Məhkəmə qərarları › İş №1(102)-1432/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1432/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1432/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5, Müdafiəçilər – Müdafiəçi3 və X1 iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ( bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-264/2023 nömrəli, 30 avqust 2023cü il tarixli hökmü ilə (hakimlər X11 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə) xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, məhkum olunmuş, evli, işləməyən, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon Azadlıq prospekti 28/188, mənzil 55-də qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri, M. Hüseynzadə küçəsi ev 2 mənzil 6-da yaşamış, hazırda Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmiş, Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və 06 ay 01 gün hissədə çəkilməmiş qalan azadlığın mədudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək qismən birləşdirilməklə o, qəti olaraq 09 (doqquz) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 11 iyul 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi qərara alınmışdır. Hökmlə maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş a pellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) 1(105)-640/2023 saylı, 28 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-264/2023 saylı, 30 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum tanışı Təqsirləndirilən şəxs və telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan «Mehran» adlı İra n İslam respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin, istifadə edilməsi üçün ona ayrılan müəyyən miqdar müqabilində, Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 2022-ci ilin iyul ayının əvvəllərində bir qrup şəxs halında «Mehran» adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu ərazisində avtomobil yolunun kənarında qoyduğu bir ədəd bağlamada 824,82 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bağlamada 629,6 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin və 2 ədəd bağlamada hər birinin ayrı-ayrılıqda çəkisi 540,0 qram və 510,0 qram olmaqla 1050,0 qram çəkidə külli miqda rda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs tapşırığı ilə götürüb qanunsuz əldə edərək, yaşadığı Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 2 saylı evin 6 saylı mənzilinə daşıyıb, həmin narkotik vasitə və psixotrop maddədən 34,820 qram külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs, 24,6 qram külli miqdarda psixotrop maddə metamfetamini özü üçün ayırıb üzərində, bir ədəd bağlamada 790,0 qram çəkidə külli miqdara narkotik vasitə heroin, bir ədəd bağlamada 605,0 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini və 2 ədəd bağlamada hər birinin çəkisi ayrı-ayrılıqda 540,0 qram və 510,0 qram olmaqla ümumi çəkisi 1050,0 olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmı ş narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı həmin mənzildə saxlamış, 11 iyul 2022-ci il tarixdə saat 18 radələrində o, Təqsirləndirilən şəxsla birlikdə DİN-nin Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 2 saylı evin yaxınlığında saxlanılıb göstərilən idarəyə gətirilərək üzərlərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən həmin 34,820 qram çəkidə narkotik vasitə heroin, onun əynində olan şalvarının sağ yan cibindən 24,6 qram psixotrop maddə metamfetamin, əməliyyat tədbirinin davamı kimi saat 21:00-da onun yaşadığı Abşeron rayonu Xırdalan şəhəri,M.Hüseynzadə küçəsi, ev 2 mənzil 6-da baxış keçirilərkən qonaq otağında 1 ədəd bağlamada 790,0 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd bağlamada 605,0 qram çəkidə psixotrop maddə metamfetamin,2 ədəd bağlamada ümumi 1050,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan «2xAAA Batteries» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özü qeyd etmişdir ki, onu yolda deyil evində tutmuşlar o, 800 qram marixanam Mehran adlı şəxsdən əldə etmiş, özü rayonda olduğuna görə Elvin adlı şəxsdən onu götürməsini xahiş etmişdir. Eyni zamanda qayıdıb gəldikdən sonra həmin bağlamanı götüri'ıcəyinİ və bağlamanın içərisində tərəzi olmadığını da qeyd etmişdir. Həmin vaxt Məhkum götürdüyü vasitənin narkotik vasitə olduğundan məlumatı olmamışdır. Had isə baş verən gün Təqsirləndirilən şəxs ona zəng edərək, onu avtovağzaldan aparmasını istədiyini bildirmiş, o avtovağzala getmək üçün gələrkən, binadan çıxarkən saxlanılmış və birlikdə həmin şəxlərlə evinə gəlib evində təxminən 3 saata yaxın müddət ərzində gözləmişdilər. Hətta Təqsirləndirilən şəxs həmin vaxtda eva gəlmişdir. Onlar bağlamanı açmış, daha onra isə birlikdə idarəyə gəlmişlər. Ona bir bükümdə narkotik vasitə verilmiş, həmin narkotik vasitəni video çəkiliş zamanı könüllü olaraq təqdim etməsi bildirilmişdir. Bunu edəcəyi təqdirdə və dedikləri yerə imza çəkdikdən sonra buraxılacağı bildirilmişdir. Məhkum etiraz eldiyindən onu Mişa ləqəbli şəxsi döymüş və başqa çıxış yolu olmadığından razılaşmışdır. Daha sonra evinə gedərkən, çəkilişdən əvvəl bağlamanı necə götürüb təqdim etməsi i lə bağlı da göstəriş verilmişdir. Lakin məhkəmə istintaqı zamanı Məhkum bu barədə məlumat versə də, birinci instansiya məhkəməsi tərəfindən həmin sübııt tam araşdırılmamış və iş üzrə ağır ittiham əsasında cəza verilmişdir. Qeyd edim ki, Elvin Məhərrəovun telefonunda olan danışıqlar onun narkotik vasitəsinin satışı ilə bağlı, onun qanunsuz dövriyyəsi ilə məğul olması ilə bağlı heç bir sübut əlavə edilməmişdir. Həmin sübutlar ümummiyyətlə onun narkotik vasitə satması ilə hər hansı əlaqəsinin olub-olmadığı aydınlaşdırlmamışdır. Qeyd olunan sübutlar və dindirilən şahidlər yalnız polis pravakasiyası nəticəsində əlavə olıınan şahidlərdir. Eyni zamanda qeyd edim ki, bununla əlaqədar olaraq hal şahidləri də olmamışdır. Hətta iş materialları ilə tanış olunarkən qeyd olıınan maddi sübut tanış olma ü cün də təqdim olunmamışdır. Həmin narkotik vasitə işlə tanış olarkən nə müdafiəçi nə də təqsirləndirilən şəxsə təqdim olunamamışdtr. İş üzrə qeyd olunan narkotik vasitələri və elektron tərəzi maddi sübut kimi cinayət işinin materialında saxlanmışdır. Lakin iş materialları ilə tanış edilərkən həmin maddi sübut təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim edilməmişdir. Eyni zamanda tanış olmaq istəməmələri barədə hər hansı bir etirazlarının olmaması barədə ərizə də alınmamışdır. Belə ki, digər təqsirləndirilən şəxs orada yalnız marixuana olduğunu bildirmiş və Məhkum isə o bağlamanın içərisində həmin vaxt döyüldüyü və işgəncəyə məruz qaldığı üçün ifadə verdiyini bildirib, lıəmin bağlamada nə olduğunu belə bilmədiyini bildirmişdir. Halbuki, ibtidai istintaq zamanı dindirilmiş Məhkum həm in narkotik vasitəni açıb üstündən götürdüyü bildirilmişdir. Belə olduğu təqdirdə həmin narkotik vasitədə Məhkum əl izinin olub olamaması araşdırılmalı və bununla bağlı ekspertza təyin olunmalıdır. Məhkum sifariş əsasında göndərilən konum üzrə gətirdiyi bağlamam Təqsirləndirilən şəxs gələnədək evində saxlamış və onun sifarişi əsasında sürücü kimi gedib gəimıişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olduğunu və E.Məlıərrova həmin bağlamanı götürməsini də məhkəmə İclasında bildirmişdir. Məhkəmə ittiham tərəfinin təqdim etdiyi şahidləri dindirərək, digər yanaşı sübutları araşdırmadan Məhkum qarşı ağır cəza vermişdir. Hesab edirik ki. Məhkum ona qarşı əsassız verilmiş ittihamı sübut etməməlidir. Eyni zamanda təqsirləndirilən şəxs E.Məhərrəmov çəkilmiş imzalarında ona məxsus olmadığını bildirir. Belə ki, o qeyd olunan imzanın da ona məxsus olmadığını və ilk dindirmədən sonra digər ifadələrə imza atmadığını bildirir. Hörmətli məhkəmə kollegiyası. Verilmiş məlumata və təqsirləndirilən şəxsin toxunduğu hal ondan ibarətdir ki, onu ilk öncə evdə saxlayıb, müvafiq danişiqlar aparıb, təxminə 2-3 saat əməliyyatçılar onun evində olduqdan sonra idarəyə gəliblər və daha sonra isə təkrarən yenidən həmin evə gəliblər. Həmin müddətdə təkrarən ora gələrək özləri ilə gətirdikləri narkotik vasitəni ev qoyublar. Göründüyü kimi, həmin vaxt əməliyyat qrupunda iştirak edən şəxslərdən Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis polkovnik leytenantı Şahid2, əməliyyat mtivəkili Şahid3, baş əməliyyat müvəkkili Şahid1 Zakir oğlu iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin zama n bu şəxslərin orda olmasını, onunla birlikdə evə qalxıb bir neçə saat oturduqdan sonra təkrarən idarəyə birlikdə getdiklərini və yenidən bir neçə saat azadlıq hüququ pozulduqdan sonra təkrarən həmin ünvana gəldiyini bildirir. Odur ki, hesab edirəm ki, məhkəmə təqsirləndirilən şəxsin verdiyi bu ifadəni əsas götürməli və əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə 1 1 iyul 2022-ci il tarixdə vəsatət hazırlanmış və Abşeron Rayon Məhkəməsi tərəfindən verilən vəsatətə 13 iyul 2022-ci il tarixdə baxılaraq münasibət bildirilmişdir. Faktiki olaraq isə Məhkum azaddlıq hüququ 11 iyul 2022- ci il tarixdən pozlmuşdur. ƏAT-nin həyata keçirilməsi həyata keçirilən zaman qeyd olunan ünvanda yuxanda adlan çəkilən şəxslərin əlaqə vasitələri üzrə anten məlumatları yoxlanılmalıdır. Eyni zamanda Məhkum da istifadə etdiyi telefonun anten məlumatları yoxlanılmalı və hansı saatlarda İdarədə və hansı saatlarda Məhkum məxsus olan evdə olması müəyyən edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan zaman bir neçə vəsatət versəmdə, həmin vəsatətlər təmin edilməmiş və iş tam araşdırılmamışdır. Hörmətli məhkəmə kollegiyası, ilk öncə mənzilə baxışla bağlı araşdırma apanlarkən, aparılan araşdırmaya nəzər salın. Belə ki, mənzilə daxil olan viideoçəkilişdə yalnız Məhkum təqdim etdiyi narkotik vasitə götürülür. Digər otaqları qapı açılaraq yalnız baxılır və heç bir araşdma aparılmır. Bundan başqa Məhkum tutulduğu qeyd olunan saatda onun telefonun anten məlumatları yoxlanılmayıb. Ümumiyyətlə, onun narkotik vasitənin satışı ilə bağlı hər hansı əlaqəsinin olub-olmaması da Lelcfon məlumatla r və sair vasitəsi ilə araşdudmamışdır. Qeyd edim ki, o taksi sürücü olduğunu və Təqsirləndirilən şəxs onun müştərisi olduğunu, onun dediyi yerdən götürüb o gələnə qədər evində saxlamasını bildirmişdir. Faktiki olaraq məhkəmə sübutları araşdıma aparamdan müvafiq qərarı qəbul etmişdir. Əgər Məhkum təqsiri sübuta yetərsə, belə ona verilən ittiham üzrə təyin olunan cəza daha ağır cəzadır. Cinayəti törədən əsas şəxsə 8 il müddətinə iş verildiyi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2023-cü il tarixli, 1(105)-640/2023nömrəli qərarı qanunsuz, əsassız və ədalətsiz olduğuna görə ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi, yaxud apellyasiya insta nsiyası məhkəməsinin qərarının yüngül cəza təyin edilməklə dəyişdirilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçilərin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mah iyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator işə baxan məhkəmələr tərəfindən məhkuma cəza təyin edilərkən onu törətdiyi əməlin sanksiyasında nəzər də tutulmuş aşağı həddə cəza təyin edilməsini vurğulayaraq, cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edi r ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiy yəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə t əqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərə rin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağır laşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumla r, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrin in müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Apellyasiya instansiyası məhkəməsi cəza təyini ilə bağlı öz qərarında göstərmişdir ki, “....Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandırmış, təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzər ə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi maddələr ilə cəza müəyyən edərkən, onun Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olması və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmaması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)314/2021 nömrəli hökmdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, və 177.2.3-cü maddələri ilə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayon Məhkəməsinin 7(012)- 217/2022 saylı, xx.xx.2022-ci il tarixl i qərarı ilə amnistiya tətbiq edildiyi üçün təyin olunmuş cəza 01 il azaldılmış, Məhkum xx.xx.2022-ci il tarixədək cəzasının 11 ay 25 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 06 ay 01 gün təşkil edir. Cinayət işinin materiallarında olan sənədlərin surətindən görünür ki, Məhkum himayəsində xx.xx.2017-ci il təvəllüdlü X6 adlı 01 azyaşlı uşağı vardır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsdə və onun mənzilində aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin miqdarı, habelə cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun isla h edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni, ədalətli və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, Məhkum yuxarıda qeyd olunan əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri mövcud olmuş və onun həmin əməli törətməkdə təqsiri birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı ilə tam təsdiq olunmuş və törətdiyi cinayət əməlinə uyğun cəza təyin etmişdir....” Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdandan məhrum etmə cəzası ədalətli hesab olunur, cəzanın mə qsədlərini təmin edir, onun şəxsiyyətinə uyğundur və belə olan halda azadlıqdandan məhrum etmə cəzasının təyin edilməsi hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin də gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittih amın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, kassasiya şikayətinin bu dəlillərinin heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin dəlillərinin tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və həmin faktların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarından müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin kassasiya şikayəti təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-640/2023 saylı, 28 dekabr 2023-cü il tarixli qərarı Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar