Məhkəmə qərarları › İş №1(102)-143/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-143/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-143/2024 20.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Həsənov Fərid İzafət oğlunun, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1504/2022 nömrəli, 29 sentyabr 2022-ci i l tarixli qərarından məhkumun müdafiəçisi Həsənov Fərid İzafət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1981-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 30 sentyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 182.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 oktyabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürül müş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə ki, Məhkum özgənin xüsusilə külli miqdarda əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə tanışı X14 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə o, Zərərçəkmiş şəxs özlərini cinayətkar aləmin nüfuzlu şəxsləri kimi təqdim edərək onun “Lotu Qulu” kimi tanınmış X9 20.000.000 ABŞ dolları pul verməli olduğunu bildirərək həmin pul vəsaitinin ödənilməsini Zərərçəkmiş şəxs özü və ailə üzvlərinin sağlamlıqlarına zərər vurmaqla şəxsiyyətləri üzərində zor göstərmə hədəsi ilə 2020-ci ilin yanvar ayının əvvəllərindən 2020-ci ilin mart ayının ortalarınadək olan müddət ərzində ondan həmin məbləğdə pulu hədə-qorxu ilə tələb edərək Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etdiyi əmlakdan qeyd olunan müddət ərzində ilk dəfə 2020-ci ilin yanvar ayının əvvəlində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanın qarşısında sonuncudan şəxsən 700.000 ABŞ dolları nağd pul vəsaitini almaqla qalan pulları qeyd olunan müddət ərzində hissə-hissə olmaqla Zərərçəkmiş şəxs yaxın tanışları Şahid4 və Şahid3 vasitəsilə ona göndərdiyi 2.300.000 ABŞ dolları nağd pul vəsaitini, yəni ümumilikdə Bakı şəhərinin müxtəlif ünvanlarında həmin dövrün məzənnəsinə görə 5.100.000 manat təşkil edən 3.000.000 ABŞ dolları nağd pul vəsaitini almış və bundan başqa, 15 yanvar 2020-ci il tarixdə Bakı şəhəri 25 saylı notariat ofisində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 3.200.000 manat dəyərində 2 hektar torpaq sahəsi Zərərçəkmiş şəxs tərəfindən Məhkum verilmiş etibarnamə əsasında sonuncu tərəfindən x2in arvadı X2 adına, həmin tarixdə Bakı şəhəri 25 saylı notariat ofisində Zərərçəkmiş şəxs məxsus 1.380.800 manat dəyərində 0,863 hektar torpaq sahəsi Zərərçəkmiş şəxs atası X16 tərəfindən Şahid2 verilmiş etibarnamə əsasında sonuncu tərəfindən X2 əmisi qızı Şahid6 adına, bundan əlavə, 23 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus Çex Respublikasının Karlovi Vari şəhərində yerləşən 1.500.000 manat dəyərində 0,15 hektar torpaq sahəsini Çex Respublikasının Azərbaycan Respublikasındaki səfirliyində Zərərçəkmiş şəxs atası Rövşən Axundov tərəfindən x2in tanışı Ukrayna vətəndaşı Nataliya Balitskaya adlı şəxsin adına və həmçinin 08 fevral 2020-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat ofisində Zərərçəkmiş şəxs məxsus 450.000 manat dəyərində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 0,1183 hektar torpaq sahəsinin üzərindəki 394,8 kv.metr sahəsi olan villa tipli bağ evini Zərərçəkmiş şəxs yaxın tanışı Şahid4 tərəfindən Məhkum verilmiş etibarnamə əsasında sonuncu tərəfindən digər tanışı X1 adlarına formal olaraq alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirməklə ümumilikdə 11.630.800 manat dəyərində, yəni xüsusilə külli miqdarda özgənin əmlakını ələ keçirmişdir.

5. Bakı Ağır Cinayətlə r Məhkəməsinin 1(101)-228/2022 nömrəli, 23 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 182.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 dekabr 2020-ci il tarixdən hesablanması, mülki iddianı qismən təmin etməklə Məhkum 8.145.400 manat pulun tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, cinayət yolu ilə əldə edilmiş X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2.0 hektar torpaq sahəsi, eləcə də Məhkum məxsus Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 4 ünvanında yerləşən 42 nömrəli mənzil, ünvan 5 bağ evi, ünvan 6 ünvanında yerləşən 24 nömrəli mənzi l, ünvan 7ində yerləşən 1,21641 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və “Toyota Camry” markalı, **-EC-*** qeydiyyat nişanlı avtomobilin xüsusi müsadirə edilməklə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçiləri Məmmədov Adəm Məhərrəm oğlu və Kərimov Tural Baris oğlu apellyasiya şikayəti verib hökmün ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1504/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-228/2022 nömrəli, 23 may 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Həsənov Fərid İzafət oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilir ki, Məhkum əməllərində Azərbaycan Respublikası CM-nin 182.4-cü maddəsinin tərkib əlamətləri yoxdur. Məhkum Zərərçəkmiş şəxs əmisi oğludur, sonuncunun köməkçisi olmuş, tapşırıqlarına əsasən işlərini görmüş, eyni zamanda onlar ailəvi yaxın olub bir-birilərinin evinə ailəliklə gedib gəlmişlər (bu fakt şahid ifadələri ilə də təsdiq edilmişdir). Zərərçəkmiş şəxs Məhkum heç bir çəkinəcəyi, qorxacağı bir hərəkəti olmamış, Məhkum heç vaxt Zərərçəkmiş ş əxs şəxsiyyəti üzərində nəinki zor göstərmək, heç belə söz və ifadələrə yol verməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs edilmiş hədəqorxulara görə x3un adamına əmlaklar verilməsində məhz Zərərçəkmiş şəxs xahişi ilə bütün proseslərdə Məhkum iştirak etmiş, bütün əmlak əməliyyatları barədə Zərərçəkmiş şəxs məlumat vermiş, onun verdiyi etibarnamə ilə etibarlı şəxs kimi hərəkət etmişdir. Bu münasibət qətiyyən Məhkum Zərərçəkmiş şəxs hansısa hədə-qorxu gəlməsi ilə əlaqədar olmamış, əksinə Zərərçəkmiş şəxs xahişi ilə düşdüyü vəziyyətdən çıxması üçün bir qohum, bir dost kimi ona köməklik etməsi barədə Məhkum etdiyi xahişin nəticəsi olmuşdur. Məhkum ümumiyyətlə Zərərçəkmiş şəxs hədə-qorxu gəlməmiş, əksinə Zərərçəkmiş şəxs xahişi ilə özünü təhlükəyə atıb əmlakların x3un adamı olan x2in və digərlərinin adına keçirilməsində etibarnamə ilə iştirak etmişdir. Məhkəmələr ittihamda göstərilən yanlış müddəaları (təşkilatçı olması, əlbirlik və s.) sübut olunmuş hesab edərək şəxsi əsassız olaraq təqsirli bilmişlər. Həmçinin, cinayət işi üzrə nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində dəfələrlə verilmiş vəsatətlərə baxmayaraq zərərçəkmiş şəxs məhkəməyə çağırılmamış, çağırıldıqda isə Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirərək məhkəməyə gəlməkdən yayınmış və dindirilməmişdir. Birincisi, hədə-qorxu ilə tələb etmə işlərində zərərçəkmiş şəxsin məhkəmədə iştirakı, ifadə verməsi, sualları cavablandırması, hədənin mahiyyəti və hədə ilə bağlı həyata keçirilmiş prosedurlar barədə obyektiv həqiqətin ortaya çıxması üçün əhəmiyyət kəsb edir. İkincisi, zərərçəkmiş şəxsi həqiqətən də Məhkum hədələmiş olsaydı gəlib məhkəmədə ifadə verər, hədə-qorxunun məzmunu və proses barədə ətraflı söyləyərdi. Məhkum heç vaxt X22 Axundovun söhbətlərində bilavasitə iştirak etməmiş, özü və ailəsinin təhlükəsizliyindən narahat olub onların işinə qarışmamış, hansısa söhbətin şahidi olmaq istəməmişdir. Zərərçəkmiş şəxs x2 vasitəsilə x3a çatdırılmalı olan bəzi əmlakların Məhkum müvvəqqəti adında qalacağını bilmişdir. Bundan başqa, Məhkum hadisədən illər öncə əldə etdiyi və ailəsinə məxsus əmlakların üzərinə əsassız olaraq həbslər qoyulmuşdur. Cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmünün nəticə hissəsində cinayət yolu ilə əldə edilmiş Məhkum məxsus əmlakların xüsusi müsadirə edilməklə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi müəyyən edilmişdir. Həmin əmlaklar cinayət yolu ilə əldə edilməmiş və hadisədən illər öncə əldə edilmişdir. Əgər Məhkum həmin əmlakları cinayət yolu ilə əldə etmiş olsaydı, onun adına yeni daşınar və daşınmaz əmlaklar olardı, ən azı bu fakt onu göstərir ki, Məhkum nəinki hədə-qorxu gəlməmiş, hədə-qorxu nəticəsində heç bir əmlak əldə etməmişdir. Əksinə Zərərçəkmiş şəxs hədə-qorxu ilə əmlak tələb edən cinayətkar qrupun əld etdiyi əmlakların kimlərin adına olmasının müəyyən edilməsində köməklik etmiş (etibarnamə ilə notarial hərəkətlərdə iştirak etdiyindən bilmişdir), istintaqa verdiyi dürüst məlumatlarla həmin daşınmaz əmlaklar Zərərçəkmiş şəxs qaytarılmışdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1504/2022 nömrəli, 29 sentyabr 20 22-ci il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Zərərçəkmiş şəxs nümayəndəsi kassasiya şikayətinə etiraz verərək bildirmişdir ki, Nadir Sələfovun dediyi adamlara çatmalı olan əmlakların bir qisminin məhz Məhkum adına rəsmiləşdirildiyi, sonuncu tərəfindən X10 vasitəçi kimi guya problemi həll edəcək şəxs kimi işə cəlb edildiyi, əmlakların bir hissəsinin x2in tanışlarının adına rəsmiləşdirildiyi və baş verən bu proseslərin ən fəal üzvü olduğu məhz onun cinayətkar dəstənin təşkilatçısı olmasını birbaşa təsdiq edir. Məhkum ifadəsini diqqətlə araşdırdıqda görünür ki, məhz o, bütün prosesləri idarə etmiş, təşkil etmiş, əlaqələndirmiş, cinayətkar niyyəti üçün lazım olan adamları tapmış, niyyətini həyata keç irmişdir. Məhkum Zərərçəkmiş şəxsla qohum və yaxın münasibətdə olmaqla onun maddi imkanlarına yaxşı bələd olmuş və ardıcıllıqla əmlakları x1 və digər dəstə üzvləri ilə birlikdə əldə etmişdir. İbtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 182.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, məhkəmə istintaqı ilə Azərbaycan Respublikası CM-nin 182.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və təqsirli olması tam sübuta yetirilmişdir. Göstərilənləri nəzərə alaraq kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1504/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Müdafiəçi kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığını, cinayət təqibini istisna edən hallar olsa da, barəsində ittiham hökmünün çıxarıldığını iddia edib xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1504/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdır manın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsas landığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

21. Vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edi lməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır (“Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 2, § 3-1, 25 dekabr 1998ci il).

22. İstinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibinin olmamasına dair kassasiya müraciətinin dəlillərini əsassız hesab edir.

23. Belə ki, müdaf iəçi kasasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığı, zərərçəkmiş şəxsə bilavasitə hədə-qorxu gəlmədiyi, sonuncunun şəxsiyyəti üzərində nəinki zor göstərmək, heç belə söz və ifadələrə yol vermədiyi, zərərçəkmiş şəxsə edilmiş hədə-qorxulara görə x3un adamına əmlaklar verilməsində məhz zərərçəkmiş şəxsin xahişi ilə bütün proseslərdə etibarnamə əsasında etibarlı şəxs kimi hərəkət etdiyi ilə əsaslandırmışdır.

24. Sadalanlara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, baxılan kassasiya şikayətində qaldırılan məsələlər daha əvvəl apellyasiya şikayətinin dəlilləri olaraq apellyasiya instansiyası məhkəməsi qarşısında irəli sürülmüş və bu dəlillərlə bağlı müvafiq araşdırma aparılmışdır. Hazırda mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutlar yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla bir daha ayrıayrılıqda və məcmu halında nəzərdən keçirilib yoxlanılmış, nəticə olaraq məhkəmə hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 182.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, şahid ifadələri, kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası, daşınmaz əmlakın alqı-satqı müqavilələri, payların alqı-satqı müqaviləsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qeydiyyata alınmış daşınmaz əmlaklar barədə məlumat ına dair məktubları, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin avtomobillərin qeydiyyatına dair məktubları, "xxxx" MMC və "xxxx" MMC tərəfindən daşınmaz əmlaklara dair məlumat məktubları, "xxxx" MMC-nin cavab məktubu, əməliyyat tapşırığına cavab məktubu, üzləşdirmə istintaq hərəkəti protokolları, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

25. Sadalanan sübutların məcmusu əsasında və baxılan kasassiya şikayətində irəli sürülən dəlillərin əksinə olaraq, Məhkum Zərərçəkmiş şəxs və sonuncunun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə tanışı X14 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumilikdə 11.630.800 manat dəyərində, yəni xüsusilə külli miqdarda əmlakını ələ keçirməsi öz təsdiqini tapmışdır.

26. Hazırda Məhkum “Lotu Qulu” kimi tanınmış X5 adamları ilə Zərərçəkmiş şəxs arasında vasitəçilik etdiyi, Zərərçəkmiş şəxs verdiyi pul vəsaitlərinin bir tərəfdən digərinə daşıma funksiyasını yerinə yetirdiyi, cinayətkar dəstənin üzvü olmadığı iddia edilsə də, cinayət işinin materiallarında olan sübutlardan görünür ki, pul vəsaiti bilavasitə Məhkum verilmiş, zərərçəkmiş şəxsə məxsus olmuş əmlaklarla bağlı aparılmış notariat hərəkətləri həqiqətdə formal olaraq bağlanmış alqı-satqı müqavilələri olmaqla bilavasitə Məhkum təşkilatçılığı və iştirakı ilə aparılmış, dostluq münasibətində olmaqla X14 onunla birlikdə hərəkət etmişdir. Qeyd edilən xüsusatlar cinayət işi üzrə istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə icraatı zamanı dindirilmiş şahidlər tərəfindən təsdiqlənmişdir.

27. Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə, şahidlərin isə məhkəməyədək və məhkəmə araşdırması zamanı verdikləri ifadələri iş üzrə toplanmış digər mötəbər və mümkün sübutlarla uzlaşdığından və qarşılıqlı olaraq öz təsdiqini tapdığından, bu ifadələr mötəbər sübut kimi qəbul edilmişlər.

28. Belə ki, şahid qismində dindirilmiş Şahid1 ifadəsində hədə-qorxu ilə ələ keçirilmiş əmlaklardan birini təşkil edən və zərərçəkmiş şəxsin atası X11 adına olmuş direktoru olduğu Çexiya Respublikasında yerləşən müəssisə, müəssisənin hesabında olan 285.000 avro və balansında olan 1400 kv.metr torpaq sahəsini Zərərçəkmiş şəxs göstərişi ilə Məhkum dediyi adamın adına keçirdiyi ni, daha sonra həmin əmlakın Məhkum tərəfindən dostu x2in sevgilisi x adına rəsmiləşdirildiyinin öyrəndiyini, sonuncu haqqında bütün məlumatları ona Məhkum verdiyini göstərmişdir.

29. Eləcə də, şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin bacısı oğlu olan Şahid2 ifadəsində dayısı zərərəçəkmiş şəxsin göstərişi ilə babası X11 onun adına etibarnamə verdiyini, həmin etibarnamə əsasında sonuncunun mülkiyyətində olan 0,86 ha torpaq sahəsin dair Dilbər adlı yaşlı bir qadınla alqı-satqı müqaviləsi bağladığını, həmin gün notariat kontoruna onu zərərçəkmiş şəxsin əmisi oğlu məhkumun sonu 200 ilə bitən dövlət qeydiyyat nişanlı avtomobillə apardığını, avtomobildə məhkumun x adlı tanışının da olduğunu, torpağı satdığı şahi adlı şəxsin xlə görüşdüyünü, alqı-satqı müqaviləsi üzrə ödənilən pulu bankdan xin götürdüyünü, bundan başqa məhkumın dayısı Eminin adından orada orta yaşlı qadınla 2 hektar torpaq sahəsinin alqı-satqısı ilə bağlı sənədləri imza etdiyini bildirmişdir. İfadəsində əlavə olaraq hadisə zamanı məhkumın üzündə məyusluq hissi olmadığını, əksinə sevindiyini, məhkumın ona sənədləri oxumağa imkan vermədiyini, imza çəkməli olduğunu dediyini göstərmişdir.

30. Bundan başqa, Şahid3 ifadəsində dayısı Eminin ona zəng etdiyini, onun göstərişi ilə bank hesabında olan 223200 manat pul vəsaitindən 100.000 ABŞ dolları pul vəsaiti düzəltdiyini, həmin pul vəsaitini 2020-ci ilin fevral ayında dayısının əmisi oğlu Məhkum verdiyini təsdiq etmişdir.

31. Daha sonra, şahid qismində dindirilmiş Şahid4 zərərçəkmiş şəxsin sürücüsü olmaqla təxminən 2020-ci ilin yanvar ayının ortasından 2020-ci ilin mart ayının ortasınadək olan müddət ərzində təxminən 4-5 dəfə Eminin tapşırığına əsasən sonuncunun dediyi işçilərdən pul vəsaitləri ilə dolu bağlamalar götürüb müxtəlif ünvanlarda Məhkum verdiyini bildirmiş, həmçinin pul bağlamada olduğundan miqdarından xəbəri olmadığını, lakin ABŞ dollarından ibarət olduğunu və külli miqdarda olduğunu bildirmişdir.

32. Şahid4, həmçinin, Zərərçəkmiş şəxs məxsus olsa da, faktiki olaraq onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən bağ evinə dair Məhkum notarial qaydada etibarnamə verdiyini, sonradan bağ evinin Məhkum tərəfindən x adlı şəxsin yaxınlarının adına sənədləşdirildiyini, lakin həmin alqı-satqıda iştirak etmədiyini və əldə olunan pulu götürmədiyini, bundan xəbərsiz olduğunu təsdiqləmişdir.

33. Şahid qismində dindiri lmiş Şahid6 ifadəsində X6 arvadı X2 əmisi qızı olduğunu, sonuncunun ərinin xahişi ilə onların dediyi torpaq sahələrini öz adına keçirdiyini, həmin vaxt ona hər hansı məbləğdə pul vəsaiti verilmədiyini, eləcə də özü heç bir pul vəsaiti köçürmədiyini, daha sonra həmin torpaq sahəsinin adından çıxarıldığını, notariat hərəkətləri aparılarkən orada xin tanışı məhkum adlı şəxsin də olduğunu bildirmişdir.

34. Şahid qismində ifadə vermiş Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu vəzifəsində işləyən Şahid7 sonuncu dəfə X10 2020-ci ilin fevral ayında Məhkumla birlikdə gördüyünü, həmin vaxt məhkumın sözlərindən xlə hansısa işlərlə məşğul olub qazanc əldə etdiklərinin ona məlum olduğu, 2020-ci ilin fevral ayında məhkumın qazandıqlarından “Audi Q8” markalı avtomobil əldə etdiyini bildirmi şdir. Daha sonra təxminən 2020-ci ilin fevral ayının sonunda X17 qəsəbəsində yerləşən torpaq sahəsinin alqı-satqısına dair razılığa gəldiyini, həmin torpaq sahəsinə görə xə 150.000 ABŞ dolları pul göndərdiyini, lakin sənədləşdirmə işləri yubandığından onun adına hər hansı başqa əmlak keçirilməsini tələb etdiyini bildirmişdir. Bundan sonra məhkum ona xlə gördüyü işlər nəticəsində Yasamal rayonu ərazisində yerləşən “Belvedere” yaşayış kompleksində 174 kv.metr və 114 kv.metr sahəsi olan mənzillər əldə etdiyini və həmin mənzili onun adına girov olaraq keçirilməsini təklif etdiyini, torpaq məsələsi alınmasa evlərin onda qalacağını demişdir. O, razılıq vermiş və 174 kv.m. sahəsi olan 385.000 manat dəyərində mənzil rəhbəri olduğu notariat ofisdə hüquq məsləhətçisi işləyən X4 adına keçirilmişdir. Sonra o, 114 kv.m. sahəsi olan mənzil başqa bir şəxsin adına keçirilmişdir. Torpağın alqı-satqısı ilə bağlı x gəlmədiyindən o, xin ondan götürdüyü pul müqabilində məhkumın idarə etdiyi “Audi Q8” markalı, **-UY-*** nömrəli avtomobili onun adına keçirmişdir. Eləcə də, 2020-ci ilin yay aylarında məhkumla Eminin arasında söz-söhbətlər yarandığını, onların tez-tez telefonla mübahisə etdiklərini görüb səbəbini məhkumdan soruşsa da, məhkum aralarında ailə problemlərinin olduğunu bildirmişdir. 2020-ci ilin avqust ayının sonunda məhkum ona Eminin onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edərək onunla xin Eminə məxsus torpaq sahələrinin, bağ evinin və külli miqdarda pul vəsaitinin ələ keçirilməsini bildirmişdir. O, m əsələyə aydınlıq gətirmək üçün xə zəng edib mübahisə etmişdir. Bu səbəbdən x onun yanına arvadı xx və oğlu xx birlikdə şahid x6 adlı qadını göndərərək Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0,86 ha torpaq sahəsini adına keçirmək istədiyini demişdir. O, razılaşıb tanışı və qeyri-rəsmi işçisi olan X13 adına torpaq sahəsinin keçirilməsini xahiş etmiş, x də razılaşmışdır. Bundan sonra şahid x6 onun arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini Akifin adına 115.000 manata almışdır. Alqı-satqı zamanı şahid x6 pulları götürmüş və onlar x uzaqlaşmışlar. Təxminən 2020-ci ilin sentyabr ayının əvvəlində məhkum ona müraciət edib x adına sənədləşdirilən mənzilin zərərçəkmişə verilməsini xahiş etmişdir. məhkum bildirmişdir ki, xin zərərçəkmişdən ələ keçirdiyi əml ak və pul vəsaitinin bir qismi əvəzində mənzili qaytarmaq istəyir. məhkum onun qohumu olduğundan razılaşmış və x xahiş etmişdir ki, adında olan mənzili məhkumun qohumunun adına keçirsin, x da dediyi kimi etmişdir. Sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsi Zərərçəkmiş şəxs cinayət yolu ilə əldə olunmuş, bu səbəbdən həmin torpaq sahəsini onun sahibi Zərərçəkmiş şəxs qaytarmaq istəyir. 2020-ci ilin dekabr ayının sonunda isə adına olan “Audi Q8” markalı avtomobili 70.000 ABŞ dollarına Pərviz adlı şəxsə satmışdır.

35. Bundan başqa, X6 övladı olan X18 ibtidai istintaq dövründə şahid qismində dindirilərkən verdiyi ifadəsində 2020-ci ilədək ailəsinin maddi vəziyyətinin yaxşı olmadığını, lakin 2020-ci ilin yanvar ayından etibarən maddi vəziyyətlərinin yaxşılaşdığını, əvvəlcə Bakı şəhərində 2 otaqlı mənzil, sonra ona yeni “Lexus UX-200” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin alındığını, eyni ilin yay ayında Bakı şəhəri Şağan qəsəbəsində villa tipli bağ evində dincəldiklərini, həmin bağın atasının dostu olan Mətin adlı şəxsin aldığını bildirmişdir.

36. Göründüyü kimi, şahidlərin ifadələrində bildirdikləri xüsusatlar cinayət işinin materiallarında olan digər sübutlarla uzlaşdığından, bu ifadələr Zərərçəkmiş şəxs məxsus əmlakların ələ keçirilməsi ilə bağlı bağlanmış alqı-satqı müqavilələrinin formal xarakter daşımaqla əslində zərərçəkmişin əmlaklarının hədə-qorxu nəticəsində ələ keçirilməsinə yönəlməsi, Məhkum və tanışı X6 həmin hərəkətləri məhz bu istiqamətdə birgə etmələrinə dair işin faktiki hallarının düzgün müəyyən edilməsinə imkan yaratmaqla, Məhkum ona itti ham edilən cinayətlərin törədilməsində təqsirini birmənalı təsdiqləyir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində Zərərçəkmiş şəxs nə birinci, nə də ki apellyasiya instansiyası məhkəmələrində dəfələrlə buna dair vəsatətlərin verilməsinə baxmayaraq məhkəməyə çağırılmadığı, çağırıldıqda isə müxtəlif bəhanələr gətirməklə məhkəməyə gəlməkdən yayındığı, nəticədə onun dindirilmədiyi vurğulanır.

38. Kassasiya şikayətinin bu hissəsi ilə bağlı qeyd edilir ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı prosessual qaydalara uyğun olaraq dindirilmiş, onun təqsirləndirilən şəxslə üzləşdirilməsi keçirilmişdir. Məhkəmə icraatı zamanı zərərçəkmiş nümayəndə ilə təmsil olunmuş, elektron poçt vasitəsilə məhkəmələrə ərizə ilə müraciət edərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq e tdiyini, Rusiya Federasiyasında olmaqla işləri ilə əlaqədar Bakı şəhərinə məhkəmə iclaslarına gələ bilmədiyini bildirib məhkəmə iclaslarının onun iştirakı olmadan (nümayəndəsinin iştirakı ilə) keçirilməsini xahiş etmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 87.6.11 və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir.

40. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi nin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir.

41. Eyni Məcəllənin 87.6.21-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin nümayəndəyə malik olmaq hüququ vardır.

42. Azərbaycan Respublikası CPM-nin 87.8-ci maddəsinə görə isə zərərçəkmiş şəxs şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.

43. Baxılan işin materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində bilavasitə iştirak etməsə də, nümayəndəsi vasitəsilə təmsil olunduğundan, məhkəmələr proses iştirakçılarının fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayə t təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etdiyindən, zərərçəkmiş şəxsin şəxsin iştirakı olmadan onun ibtidai istintaq dövründə verdiyi ifadəsini və həmin ifadəsini təsdiq etdiyinə dair ərizəsini, eləcə də nümayəndəsi vasitəsi ilə təmsil olunduğunu nəzərə alaraq, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmiş, bununla hər hansı maddi-prosessual hüquq normasının pozuntusuna yol verməmişlər.

44. Məhkumun cinayət hadisəsi törədiləndən əvvəl əldə edilən, yaxud ailəsinə məxsus əmlakların üzərinə əsassız olaraq həbs qoyulması və xüsusi müsadirə edilməsi barədə müdafiəçisinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin zərərçə kmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı xüsusi müsadirənin tətbiqi edilməsinə dair hüquqi mövqeyi əsaslı olmuşdur.

45. Belə ki, birinci instansiya məhkəməsinin hökmündə müvafiq məsələnin həll edilməsi nəticəsində xüsusi müsadirə edilən əmlakların siyahısında cinayət yolu ilə əldə edilmiş X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2.0 hektar torpaq sahəsi ilə yanaşı, Məhkum məxsus Bx ünvanında nömrəli mənzil, ünvan 5 bağ evi, ünvan 6 ünvanında yerləşən 24 nömrəli mənzil, Salyan rayonu, Xalac kəndində yerləşən 1,21641 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və “Toyota Camry” markalı, **-EC-*** qeydiyyat nişanlı avtomobilin xüsusi müsadirə edilməklə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi qərara alınmışdır.

46. Məhkəmə kolle giyası xatırladır ki, Azərbaycan Respublikası CM-nin 99-3.1 və 993.2-ci maddələrində təsbit edilən qaydaya görə, müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir.

47. Hazırki cinayət işinin materialları və qəbul edilmiş məhkəmə qərarları istinad edilən maddi cinayət-hüquqi normaların tələ bləri ilə müqayisəli şəkildə təhlil edildikdə müəyyən edilir ki, Məhkum qarşı verilmiş ittihama əsasən o, cinayət nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 11.630.800 manat dəyərində, yəni xüsusilə külli miqdarda əmlakını hədə-qorxu ilə ələ keçirmişdir.

48. Birinci instansiyası məhkəməsi tərəfindən xüsusi müsadirə tətbiq edilərək, əmlakın qanuni sahibinə vurulmuş ziyanın ilk növbədə cinayət yolu ilə əldə edilmiş əmlak hesabına ödənilməsi qərara alınmış, lakin həmin əmlak zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyindən, müsadirənin məhkumun mülkiyyətində olan və üzərinə həbs qoyulmuş digər əmlaklarının hesabına ödənilməsi üçün sözügedən əmlaklara yönəldilməsi qərara alınmışdır. Bununla da cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməsinə dair xüsus i müsadirə məsələsinin həlli ilə bağlı qanunvericiliyin tələblərinə uyğun düzgün nəticəyə gəlinmişdir.

49. Beləliklə, birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 182.4-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respu blikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

50. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

51. Yuxarıda göstərilənlərə əlavə olaraq məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərin ə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normaların tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

52. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

53. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hes ab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1504/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Həsənov Fərid İzafət oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1504/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar