Məhkəmə qərarları › İş №1(102)-1430/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1430/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1430/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov X3 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üz rə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə) 22 fevral 2022-ci il tarixli hökmü ilə xx.xx.1991-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Mahmudlu-3 kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilmiş, cəzasını c iddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 27 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət tərkibdə) 12 may 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəmə sinin 22 fevral 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, cinayət işi üzrə Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, ğlu satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlay araq daşımışdır. Belə ki, Məhkum 27 iyul 2021-ci il tarixdə istintaqa məlum olmayan vaxtda, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi qəbiristanlığı deyilən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlayaraq daşımış, 27 iyul 2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK deyilən yaşayış ərazisində Binəqədi RPİ-nin 4-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 191 ünvanda yerləşən Binəqədi RPİ-nin 4-ci polis şöbəsinə gətirilmiş, orada üstünə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ağ rəngli kağız bükümə bükülmüş içərisində külli miqdarda təmiz çəkisi 5,712 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində göstərilmişdir ki, Apellyasiya məhkəməsi qərarında, cinayət işinin materiallarında olan biri digəri ilə ayrılmaz surətdə bağlı olan və iş üçün əhəmiyyətli sayılan sənədləri bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməyərək düzgün hüquqi qiymət verməmiş, nəticədə Məhkum Ruzgar oğlunun əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkum aşkar edilmiş narkotik vasitə heroin olmaqla 5.7 qram təşkil etmişdir ki, bu da külli miqdardan 3 dəfəyə yaxın çoxdur. Məhkəmə, Məhkum məhkəmədə verdiyi özünü müdafiə xarakterli ifadəsini əsas götürərək üzərindən çıxan narkotik vasitənin külli miqdarda olmasına baxmayaraq həmin halları digər sübutların məcmusu üzrə düzgün qiymətləndirməmiş, sonda da işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Cinayət işinin materialları ilə sübuta yetirilmişdir ki, təqsirləndirlən şəxs Məhkum satış məqsədilə qanunsuz olaraq iki bükümdə külli miqdarda narkotik vasitə heroinı istintaqa məlum olmayan şəxsdən alıb əldə edərək, üzərində saxlamaqla daşımış və keçirilmiş əməliyyat tədbirlərin nəticəsində saxalanılaraq üzərinə keçirilən baxış zamanı həmin narkotik vasitə ondan aşkar edilərək götürülmüşdür. Narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onu satış məqsədilə əldə etməsi, hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, narkotik vasitə və psixotrop maddənin hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum Rıizgar oğlunun istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə heroınin külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Cinayət işinin materiallarından da göründüyü kimi Məhkum Ruzgar oğlunun üzərindən aşkar edilmiş narkotik vasitə heroin külli miqdarda olmuş, məhkəmə sonuncunun işləmədiyi və əlavə gəlir mənbəyinin olmadığı halda maddi və narkotikə olan tələbatını hansı yolla təmin etdiyini də araşdırmadan yalnız təqsirləndirilən şəxsin özlinü müdafiə xarakterli ifadəsinə əsaslanaraq düzgün olmay an nəticəyə gəlmişdir. Dövlət ittihamçısı kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 15 may 2022-ci il tarixli qərarının ləğv olunması və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, ibtidai istintaq bilərəkdən və məqsədyönlü şəkildə saxtalaşdırılmış, təqsirləndirilən şəxs Məhkum əməlinə düzgün hüquqi qiymət verilməmişdir. İstintaq materiallarında buraxılmış bir sıra kobud pozuntular birinci instansiya məhkəməsinin diqqətindən yayınmış, təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuş və məhkəmə yekun aktında qeyd edəcəyi bir s ıra xüsusatlara qiymət verməmiş, bu isə o deməkdir ki, məhkəmənin gəldiyi nəticə işin bütün faktiki halları ilə açıq-aşkar uyğunsuzluq təşkil edir. Təqsirləndirilən şəxsin həm İbtidai istintaq, həmdə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrindən, şahid qismində dindirilmiş Binəqədi RPŞ-nin əməkdaşlarının ifadələrindən, əməliyyat axtarış tədbirləri zamanı əldə olunmuş məlumatlardan, üzərindən aşkar edilərək götürülmüş Nokia markalı mobil telefona keçirilmiş baxışdan və cinayət işi materiallarında olan digər mötəbər və təkzibedilməz sübutların məcmusu ilə təsdiq edilmişdir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin tərkib əlamətləri yoxdur və Bakı Apellyasiya məhkəməsi haqlı olaraq onun əməlini həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Lakin ona yüksək həddə cəza təyin etməklə qanunvericiliyin tələblərin pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum edilmiş şəxslərə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və məhkumun şəxsiyyətinə açıq-aşkar uyğun olmamaqla ədalətsiz cəzadır. Məhkum Ruzgar oğlunun yaşayış yeri üzrə müsbət xarakterizə olması, himayəsində ahıl yaşlı anasının olması, ailəni dolandıracaq tək şəxs olması, ittiham olunduğu əmələ görə uzun müddətdir ki, həbsdə olması, ağırlaşdırıcı halların olmaması nəzərə almamışdır. Hesab edir ki, məhkum edilmiş şəxslərə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə onun islah olunması mümkündür. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2022-ci il t arixli qərarının cəza təyin edlməsi hissəsində dəyişdirərək, məhkum edilmiş şəxs Məhkum azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması və kassasiya protestinin təmin olunmaması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması və kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, ka ssasiya şikayəti və kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən mə sələ Məhkum törətdiyi cinayət əməlinin əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-i n 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də c inayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-cü maddəsinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmi şdir ki, o, əvvəllər, yəni 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrum edilmiş, 2013-cü ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 06 ilə endirilmiş, Azərbaycan Respublikası Prezidentinn 17 mart2016-cı il tarixli Əfv fərmanı ilə cəzadan azad edilmişdir. O, xx xxxxxx 1991 -ci ildə Füzuli rayonunda anadan olmuş, subaydır, Bakı şəhəri, Binəqədi qəsəbəsi DSK deyilən ərazidə anası ilə birlikdə kirayədə yaşamışdır. O, kakos deyilən narkotik vasitə olan heroinin istifadəçisidir və onu 27 iyul 2021-ci il tarixdə səhər saat 11-də anası işdə olduğu zaman DSK-da yaşadığı evə 7-8 nəfər mülki geyimli polis əməkdaşları gəlmişlər. Həmin vaxt o, şortik maykada olmuşdur. Heroin isə m asanın üzərində idi. Ona təklif etmişlər ki, paltarını geyinsin. Polis əməkdaşları masanın üzərində olan balaca kağız parçasındakı heroini də götürüb onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparmışlar. Həmin heroini 10 manata Oqtay adlı şəxsdən Binəqədi qəsəbəsində əldə etmişdir. Şöbədə isə üzərinə baxış keçirilən zamanı guya ondan 5 qramdan artıq narkotik vasitə aşkar edildiyini sənədləşdirmişlər. Onda isə cəmi 0,1 qram heroin olardı. Həmin heroin də evdə masanın üzərində idi. Şöbədə üzərinə baxış kameraya alınsa da orada olanları təsdiq etmir, çünki orada 5 qramdan yuxarı heroinin ona məxsus olmasını demişdir. Belə ki, onu arxayın etmişlər ki, onu istifadəçi kimi, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edəcəklər. Lakin ona daha ağır maddə verərək işini bu məhkəməyə göndə rmişlər. Həmçinin çəkiliş zamanı müdafiəçisi olmamışdır, müdafiəçi sonra gəlmişdir. Məhkum ibtidai istintaq zamanı da oxşar məzmunlu ifadələr vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, ona etibarlı mənbədən əməliyyat- məlumatı daxil olmuşdur ki, Xəyyam adlı Binəqədi qəsəbəsi, DSK-4 ünvanında yaşayan şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Həmin məlumatı yoxlamaq üçün 27 iyul 2021-ci il tarixdə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, ondan və Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru Şahid2 ibarət əməliy yat qrupu təşkil olunmuş, bundan sonra onlar birlikdə həmin gün saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK-4 ünvanında yerləşən Məhkum yaşadığı evin yaxınlığına gedərək həmin ünvanı müşahidə altına almışlar. Qısa müddət zamanında halhazırda məhkəmədə gördüyü Məhkum həmin ünvanın yerləşdiyi küçə ilə hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Xəyyam özünü xx xxxxxx 1991 -ci ildə Füzuli şəhərində anadan olmuş, Füzuli rayonu, Mahmudlu-3 kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK-4 ünvanda nömrəsiz evdə yaşayan Məhkum kimi təqdim etmişdir. Xəyyama narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Binəqədi R Pİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Xəyyam da buna etiraz etmədən onların maşınına minmiş və şöbəyə gəlmişdir. Orada o, Xəyyamı təhqiqatçı Malik Əhmədova təhvil vermiş, bundan sonrakı bütün prosessual hərəkətləri təhqiqatçı həyata keçirmiş, o və həmkarı Şahid2 yalnız Xəyyamın üzərinə baxışda iştirak etmişlər. Baxış videoçəkilişlə keçirilmiş, baxış zamanı təhqiqatçı Xəyyama üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmiş, Xəyyam da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş bükülünü təqdim edərək həmin bükümdəki maddənin narkotik vasitə kakos, yəni heroin olmasını, həmin heroini şəxsi istifadəsi məqsədi ilə Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi kəndində tanımadığı şəxsdən 20 manata aldığını, üzərində saxlayıb gəzdird iyini bildirmişdir. Xəyyamdan aşkar olunmuş vasitənin çəkisini xatırlamır, lakin həmin büküm ağ zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin baxışa dair protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Xəyyam tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İstər saxlanılan zaman, istərsə də şöbədə keçirilmiş prosessual hərəkətlər zamanı Xəyyama qarşı heç bir təzyiq və zor tətbiq olunmamışdır. Xəyyamın əvvəllər saxlanılmasından xəbəri yoxdur, onun sonralar axtarışda olmaqla tutulmasında iştirakı olmamışdır. Birinci instansiya məhkəməsində elan edilib araşdırılmış "şəxsi axtarış və götürmə aparılması haqqında” 27 iyul 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Binəqədi RPİ-nin 4-ci polis şöbəs inin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 4-ci polis şöbəsinə gətirilən Məhkum üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim edərək həmin bükümdəki maddənin narkotik maddə «kakos» olduğunu və Binəqədi qəsəbəsi, Binəqədi kəndində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2021-ci il tarixli, 6/3151 saylı rəyində müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №173” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd k ağız bükümdə təmiz çəkisi 5,712 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Birinci instansiya məhkəməsində elan edilib araşdırılmış məhkəmə - narkoloji ekspertizanın xx.xx.2021-ci il tarixli, 3313 saylı rəyindən müəyyən olunur ki, Məhkum opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunması, yəni onun üzərindən aşkar olunmuş n arkotik vasitənin məhz satış məqsədi ilə əldə etməsi barədə istintaq orqanının və istintaq orqanının mövqeyi ilə razılaşan birinci instansiya məhkəməsinin gəldikləri nəticələr əsassız olmaqla işin faktiki hallarına uyğun deyil. Apellyasiya instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respu blikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və ya daşıma) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum narkotik vasitəni satış məqdəsi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi narkotik vasitəni satmağa yönəldiyi sübuta yetirilməli, narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarında olan 28 iyul 2021-ci il tarixli cinayət işinin başlanması haqqında qərarında göstərilmişdir ki, Məhkum üzərinə keçirilən şəxsi axtarış zamanı məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan üzərindən 1 ədəd bükümdə təmiz çəkisi 5.712 qram narkotik vasitə olan heroin götürülmüşdür. Bundan əlavə Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş-leytenantı Emil Hacızadə 27 iyul 2021-ci il tarixdə 4-cü PŞ-nin rəisinə raportla müraciət edərək "etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatdan xx xxxxxx 1991-ci il tarixdə Füzuli rayonunun Mahmudlu-3 kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK-4 nömrəsiz fərdi tikilmiş evdə yaşayan Məhkum Bakı şəhəri, Binəqədi rayonu ərazisində üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadəsi və saxlanması barədə məlumat daxil olduğunu bildirmişdir və bu səbəbdən də onun barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Cinayət işi üzrə m üəyyən edilmiş hallardan və araşdırılan sübutların müqayisəli təhlilindən göründüyü kimi, məhkum edilmiş şəxs Məhkum narkotik vasitənin satışı ilə bağlı hər hansı niyyəti müəyyən olunmamış və ibtidai istintaq orqanı qeyd edilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf narkotik vasitənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə apellyasiya instansiy ası məhkəməsinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək hər hansı sübut növünun müəyyn edilməməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması ş əxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə Məhkum üzərindən aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə etməməsi, bu barədə ittihamın mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulması barədə əsaslı nəticəyə gəlmiş və məhkumun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan əm əlini düzgün olaraq həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsu z olaraq əldə etməsinin birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürül müş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət pr osesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkre t tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, t əqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayə t qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinay ət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsas sızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyət inə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlə rdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayət in xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onu n törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlı qlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə Məhkum təsnifatı dəyişdiyindən, onun əvvəllki məhkumluğu nəzərə alınmaqla hazırki iş üzrə əməlində ağırlaşdırıcı hal kimi cinayətlərin residivi mövcüddur. Məhkum cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinini 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı)”. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 65-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halı, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın növünün dəyişdirilməsinin islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədi ndən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərə cəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız sayaraq təyin edilən cəzanın növünün dəyişdirilməsi və ya ümumiyyətlə yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmadığını qeyd edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallar ını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti və Məhkum müdaf iəçisi Müdafiəçi2 A oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar