Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1433/2024 16.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2023-cü il tarixli 1(105)-471/2023 nömrəli qərarından Məhkum t ərəfindən verilmiş kassasiya şikayəti üzrə cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(060)-93/2023 nömrəli hökmü ilə (X3) xx.xx.1967-ci ildə Ağdaş rayonu, Güvəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi təqsirli bilinməsi və 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, hökmün icrası Məhkum yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılması, cəza çəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesabl anması, üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması hökm edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(060)-93/2023 nömrəli hökmündən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədovdan ibarət tərkibdə) 31 avqust 2023-cü il tarixli 1(105)-471/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(060)-93/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Şahid1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləməsi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun qardaşı oğlu Zərərçəkmiş şəxs İİ qrup əlillik təqaüdünü bərpa edəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində 27 aprel 2022-ci il tarixində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən daş bazarı yaxınlığındakı dayanacağın qarşısında Şahid1 məxsus "Opel Astra” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs verdiyi 3000 manat pulu və 29 aprel 2022-ci il tarixdə isə həmin ünvanda Şahid1 məxsus "Opel Astra” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs, Şahid1 vasitəsi ilə verdiyi 2300 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda - 5300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsasl andırmışdır ki, istintaq orqanı ona qarşı ittiham verərkən zərərçəkmiş kimi tanıdığı Zərərçəkmiş şəxs ifadəsinə və onun dayısı Şahid1 ifadəsinə istinad etmiş, lakin ona 5300 manat məbləğində pulun verilməsi işdə hər hansı bir sübutla öz təsdiqini tapmamışdır. Əksinə məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində cəlb qlunaraq dindirilmiş Sadıq Rəhimov onun zərərçəkmiş Zərərçəkmiş şəxs 3000 manat aldığını bildirmiş və hətta söhbət əsnasında Şahid3 ondan 3000 manat aldığı pula görə möhlət istədiyini, lakin Zərərçəkmiş şəxs bu məsələdə yollara çoxlu xərcinin çıxdığını və buna görə də ondan həmin pulun 2 qatını, yəni 6000 manat alacaqlarını ona bildirdiyini göstərmişdir. Bir neçə ay ərzində onunla zərərçəkmiş və onun dayısı arasında telefon və votsap yazışmaları olmuş, lakin zərərçəkmiş şəxs ona 5300 manat pul verməsinə dair onun etirafı barədə hər hansı bir səs yazısını belə təqdim edə bilməmişdir. O hətta Şahid3la aparılan üzləşmə zamanı guya 2022-ci ilin yayında onunla görüşən vaxt artıq onun ona 3000 manat pulu verməyi səbəbindən ona 2000 manat borcunun qalması barədə bildirdiyini göstərmiş və bu məhkəmə prosesinin elektron səs yazısında da əksini tapmışdır. Halbuki bu şəxslər yayda görüşmüş, lakin 2000 manat məbləğində pul 2022-ci ilin payızında (sentyabr ayında) zərərçəkmişin dediyi hesaba köçürülmüşdür. Lakin məhkəmə bu halı da nəzərə almamış və bu xüsusatı zərərçəkmişin yalanını ifşa edən bir hal kimi qiymətləndirməmişdir. Göründüyü kimi, onun zərərçəkmişə 3000 manat pul borcunun olmasını təsdiqləyən mötəbər sübut şahidin ifadəsidir. Çünki o da v erilmiş pulun 3000 manat olduğunu və bu məbləğin zərərçəkmiş tərəfindən təsdiq olunduğunu bildirmiş və bu pul əvəzində onun 2 qatı məbləğdə pul tələb etməsinin hansı səbəblərdən qaynaqlanmasına da aydınlıq gətirmişdir. Lakin məhkəmə onunla zərərçəkmiş arasında yaranmış bu ziddiyyətlərə aydınlıq gətirən bu şahidin ifadəsini də inandırıcı ifadə kimi qəbul etməmiş, yalnız Şahid1 və zərərçəkmişin ifadəsini əsaslı hesab etmişdir. Məhkum kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2023-cü il tarixli 1(105)-471/2023 nömrəli qərarının ləğv edilməsini və işə yenidən apelyasiya qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üz rə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkuma təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həm in Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş halla ra əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum əməlinin tövsifini və barəsində olan apellyasiya instansiya məhkəməsinin qərarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.6, 416.1.11-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitus iyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qa nununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 20 11-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya müraciəti ilə müraciət etmiş tərəfə münasibətdə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Kassasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış əməlin tövsifini mübahisələndirərək həmin qərarın ləğv edilməsini xahiş edtmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143.1 -ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutl arın mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1 -ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxsl ərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxu d da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 36-cı bəndində məhkəmələrə izah olunmuşdur ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 178.2.4-cü maddəsi ilə təqsirli olması zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmədə elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokolları ilə öz əksini tapdığından, onun təqsirsiz olmasına əsas verən sübutlar olmadığından məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya instansiyası məhkəməsi məhkumun əməlinin tövsifi və təyin edilmiş cəzanın növü və həddi ilə bağlı məhkəmələrin mövqeyi ilə razılaşır və kassasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas tapmır. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, Məhkum CM-in 178.3.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2023-cü il tarixli 1(10 5)-471/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2023-cü il tarixli 1(105)-471/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(060)-93/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2023-cü il tarixli 1(105)-471/ 2023 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1433/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1433/2024
16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver