Məhkəmə qərarları › İş №1(102)-143/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-143/2020

05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-143/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, fərdi əməklə məşğul olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ( bundan sonra CM-in) 263-1.3 və 264-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən: A.K.Orucov, hakimlər: M.A.Bayramov və R.V.Salmanov) Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinib 0 1 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələri ilə ona təyin edilmiş cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: A.K.Abdinbəyov, hakimlər: R.K.Səfərov və Q.F.Məmmədov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü dəyişd irilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət verərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası iş materiallarını nəzərdən keçirərək, vəsatətin təmin edilməməsinə dair dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məc buri tədbirlərin tətbiq edilməsi haqqında apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı vaxtdan 18 ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsində kassasiya şikayətinin verilməsi müddətinin bərpası üçün cəmi iki hal müəyyən edilmişdir: kassasiya şikayəti vermək hüququna malik olan şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmadıqda, yaxud da həmin şəxsi vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Qanunun mənasına görə, kassasiya şikayəti verən şəxs məhkəməyə müddətin bərpası barədə vəsatət verərkən bu vəsat ətdə yuxarıda göstərilən əsaslarla kassasiya şikayəti vermək imkanından məhrum olmasını təsdiq edən sübutları göstərməklə həmin sübutları vəsatətinə əlavə etməlidir. İş materiallarından, o cümlədən məhkumun vəsatətindən məhkum barəsində qərar qəbul edildikdən sonra uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması və ya bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi görünmür. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsində qeyd edilir ki, kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Lakin vəsatətə məhkum tərəfindən hər hansı bir sənəd əlavə edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunması üçün heç bir əsas yoxdur və buna görə də, məhkumun bu haqda olan vəsatəti təmin edilməməli, kassasiya şikayətinə isə baxılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 411-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət təmin olunmasın. Qərar qətidir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar