Məhkəmə qərarları › İş №1(102)-1432/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1432/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1432/2022 02.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum1 iştirakları ilə 05 may 1978-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi qaydada rəngsaz işləmiş, əvvəllər məhkum edilməmiş, Bərdə rayonunun Alaçadırlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə, xx xxxx 1980-ci ildə Bərdə rayonunun Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, fərdi qaydada qəssab işləmiş, Bərdə rayonunun Alaçadırlı kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Mirzə yev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli hökmü ilə (hakimlər: İ.X.Həsənzadə (sədrlik edən), A.İ.Paşayev və Ə.Q.Quliyev) Məhkum2 - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 13 iyul 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum1 - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 13 iyul 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkum edilmiş şəxs Məhkum1 və onun müdafiəçisi, məhkum edilmiş şəxs Məhkum2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və V.Ə.Mursaqulov) apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxs Məhkum1 barəsində dəyişdirilmişdir. Hökmlə Məhkum1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bi r) il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti artırılaraq, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum1 həbsdə saxlanıldığı 01 (bir) il müddət azadlıqdan məhrumetmə cəzasının müddətinə bir günə bir gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, üzərində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən, Məhkum1 təyin edilmiş 01 (bir) il azadlıqdan məhrumetmə cəzasının müddəti 06 (altı) ay azaldılaraq, üzərində qəti olaraq 06 (altı) ay müddətinə azadlıqdan mə hrumetmə cəzası saxlanılmış, Məhkum1 cəzaçəkmə müddətinin əvvəlinin 08 fevral 2022-ci il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihama görə, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Məhkum1 və qohumu Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma haqqında əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 2020-ci il iyulun 12-də axşam saatlarında Tərtər rayonu ərazisində istintaqa məlum olmaya n mənbədən naməlum şəraitdə qanunsuz olaraq birgə əldə etdikləri külli miqdarda, ümumilikdə 10,689 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bərdə rayonu ərazisinə daşıyıb öz aralarında bölməklə həmin narkotik vasitənin ayrı-ayrılıqda 3,110 qram,2,753 qram və 1,702 qram təmiz çəkidə, ümumilikdə külli miqdar təşkil edən 7,565 qram təmiz çəkidəki hissəsini üç ədəd şəffaf sellofan bükümdə Məhkum1, ayrı-ayrılıqda 1,818 qram və 1,306 qram təmiz çəkidə, ümumilikdə külli miqdar təşkil edən 3,124 qram təmiz çəkidəki hissəsini iki ədəd şəffaf sellofan bükümdə Məhkum2 öz üzərlərində saxlamışlar, onların bu qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tər əfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Məhkum1 və Məhkum2 2020-ci il iyulun 13-də saat 16:30-da Bərdə rayonunun Alaçadırlı kəndinin girəcəyindəki Səməd Vurğun küçəsində yerləşən «Mürvət» yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanaraq idarənin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada göstərilən tarixdə saat 21:00-dan etibarən üzərlərində şəxsi axtarış aparılarkən qeyd edilən narkotik vasitənin Məhkum1 əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən çıxarmaqla təqdim etdiyi, ayrı-ayrılıqda 3,110 qram, 2,753 qram və 1,702 qram təmiz çəkidə, ümumilikdə külli miqdar təşkil edən 7,565 qram təmiz çəkidəki hissəsi üç ədəd şəffaf sellofan bükümdə, bunun ardınca Məhkum2 əynindəki göy rəngli cins şalvarının arxa sol yan cibindən çıxararaq təqdim etdiyi, ayrı-ayrılıqda 1,818 qram və 1,306 qram təmiz çəkidə, ümumilikdə külli miqdar təşkil edən 3,124 qram təmiz çəkidəki hissəsi iki ədəd şəffaf sellofan bükümdə aşkar edilib götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlar tam və hərtərəfli araşdırılmamış, onlara düzgün hüquqi qiymət verilməmişdir. Nəticədə təqsirləndirilən şəxs Məhkum1 əməli əsassız olaraq CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, iş üzr ə digər təqsirləndirilən şəxs Məhkum2 əməlindən isə CM-in 234.4.1-ci maddəsi xaric edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum1 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilm iş kassasiya protestində məhkumlar Məhkum1 və Məhkum2 əməllərinin tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində isə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə – beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkot ik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə s əbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırla nması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum1 ibtidai araşdırma orqanı tərəfin dən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmiş, digər təqsirləndirilən şəxs Məhkum2 əməlindən isə CM-in 234.4.1-ci maddəsini xaric etmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum1 ona Azərbaycan Respublikasının CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilən ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində göstərmişdir ki, o, narkotik vasitə aludəçisi olaraq əmisi oğlu Məhkum2 arabir öz şəxsi istifadəsi üçün pul ödəmədən narkotik vasitə heroin götürüb birlikdə qəbul etmişlər. O, heç bir vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Saxlanarkən üzərində narkotik olmamışdır. Əməlindən çox peşmandır. Ona zor tətbiq edildiyindən isti ntaqdakı ifadələri qorxu altında vermişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum2 ona Azərbaycan Respublikasının CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində göstərmişdir ki, o, narkotik vasitə aludəçisi olduğundan əmisi oğlu Məhkum1la arabir narkotik vasitə heroindən istifadə etmiş, 2020-ci il iyulun 12-də Tərtər rayonunda üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən narkotik vasitə heroin alaraq bu maddədən Natiqə də hədiyyə edib bərabər qəbul etmişlər. O, heç bir zaman narkotik vasitələri kiməsə satmamış, sonuncuya narkotik vasitə heroini pulla yox, pay kimi vermişdir. Saxlandığı an üzərində narkotik olmamışdır. Əməlindən artıq dərəcədə peşmandır. Stress keçirdiyindən istintaqd akı ifadələri düzgün olmamışdır. Məhkum1 və Məhkum2 ibtidai araşdırma dövründə verdikləri ilkin izahatlarda, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən şəxsi axtarış zamanı üzərlərində cəmi beş ədəd bükümdə narkotik vasitə heroin aşkar olunsa da, narkotik aludəçiləri olduqlarından qeyd edilən narkotik vasitə heroini özlərinin şəxsi istifadəsi üçün əldə edib heç kimə satmaq və ya vermək niyyətləri olmadığını, onlara qarşı heç bir təzyiq və zorakılıq tətbiq edilmədiyini göstərmişlər. Cinayət işinin ibtidai araşdırılması zamanı verdiyi ifadələrində də Məhkum1 və Məhkum2 üzərlərində aşkar edilmiş narkotik vasitələrin onlara məxsus olduğunu etiraf etsələr də, bildirmişlər ki, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişlər. İş materiallarında Məhkum1 və Məhkum2 nar kotik vasitələrin hər hansı formada satışı ilə məşğul olmaları barədə heç bir sübut müəyyən edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 2020-ci il iyulun 13- də səhər saatlarında M1və M2 adlı şəxslərin qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib üzərlərində saxlamaları və daşımaları, bu kimi maddələrin satışı ilə məşğul olmaları barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün M1 adlı şəxsin Məhkum1, M2adlı şəxsin isə sonuncunun qohumu Məhkum2 olmaları müəyyən edildikdən sonra həmin tarixdə saat 16:30-da Bərdə rayonunun Alaçadırlı kəndinin girəcəyindəki Səməd Vurğun küçəsində yerləşən «Mürvət» yanacaqdoldurma məntəqəsinin yaxınlığında xarici əlamətlərinə görə Məhkum1 və Məhkum2 oxşar şəxsləri yanlarındakı digər bir nəfər, adını sonradan bildikləri Şahid6 ilə birgə müəyyən etməklə saxlamışlar. Özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib göstərilən şəxsləri idarəyə gətirdikdən sonra müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış, baxış və götürmə prosesi vaxtı sonuncuların üzərlərində, paltarlarında, əşyalarında dövriyyəsi qadağan olunmuş, qanunsuz saxlanılan hər hansı əşya və ya predmet, maddə varsa çıxararaq təqdim etmələri təklif olunmuşdur. X3 əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibin dən bir ədəd «Samsung» markalı mobil telefonu, 127 manat pulu, bir ədəd siqaret qutusunu, sağ yan cibindən isə üç ədəd kiçik sellofan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Pul vəsaiti və siqaret qutusu əhəmiyyət kəsb etmədiyi üçün Məhkum1 qaytarılmış, sonuncu təqdim etdiyi qeyd edilən bükümlərin içində narkotik vasitə heroin olduğunu, narkotik aludəçisi olmaqla həmin maddəni bir gün qabaq Məhkum2la birlikdə Tərtər rayonunda üzdən tanıdığı bir şəxsdən aldıqlarını bildirmişdir. Daha sonra Məhkum2 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd «Nokia» markalı mobil telefonu, sol yan cibindən 50 manat pulu və şəxsiyyət vəsiqəsini, arxa sol yan cibindən isə iki ədəd kiçik sellofan bükümü çıxararaq təqdim etmiş, pul əhəmiyyət kəsb etmədiyinə görə Məhkum2 qaytarılmış, sonuncu göstərilən bükümlərin içərisindəki narkotik vasitə heroini bir gün qabaq Məhkum1la bərabər Tərtər rayonunda üzdən tanıdığı bir şəxsdən istifadə etməkdən ötrü aldıqlarını bildirmişdir. Şahid6 üzərindən qanunsuz heç bir əşya, predmet, maddə aşkar olunmamış, sonuncu uşaqlıqdan tanıdığını Məhkum1 ilə Məhkum2 bir gün əvvəl özünün idarə etdiyi «Kia» markalı avtomobillə Tərtər rayonuna aparıb gətirdiyini, lakin sonuncuların oraya nə məqsədlə getdiklərindən xəbərsiz olduğunu, narkotikin ona heç bir aidiyyətinin olmadığını bildirmişdir. Telefonlar, bükümlərdə aşkanlanan maddələr möhürlənməklə qablaşdırılaraq götürülmüş, tərtib olunan protokol iştirakçılara ucadan oxunub doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkum1, Məhkum2 və Şahid6 saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərkən və üzərlərində şəxsi axtarış, baxış və götürmə aparılarkən heç bir təzyiq və zorakılıq tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3, əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2, Şahid4 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq və aşağı instansiya məhkəmələrində şahid qismində dindirilmiş şəxslərdən heç biri, o cümlədən Məhkum1 və Məhkum2 ətrafında əməliyyat tədbirlərini həyata keçirmiş polis əməkdaşları onların narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə ifadə verməmiş və eyni zamanda heç bir şahid onların narkotik va sitəni satması, bəxşiş verməsi, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi və ya digər şəxsi maraq məqsədilə yayması barədə onlarda hər hansı bir məlumatın olduğunu göstərməmişlər. Həmçinin, Məhkum1 və Məhkum2 istehlakçı ilə əvvəlcədən razılıq əldə etmələri halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2 üzərlərində aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etmələri barədə heç bir mötəbər sübut əldə edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki,sübutların həcmi və ümumiyyətlə,işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxs Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum1 əməlinin CM-in 234.1-ci maddəsi ilə və Məhkum2 əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd ed ir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə d ə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum2 və Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar