Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1433/2022 10.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2022-ci il tarixli, 1(103)-805/2022 nömrəli qərarından Məhkum tərə findən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1998-cı il tarixində Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamışdır. 2. 12 fevral 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə,Məhkum özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məx sus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi yeni yaşayış sahəsi 04 nömrəli evin həyətin daş hasarın üstüündən keçib qanunsuz daxil olmuş, həyətdəki evin hamamının yarımaçıq vəziyyətdə plastik materialdan pəncərəsindən içəri girməklə oturma otağındakı şkafın içərisindən 4800 manat nağd pulu, 01 ədəd 100 manat dəyərində çəkisi 02 qram 583 əyarlı qızıl boyunbağını, 01 cüt 100 manat dəyərində çəkisi 03 qram 583 əyarlı qızıl sarğanı, 01 cüt 60 manat dəyərində ağ və boz rənglərlə kombinə olunan krasovka tipli idman ayaqqabısını, 01 ədəd 80 manat dəyərində “ACER” markalı çantasını, 180 manat dəyərində qara rəngli dəri gödəkçəni, 01 ədəd 40 manatlıq xaki rəngli hərbi geyim paltarına bənzər gödəkçəni gizli olaraq talamaqla zərərçəkmiş Emin Əlyevə ümumilikdə 5.510 manat dəyərində xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir.İbtidai araşdırma orqanı tərəfindən Məhkum həmin epizod üzrə elan edilmiş ittihamdan əlavə daha bir epizod üzrə, yəni özgənin əmlakını gizli talama məqsədilə tanışı Şahid3 ilə qabaqcadan əlbir olan br qrup şəxs halında 24 aprel 2020-ci ildə saat 01 radələrində, X3 məxsus ünvan 2 ünvanında olan evin həyətinə hasarından aşıb qanunsuz daxil olaraq, Şahid3 həyətdə olan evin sol yan tərəfində olan qapısının kilidini yerdən götürdüyü çəkic vasitəsi ilə qıraraq qapını aça bilmədikdən sonra, hamamın nəfəsliyindən evə daxil olaraq evin giriş qapısını daxildən açmış və həmin qapıdan evə daxil olduqdan sonra, oradan 01 ədəd 1.100 manat dəyərində “İmmergas” markalı kombi aparıtını, 01 ədəd 1200 manat dəyərində LG markalı 127 plazma ekran televizoru, 01 ədəd 100 manat dəy ərində 50 litr tutumlu boya üçün kompressoru, 01 ədəd 120 manat dəyərində mikrodalğalı sobanı, 01 ədəd 50 manat dəyərində tosteri, 01 qutusunun qiyməti 50 manat olan 250 manat dəyərində 07 qutu dəyərində kişi üçün qısaqol gödəkçəni, 01 ədəd 150 manat dəyərində qadın paltosunu, 01 ədəd 06 manat dəyərində narıncı rəngli qısaqol kişi köynəyini, 01 ədəd 10 manat dəyərində boz rəngli zolaqlı uzunqol kişi köynəyini, 01 ədəd 10 manat dəyərində açıq göy rəngli, üzərində düz qara xətlər olan uzunqol kişi köynəyini gizli olaraq talayaraq zərərçəkmiş şəxs Azər Həsənova ümumilikdə 3.632 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir.
4. Məhkəmənin hökmünə əsasən, Məhkum özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi yeni yaşayış sahəsi 04 nömrəli evin həyətinə daş hasarın üstündən keçib qanunsuz daxil olmuş, həyətdəki evin hamamının yarımaçıq vəziyyətdə plastik materialdan pəncərəsindən içəri girməklə oturma otağındakı şkafın içərisindən 4800 manat nağd pulu, 01 ədəd 100 manat dəyərində çəkisi 02 qram 583 əyarlı qızıl boyunbağını, 01 cüt 100 manat dəyərində çəkisi 03 qram 583 əyarlı qızıl sırğanı, 01 cüt 60 manat dəyərində ağ və boz rənglərlə kombinə olunan krasovka tipli idman ayaqqabısını, 01 ədəd 80 manat dəyərində “ACER” markalı noutbuku və istifadə edilməyən əşyalar saxlanılan otaqdan 01 ədəd 150 manatlıq qara idman çantasını, 180 manat dəyərində qara rəngli dəri gödəkçəni, 01 ədəd 40 manatlıq xaki rəngli hərbi geyim paltarına bənzər gödəkçəni gizli olaraq ta lamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 5.510 manat dəyərində xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir.
5. Məhkum tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib xx.xx.2020-ci il tarixdə saat 01 radələrində oğurluq etmək məqsədi ilə X3 məxsus ünvan 3 ünvanında yerləşən evin həyətinə qanunsuz daxil olaraq həmin evdən 1 ədəd 1100 manat dəyərində «İmmergas» markalı kombi aparatını, 1 ədəd 1200 manat dəyərində «LG» markalı 127 plazma ekran televizoru, 1 ədəd 100 manat dəyərində 50 litr tutumlu boya üçün kompressoru, 1 ədəd 120 manat dəyərində mikrodalğalı sobanı, 1 ədəd 50 manat dəyərində tosteri, 1 qutusunun qiyməti 50 manat olan 400 manat dəyərində 8 qutu yorğan döşək üzlərini, 1 qutusunun qiyməti 50 manat olan 350 manat dəyərində 7 qutu də smalları, 1 ədəd 100 manat dəyərində dəri materialdan olan kişi gödəkçəsini, 1 ədəd 30 manat dəyərində kişi üçün qısaqol gödəkçəni, 1ədəd 150 manat dəyərində qadın paltosanı, 1 ədəd 6 manat dəyərində açıqqırmızı rəngli «AE7» yazıları olan qısaqol kişi köynəyini, 1 ədəd 6 manat dəyərində narıncı rəngli qısaqol kişi köynəyini, 1 ədəd 10 manat dəyərində boz rəngli zolaqlı uzunqol kişi köynəyini, 1 ədəd 10 manat dəyərində açıq göy rəngli, üzərində düz qara xətlər olan uzunqol kişi köynəyini gizli olaraq talayıb zərərçəkmiş şəxs Azər Həsənova ümumilikdə 3632 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilərək Məhkum törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cin ayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökm ündən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2022-ci il tarixli, 1(103)-805/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin Məhkum barəsində olan 22 fevral 2022-ci il tarixli hökmü ləğv edilmiş və iş üzrə yeni ittiham hökmü çıxarılmışdır. Məhkum təqsirli bilinib məhkum edildiyi oğurluq epizodu ilə yanaşı, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında, 24 aprel 2020-ci il tarixdə saat 01 radələrində, zərərçəkmiş şəxs X3 məxsus olan ünvan 2 ünvanında olan evindən törətdiyi və ümumilikdə 3.632 manat dəyərində maddi ziyan vurmaqla törədilmiş oğurluq epizodu üzrə təqsirli bilinmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 23 iyun 2020-ci il tarixdən 25 iyun 2020-ci il tarixədək və 11 yanvar 2021-ci il tarixdən 12 yanvar 2021-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 03 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla cəzasının başlanğıcı 13 yanvar 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanıİmışdır.
8. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şik ayətinin dəlilləri, şikayətə qarşı etirazlar
9. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ittiham aktında qeyd olunanlar barədə istintaq keçirilməmiş, iş materilları üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmadan, işin faktiki hallarına uyğun olmayan qərəzli, ədalətsiz qərar qəbul edimişdir. Bundan başqa, o, qeyd etmişdir ki, məhkəmə tərəfindən ona cəza təyin edilərkən onun ailəsinin həyat şəraiti, İİİ qrup əlil olmasını, himayəsində İİİ qrup əlil atasının və qaraciyər xəstəliyindən əziyyət çəkən anasının olmasını, yaxın qohumlarının Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmalarını, səmimi peşmançılığını və əməlini qismən etiraf etməsi yüngülləşdirici hal kim nəzərə alınmamışdır. 10.Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2022-ci il tarixli, 1(103)-805/2022 nömrəli qərarının ləğv edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 1(003)-6/2022 nömrəli hökmünün qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər 12.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 13.Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin h alları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 14.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 15.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416- cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallardan (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 16.Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olması mübahisələndirilmiş, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. 17.Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM -nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-805/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir 18.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ə dalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilm əsinə dair” 17 mart 2011- ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). 19.Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 20.Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azər baycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 21.Cəzanın məqsədini təsvir edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
22. İstinad edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
23. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəza təyin edi lməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi hüquq normalarına uyğundur. Belə ki, apellyasiya instansiyası məhkəməsi cəza təyin edərkən məhkumun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin cəzanın mövcud olan yüngülləşdirici hallarını, cəzanı ağırlaşdıran hal kimi əməlində cinayətlərin residivinin olmasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir. 24.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim edilməsi və müvafiq surətdə müdafiəsini qurması üçün bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiyası məhkəməsinin hökmünü dəyişdirmiş və cinayət işinin hallarına uyğun ədalətli qərar qəbul etm işdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 25.Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-805/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 29 aprel 2022-ci il tarixli, 1(103)-805/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.