdir. Təqsirləndirilən şəxs isə sevdiyi X14 adlı qızla birlikdə onun yaşadığı mənzilə gəlmişdir. O, onları valideynlərinin yataq otağında yerləşdirib, Zərərçəkmiş şəxsın gəlişini gözləmişdir. Zərərçəkmiş şəxs onun təklifi ilə yaşadığı ünvana gəldiyi zaman, onu qarşılayıb qonaq otağına aparmışdır. O, həmin vaxt qonşu otaqda olan Təqsirləndirilən şəxs və X14ni həmin otağa çağırıb Zərərçəkmiş şəxsın ona xəyanət etdiyini onun üzünə qarşı deyib bunu sonuncuya sübut etməyə çalışmışdır. Təqsirləndirilən şəxs isə X14nin ona xəyanət etdiyini bildirmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxsa, Təqsirləndirilən şəxs isə X14yə bir-iki sillə vurmuşdur. Sonra bu cütlük otaqdan çıxıb əvvəl olduqları otağa qayıtmışlar. Təqsirləndirilən şəxs otağı tərk edərkən X7 ona Zərərçəkmiş şəxsla cinsi əlaqədə olacağını bildirmişdir. Təqsirləndirilən şəxs isə onun bu sözlərinə heç bir reaksiya vermədən otaqdan çıxmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxsı özünün yataq otağına aparmış və sonuncudan onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı tələb etmişdir. Lakin Zərərçəkmiş şəxs bundan imtina etdiyi üçün o, sonuncuya qarşı zor tətbiq edərək onu əli ilə vurmuş, sonra isə onun əynindəki yaşıl rəngli yun jaketini çıxardıb onun dizlərini yerə qoymuş, kürəyini isə kravata söykəyib yarımçılpaq vəziyyətdə onun başından tutaraq saçını yolmuş və şalvarının qarşısını açıb, öz cinsiyyət orqanını çıxardıb sonuncunun ağız ətrafı nahiyəsinə sürtmüş, habelə ağız boşluğuna yeridərək onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. O, zərərçəkmiş şəxsə qarşı bu hərəkətləri edən zaman dostu Təqsirləndirilən şəxs həmin otağa daxil olub zərərçəkmiş şəxsin etirazına baxmayaraq özünə məxsus “Samsung” markalı, “SM-G530H” modelli mobil telefon vasitəsi ilə qarşılaşdığı mənzərənin videogörüntüsünü çəkib telefonun yaddaşında saxlamışdır. Təqsirləndirilən şəxs elə həmin gün axşam saat 1900 radələrində istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək onun barəsində həmin rüsvayedici məlumatları (görüntüləri) X7lə birlikdə yayacaqları ilə hədələyib, bu videogörünt ülərin məhv edilməsinin qarşılığında sonuncudan hədə-qorxu ilə əvvəlcə 300 manat, sonrakı günlərdə isə 500 manat məbləğində pul tələb etmişdir. Lakin Zərərçəkmiş şəxs ondan tələb olunan pul məbləğini təşkil edə bilmədiyi üçün onlar sonuncuya 10 dekabr 2015-ci il, saat 1600-dək möhlət vermişlər. Nəhayət, onlar 10 dekabr 2015-ci il tarixdə Мingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Mingəçevir şəhəri, ünvan 1 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs təklif etdiyi 200 manat məbləğdə pulu onları qane etməməsi səbəbindən götürməkdən imtina etdikləri zaman cinayət başında yaxalanmışlar. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iş ə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu,hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə) 28 aprel 2017-ci il tarixli hökmü ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 fevral 2017-ci il tarixli hökmü X7ə CM-in 150.2.1, 150.2.3 və 182.2.1-ci maddələri ilə verilmiş ittihamdan CM-nin 150.2.1ci maddəsinin ittihamdan xaric edilməsi, Təqsirləndirilən şəxs isə CM-nin 150.2.1, 150.2.3 və 182.2.1-ci maddələri ilə verilmiş ittihamlardan CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə bəraət verilməsinə dair hissələrində ləğv edilmiş, X11 CM-nin 150.2.1, 150.2.3 və 182.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə 06 il müddətə, CM-nin 182.2.1-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən, X7ə təyin olunmuş cəzalar qismən toplanılmaqla, onun üzərində qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs CM-nin 150.2.1, 150.2.3 və 182.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə 05 il müddətə, CM-nin 182.2.1-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, apelyasiya protesti və apelyasiya şikayətinə münasibətdə hökm qаlаn hissədə dəyişdirilmədən saxlanılmış, apelyasiya protesti təmin edilmiş, apelyаsiyа şikаyəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2017-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Bərxudarov Zaur Saməddin oğlu kassasiya şikayəti verərək, Təqsirləndirilən şəxs CM-nin 150.2.1, 150.2.3-cü maddələri ilə bəarət verilməsini, CM-nin 182.2.1-ci maddəsi isə ona CM-nin 62-ci maddəsi tətbiq edilməklə sanksiyada nəzərdə tutulan cəzanın aşağı hissəsindən də aşağı həddə cəza verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Bərxudarov Zaur Saməddin oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş Zərərçəkmi ş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi istər ibtidai istintaq və istərsə də məhkəmə istintaqında öz təsdiqini tapmamış, işin faktiki halları onu göstərir ki, Təqsirləndirilən şəxs bu cinayətdə nəinki birgə icraçı deyil, həm də təşkilatçı, təhrikçi və ya köməkçi qismində onun iştirakı istisna olunur. Belə ki, zərərçəkmiş şəxs onun deyil, məhz X7in təşəbbüsü ilə sonuncunun yaşadığı mənzilə çağırılmış, Təqsirləndirilən şəxs isə yalnız istifadəsində olan mobil telefon vasitəsi ilə X11 tərəfindən Zərərçəkmiş şəxs qarşı edilən seksual xarakterli zorakılıq hərəkətlərinin həmin anda video görüntüsünü çəkmişdir. Bundan başqa, o, X7i zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməyə təhrik etməmiş, eləcə də ona heç bir kömək etməmişdir. Özü isə belə bir ni yyətdə olmamışdır. Onun şəxsi niyyəti varlanmaq üçün gələcəkdə həmin video materialdan istifadə edib zərərçəkmiş şəxsdən hədə- qorxu ilə pul tələb etməyə yönəlmişdir. Cinayət işində hər iki təqsirləndirilən şəxsin vahid qəsdi ilə əhatə olunan və onların birgə icraçılığı ilə törədilmiş əməli isə yalnız hədə-qorxu ilə tələb etmə cinayətdir. Cinayət Qanunvericiliyi motivlərin müxtəlifliyini nəzərə alıb sivil cəmiyyətdə qəddarlıq aşılayan və insanda ikrah hissi oyadan yalnız bəzi niyyətləri cəzanı ağırlaşdıran hallar kimi müəyyən etmişdir. Cinayətlərin qisas, tamah və ya sair alçaq niyyətlərlə törədilməsi bu qəlibdəndir. Bəzi hallarda isə təqsirkarın şəxsi niyyəti cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuşdur. “Xuliqanlıq niyyəti ilə adam öldürmə”, ” Milli, irqi, dini ədavət və ya düşmən şilik niyyəti ilə adam öldürmə”, “ümumi təhlükə üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma”, “Vəzifə saxtakarlığı”,” torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı”, “Özgənin uşağını dəyişdirmə” və “Övladlığa götürmə sirrini yayma” kimi cinayətlər kateqoriyaya aiddir. Başqa şəxsin tərəfindən törədilən cinayət əməlinə heç bir aidiyyəti olmayan şəxsin hadisə anında təqsirkarın yanında olması, o cümlədən zərərçəkmiş şəxsə qarşı həmin cinayətin obyektiv cəhətlərini özündə ehtiva etməyən başqa hərəkətlər etməsi, həmçinin bəslədiyi psixi münasibət, yəni onun təqsirkarla həmrəy olması, həmin hadisəni təqdir etməsi, qəlbən alqışlaması, özünün xeyrinə yozması, doğrurduğu nəticələrdən öz maraqları üçün sui-istifadə etmək istəyində olması və sair sonuncunun həmin cinayətdə b irgə icraçı kimi iştirakı demək deyil. Bu və ya buna bənzər hallarda şəxs birgə icraçılığa görə cinayət məsuliyyəti daşıya bilər ki, o, konkret cinayəti bilavasitə törətmiş olsun və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etsin. Cinayət ortağının niyyətində qabaqcadan xəbərdar olsa da, lakin ona qurşanmayan və sonuncunun törətdiyi cinayətdə heç bir rol oynamayan və bilavasitə iştirak etməyən şəxs birgə icraçılığa görə cinayət məsuliyyəti daşıya bilməz. Həmçinin şikayətdə göstərilmişdir ki, CPM-nin 42.1 və 42.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsinə onun aidiyyəti olmadıqda bəraət hökmü çıxarılır. Cinayət işinin materiallarından da aydın olur ki, Zərərçəkmiş şəxs eləcəd ə onun qanuni nümayəndəsinin X3 Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığı onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi istənilmişdir. Bu hal Dövlət Notariat Kontorunun təsdiqlənmiş möhürü ilə tərtib olunan ərizədə öz əksini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi əmələ görə cəza təyin edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət işində cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə olmadığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almamışdır. Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir, uzun müddətdir ki, göz qişalarında olan sağalmaz xəstəliklərdə əziyyət çəkir, əlildir, ailənin yeganə övladıdır, atası vəfat etmişdir, dializ xəstəsi olan anası ilə birlikdə yaşayırdı. Bu səbəbdən də onun barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə CM-nin 182.2.1-ci maddəsində nəzərdə tutulan cəzanın aşağı həddindən də, aşağı həddə cəzanın verilməsi mümkündür. Qeyd olunanlara nəzərə alaraq müdafiə tərəfi Təqsirləndirilən şəxs CM-nin 150.2.1, 150.2.3-cü maddələri ilə bəarət verilməsini, CM-nin 182.2.1-ci maddəsi isə ona CM-nin 62-ci maddəsi tətbiq edilməklə sanksiyada nəzərdə tutulan cəzanın aşağı hissəsindən də aşağı həddə cəza verilməsinə dair qərar qəbul edilməsinixahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin kassasiya şikayətinin t əmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2017-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tə ləblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlləri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 150.2.1, 150.2.3 və 182.2.1-ci maddələri ilə nəzərdə tutulmuş c inayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün apellyasiya məhkəməsi tərəfindən düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi ittihamın tam sübuta yetirildiyi qənaətinə gələrkən özünün bu mövqeyini işin faktiki hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin hökmündə qeyd olunan məsələlərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “... Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəf li, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X7 münasibət saxladığı 17.03.2000-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs başqa şəxslərlə əlaqə saxladığını eşitdikdən sonra ondan qisas almaq üçün tanıdığı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməklə, həmin hərəkətləri mobil telefon vasitəsi ilə videogörüntüyə almağı və həmin görüntüləri yaymamağa görə Zərərçəkmiş şəxs pul tələb etməyi əvvəlcədən danışıb razılaşdırmış və bu niyyətini həyata keçirməkdən ötrü 02 dekabr 2015-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs anası ilə tanış etmək adı ilə aldadıb özünün yaşadığı Mingəçevir şəhə ri, ünvan 2 ünvanında, 4 nömrəli evin 4 nömrəli mənzilinə dəvət etdikdən sonra Təqsirləndirilən şəxs ilə aralarında olan razılığa əsasən mənzilin yataq otağında Zərərçəkmiş şəxs əynindəki koftanı çıxarıb, yarımçılpaq vəziyyətdə başından tutub saçını yolmaqla və şalvarının qarşısını açıb cinsiyyət orqanını çıxararaq Zərərçəkmiş şəxs ağız ətrafı nahiyəsinə, habelə ağız boşluğuna zorla sürtüb yeridərək aşkar surətdə yetkinlik yaşına çatmadığını bildiyi Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, habelə aralarında olan razılaşmaya əsasən onun etdiyi zorakı hərəkətləri Təqsirləndirilən şəxs özünə məxsus Samsung markalı SM-G530H modelli mobil telefon vasitəsi ilə videogörüntüyə alıb, həmin telefonun yaddaşında saxladıqdan sonra 2015-ci ilin dekabır ayının 02dən 10-dək olan müddət ərzində Zərərçəkmiş şəxs barədə olan həmin rüsvayedici məlumatları (görüntüləri) yayacağı ilə hədələyib, qeyd olunan görüntülərin məhv edilməsi müqabilində Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs 500 manat məbləğində pulu hədə-qorxu ilə tələb etməklə X7 və Təqsirləndirilən şəxs CM-in 150.2.1, 150.2.3 və 182.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən şəxslər X11, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şаhidlər X9, X13, X12, X17, X14 və X7 ibtidai istintaq, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə və işdə olan digər sübutlara əsaslanmışdır. Məhkəmə kollegiyası tədqiq edilmiş sübutlara əsasən, belə qənaətə gəlir ki, istintaq orqanı təqsir ləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs əməllərini CM-in 150.2.1, 150.2.3 və 182.2.1-ci maddələri ilə tövsif etməklə onların əməllərinə düzgün hüquqi qiymət vermiş, lakin birinci instansiya məhkəməsi X7ə qarşı irəli sürülmüş ümumi ittihamlardan CM-in 150.2.1-ci maddəsinin xaric edilməsi, Təqsirləndirilən şəxs isə CM-in 150.2.1 və 150.2.3-cü maddələri ilə təqsirləndirildiyi cinayətlərin törədilməsinə aidiyyəti olmaması sübut edildiyi üçün ona bəraət verməkdə səhvə yol vermişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşa bilmir və hesab edir ki, apelyasiya protesti əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmi ş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi istər ibtidai istintaq və istərsə də məhkəmə istintaqında öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs bu cinayətdə nəinki birgə icraçı deyil, həm də təşkilatçı, təhrikçi və ya köməkçi qismində iştirak etməmiş, zərərçəkmiş şəxs onun deyil, məhz X7in təşəbbüsü ilə sonuncunun yaşadığı mənzilə çağırılmış, Təqsirləndirilən şəxs isə yalnız istifadəsində olan mobil telefon vasitəsi ilə X11 tərəfindən Zərərçəkmiş şəxs qarşı edilən seksual xarakterli zorakılıq hərəkətlərinin həmin anda video görüntüsünü çəkmiş, o, X7i zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməyə təhrik etməmiş, eləcə də ona heç bir kömək etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun gəlmədiyi üçün mə hkəmə kollegiyası apelyasiya protestinin dəlilləri ilə razılaşmaya bilmir. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs X7 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi əməllərə görə özünü təqsirli bilmiş, ibtidai istintaqın sonunda özünü verilmiş ittihamlar üzrə təqsirli bilməmiş, birinci instansiya məhkəməsində isə verilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilmiş, digər Təqsirləndirilən şəxs isə ümumiyyətlə, özünü təqsirli bilməmişdir. Ancaq cinayət işinin materiallarında olan və mötəbərliyinə heç bir şübhə olmayan sübutların məcmusu ilə təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs CM-in 150.2.1, 150.2.3 və 182.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri tam şəkildə sübuta yetirilmi şdir. CPM-in 124.1-ci maddəsinə görə, məhkəmənin və cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-in 124.2-ci maddəsinə əsasən, şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar və digər sənədlər sübut hesab olunur... Təqsirləndirilən şəxs X7 ibtidai istintaqın əvvəlində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində işin hallarına uyğun ifadələr verərək Zərərçəkmiş şəxs xəyanət etdiyi üçün ondan qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı evə dəvət edib onunla cinsi əlaqədə olması barədə dostu Təqsirləndirilən şəxs bildirdiyini, Təqsirləndirilən şəxsın da Zərərçəkmiş şəxs əmisi qızı X14nı da həmin ünvana dəvət etdiyini, həmin ünvanda hər ikisinin Zərərçəkmiş şəxs və X14nın pozğun olduqlarını bildirdiklərini, hətta bununla bağlı hərəsinin Zərərçəkmiş şəxs və X14ya bir iki sillə vurduqlarını, aralarında olan razılığa əsasən o, Zərərçəkmiş şəxs başqa otağa aparıb ona qarşı seksual hərəkətlər edərkən öskürərək Təqsirləndirilən şəxsa işarə edib Təqsirləndirilən şəxsın həmin otağa daxil olub həmin anın video çəkilişini aparmasını, daha sonra həmin video görüntülərdən istifadə etməklə Zərərçəkmiş şəxsdan əvvəlcə 300 manat, daha sonra 500 manat pul istədiklərini bildirmiş, lakin istintaq zamanı sonrakı ifadələrində özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs könüllü olaraq onun cinsiyyət orqanını ağzına götürdüyünü, sadəcə olaraq Təqsirləndirilən şəxs çəkiliş apardığına görə ağladığını, Zərərçəkmiş şəxs pul istəmədiklər ini, Zərərçəkmiş şəxsın özünün həmin görüntülərin yayılmaması müqabilində onlara pul təklif etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ziddiyyətli, işin halları ilə tamamilə uyğun olmayan ifadələr verərək Zərərçəkmiş şəxs ona xəyanət etdiyini sübut etmək üçün evinə dəvət etdiyini, lakin Zərərçəkmiş şəxs qarşı seksual hərəkətlər edəcəyini Təqsirləndirilən şəxsa mənzildə olarkən dediyini, Zərərçəkmiş şəxs könüllü olaraq onun cinsiyyət orqanını ağzına götürdüyünü, sadəcə olaraq Təqsirləndirilən şəxs çəkiliş apardığına görə ağladığını, Zərərçəkmiş şəxs pul istəmədiklərini, Zərərçəkmiş şəxsın özünün həmin görüntülərin yayılmaması müqabilində onlara pul təklif etdiyini bildirməklə obyektiv gerçəklik görünütüsünü yaratmağa çalışmışdır... Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübu tları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və birbiri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib belə qənaətə gəlir ki, qeyd olunan video görüntülərdə müşahidə olunan hallar təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və ilk dəfə təqsirləndirilən şəxs qismində verdikləri ifadələrdə və zərərçəkmişin ibtidai istintaq və məhkəmədə verdiyi ifadədə göstərdiyi hallarla üst-üstə düşür və bir-birini tamamlayır, təqsirləndirilən şəxslərin ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmədə verdikləri ifadələrdə göstərdikləri xüsusatların isə yalan olması və obyektiv gerçəkliyi əks etdirməməsi müəyyən olunur. Tədqiq edilən sübutlar və işin faktiki halları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxs X7 Zərərçəkmiş şəxs başqa şəxslərlə əlaqə saxlayıb görüşdüyünü, xüsusi ilə də dostu Təqsirləndirilən şəxs ilə görüşdüyünü Təqsirləndirilən şəxsdan öyrəndikdən sonra bunu Zərərçəkmiş şəxsa sübut etmək və ondan qisas almaq məqsədilə Təqsirləndirilən şəxs ilə qabaqcadan razılaşıb Zərərçəkmiş şəxs əmisi qızı X14nı və Zərərçəkmiş şəxsın özünü yaşadığı evə dəvət etmiş, orada Təqsirləndirilən şəxs əvvəlcə video çəkiliş apararaq Zərərçəkmiş şəxs əvvəllər onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmiş, X7 bunu bir daha eşitdikdən sonra Zərərçəkmiş şəxsnın saçından tutaraq onu təhqir etməyə başlamış, daha sonra o da öz növbəsində Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq üçün Zərərçəkmiş şəxs digər otağa aparmış, köməksiz və gücsüz vəziyyətdə olan Zərərçəkmiş ş əxs əynindəki paltarları çıxarıb öz cinsiyyət orqanını onun ağız nahiyəsinə zorla yeritmək istəyərkən Zərərçəkmiş şəxs müqavimət göstərdiyini və ağladığını eşidən Təqsirləndirilən şəxs plana uyğun olaraq telefonunun videokamerasını işə salıb həmin otağa daxil olub video çəkiliş aparmağa davam etmiş, Zərərçəkmiş şəxs ağladığını və əlləri ilə üzünü örtdüyünü görüb əvvəlcə Zərərçəkmiş şəxsın adını, anasının adını, oxuduğu məktəbin ünvanını səsləndirmiş, lakin bu azmış kimi daha sonra əlləri ilə Zərərçəkmiş şəxsın əllərini üzündən çəkməsini istəmiş, lakin Zərərçəkmiş şəxs ağlayaraq etiraz etmiş, bundan sonra X7in qardaşının gəlib onları belə vəziyyətdə görməməsi üçün Zərərçəkmiş şəxs X7in cinsi orqanını ağız nahiyəsinə götürməyi tələb etmiş, bundan sonra X7 daha da hiddətlənib Zərərçəkmiş şəxs bustqalterini dartışdırıb çıxarmağa cəhd etmiş və Təqsirləndirilən şəxs köməkliyi və dəstəyi ilə cinsi orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna yeritməyə nail olmuş, bununla da X7 və Təqsirləndirilən şəxs birgə fəaliyyətlə törətdikləri vahid niyyətlə əhatə olunan və vahid nəticəyə istiqamətlənmiş əməllərinin ictimai təhlükəliliyini, faktiki hallarını, baş verəcək nəticəsini arzu etmiş və şüurlu surətdə buna yol vermişlər. Həmin hadisəni Təqsirləndirilən şəxs özünə məxsus “Samsung” markalı “SM-G530H” modelli mobil telefon vasitəsi ilə videogörüntüyə alıb, həmin telefonun yaddaşında saxladıqdan sonra 2015-ci ilin dekabr ayının 02-dən dekabr ayının 10-u tarixinədək olan müddət ərzində Zərərçəkmiş şəxs barəsində həmin rüsvayedici məlumatları (görüntüləri) yayacağı ilə hədələyib, qeyd olunan g örüntülərin məhv edilməsi müqabilində Təqsirləndirilən şəxs ilə birlikdə sonuncudan 500 manat məbləğdə pulu hədə-qorxu ilə tələb etmişlər. CM-in 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. İştirakçılığın obyektiv əlamətlərinə cinayətin hər bir iştirakçısının hərəkətinin digər iştirakçının edəcəyi hərəkətə kömək etməsi, bütün iştirakçıların hərəkətinin vahid nəticəyə doğru istiqamətlənməsi, iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması, subyektiv əlamətlərinə hər bir iştirakçının yol verdiyi hərəkətin ictimai təhlükəliliyini dərk etməsi, belə fəaliyyətdə iştirak edən ən azı ikinci şə xsin də əməlinin kriminal xarakterinin dərk edilməsi, baş verəcək ictimai təhlükəli nəticəni, onun faktiki hallarının bütün iştirakçılar tərəfindən dərk edilməsi, hər bir iştirakçının birgə fəaliyyətdə törədəcəyi əməli arzu etməsi, hər bir iştirakçının baş verəcək nəticəni arzu etməsi kimi ünsürlər daxildir. İşdən görünür ki, X7in zərərçəkmiş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olması Təqsirləndirilən şəxs əlindəki mobil telefonun video kamerası ilə çəkiliş apara-apara, şəxsiyyətini aşağılayan tərzdə Zərərçəkmiş şəxs əvvəllər onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirdikdən sonra baş vermiş, X7 zərərçəkmişi digər otağa aparıb ona qarşı seksual xarakterli hərəkətlər edərkən Təqsirləndirilən şəxs zərərçəkmişin əmisi qızı X14nın başqa otaqda qalmasını tapşırıb, çölə çıxmasına icazə verməməklə X7in niyyətini yerinə yetirməsinə əvvəlcə şərait yaratmış, daha sonra özü də həmin prosesə qoşularaq əlindəki telefonun videokamerası yanılı vəziyyətdə Zərərçəkmiş şəxs üzünü örtdüyü əllərini açmağa cəhd etmiş, daha sonra isə Zərərçəkmiş şəxs X7in cinsi orqanını ağız nahiyəsinə almağı tələb etməklə, onsuzda ağır psixoloji vəziyyətdə olan zərərçəkmişə psixi zor tətbiq etməklə vahid nəticəyə doğru istiqamətlənmiş hərəkətə yol vermiş, məhz onun psixoloji təsiri və təkidindən sonra X7 daha da hiddətlənib zərərçəkmişin əynində olan bustqalteri dartışdıraraq çıxarmaq istəmiş, seksual xarakterli zorakılıq hərəkətlərini davam etdirmiş, lakin zərərçəkmiş ağlayaraq buna etiraz etmişdir. Hətta X14 ilə Zərərçəkmiş şəxs mənzildən çıxıb g etdikdən sonra onların Kür çayının sahilindəki parka doğru getdiklərini görüb Zərərçəkmiş şəxsın özünə qəsd edib çaya ata biləcəyindən qorxaraq Təqsirləndirilən şəxs və X7 birlikdə onların dalınca gedib onlardan evlərinə getməyi tələb etmişlər. Bütün bunlar hər iki təqsirləndirilən şəxsin yol verdikləri hərəkətin ictimai təhlükəliliyini, əməllərinin kriminal xarakterini, baş verəcək ictimai təhlükəli nəticəni, onun faktiki hallarını dərk etmələrini, birgə fəaliyyətdə törətdikləri əməli, baş verəcək nəticəni arzu etmələrini deməyə əsas verir. Lakin birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq yuxarıda şərh olunan sübutları düzgün qiymətləndirməyərək yalnız təqsirləndirilən şəxslərin özlərini müdafiə etmək üçün törətdikləri əməlləri təkzib edən ifadələri mötəbər sübut kimi qəbul e tmiş, sübutların məcmusuna və işin faktiki hallarına əhəmiyyət verməyərək təqsirləndirilən şəxslərin CMin 150-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində qabaqcadan əlbirliklərinin təsdiq olunmaması kimi yanlış qənaətə gəlmişdir. CPM-in 144-cü maddəsində göstərilir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir (CPM-in 145.1-ci madd əsi). Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.2-ci maddəsi). «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.12.1996-cı il tarixli 3 nömrəli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalı, həmçinin məhkəmə hökmü mülahizələrə əsaslanmamalıdır. Hökm iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs ibtida i istintaq zamanı şübhəli və ilkin təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində göstərdikləri işin halları ilə zərərçəkmişin ifadəsi və videogörüntülərlə uyğunluq təşkil edən və tamamlanan xüsusatları qəbul etməməsinin motivlərini hökmdə əsaslandırmamış, təqsirləndirilən şəxslərin hədə-qorxu ilə tələb etmə ittihamları üzrə verdikləri ifadələrində göstərdikləri hallara (video görüntülərin yayılmamasına görə zərərçəkmişdən pul tələb etməmişlər, pulu onlara zərərçəkmişin özü təklif etmişdir) belə tənqidi yanaşmamış, ümumiyyətlə iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş sübutları bir-biri ilə müqayisə edib təhlil etməyərək, sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan səhv nəticəyə gəlmiş, bu hallar isə birinci instansiya məhkəməsinin şərh etdiyi hallarla gəldiyi nəticə arasında uyğunsuzluq olması ilə nəticələnmişdir. CPM-in 28.1-ci maddəsinə əsasən, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı mə hkəmələrin hüquqi qərarlarının ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhk əmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. CPM-in 28.4.2-ci maddəsində göstərilir ki, məhkəmə təqsirləndirilən şəxsə bəraət verən hallarla yanaşı onu ifşa edən halları da nəzərə almalıdır. Lakin birinci instansiya məhkəməsi hərtərəfli və tam araşdırma aparmayaraq maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsində bilavasitə iştirak etməklə ağır cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən kənarda qalmışdır. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası birinci instansiya məhkə məsinin təqsirləndirilən şəxslərə yüngül cəza təyin etməsi barədə apelyasiya protestinin dəlilləri ilə də razılaşmaya bilmir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi ittihamın tam şəkildə sübuta yetirildiyinə dair nəticəni işin hallarına, qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının izahlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin həmin mövqeyi iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə (Təqsirləndirilən şəxs aid olan hissədə) məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin mövqeyin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində bir sıra dəlillərə isti nad edilərək iddia olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası qanunla nəzərdə tutulmuş qaydada toplanılmış, tədqiq edilərək yoxlanılmış sübutları şikayətin həmin dəlilləri baxımından bir daha təhlil edərək vurğulayır ki, qeyd olunan maddələrlə ittiham sübuta yetirilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CM-nin 146.1-ci maddəsinin tələblərini də nəzərə alır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə ol an sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbay can Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilə bilməsinə istinad edilir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyə n ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İş materiallarından görünür ki, iş üzrə yuxarıda göstərilən normalarda nəzərdə tutulan mənada müstəsna hallar və ya məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Kassasiya şikayətində bir sıra cinayət və cinayət-prosessual qanununun normalarına, Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Plenumunun qərarının izahlarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların və izahların tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin hökmü (Təqsirləndirilən şəxs aid hissədə) əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 150.2.1, 150.2.3 və 182.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2017-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Bərxudarov Zaur Saməddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar