Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1431/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli hökmünə əsasən Məhkum2 Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2018-ci il tarixli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim X5) 18 avqust 2021ci il tarixli hökmü ilə xx.xx.1988-ci ildə Ağdam rayonu, Şişpapaqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Şişpapaqlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, məcburi köçkün şəhərciyi, bina 2, mənzil 66-da yaşamış Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü mad dələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-1130/2017 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 04 (dörd) il 11 (on bir) ay 10 (on) gün hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməsi və Məhkum2 qəti olaraq 05 (beş) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Məhkum2 cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 may 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə digər şəxs Məhkum1 da məhkum olunmuşdur. Bakı Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə X4 və X1 ibarət tərkibdə) 19 iyul 2018-ci il tarixli qərarı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli hökmü Məhkum2 barəsində onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 qabaqcadan olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, 16 avqust 2017-ci il tarixdə, saat 15 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, Yeni yaşayış Massivində yerləşən Z ərərçəkmiş şəxs yaşadığı tikiliyə qanunsuz daxil olaraq oradan ədəd 160 manat dəyərində "HP COMPAQ" markalı noutbuk, bir ədəd 300 manat dəyərində qızıl qolbaq, bir ədədi 60 manat dəyərində qızıl sırğa, bir ədəd 100 manat dəyərində samovar və 70 manat nağd pulu gizli yolla talamaqla Zərərçəkmiş şəxs 690 (altı yüz doxsan) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 27 aprel 2018-ci il tarixli qərarı ilə dəyişdirib 4 (dörd) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müəyyən etsə də, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi 18 avqust 2021-ci il tarixli hökmü ilə ona cəza tə yin edərkən nəzərə almamış və nəticədə ona artıq cəza təyin etmişdir. Məhkum kassasiya şikayətində göstərilən səhvin aradan qaldırılması barədə qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kass asiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət fakt ının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun kassasiya şikayətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəza ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-1130/2017 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin qismən birləşdirilməsi zamanı səhvə yol verilməsi göstərilmişdir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza h əm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Qanunvericiliyin tələblərindən görünür ki, cinayət törətməyə görə məhkum olunmuş şəxsin təyin edilmiş cəzanı çəkib qurtaranadək yenidən cinayət törətməsi ona hökmlərin məcmusu üzrə cəza təyin edilməsi zərurəti yaradır. Hökmlərin məcmusu üzrə cəza təyin etmə zamanı yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın yalnız çəkilməmiş hissəsi tamamilə və ya qismən birləşdirilir. CPM-in 353.4-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində digər məsələlərlə yanaşı, təqsirləndirilən şəxsə sübuta yetirilmiş hesab edilən hər bir cinayətə görə təyin edilmiş cəzanın növü və həddi; çəkilməli olan yekun cəz a tədbiri; azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün müəyyən edilmiş cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növü; cəzaçəkmə müddətinin başlanğıcı da göstərilməlidir. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmündən məhkumlar- Anar Məmmədov, Orxan Usubov, Asif Salahov və Məhkum2 qanuni nümayəndəsi Həkimxan Səfərov tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 27 aprel 2018-ci il tarixli qərarı ilə Məhkum2 qanuni nümayəndəsi Həkimxan Səfərov tərəfindən verilmiş şikayət təmin etməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmünü dəyişdirmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərb aycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzaya Bakı şəhər Yasamal rayon Məhkəməsinin 10 fevral 2016-cı il tarixli hökmü ilə Məhkum2 təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum2 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək tutularaq saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay 28 (iyirmi səkki z) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmünə əsasən Məhkum2 təyin edilmiş qəti cəzanın həddi 4 (dörd) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilmişdir. Lakin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum2 təyin edilmiş cəzaya Cinayət Məcəlləsinin CM-in 67.1-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmü ilə təyin olunmuş cəza birləşdirilərkən onun çəkilməmiş hissəsi 04 (dörd) il 11 (on bir) ay 10 (on) gün göstərilmişdir, yəni cəzanın çəkilməmiş hissəsi cəza müddətindən artıqdır. Belə ki, Bakı Ş əhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli hökmü çıxarılarkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmü ilə Məhkum2 təyin edilmiş qəti cəzanın həddinin artıq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən 27 aprel 2018-ci il tarixli qərarla dəyişdirilməsi nəzərə alınmamış, bu da məhkuma təyin edilən cəzaların CM-in 67.1-ci maddəsi ilə hökmlərin məcmusu üzrə səhv birləşdirilməsinə gətirib çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 CM-in 67.1-ci maddəsi ilə hökmlərin məcmusu üzrə cəza təyin edilməsi zamanı səhvə yol verilmiş, apellyasiya instansiyası məhkəməsi isə CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericili yin normalarına riayət edilməsini yoxlayarkən bu hala qiymət verməmiş və bununla da hökmdə təqsirləndirilən şəxsə CM-in 67.1-ci maddəsi ilə cəzaların birləşdirilməsində yol verilmiş səhvi aradan qaldırmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmuşdur, buna görə də kassasiya şikayətinin qismən təmin etməklə, Məhkum2 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2018-ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi məqsədəmüvafiqdir. Məhkumun apellyasiya şikayəti üzrə yeni apelyasiya baxışı zamanı Məhkum2 təyin edilmiş cəza müddətləri müəyyən edərkən Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinin, habelə Azərbaycan Respublikası CPM-in 353.4.2-ci maddəsinin tələblərinə riayət edilməklə yeni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum2 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1431/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1431/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver