Məhkəmə qərarları › İş №1(102)-1431/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1431/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1431/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsinin cinayət kollegiyasın ın 18 fevral 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı Sabir oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Nizami Quliyev, hakimlər Xamməd Nuriyev və Aqil Musayevdən ibarət tərkibdə) 1(099)-169/2020 nömrəli 26 avqust 2020-ci il tarixli hökmü ilə 22 iyun 1976-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-in 206.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3-cü m addəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla, ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, 03 dekabr 2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qəsdən qanunsuz olaraq bir bükümdə qablaşdırılmış külli miqdarda, tərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsinin ümumi miqdarı 5,680 qram təşkil edən 142 metadon həbini əldə etmiş, saxla mış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında yerləşdirərək İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 04 dekabr 2019-cu il tarixdə saat 01 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük Postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Kamil Bəşirov, hakimlər Etibar Camalov və Elşad Əliyevdən ibarət tərkibdə) 1(106)134/2021 nömrəli 18 fevral 2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı Aqil Əlizadə tərəfindən verilmiş apellya siya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı S.Dövlət ittihamçısı verdiyi kassasiya protestində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı S.Dövlət ittihamçısı kassasiya protestinin dəlillərini onunla əsaslandırır ki, işin müəyyən edilmiş faktiki halları eləcə də, məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi mübahisə doğurmasa da, aşağıda şərh edilən dəlillərə əsasən məhkəmə kollegiyasının həmin qərarı əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası Məhkum aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini müdafiə edərkən onun tərəfindən törədilən CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, törətmiş olduğu CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayətlə Azərbaycan Respublikasının, dövlətin normal xarici-iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlərə zərər vurmasını, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayətlər olmasını, Məhkum tərəfində n satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitənin külli miqdarda metadondan ibarət olmaqla, bu halın öz-özlüyündə Məhkum tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, metadonun həmin narkotik vasitə üçün müəyyən edilmiş külli miqdardan 3,55 dəfədən, şəxsi istehlak miqdarından isə 284 dəfədən çox olmasını, aşkar olunmayacağı təqdirdə məhz çəkisinin külli miqdar təşkil etməsi səbəbindən satış məqsədilə əldə edilən və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilən külli miqdarda təsir maddəsinin ümumi miqdarı 5,680 qram təşkil edən 142 ədəd metadon həbini ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla yüzlərlə Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bu nunla əlaqədar baş verəcək nəticələrin ağırlığını, Məhkum tərəfindən qaçaqmalçılıqla törədilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsindən ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamış, sadalanan bütün bu halların məcmusunun sonuncuya təqsirli bilindiyi maddələrlə cinayətlərin məcmusu üzrə məhz yuxarıda həddə qəti azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əsassız və cinayət qanunvericiliyinin tələbinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrinə zidd olaraq ona 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmədən ibarət aşağı həddə cəza təyin etmişdir. Mə hkəmə kollegiyası nəzərə almamışdır ki, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olması və ilk dəfə cinayət törətməsi ona yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirən, onun tərəfindən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məqsəd və motivini, eləcə də işin digər faktiki hallarını heç də dəyişdirməməklə yanaşı həmin halların mövcudluğunu aradan qaldırmır. Bundan əlavə, məhkəmənin hökmündə istinad etdiyi yuxarıda qeyd edilən sair hallar da cinayət qanununun tələbləri baxımından yüngülləşdirici hal qismində düzgün və əsaslı şəkildə nəzərə alınmamış, haqsız olaraq Məhkum aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsində məhkəmələr tərəfindən bəhanə kimi istifadə edilmişdir. Göründüyü kimi, məhkəmənin hökmü ilə cinayətlər in məcmusu üzrə Məhkum təyin edilmiş 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmədən ibarət qəti cəza onun tərəfindən törədilən cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmadığından açıq aydın ədalətsiz olmuşdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, faktiki olaraq öz qərarı ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edil məsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər t ərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi qərarın əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək təqsirləndirilən şəxs Məhkum himayəsində azyaşlı uşağının olmasını, ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 206.2-ci maddə sinin sanksiyası (3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.3-cü maddəsinin sanksiyası (5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla, Məhkum qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası mə hkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlid irlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum təqsirli bilindiyi maddələrində müəyyən edilmiş sanksiyaların həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən məhz həmin cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə almışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmaması barədə dəlili əsaslı hesab etmir. Məhkuma təyin edilmiş cəzanın müddəti onun şəxsiyyətinə və iş üzrə müəyyən edilmiş yüngülləşdirən hallara uyğun gəlir və bu əlamətə görə həm sərtliyinə, həm də yüngüllü yünə görə açıq-aydın ədalətsiz və cinayətin ağırlığına uyğun olmayan cəza hesab oluna bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəmiyyətdən təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiya sı Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının Məhkum haqqındakı 18 fevral 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar