Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1431/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi8, Məhkum1 müdafiəçisi X7, Məhkum3 müdafiəçiləri Müdafiəçi3 Cəlal oğlunun və Müdafiəçi7, zərərçəkmiş şəxsin hüquqi varisi X1 və onun nümayəndəsi Müdafiəçi6 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-127/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Müdafiəçi6 tərəfindən, Məhkum3 müdafiəçisi Müdafiəçi3 Cəlal oğlu tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxx 1980-ci il tarixdə Türkiyə Respublikası, Balıqesir şəhəri, Balya rayonu, Hacıhüseyin kəndində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası, Balıqesir şəhəri, Balya rayonu, Hacıhüseyin kəndində qeydiyyatda olmaqla Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 1i ünvanına qeydiyyat a alınıb ünvan 2 Məhkum2 xx xxxx 1976-cı il tarixdə Cəlilabad rayonunun Babalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Cəlilabad rayon İHB-nin Təklə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Babalı kəndində qeydiyyatda olmaqla yaşamışdır. Məhkum3 xx xxxx 1978-ci il tarixdə Cəlilabad rayonunun Seyidbazar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayon İHB-nin Seyidbazar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, Cəlilabad rayonunun Seyidbazar kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 31 oktyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 120.2.1, 120.2.5, 177.2.1 və 185.2.1-ci maddələri ilə, Məhkum3 Azərbaycan Respublikası CM-nin 32.4,120.2.1 və 32.4,120.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 26 noyabr 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1, Məhkum2 və Məhkum3 qızı cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Kurtoğlu X13 və Mahmudov X4 rayon İHB-nın Seyidbazar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş tanışları Məhkum3 və onun yaxın qohumlarının külli miqdarda pul borcunu n olduğu və borcunu ödəyə bilmədiyi tanışı Cəlilabad rayonunun Fərzili kənd sakini xx xxxx 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs tərəfindən borcun qaytarılması üçün təzyiq edilməsi, dəfələrlə rayon ərazisində müxtəlif yerlərdə, o cümlədən digər tanışlarına barəsində xoşagəlməz ifadələr işlətməsi səbəbindən Məhkum3 2021-ci ilin aprel ayı ərzində bir neçə dəfə Cəlilabad rayonunun ərazisində görüşərək bu barədə onlara söhbət etdikdə bunun dözülməz həddə çatdığını bildirib Zərərçəkmiş şəxs olan borcunun çox olması səbəbindən geri qaytara bilməyəcəyini söyləmiş və onları ələ alaraq tamah məqsədilə, yəni Zərərçəkmiş şəxs olan borcunu qaytarmaqdan və xoşagəlməz hərəkətlərindən yaxa qurtarmaq üçün onlara (Məhkum1na və Məhkum2) sövq etdiyi cinayətin törədilməsi qarşılığında 10.000-20.000 manat məb ləğində pul verəcəyini vəd etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qəsdən öldürmələrini və onun (Məhkum3) adının qeyd edildiyi borc dəftərçəsini götürmələrini sifariş etməsindən sonra Əflatunu sifarişlə öldürərək onda olan borc dəftərçəsini ələ keçirmək qərarına gələrək, Məhkum3 təhrik və sövq etməsi nəticəsində qabaqcadan razılaşmaqla onlar birgə 18 aprel 2021-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxslə Cəlilabad şəhərində “Bağ” deyilən ərazidə yerləşən çay evində görüşüb bir qədər söhbət etdikdən sonra Əflatunu Zeydullanın borcunun bir qismini ödəyəcəyi adı ilə Məhkum2 iş yerinə - Cəlilabad rayon İHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin həmin kəndin kənarında gediş-gəlişin az olduğu ərazidə yerləşən binasına getməyi təklif edi lib hər üçü Əflatuna məxsus “Mercedes” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin nümayəndəliyə getmiş, icra nümayəndəliyində yerləşən xidməti otaqda olarkən Zərərçəkmiş şəxs aldadıldığını başa düşdükdə onlarla mübahisə etmiş, bu zaman Məhkum1 Əflatunun sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuş, aldığı zərbələrin təsirindən Əflatun müvazinətini itirib yerə yıxılmış, bundan sonra Mehmet Ali otaqdakı dəmir aləti götürüb bir dəfə Əflatunun baş nahiyəsinə vurmaqla, daha sonra Famil həmin dəmir aləti Mehmet Alidən alıb cinayətkar niyyətlərini davam etdirib Əflatunun baş nahiyəsinə bir neçə dəfə zərbələr endirməklə sonuncuya ölümünə səbəb olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid kəllənin alın sümüyünün qəlpəli basılmış sınığı, baş beynə qansızma ilə nəticəl ənən başın əzilmiş-cırılmış yaralarından ibarət xəsarətlər yetirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs sifarişlə qəsdən öldürərək həyatdan qəsdən məhrum etmiş, daha sonra Məhkum3la razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla cinayət məsuliyyətindən yaxa qurtarmağın yollarını onlar aralarında götür-qoy edib Zərərçəkmiş şəxs meyitini gizlətmək qərarına gələrək qabaqcadan əlbir olub bu məqsədlə Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yerləşdiyi binaya gəldikləri sonuncuya məxsus “Mercedes” markalı, **- OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını və tamah motivi ilə həmin vaxt üzərində olmuş 2.600 manat pulu əynində olmuş paltarın cibindən götürüb meyiti gizlətmək niyyətlərini həyata keçirmək üçün talama məqsədi olmadan qabaqcadan əl bir olan bir qrup şəxs halında qanunsuz olaraq Zərərçəkmiş şəxs məxsus avtomobili ələ keçirib (qaçırıb) onun meyitini avtomobilin arxa oturacağına qoyduqdan sonra Sabirabad rayonunun Çiçəkli kəndi ərazisinə aparıb əkin sahələrindən keçən su kanalına atmış, daha sonra sonuncuya məxsus avtomobili Məhkum2 idarə edib Mehmet Ali ilə birlikdə Salyan rayonunun Noxudlu kəndi ərazisində yerləşən fermaların yaxınlığına gedib, avtomobildə olan əl izlərini təmizlədikdən sonra avtomobili həmin yerdə yolun kənarında saxlamış, daha sonra birlikdə Məhkum2 yaşadığı Cəlilabad rayonunun Babalı kəndində yerləşən evinə gəlib orada götürdükləri 2.600 manat pulu-özgənin əmlakını öz aralarında bölüşdürərək həmin məbləğdə pulu qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamış və qabaqcadan əlbir ola n bir qrup şəxs halında talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirmişlər (qaçırmışlar). Eyni zamanda Məhkum3 özünün və yaxın qohumlarının külli miqdarda pul borcunun olduğu və borcunu ödəyə bilmədiyi tanışı Cəlilabad rayonunun Fərzili kənd sakini xx xxxx 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs tərəfindən borcun qaytarılması üçün təzyiqlər edilməsi, dəfələrlə rayon ərazisində müxtəlif yerlərdə, o cümlədən digər tanışlarına barəsində xoşagəlməz ifadələr işlətməsi səbəbindən 2021-ci ilin aprel ayı ərzində bir neçə dəfə bu söhbətlərdən xəbərdar olan tanışları Cəlilabad rayonunun Babalı kənd sakini Məhkum2 və Türkiyə Respublikasının vətəndaşı Kurtoğlu X13 ilə Cəlilabad rayonu ərazisində görüşüb söhbət edərkən bunun dözülməz həddə çatdığını bildirib Zərərçəkmiş şəxs olan borcunun çox ol ması üçün geri qaytara bilməyəcəyini deyib, Məhkum2 və Məhkum1 ələ alaraq tamah məqsədilə, yəni Zərərçəkmiş şəxs olan borcunu qaytarmaqdan və xoşagəlməz hərəkətlərindən yaxa qurtarmaq üçün Famil və Mehmet Aliyə sövq etdiyi cinayətin törədilməsi qarşılığında 10.000-20.000 manat məbləğində pul verəcəyini vəd etməklə qabaqcadan əlbir olan bir qrup şəxsi Zərərçəkmiş şəxs qəsdən öldürmələrini və ondan adının qeyd edildiyi borc dəftərçəsini götürmələrini sifariş etmiş, vədi qəbul etmiş Məhkum2 və Məhkum1 qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə birlikdə əvvəlcədən razılaşdıqları qaydada 18 aprel 2021-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxslə Cəlilabad şəhərində “Bağ” deyilən ərazidə yerləşən çay evində görüşüb bir qədər söhbət etdikdən sonra Əflatunu Zeydullan ın borcunun bir qismini ödəyəcəyi adı ilə Məhkum2 iş yerinə-Cəlilabad rayon İHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin həmin kəndin kənarında gediş-gəlişin az olduğu ərazidə yerləşən binasına getməyi təklif etmiş, hər üçü Əflatuna məxsus “Mercedes” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin nümayəndəliyə gəlmiş, icra nümayəndəliyində yerləşən xidməti otaqda olarkən Zərərçəkmiş şəxs aldadıldığını başa düşdükdə Məhkum2 və Məhkum1 ilə mübahisə etmiş, bu zaman sonuncu Əflatunun sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuş, aldığı zərbələrin təsirindən Əflatun müvazinətini itirib yerə yıxılmış, Mehmet Ali otaqdakı dəmir aləti götürüb bir dəfə Əflatunun baş nahiyəsinə vurmaqla, daha sonra Məhkum2 həmin dəmir aləti Məhkum1 alıb cinayətkar niyyətlərini da vam etdirib Əflatunun baş nahiyəsinə bir neçə dəfə zərbələr endirməklə sonuncuya ölümünə səbəb olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid kəllənin alın sümüyünün qəlpəli basılmış sınığı, baş beynə qansızma ilə nəticələnən başın əzilmişcırılmış yaralarından ibarət xəsarətlər yetirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs sifarişlə qəsdən öldürərək həyatdan qəsdən məhrum etmiş, bununla da Məhkum3 tamah məqsədilə və sifarişlə qabaqcadan əlbir olan bir qrup şəxsi Zərərçəkmiş şəxs qəsdən öldürərək həyatdan məhrum etməyə təhrik etmişdir.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-56/2022 nömrəli, 05 noyabr 2022ci il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.5, 177.2.1 və 185.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlər i törətməkdə təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.5-ci maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası CMnin 185.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 aprel 2021-ci il tarixdən hesablanması; Məhkum2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.5, 177.2.1 və 185.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.5-ci maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası CMnin 185.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 aprel 2021-ci il tarixdən hesablanması; Məhkum3 Azərbaycan R espublikası CM-nin 32.4,120.2.1 və 32.4,120.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 aprel 2021-ci il tarixdən hesablanması; mülki iddiaçı - zərərçəkmiş şəxsin hüquqi varisi X1 mülki iddiasının qismən - maddi ziyan vurulması hissəsində 12.600 (on iki min altı yüz) manat miqdarında və mənəvi ziyan vurulması hissəsində 5.000 (beş min) manat miqdarında təmin edilməklə cəmi 17.600 (on yeddi min altı yüz) manat məbləğində pul vəsaitinin mülki cavabdehlərdən (təqsirləndirilən şəxslərdən) müştərək qaydada, yəni Məhkum1 5.866 (beş min səkkiz yüz altmış altı) manat, Məhkum2 5.866 (beş min səkkiz yüz a ltmış altı manat və Məhkum3 5.866 (beş min səkkiz yüz altmış altı manat pul vəsaitinin alınıb mülki iddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi X2 verilməsi, təqsirləndirilən şəxslər Məhkum3 və Məhkum2 cinayət hadisəsindən əvvəl Zərərçəkmiş şəxs aldıqları borc pulunun ödənilməsinə dair hissədə baxılmamış saxlanılması hökm edilmiş, həmçinin maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Müdafiəçi6 apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi, təqsirləndirilən şəxslərə ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, mülki iddianın tam həcmdə təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, təq sirləndirilən şəxslərə təyin edilmiş cəza onların törətdiyi cinayət əməlinə adekvat deyil, təqsirli bilindikləri maddənin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda onlara yüngül cəzanın təyin edilməsi başa düşülən deyildir. Həmçinin, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş mülki iddia əsassız olaraq təmin edilməmişdir.
7. Hökmdən təqsirləndirilən şəxs Məhkum3 müdafiəçisi Müdafiəçi3 Cədad oğlu da apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi, Məhkum3 əməlinin Azərbaycan Respublikası CM-nin 32.4,120.2.1 və 32.4,120.2.5-ci maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməsi, şəxsiyyəti və ailə vəziyyəti nəzərə alınmaqla ona qanunauyğun cəza təyin edilməsi, Məhkum3 aid hissədə mülki iddianın təmin edilməməsi barədə qərar çıxa rılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, 18 aprel 2021-ci il tarixdə baş vermiş hadisə barədə məlumatı olduqdan sonra 19 aprel 2021-ci il tarixdə bu barədə müvafiq orqanları məlumat vermədiyinə görə özünü təqsirli bilmişdir. Həmçinin zərərçəkmiş şəxsin Məhkum3 qarşı verdiyi mülki idddia tamamilə əsassız olduğundan təmin edilməməlidir.
8. Hökmdən həmçinin təqsirləndirilən şəxs Məhkum1 və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi5 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-127/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099) -56/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Müdafiəçi6 və Məhkum3 müdafiəçisi Müdafiəçi3 Cəlal oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Müdafiəçi6 kassasiya şikayətində məhkum edilmiş şəxslərə təyin edilmiş cəzanın yüngül olduğu, mülki iddianın əsassız olaraq tam təmin edilmədiyi iddia edilməklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-127/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi, məhkum edilmiş şəxslərə ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmçinin mülk i iddianın tam təmin edilməsi xahiş edilmişdir.
12. Məhkum3 müdafiəçisi Müdafiəçi3 Cəlal oğlu kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin Azərbaycan Respublikası CM-nin 32.4,120.2.1 və 32.4,120.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmədiyini, cinayət hadisəsi ilə əlaqəsinin olmadığını, təqsirliliyinin sübuta yetirilmədiyini iddia edərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-127/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir.
13. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansi yası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Müdafiəçi6 kassasiya şikayətində məhkum edilmiş şəxslərə təyin edilən cəzanın yüngül olduğunu, mülki iddianın əsassız olaraq tam təmin edilmədiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
19. Məhkum3 müdafiəçisi Müdafiəçi3 Cəlal oğlu oğlu kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin əməlində məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 32.4,120.2.1 və 32.4,120.2.5-ci maddəsinin tərkibinin olmadığını iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndir mişdir.
20. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-127/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəal arı nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin v ə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
22. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsi yyətinə uyğun olmalıdır.
23. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
24. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edil məsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
26. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur.
27. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzər ə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
28. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Müdafiəçi6 məhkum edilmiş şəxslərə daha ağır cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə yuxarıda təsvir edilmiş maddi cinayət-hüquqi normalara və onların şərhinə dair yanaşmanın məzmununa uyğundur. Məhkəmə məhkum edilmiş şəxslərə cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, məhkumlardan Məhkum1 himayəsində iki azyaşlı uşağın olmasını, Məhkum2 himayəsində iki yetikinlik yaşına çatmayan uşağın olmasını, Məhkum3 himayəsində iki azyaşlı uşağın olmasını onların cəzasını yüngülləşdirən hallar kimi, eyni zamanda cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alıb, haqlı olaraq təqsirli bilindiyi Cinayət Məcəlləsinin maddələrinin saksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin etməklə, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41. 2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkumlar barəsində daha ağır cəzanın təyin edilməsi üçün yetərli əsas müəyyən etmir.
29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında müvafiq əsaslandırma verməklə zərərçəkmiş şəxsin hüquqi varisinin məhkumlara qarşı verdiyi mülki iddianın maddi ziyanın və mənəvi ziyanın vurulması ilə bağlı dəlillərini cavablandırılmışdır.
30. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası CPMnin 181-ci maddələsinin tələblərinə əsaslanmaqla məhkumlar Məhkum3 və Məhkum2 cinayət hadisəsindən əvvəl zərərçəkmiş şəxsin hüquqi varisi Samrad Abdullayevin mərhum atası Zərərçəkmiş şəxs borc alması, bununla bağlı onlar arasında borc pulun ödənilməsinə dair mülki mü nasibətlərə söykənən iddianın mülki mühakimə xarakterli iddia olduğu, baxılan cinayət işi çərçivəsində həll edilməsi üçün hüquqi əsasların olmadığını qeyd etməklə həmin hissədə mülki iddia baxılmamış saxlamış, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq həmin nəticə ilə razılaşıb mülki iddianın qismən maddi ziyanın vurulması hissəsində 12.600 (on iki min altı yüz) və mənəvi ziyanın vurulması hissəsində 5.000 (beş min) manat miqdarında təmin edilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə verilmiş mülki iddia üzrə fərqli nəticəyə gəlmək üçün hər hansı əsas müəyyən etmir.
31. Məhkəmə kollegiyası həmçinin Müdafiəçi3 Cəlal oğlunun Məhkum3 əməlində Azərbaycan Respublikası CM-nin 32.4,120.2.1 və 32.4,120.2.5-ci maddələri ilə müəyyən edilən cinayətin tərkibi nin olmadığı və təqsirliliyinin sübuta yetirilmədiyi barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
32. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
33. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə is tinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən e dilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
35. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum3 əməlində Azərbaycan Respublikası CM-nin 32.4,120.2.1 və 32.4,120.2.5-ci maddələrinin tərkibinin olmaması barədə d əlilləri əsassız hesab edir.
36. Belə ki, müdafiə tərəfinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum3 Azərbaycan Respublikası CM-nin 32.4,120.2.1 və 32.4,120.2.5-ci maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətməsinin təsdiqi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, digər məhkumlar Məhkum1 və Məhkum2 ona qarşı verdikləri e tirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, baxış protokolları, üzləşdirmə protoklları, ifadənin yerində yoxlanılması protokolları, telefon danışıqlarına dair məlumat, ekspertiza rəyləri, işin araşdırılmış digər obyektiv halları, eləcə də birinci instansiya məhkəməsinin tədqiq etdiyi digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum3 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 32.4,120.2.1 və 32.4,120.2.5-ci maddələrinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə müdafiəçinin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum3 əməlində Azərbaycan Respublikası CM-nin 32.4,120.2.1 və 32.4,120.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirilndə dair qənaəti şübhə altına almaq üçün əsas görmür.
39. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, prosess iştirakçılarına müdafiəsinin əlverişli qaydada təşkil etməsi və mənafelərinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
40. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Müdafiəçi6 və Məhkum3 müdafiəçisi Müdafiəçi3 Cəlal oğlunun kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-127/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Müdafiəçi6 və Məhkum3 müdafiəçisi Müdafiəçi3 Cəlal oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-127/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.