Məhkəmə qərarları › İş №1(102)-1433/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1433/2019

24.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1433/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxanoğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 1 78.3.2 və 32.4, 312.1-ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən F.A.Qəribov, hakimlər R.Ə.Sadıxov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) 10 iyun 2016-cı il tarixli hökmü ilə xx xxx 1960-cı ildə Cəlilabad rayonunun Gülməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Milli Qəhrəmanların Təbliğinə Dəstək” ictimai birliyinin sədri vəzifəsində işləmiş, Cəlilabad rayonunun Gülməmmədli kəndində qeydiyyatda olmaqla, ünvan 1 evdə yaşamış, Məhkum Azərbaycan Respublikası CM- in 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, əlavə cəzanı tam birləşdirməklə ona qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerl i özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 avqust 2016-cı il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Q.F.Məmmədov, hakimlər R.K.Səfərov və M.S.Hüseynovdan ibarət məhkəmə tərkibi) apellyasiya protesti təmin edilməmiş, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 06 may 2016-cı il tarixli Qanunla Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə ed ilmiş dəyişikliyin qüvvəsinin geriyə şamil edilməsi ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum etibardan sui-istifadə və aldatma yolu ilə X1, X2 və X3 10.000 manat məbləğində pul vəsaitlərini ələ keçirməkdən ibarət olan dələduzluq epizodlarında “külli miqdarda” tövsifedici əlaməti “xeyli miqdarda” tövsifedici əlamətinə dəyişdirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 avqust 2016-cı il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Cəfərov İlham Məmməd oğlund an ibarət tərkibdə) 10 mart 2017-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 11 avqust 2016-cı il tarixli qərarı ləğv edilərək, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: Bayramov Əmir Novruz oğlu (sədrlik edən və məruzəçi), Qasımov Əflatun İbrahim oğlu və X22 ibarət tərkibdə) 30 yanvar 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə məhkum olunmasına dair 10 iyun 2016-cı il tarixli hökmü dəyişdirilmiş, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsindədəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədartəqsirləndirilən şəxs Məhkum ittihamının öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan suiistifadə etmə yolu ilə zərərçəkmişlər X19 10.000 manat, X11 10.000 manat,X23 20.087,5 manat, X12 20.000 manat, X24 20.000 manat, X20 20.000 manat və 25.000 manat, X8 10.000 manat, X25 19.784,4 manat, X31 20.000 manat, X26 14.937,3 manat məbləğlərində pullarını ələ keçirməsindən ibarət dələduzluq epizodları üzrə “külli miqdarda” tövsifedici əlaməti “xeyli miqdarda” tövsifedici əlamətinə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Məhkum ittihamının öz qulluq mövqeyindən istifadə e dib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmişlər X19, X11,X13 və X23 xeyli miqdarda pullarını ələ keçirməsindən ibarət dələduzluq epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlar cəza təyini zamanı nəzərə alınmamış, Hökmdən Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum etmə tətbiq olunması və bununla bağlı göstərişlər xaric edilmiş, Hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətində azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin 01 dekabr 2017-ci ildən qüvvədə olan sanksiyası həddində 5 (beş) il 6 (altı) aya endirilsin və bununla əlaqədar olaraq hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, əlavə cəzanı tam birləşdirilməklə ona qəti olaraq təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmənin müddəti 08 (səkkiz) ildən 6 (altı) ilə endirilmiş, Məhkum hazırki qərarla təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsindəçəkməsi, cəzasının çəkilməsinin başlanğıcı 16 dekabr 2017-ci il tarixdən hesablanması müəyyən edilmiş, hökm apelyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum bəraət verilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsi həmin hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Məhkum öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmiş, zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmçinin vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Belə ki, o, “Milli Qəhrəman” qəzetinin baş redaktoru işləyərkən, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ k eçirmə məqsədilə, Azərbaycan Respublikasının Milli Qəhrəmanı X10 övladı Həmzə Paşayevə Milli Qəhrəmanın ailə üzvü kimi ona tezliklə televiziya çəkilişi aparılmaqla təntənəli şəkildə Bakı şəhərində yeni inşa olunmuş binadan mənzilin veriləcəyini, həmin mənzilin verilməsi və təmiri, eləcə də mebellə təchiz olunması üçün 10.000 manat pulun lazım olduğunu bildirərək, onu özünün mənzil ayrılmasını təşkil etmək imkanına malik şəxs olmasına inandırıb, tezliklə təmir olunmuş və mebellə təchiz edilmiş mənzilin veriləcəyini yalandan vəd edərək, X1 ona olan inam və etimadından istifadə etməklə 2009cu ilin avqust ayında 10.000 (on min) manat pulu rəhbəri olduğu birliyin ünvan 2-cu məhəllədə yerləşən ofisində H.Paşayevdən alaraq, ona məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə a ldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni niyyətlə, Azərbaycan Respublikasının Milli Qəhrəmanı X10 övladı İlhamə Paşayevaya Milli Qəhrəmanın ailə üzvü kimi ona tezliklə televiziya çəkilişi aparılmaqla təntənəli şəkildə Bakı şəhərində yeni inşa olunmuş binadan mənzilin veriləcəyini, həmin mənzilin verilməsi və təmiri, eləcə də mebellə təchiz olunması üçün 10.000 manat pulun lazım olduğunu bildirərək, onu özünün mənzil ayrılmasını təşkil etmək imkanına malik şəxs olmasına inandırıb, tezliklə təmir olunmuş və mebellə təchiz edilmiş mənzilin veriləcəyini yalandan vəd edərək, X3 ona olan inam və etimadından istifadə etməklə 2009-cu ilin sentyabr ayında 10.000 (on min) manat pulu rəhbəri ol duğu Birliyin ünvan 2-cu məhəllədə yerləşən ofisində İ.Paşayevadan alaraq, ona məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. Həmçinin o, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni məqsədlə, Azərbaycan Respublikasının Milli Qəhrəmanı X10 övladı Ceyran Paşayevaya Milli Qəhrəmanın ailə üzvü kimi ona tezliklə televiziya çəkilişi aparılmaqla təntənəli şəkildə Bakı şəhərində yeni inşa olunmuş binadan mənzilin veriləcəyini, həmin mənzilin verilməsi və təmiri, eləcə də mebellə təchiz olunması üçün 10.000 manat pulun lazım olduğunu bildirərək, onu özünün mənzil ayrılmasını təşkil etmək imkanına malik şəxs olmasına inandırıb, tezliklə təmir olunmuş və mebellə təchiz edilmiş mənzi lin veriləcəyini yalandan vəd edərək, X3 ona olan inam və etimadından istifadə etməklə 2009-cu ilin sentyabr ayında 6.000 (altı min) manat pulu rəhbəri olduğu birliyin ünvan 2-cu məhəllədə yerləşən ofisində alaraq, C.Paşayevaya məxsus xeyli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni niyyətlə, Azərbaycan Respublikasının Milli Qəhrəmanı X16 qardaşı X32 Milli Qəhrəmanın ailə üzvü kimi ona tezliklə televiziya çəkilişi aparılmaqla təntənəli şəkildə Bakı şəhərində yeni inşa olunmuş binadan mənzilin veriləcəyini, həmin mənzilin verilməsi və təmiri, eləcə də mebellə təchiz olunması üçün 25.000 ABŞ dolları pulun lazım olduğunu bildirərək, onu özünün mənzil ayrılmasını təşkil etmək imkanına malik şəxs olmasına inandırıb, tezliklə təmir olunmuş və mebellə təchiz edilmiş mənzilin veriləcəyini yalandan vəd edərək, X4ona olan inam və etimadından istifadə etməklə 18 aprel 2010-cu il tarixdə 25.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 20.087,5 (iyirmi min səksən beş) manat pulu rəhbəri olduğu Birliyin ünvan 2-cu məhəllədə yerləşən ofisində alaraq, X2 məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, “Milli Qəhrəmanların Təbliğinə Dəstək” ictimai Birliyinin sədri işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni məqsədlə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zam anı aldığı qəlpə yarasına görə İİ qrup əlili olan X17 yaxın münasibətləri olduğu yüksək vəzifəli şəxsin vasitəsilə, həmin şəxsə 20.000 manat məbləğində rüşvət verməklə Qarabağ əlili kimi dövlət tərəfindən Bakı şəhəri, Tbilisi prospektində yeni inşa edilən binada mənzil ayrılmasını təşkil etmək imkanına malik şəxs olmasına inandırıb, ona xeyrinə həmin hərəkətlərin edilməsinə görə göstərilən məsələni rüşvət kimi vəzifəli şəxsə verilməsi üçün alınan pulun müqabilində həll edəcəyini yalandan vəd verib, X3 ona olan inam və etimadından istifadə etməklə 18 may 2012-ci il tarixdə rəhbəri olduğu Birliyin ünvan 2-cu məhəllədə yerləşən ofisində 19.000 manat pulu şəxsən ondan alıb, ümumi məbləğdən qalan 1000 manat pulu özünün X3 işlədiyi tikinti materialları mağazasından aldığı mal-materialların dəyər i üzrə olan borcu ilə əvəz etməyi razılaşdıraraq, sonuncunu rüşvət verməyə təhrik edib, ona məxsus külli miqdarda əmlakı–cəmi 20.000 (iyirmi min) manat pulu öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. Həmçinin o, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni niyyətlə, 09 mart 2013-cü il tarixdə Azərbaycan Respublikasının Milli X5 anası X46 və qardaşı X33 Milli Qəhrəmanın ailə üzvü kimi “Novruz" bayramı ərəfəsində televiziya çəkilişi aparılmaqla təntənəli şəkildə Bakı şəhəri ərazisində yeni inşa olunmuş binadan onlara mənzillərin veriləcəyini, həmin mənzillərin verilməsi və təmiri, eləcə də mebellə təchiz olunması üçün 20.000 manat pulun lazım olduğunu bildirərək, onları özünün mənzillərin ayrılmasın ı təşkil etmək imkanına malik şəxs olmasına inandırıb, “Novruz” bayramı günlərində təmir olunmuş və mebellə təchiz edilmiş mənzillərin veriləcəyini yalandan vəd edərək, X3 və İlham İsmayılovun ona olan inam və etimadından istifadə etməklə 10-12 mart 2013-cü il tarixlərdə hər dəfə 10.000 manat olmaqla, cəmi 20.000 (iyirmi min) manat pulu rəhbəri olduğu Birliyin ünvan 2-cu məhəllədə yerləşən ofisində İlham İsmayılovdan alaraq, ona məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni məqsədlə, Azərbaycan Respublikasının Milli Qəhrəmanı X15 arvadı X34 Milli Qəhrəmanın ailə üzvü kimi televiziya çəkilişi aparılmaqla təntən əli şəkildə Bakı şəhəri ərazisində yeni inşa olunmuş binadan ona mənzilin veriləcəyini, həmin mənzilin verilməsi və təmiri, eləcə də mebellə təchiz olunması üçün 20.000 manat pulun lazım olduğunu bildirərək, onları özünün mənzillərin ayrılmasını təşkil etmək imkanına malik şəxs olmasına inandırıb, təmir olunmuş və mebellə təchiz edilmiş mənzillərin veriləcəyini yalandan vəd edərək,Sevil Əskərovanın ona olan inam və etimadınından istifadə etməklə 2013-cü ilin aprel ayında 20.000 (iyirmi min) manat pulu rəhbəri olduğu Birliyin ünvan 2 yerləşən ofisində X3 alaraq, ona məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. Eyni zamanda o, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni n iyyətlə, Azərbaycan Respublikasının Milli Qəhrəmanı X15 arvadı X4 fəaliyyəti ilə məşğul olmaq üçün Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən 160 kv/metr torpaq sahəsini Bakı Şəhər İcra Hakimiyyətindən şəhid ailəsi statusuna malik şəxs kimi güzəştli şərtlə - 25.000 (iyirmi beş min) manata onun üçün alacağını yalandan vəd verib, Sevil Əskərovanın ona olan inam və etimadından istifadə etməklə 30 aprel 2013-cü tarixdə 25.000 (iyirmi beş min) manat pulu rəhbəri olduğu Birliyin ünvan 2 yerləşən ofisində X3 alaraq, ona məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa o, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni məqsədlə, Bakı şəhər sakini X9 və so nuncunun qohumu X18 rəhbəri olduğu birliyin müxtəlif nazirliklərlə və yüksək ranqlı vəzifəli şəxsləri şəxsən tanımaqla onlarla sıx əlaqələrinin olduğunu bildirərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təşkil olunacaq özünün də tərkibinə daxil olduğu 6 (altı) nəfərdən ibarət komissiyanın digər üzvlərinə cəmi 50.000 manat məbləğində rüşvət verməklə və sədri olduğu birliyin hesabına 5000 manat pul köçürülməklə, Ziyafət Rüstəmovaya qeyri-rəsmi nikahda olduğu Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş həyat yoldaşı X35 görə Bakı şəhərində şəhid ailələri üçün inşa olunmuş binada üç otaqlı mənzil ayrılmasını, həmçinin sənədlərdə Ziyafət Rüstəmovanın, guya İlham Rüstəmovla rəsmi nikahları olması barədə qeydin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəftərxanasında 1500 manat məbləğin də pul müqabilində aparılmasını təşkil edəcəyinə inandırıb, xeyrinə həmin hərəkətlərin edilməsinə görə rüşvət kimi vəzifəli şəxsə verilməsi üçün alınacaq pulun müqabilində həll edəcəyini yalandan vəd verib, ona olan inam və etimaddan istifadə etməklə İlham Rüstəmovun bacısı Məhəbbət Əhmədovadan 19 dekabr 2013-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında 50.000 manat, 2014-cü ilin yanvar ayında 1.500 manat və ünvan 2 ünvanında 5000 manat olmaqla, ümumilikdə 56.500 (əlli altı min beş yüz) manat pulu alaraq, Məhəbbət Rüstəmovanı rüşvət verməyə təhrik edib, ona məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, öz qulluq mövqeyindən istifadə etməklə tək rarən eyni niyyətlə, Bakı şəhər sakini Məhəbbət Əhmədovaya övladı X28 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləyən yüksək vəzifəli tanışı vasitəsilə həmin şəxsə 10.000 (on min) manat məbləğində rüşvət verməklə Polis Akademiyasına tələbə kimi qəbul etdirmək imkanına malik olmasına inandırıb, ona xeyrinə həmin hərəkətlərin edilməsinə görə rüşvət kimi vəzifəli şəxsə verilməsi üçün alınacaq pulun müqabilində həll edəcəyini yalandan vəd verib, X2 ona olan inam və etimadından istifadə etməklə 2014-cü ilin mart ayında Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında 10.000 (on min) manat pulu Məhəbbət Əhmədovadan alaraq, sonuncunu rüşvət verməyə təhrik edib, ona məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keç irib təkrarən dələduzluq etmişdir. Bundan başqa o, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni məqsədlə, Azərbaycan Respublikasının Milli X6 arvadı X36 yaxın münasibətləri olduğu yüksək vəzifəli şəxsin vasitəsilə, həmin şəxsə 20.000 manat məbləğində rüşvət verməklə Milli Qəhrəmanın ailə üzvü kimi dövlət tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən yeni binada mənzil ayrılmasını təşkil etmək imkanlarına malik olmasına inandırıb, xeyrinə həmin hərəkətlərin edilməsinə görə rüşvət kimi vəzifəli şəxsə verilməsi üçün alınan pulun müqabilində həll edəcəyini yalandan vəd verib, X2nın ona olan inam və etimadından istifadə etməklə 08 aprel 2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında 19.000 manat və 1000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 784,4 ( yeddi yüz səksən dörd) manat olmaqla, cəmi 19.784,4 (on doqquz min yeddi yüz səksən dörd) manat pulu X2dan alaraq, sonuncunu rüşvət verməyə təhrik edib, ona məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. Həmçinin o, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni niyyətlə, “Milli Qəhrəmanların Təbliğinə Dəstək” ictimai birliyinin sədri olaraq Azərbaycan Respublikasının Milli X7 arvadı X42 Milli Qəhrəmanın ailə üzvü kimi dövlət tərəfindən mənzil ayrılmasını təşkil etmək imkanlarına malik şəxs olmasına inandırıb, 2014-cü ilin iyul ayının sonunadək ona Bakı şəhəri, Yasamal rayonunda yeni inşa edilmiş binada mənzil ayrılacağını yalandan vəd verərək, Rəna Hacıyevanın ona olan in am və etimadından istifadə etməklə 2014-cü ilin may ayında rəhbəri olduğu birliyin Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən ofisində, cəmi 20.000 (iyirmi min) manat pulu sonuncudan alaraq, ona məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən eyni məqsədlə, Laçın rayonundan məcburi köçkün X37 Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işləyən tanışı vasitəsilə Ağcabədi rayonunda heyvandarlıqla məşğul olması üçün 150 hektar torpaq sahəsini 15.000 manat icarə haqqı verməklə 99 il müddətinə onun icarəsinə verilməsini təşkil edəcəyini yalandan vəd verib, Arif Ələmşahovun ona olan inam və etimadından istifadə etməklə 03 iy un 2015-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında 9500 ABŞ dollarını şəxsən özü, 12 iyun 2015-ci il tarixdə 4750 ABŞ dollarını oğlu X4u göndərib Bakı şəhəri, Binəqədi rayonu, Azərbaycan Respublikası BDYPİ-nin inzibati binasının yaxınlığında almaqla, X2un cəmi 14250 ABŞ dolları məbləğində, həmin dövrün məzənnəsi ilə 14937,3 (on dörd min doqquz yüz otuz yeddi) manat pulunu alaraq, onun külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum bütün zərərçəkmişlərə dəymiş ziyanı ödəmiş, bu barədə istintaqa və məhkəməyə yazılı məlumat verilmişdir. Qeyd olunan müddəa ilə yanaşı məhkəmə məhkumun yaşını, s osial vəziyyətini, səhhətini nəzərə almadan ədalətsiz, anti-hümanist qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının ləğv edilərək məhkum barəsində bəraətləndirici əsaslarla qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4 19.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, be lə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmişlərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Məhkum əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə tövsif edilmə si barədə düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki Apellyasiya Məhkəməsi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar təqsirləndirilən şəxs Məhkum zərərçəkmişlər X19, X11, X23, X12, X24, X20 hər iki epizodu, X2, təkrarən X25, X31, X26 pullarını dələduzluq yolu ilə ələ keçirməsi epizodları üzrə vurulmuş ziyanın miqdarı baxımından hazırda “külli miqdar” tövsifedici əlaməti bu epizodlar üzrə zərərçəkmişlərə vurulmuş ziyanın məbləği “xeyli miqdar” tövsifedici əlamətinə dəyişməklə düzgün qərar qəbul etmişdir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəll əsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017ci il 20 oktyabr tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsində edilmiş dəyişkliyə əsasən bu Məcəllənin 177-182-ci, 185187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Kollegiya qeyd edir ki, Məhkum öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş X8 ümumilikdə 56.500 (əlli altı min beş yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi hazırda da “külli miqdar ” tövsifedici əlamətini yaratmaqla onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibi mövcuddur. Məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı mаddələrinin tələblərinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmişdir. Məhkəmələrin nəticəsi işin faktiki hallarına uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar