Məhkəmə qərarları › İş №1(102)-1432/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1432/2019

19.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1432/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib Elnur Nizami oğlu İsa-zadə Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 20 avqust 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2018-ci il tarixli hökmü ilə (hakimlər: M.Ə.Abdullayev (sədrlik edən), E.İ.Əliyev və C.C.Nəbiyevdən ibarət tərkibdə) Məhkum – 10 iyul 1976-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Cəlilabad şəhəri, ************************** qeydiyatda olan və yaşamış Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə, çəzaçəkmə müddətin in əvvəli 25 yanvar 2018-ci ildən hesablanmışdır. İşin halları: Hökmə əsasən Məhkum tamah niyyəti ilə, külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən, gömrük nəzarətindən kənar keçirmə, tamah məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma, satma cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə, tanışı şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı olan “Ş6” adlı şəxslə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gəl ərək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən naməlum şəraitdə qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilərək Biləsuvar rayonu Muğan kəndi ərazisinə gətirilərək, Biləsuvar-İran Gömrük yolunun kənarında «Muğan» plakatının yanından keçən beton arxın içərisində bir ədəd kisədə gizlədilmiş 4 (dörd) ədəd polietilen torba bağlamalarda qablaşdırılmış ümumi xalis çəkisi 8520 qram olan külli miqdarda narkotik vasitə kustar üsulla hazırlanmış tiryəki əvvəlcədən razılaşdıqları kimi cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 24 yanvar 2018-ci il tarixdə saat 23:20 radələrində taksi fəaliyyəti ilə məşğul olan X3 idarə etdiyi “Vaz 2106” markalı ** *** nömrə nişanlı avtomobil ilə həmin yerə gələrək 1 (bir) ədəd kisənin içində olmaqla gizlədilmiş yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar-İran Gömrük yolunda yaxalanaraq Biləsuvar rayon Polis Şöbəsinə gətirilmiş, 25 yanvar 2018-cı il tarixdə saat 01:15 də X3 idarə etdiyi “Vaz 2106” markalı ***** nömrə nişanlı avtomobilin sağ qabaq oturacağının ayaqaltısında Məhkum məxsus 1 (bir) ədəd kisədən həmin ümumi xalis çəkisi 8520 qram külli miqdarda narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış tiryək ayrı-ayrılıqda təmiz çəkiləri 2230,0 qram, 2090,0 qram, 2120,0 qram və 2080,0 qram olmaqla 4 ədəd yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda aşkar edilərək götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2018-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: K.S.Bəşirov (sədrlik edən və məruzəçi), İ.H.Əhmədov və K.H.Əkbərovdan ibarət tərkibdə) 20 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2018-ci il tarix li hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə ittiham edildiyi cinayət əməlinə görə qərarın təsviri hissəsində barəsidə yazılanlar işin faktiki halına uyğun deyildir. Belə ki, ona tətbiq edilmiş CM-nin 32.5,206.3.2-ci maddəsi ilə razı deyildir. Törətdiyi cinayət əməlində CM-nin 206.3.2-ci maddəsinin tərkib hissəsi yoxdur. Ona görə də həmin maddəni ittihamdan xaric etməklə, ona təyin edilmiş cəzanın yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətin in dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instans iyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı nəticələrə gəlmişdir. Məhkum kassasiya şikayətində ona tətbiq edilmiş CM-nin 32.5,206.3.2-ci maddəsi ilə razı olmadığını, törətdiyi cinayət əməlində CM-nin 206.3.2-ci maddəsinin tərkibinin olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi iclasında tədqiq olunmuş Məhkum ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, İranda Ş6 adlı tanışı vardır. Ş6 telefonda danışdığı zaman Ş6 ona narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni dediyi adama çatdıracağı halda ona 3500 manat pul verəcəyini demiş, Ş6 razılaşmışdır. 23 yanvar 2018ci il tarixdə Cəlilabad Rayon Məhkəməsinin qarşısında Biləsuvar rayon sakini İlqar adlı şəxslə tanış olmuş, İlqara İrandan göndərilən narkotik vasitəni Biləsuvar rayonu ərazisində göturməyə köməklik edəcəyi halda ona 500 manat pul verəcəyini bildirmiş, İlqar onunla razılaşmışdır. 24 yanvar 2018-ci il tarixdə saat 15 radələrində İ6 ilə görüşmüş, həmin vaxtı iranlı Ş6 ona zəng vuraraq malın bu gün Biləsuvar rayonunda olacağını demişdir. Həmin gün saat 22 radələrində Cəlilabad şəhər sakini taksi sürücüsü işləyən N6 25 manata onu Biləsuvar rayonuna aparacağına razılaşmışdır. İranlı Ş6 ona zəng etdikdən sonra N6 onu və İlqarı maşınla gələrək evlərinin qarşısından götürmüşdür. Biləsuvar şəhərinin girişində “Azpetrol”un yanında N6 avtomobili saxlamağı xahiş etmiş, maşından İlqarla düşərək kənara çəkilib iranlı Ş6lə telefonla danışmışdır. Ş6 ona narkotikin Biləsuvar gömrük yolunda Muğan kənd sözləri yazılmış plakatın yanından keçən beton kanalın içində olmağını demişdir. N6 avtomobilində Biləsuvar rayonu Muğankənd kəndi istiqamətində gedərkən “Muğan” sözü yazılmış lövhənin yanında sürücüyə avtomobili saxlatdırmış, İlqarla maşından düşərək beton arxın yanına gedərək orada bir ədəd kisədə olan narkotik vasitə-tiryəki götürüb gödəkçəsinin altında gizlətmişdir. N6 avtomobili qabaqda döndər ib əvvəlki yerində saxlamışdır. O, avtomobilin arxa sağ tərəfində əyləşmiş narkotik vasitə olan tiryəki ayağının altına qoymuş, İlqar isə avtomobilin qabaq tərəfində əyləşmişdir. Onlar Biləsuvar istiqamətinə hərəkət edərkən yol polisi işçiləri avtomobili saxlamışdır. Şöbədə hal şahidlərinin və müdafiəçinin iştirakı ilə N6 avtomobilinə baxış zamanı o, könüllü olaraq avtomobilin arxa sağ ayaq altında bir ədəd üzərində fars hərfləri yazılmış kisəni polis əməkdaşlarına təqdim edərək kisədə narkotik vasitə tiryək olmasını demiş, onu İran vətəndaşı Ş6 adlı şəxsin göndərməsini bildirmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Məhkum ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrə obyektiv qiymət verərək hesab etmişdir ki, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi işin fak tiki hallarına uyğun olduğundan sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası CM-nin 32.5-cimaddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin 206.3.2-ci maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəya n etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. Məhkum məhkəmə iclasında tədqiq olunmuş ibtidai istintaqdakı və məhkəmə iclasında ifadələrindən və digər sübutlarla müəyyən edilmiş cinayət işinin faktiki hallarından müəyyən edilir ki, onun hərəkərləri Azərbaycan Respublikası CM-nin 32.5-ci və 206.3.2-ci maddələrinin dispozisiyasında nəzərdə tutulmuş əməllərin əlamətlərinə tam uyğundur. Yəni o, tamah niyyəti ilə, külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən, gömrük nəzarətindən kənar keçirmə cinayət əməlinin törədilməsində köməkçi qismində iştirak etmişdir. Daha sonra isə tamah məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma, satma cinayət əməllərini törətmişdir. Kassasiya şikayətində məhkumun cəzasının yüngülləşdirilməsi də xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Məhkum törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi, CM-in 61-ci maddəsinə əsasən Məhkum əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə aldığını göstərmişdir. Məhkəmə Məhkum törətdiyi əməllərə görə, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq, ona təqsirl əndirildiyi maddələrin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq və cəzanın yüngülləışdirilməsi üçün başqa əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətinin təmim edilməməsi barədə nəticəyə gəlir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM -nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L İ R: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2018-ci il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar