Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1433/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7 və məhkumun müdafiəçisi Süleymanlı Sənan Tofiq oğlunun iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Süleymanlı Sənan Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Göygöl Rayon Məhkəməsinin (hakim: X4) 22 fevral 2021-ci il tarixli hökmü ilə 25 iyul 1986-cı ildə Gürcüstan Respublikası anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnda n məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi, Məhkum üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsinin qoyulması, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2021-ci il tarixli qərarı ilə (hakimlər X10 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 22 fev ral 2021-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum 04 oktyabr 2020-ci il tarixdə, saat 19 radələrində sürücülük hüququ olmaqla baş etibarnamə əsasında ida rə etdiyi “HYUNDAİ SANTE FE MİNİK” markalı ** ZK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə GəncəŞəmkir avtomobil yolunun Göygöl rayonu Quşqara kəndi ərazisindən keçən hissəsində Şəmkir rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda, həmin tələbləri pozaraq, onun hərəkət istiqaməti üzrə yolun sağından soluna keçmək istəyən piyada X3 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq Abdulla Məmmədovun epidural, subdural, subaraxondial hemotoma, baş beyinin əzilməsi, alın sümüyünün kəllə ə sasına xətti keçən qəlpəli sınığı, hər iki gözətrafı nahiyənin hemotomosı ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol tərəfli qapalı hemopnevmotraks, sol ağ ciyərin yuxarı payının deşilmiş-cırılmış yarası, sol körpücük sümüyünün, sol İ-İİ-İİİ-İV-V-Vİ qabırğalarının orta körpücük, sol İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğalarının paravertebral xətlər üzrə kompression sınıqları, sağ baldır və ayaq-darağı sümüklərinin qapalı, yerini dəyişən sınıqları, alın nahiyəsində, sağ gicgah nahiyəsində, burunun sağ yan səthində, sol əlin İ barmağının arxa səthində, sol diz oynağının ön səthində, bayır səthinin, sağ diz oynağının ön səthində, arxa iç səthinin, sağ ayaq pəncəsinin bayır səthinin, sağ daban səthinin əzilmiş-cırılmış yaraları ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan ağı r xəsarət alaraq, aldığı xəsarətlər nəticəsində həmin gün ölümünə səbəb olan ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Süleymanlı Sənan Tofiq oğlu kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Apellyasiya məhkəməsi tərəfindən qanunsuz və əsassız qərar qəbul edilmiş, nəticədə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən qanunun normalarında göstərilən müddəaları kifayət qədər nəzərə almadan məhkum barəsi ndə ağır cəza təyin etmişdir. Belə ki, cinayət işinin istintaqı və məhkəmə istintaqı zamanı məhkum və onun ailə üzvləri dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisi və ailəsi ilə maraqlanmış, bütün xəstəxana və dəfn xərclərini qarşılamış, üzrxahlıq etmiş, vurulan zərərə görə maddi imkanlarının yol verdiyi həddə kompensasiya ödəmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır və heç bir şikayəti, tələbi yoxdur. Hesab edirik ki, məhkumun bu hərəkəti öz məsuliyyətini tam dərk etməsi kimi qiymətləndirilməli və məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı idi. Həmçinin, məhkumun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyyatsızlıqdan az ağır cinayət əməli törətmiş, əməlini səmimi olaraq etiraf etmək lə peşman olmuş, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbləri olmamış, bununla yanaşı Məhkum əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkum ailəlidir, himayəsində bir azyaşlı övladı vardır, ailədə yeganə qazanc gətirən şəxsdir. Ailə hal-hazırda maddi çətinliklərlə yaşayır. Belə olan vəziyyətdə məhkumun 3 il müddətinə azadlıqdan məhrum edilməsi onun ailəsinin həyat şəraitinə də çox ağır zərbədir. Məhkəmə cəza təyin edərkən məhkumun hadisə yerindən qaçmadığını, zərərçəkmiş şəxsə ilk tibbi yardım etmək istəməsini və xəstəxanaya çatdırmasını, ilk məhkumluğunu yaşamasını, himayəsində 1 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, bütün xərcləri qarşılamasını və əlavə kompensasiya ödəməsini cəzanı yüngülləşdirən ha llar kimi nəzərə almamışdır. Nəticədə təyin edilmiş cəza ədalətsiz, qanunsuz və ağır olmuşdur. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, məhkumun barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti t əmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cə zalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təh lükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkə n və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai tə hlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə alaraq, Məhkum cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, himayəsində bir azyaşlı uşağının olmasını, hadisədən sonra dərhal zərərçəkmiş şəxsi tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə əsas ən Məhkum cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi təyin olunmuş cəzanın cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəza kimi hesab edərək məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaları hökmdən xaric edərək onun barəsində 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, məhkumun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini qərara almışdır. Apellyasiya instansiyası bu qərara gələrkən qeyd etmişdir ki, Məhkum törədiyi cinayət əməlinin sanksiyasında alternativ cəza nəzərdə tutulmamış, törədilmiş cinayət nəticəsində hadisədən zərərçəkmiş şəxs ölmüşdür. Məhkəmə kollegi yası qeyd edir ki, məhkuma bu qaydada güzəşt edərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi cəzanın məqsədlərini təmin etməyəcəkdir. Məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinin təsir gücünün məhkumun islah olunmasına, gələcək davranışlarında ictimai qaydaya, birgəyaşayış qaydalarına əməl edəcəyinə əsaslı şübhələr yaradır və məhkuma daha sərt cəza, yəni təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi qənaətinə gəlinməsinə məhkəmə kollegiyasına əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Res publikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin hallarını-törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb qeyd edir ki, Məhkum cəza çəkmədən islah olunacağına əsas verə biləcək hallar mövcud olunmadığından onun barəsində şərti məhkum etmə tətbiq edilməsi üçün əsaslar müəyyən edilmədi. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublik ası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1433/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1433/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver