Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1430/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 1(106)-372/2020 nömrəli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 13 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətlərində olan, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, 2-ci qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 20 fevral 2020-ci il tarixli ittiham aktı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, 17 noyabr 2019-cu il tarixdə İran İslam Respublikasının Bi ləsuvar şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, tərkibindəki metadon narkotik vasitəsinin təsiredici madəsinin ümumi miqdarı 1,930 qram təşkil edən 44 metadon həbi və həb qırıntıları, külli miqdarda 3,526 qram metamfetamin psixotrop maddəsi və 0,190 qram heroin narkotik vasitəsi əldə etmiş, saxlamış, ayrı-ayrılıqda 0,092 qram və 0,098 qram olmaqla, heroin narkotik vasitəsini 2 bükümdə, ayrı-ayrılıqda 0,210 qram, 0,545 qram, 2,771 qram olmaqla metamfetamin psixotrop maddəsini 3 bükümdə, tərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsinin ümumi miqdarı 0,170 qram təşkil edən həb qırıntılarını 1 bükümdə, ayrı-ayrılıqda 10 həb, 12 həb, 19 həb və 3 həb olmaqla tərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsi nin ümumi miqdarı 1,760 qram təşkil edən metadon həblərini 4 bükümdə qablaşdırıb 1 bağlamada yerləşdirərək malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə daxili orqanı düz bağırsağında gizlədərək saxlamış, daşımış və həmin tarixdə saat 19 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasınin gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir.
4. Biləsuvar Rayon Məhkəməsinin 1(022)-46/2020 nömrəli, 11 mart 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə növündə cəzanın müəyyən edilm əsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin başlanğıcının 17 noyabr 2019-cu il tarixdən hesablanması hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.
5. Hökmdən məhkum olunmuş şəxs Məhkum apelyasiya şikayəti verərək, yüngülləşdirici halları nəzərə almaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini, yaxud Azərbaycan Respublikası CM-nin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi barədə qərar qəbul olunmasnı xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təyin edilmiş cəza onun şəxsiyyətinə, işin hallarına, səhhətinə və ailə şəraitinə uyğun olmamış, yüngülləşdirici hallar lazımi qaydada nəzərə alınmamışdı r. O, əməlini səmimi etiraf etmiş, istintaqın gedişinə mane olmamış, verdiyi ifadələrlə istintaqa fəal köməklik etmiş, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamış, iş üzrə ağırlaşdırıcı hallar müəyyən olunmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, himayəsində 3 azyaşlı uşağının olması nəzərər alınmamışdır. İkinci qrup əlil olmaqla, bir çox xəstəlikdən əziyyət çəkir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 1(106)-372/2020 nömrəli qərarı ilə apelyasiya şikayəti qismən təmin olunmuş, Biləsuvar Rayon Məhkəməsinin 1(022)-46/2020 nömrəli, 11 mart 2020-ci il tarixli hökmü apelyasiya şikayətinə əsasən dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqd an məhrum etmə cəzasının müddəti 3 (üç) il 3 (üç) aya endirilmiş və Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəza Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, birinci instansiya məhkəməsinin hökmü apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. X2 Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 1(106)372/2020 nömrəli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı ayrılıqda kassasiya şikayətləri vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
8. Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkum eyni dəlilləri təkrarlamaqla onun cəzasının azaldılmasını, Müdafiəçi isə məhkuma azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sü butlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində kassasiya koll egiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
14. Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərində cəzanın ağır olması mübahisə edilir və ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum və müdafiəçisi məhkuma daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud d əyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi Müdafiəçi kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2020ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkə mə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
17. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bi lsin.
18. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum daha yüngül cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası işdə cəzanı yüngülləşdirən hallar, cinayətin törədilməsi halları, təqsirkarın şəxsiyyəti, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsi və himayəsində olan 3 azyaşlı uşağının həyat şəraitinə təsiri baxımından sərtliyinə görə ədalətsiz cəza olmuşdur. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətini 3 (üç) il 3 (üç) aya endirmiş, Azərbaycan Respublikası CM-nin 66.2- ci maddəsinə əsasən həmin cəzanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Məhkum qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Belə cəza qanunla müəyyən edilmiş məqsədlərə xidmət edən qanuni cəza olmaqla, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərin ə tam riayət edir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
20. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
21. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum oğlunun və müdafiəçisi Müdafiəçi kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi Müdafiəçi kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 1(106)-372/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.