Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1431/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1996-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qarabağlar inzibati ərazi dairəsi, Qarabağlar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 1(103)-2270/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Cəfərov Səlahəddin İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli 1(101)-1794/2024 nömrəli hökmü ilə (hakimlər: E.A.Nuriyev (sədrlik edən), A.H.Tağıyev və K.N.Muxtarov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 yanvar 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 1(103)-2270/2024 nömrəli qərarı ilə (hakimlər: A.F.İbrahimov (sədrlik edən), R.A.Qaraqurbanlı və M.Ə.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli 1(101)-1794/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhk um istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2,233 qram olan ağ rəngli kristalşəkilli maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və ümumi təmiz çəkisi 335,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib etibarnamə əsasında idarə etdiyi “Kia Pride” minik markalı **-KK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində gizlətməklə saxlayıb daşımış, Məhkum külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 14 yanvar 2024-cü il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 23:40-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3a yerləşən Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirildikdən sonra istifadəsində olan idarə etdiyi “Kia Pride” minik markalı **-KK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə özünün iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman həmin avtomobilin sağ ön oturacağın alt hissəsindən satış məqsədi olmadan əldə edib saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 335,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və üzərində metamfetamin izləri olan elektron tərəzi, həmçinin g östəricilər panelinin sağ tərəfində yerləşən saxlanc yerindən ümumi təmiz çəkisi 2,233 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam olunmasına dair qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Məhkum məhkəmə istintaqında dəfələrlə qeyd etmişdir ki, “mən BŞBPİ-nə gətirildikdən dərhal sonra Abşeron rayonu Masazır qəsəbəsində yerləşən mənzilə getmişik həmin qeyd edilən qadağan edilmiş əşyalar polis əmə kdaşları tərəfindən yaşadığım mənzilə özləri tərəfindən qoyularaq çəkilişlə götürülmüş, sonradan hansısa uyğunsuzluq ola biləcəyindən çəkinərək məni aldadaraq 15 yanvar 2024-cü il tarixində günorta radələrində inzibati binanın qarajında çəkiliş keçirmişlər”. Hökmün 5-ci səhifə, 3-cü abzasında qeyd edilmişdir ki, cinayət işi materiallarında olan 15 yanvar 2024-cü il tarixli “Avtomobilə baxış keçirilməsi və götürülmə aparılması haqqında" protokoldan, cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə yerləşən və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, həmin günü saat 00:15-də Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında Məhkum idarə etdiyi "Kia Pride minik" markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş ilə baxış aparılan zaman avtomobili n sağ ön oturacağının alt hissəsindən götürdüyü 01 ədəd göy rəngli sellofan torbanın içərisindən deməsinə görə narkotik vasitə olan qurudulmuş marixuana, göstəricilər panelinin sağ tərəfində yerləşən saxlanc yerindən götürdüyü 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisindən isə deməsinə görə patı adlanan dərman preparatları və bir ədəd elektron tərəzi aşkar edilmişdir. 15 yanvar 2024-cü il tarixdə saat 00:15 deyil, video görüntüdən və çəkiliş məkanından görünür ki, günorta vaxtları çəkilmişdir. Əgər hər bir sübutlar reallığa əsaslanırsa, nə üçün avtomobilə baxış Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında qarajda keçirilirdi? Əslində, metamfetamin külli miqdarı yaratmaq üçün qoyulmuş, bu görünən isə polis əməkdaşlarının planının tərkib hissəsidir. Hökmün 5-ci səhifə, 4cü abzası nda qeyd edilmişdir ki, cinayət işi materiallarında olan 15 yanvar 2024-cü il tarixli "Şəxsi axtarış aparılması və götürülmə haqqında" protokoldan, cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə yerləşən və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, həmin günü saat 01:50-də Bakı Şəhər Baş Polis idarəsinin inzibati binasında Məhkum üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılan zaman qanunla dövriyyəsi qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında dindirilən şahidlərdən polis əməkdaşları qeyd edirlər ki, Məhkum 14 yanvar 2024-cü il tarixdə saat 12 radələrində saxlanıldıqdan sonra avtomobil polis əməkdaşları tərəfindən idarə olunaraq BŞBBP-nə gətirilmişdir. Belə olan halda, avtomobilin açarları olan polis əməkdaşları tərəfindən avto mobilə narkotik vasitələri yerləşdirilə bilməzdimi?. Əlbəttə yerləşdirilə bilərdi və bu belə də olmuşdur. Bu dindirmədən sonra müdafiə tərəfindən vəsatət verilərək həm polis əməkdaşlarının həm də təqsirləndirilən Məhkum istifadəsində olmuş telefon nömrələrinin anten dairələrinin götürülməsinə dair qərar qəbul edilməsi xahiş olundu. Lakin məhkəmə tərəfindən vəsatət əsaslı olmasına baxmayaraq təmin edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində olan cinayət işi üzrə sübutların düzgün tədqiq olunmadığı mübahisələndirilir və Məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam olunmasına dair qərar qəbul olunması xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Resp ublikası CM-in 234.1-1-ci maddəsinə görə “Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bil ər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsini n “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını h əyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şika yətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayə t etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Belə ki, iş materiallarından görünür ki, məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş 15 yanvar 2024-cü il tarixli “Avtomobilə baxış keçirilməsi və götürülmə aparılması haqqında” protokol, 15 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış aparılması və götürülmə haqqında” protokol, DVD disk, 15 yanvar 2024-cü il tarixli 3-1616/2-7/72 nömrəli məhkəmə-bioloji ekspert izasının rəyi, 15 yanvar 2024-cü il tarixli 3-1616/2-6/229 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyi, 7 fevral 2024-cü il tarixli 1058 saylı məhkəmə-narkoloji ekspertizasının rəyi, "xxxx" MMC-dən götürülmüş telefonla aparılan danışıqlar və ötürülən məlumatlara baxış keçirmə haqqında protokol, habelə toplanmış digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları p ozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddə si ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur.” "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən "narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişd ir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir". Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 234.1-1-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) tör ədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarında göstərilmiş tövsiyələrə tam uyğundur. Məhkəmə koll egiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı say ır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edil məsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1431/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1431/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver