Məhkəmə qərarları › İş №1(102)-1433/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1433/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1433/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 2025-ci il 11 fevral tarixli, 1(103)-473/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakim X3 qızını (sədrlik edən), X11 və X4 ibarət tərkibdə) xx.xx.2024-cü i il tarixli, 1(101)-2027/2024 nömrəli hökmü ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, fərdi evdə yaşaymış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tu tulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 12 mart 2024-cü il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmin hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X7 və X9 ibarət tərkibdə) 2025-ci il 11 fevral tarixli, 1(103)-473/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixot rop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi - 9,421 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla 12 mart 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Pirallahı-Qala şossesinin kənarında yerləşən "Qala Park” la paralel, yəni yolun əks istiqamətinə kimi daşımış, həmin gün orada saat 18:30-da Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 19:40-da Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axta rış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi - 9,421 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin 1 ədəd bükümdə Məhkum aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkum özünü təqsirli bilməmişdir. Belə ki, Məhkum məhkəmə istintaqında ifadəsində o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Pirallahı Qala şossesinin yaxınlığında Xəzər RPİ-nin 1-ci polis şöbəsinin polis əməkdaşları tərəfindən tutulmuş və şöbəyə gətirərək döyülmüş, cibinə psixotrop vasitə olan metamfetamin qoyularaq şərlənmişdir. Çünki, heç vaxt narkotik vasi tə və ya psixotrop maddə qəbul etməmişdir. İbtidai istintaqda qanı yoxlanmış və narkotik vasitə qəbul etmədiyi məlum olmuşdur. İbtidai istintaq zamanı video çəkilişdən əvvəl işgəncəyə məruz qalmış, işgəncəyə dözə bilmədiyindən, polisin tələbini yerinə yetirmiş və ona verilmiş metamfetaminin ona məxsus olduğunu çəkilişdə bildirmişdir. Məhkum tutulmasının səbəbi kimi dindar olmasını göstərmişdir. Məhkum məhkəmə istintaqında ifadə verərkən 11 mart 2024-cü il tarixdə bir neçə şəxsin (mülki paltarda) ona yaxınlaşdığını və “Ateesin” ünvanını soruşduğunu bildirmişdir. Bir gün sonra əməliyyat axtarış tədbiri keçirilməklə Ağahüseynov tutulmuşdur. Təqsirləndirilən şəxsin ifadəsindən görünür ki, polis əməkdaşları tərəfindən güdmə axtarış tədbiri həyata keçirilmişdir. Cinayət işi materiallarında əməli yyat axtarış tədbirinin həyata keçirilməsinə dair sənədlərdə güdmə tədbiri ilə bağlı məlumat əlavə edilməmişdir. Belə olan halda əməliyyat qeydiyyat işinin öyrənilməsi zərurəti yaranmış və bu səbəbdən 04 noyabr 2024-cü il tarixdə Məhkəməyə tərəfindən əməliyyat qeydiyyat işinin məhkəməyə gətirilməsi və öyrənilməsinə dair şifahi vəsatət verilmişdir. Lakin əsassız olaraq vəsatət təmin edilməmişdir. Bundan başqa Məhkum ifadəsində bildirmişdir ki, 13 mart 2024-cü il tarixdə və sonrakı tarixlərdə heç bir sənədə imza etməmişdir. Belə ki, 13 mart 2024-cü il tarixli müdafiəçinin təyin edilməsi haqqında ərizə (səh 43), 13 mart 2024-cü il tarixli müdafiəçinin təqdim edilməsi barədə protokol (səh 44), 13 mart 2024-cü il tarixli cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların proses iştir akçılarına bildirilməsi haqqında protokol (səh 45), 13 mart 2024-cü il tarixli şübhəli şəxsi dindirmə protokolu (səh 46), 14 mart 2024-cü il tarixli müdafiəçinin təqdim edilməsi barədə protokol (səh 50), 14 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş (səh 53), 14 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsə ittiham elan edilməsi, hüquq və vəzifələrin izah edilməsi barədə bildiriş vermə, təqsirləndirilən şəxs kimi cəlb etmə qərarının surətinin təqdim edilməsi haqqında protokol (səh 54), 14 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında bildiriş (səh 56), 14 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolu (səh 57), ekspertiza qərarı ilə təqsirləndirilən şəxsi tanış etmə haqqında protokolu (səh 61), 04 iyul 2024-cü il tarixli ekspertiza rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında protokol (səh 108), 04 iyul 2024-cü il tarixdə ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçinə məlumat verilməsi barədə protokol (səh 109), təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə protokolda (səh 110) olan imzalar Məhkum məxsus deyil. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 11 fevral tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhk əmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 11 fevral tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan m əhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etm ir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 -ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şika yətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kolle giyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyasının ən aşağı həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiya sı hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü i il tarixli, 1(101)-2027/2024 nömrəli hökmü ilə Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 11 fevral tarixli, 1(103)-473/2025 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar