Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1434/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi),Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxsin hüquqi varisi X2, onun nümayəndəsi X7 və müdafiəçi-vəkil Müdafiəçi iştirakları ilə, Quba Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məh kum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2019-cu il tarixli qərarından müdafiəçi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il hökmü ilə (hakim: X8) Məhkum- 23.07.1980-ci ildə Quba rayonu Qırmızı Sloboda qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda yaşamış Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 14 noyabr 2016-cı ildə, saat 19:15 radələrində «X16» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək etibarnamə olmadan idarə etdiyi Miller markalı, **** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan Man TGX18.360 yük markalı, ***** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhəd yolunun Quba rayonu ərazisindən keçən 155-ci kilometrində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunu etməyib, qarşıdan əks istiqamətdə hərəkətdə olan X3 idarə etdiyi “VAZ-2109” minik markalı, ***** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağına qarşı-qarşıya toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ-2109” minik markalı avtomobilin sürücüsü Ə6 ölümünə səbəb olan gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, sol göz almasının göz yuvasından travmatik çıxığı, burunun ucunun yumşaq toxumalarının əzilib dağılması, burun sümüklərinin açıq çoxqəlpəli sınığı, üst və alt çənə sümüklərinin qəlpəli sınığı, alt çənənin sol tərəfdən əzilmiş-cırılmış yarası, sağ bazu sümüyünün boynunun qapalı sınığı, başın yumşaq toxumalarının al t səthində sol alın-gicgah-təpə-ənsə nahiyəsində geniş qansızma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, hər tərəfdən qabırğaların çoxlu qapalı sınıqları, sol ağciyərin toxumasının cırılıb dağılması və sol ağciyərin toxumasına qansızma kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməsinə, habelə Miller markalı, **** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan Man TGX18.360 yük markalı, **** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək, sahibi X6 11530 (on bir min beş yüz otuz) manat, “VAZ-2109” minik markalı, *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək, sahibi X4 4204 (dörd min iki yüz dörd) manat maddi ziyan vurmasına səbəb olmuşdur. Hökmdən Məhkum müdafiəçisi X14 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: V.C.Cəfərov (sədrlik edən və məruzəçi), N.R.Mövsümov və R.O.Əsgərovadan ibarət tərkibdə) 24 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2019-cu il tarixli qərarından müdafiəçi-vəkil Müdafiəçi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək bildirmişdir ki, birinci instansiya və apellyasiya məhkəmələri təqsirləndirilən şəxs Məhkum bir-birindən fərqli üç ifadə verməsinə istinad edərək qanunsuz qərar qəbul etmişdir. Məhkum bütün ifadələrində sürət həddi və qarşısına çıxan avtomobilin görmə məsafəsini “təxmini sözlərlə” qeyd etdiyindən burada hər hansı 3 fərqli ifadədən söhbət gedə bilməz. Yəni, təqsirləndirilən şəxsin gözləri ara-məsafəni ölçən “cihaz” deyil ki, havanın qaranlıq vaxtında sürət və görmə həddini təxmini və ya dəqiq müəyyən etsin. Eyni zamanda təqsirləndirlən şəxsin hər hansı verdiyi ifadəni təkzib edəcək heç bir mötəbər sübut və xüsusatlarlar mövcud olmamışdır. Həmçinin nə ibtidai, nədə məhkəmə istintaqı zamanı “VAZ” markalı avtomobilin onun hərəkət zolağına daxil olması ilə toqquşmanın baş verməsi vaxt ilə bağlı suallar verilməmişdir. Bu cür hadisənin mexanizmini ilk dəfə təqsirləndirilən şəxs sonuncu ifadəsində göstərmişdir. Eyni zamanda Məhkum qarşıdan gələn “VAZ” markalı avtomaşını n hansı məsafədən sonuncunun hərəkət zolağına daxil olmasıda müəyyən edilməmişdir. Məhkəmə hadisə yerinə baxış keçirərək həqiqi mexanizmi müəyyən edə bilərdi. Keçrilmiş məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizalarına dair ekspert qarşısında qoyulmuş suallara heç bir münasibət bildirmədən ibtidai istintaqdakı mövqeyini müdafiə edərək Məhkum texniki imkanın olduğu barədə qərəzli rəylər vermişdir. Ekspert rəylərinin əsaslandırıcı və nəticəvi hissəsində kifayət qədər ziddiyətlər olmasına baxmayaraq, məhkəmə buna dair münasibət bildirməmişdir. M6 öz hərəkət zolağı ilə düzünə hərəkət edən zaman orta dərəcə sərxoşluq vəziyyətində olan “VAZ” markalı avtomaşının sürücüsü qəflətən sola manevr edərək onun avtomaşını ilə toqquşması işin faktiki hallarına uyğundur. Bu səbəbdən də, işin faktiki hal ları obyektiv və hər tərəfli araşdırılmadan, maddihüquq norması düzgün tətbiq edilmədən ədalətsiz qərar qəbul edilmişdir. Göstərilənlər nəzərə alınmaqla, Azərbaycan Respublikası CPM-nin 92 və 267.1-ci maddələrinin tələblərinə və işin hallarına uyğun olaraq iş üzrə əlavə məhkəmə Yolnəqliyyat hadisələri ekspertizası keçirilməklə təqdim edilmiş suallara cavab verilməklə ədalətli qərar qəbul edilməsinə nail olmaq olardı. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən, hüquqlarını müdafiə etdiyi şəxs təqsirsiz hesab edilməklə barəsində bəraət hökmü çıxarılmalıdır. Qeyd olunanlara əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2019-cu il tarixli qərarının ləğv edilərək işin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi r. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi- vəkil Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisinin, onun nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı nəticələrə gəlmişdir. Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməs i təqsirləndirilən şəxs Məhkum bir-birindən fərqli üç ifadə verməsinə istinad edərək qanunsuz qərar qəbul etmişdir. Məhkum bütün ifadələrində sürət həddi və qarşısına çıxan avtomobilin görmə məsafəsini “təxmini sözlərlə” qeyd etdiyindən burada hər hansı 3 fərqli ifadədən söhbət gedə bilməz. Yəni, təqsirləndirilən şəxsin gözləri araməsafəni ölçən “çihaz” deyil ki, havanın qaranlıq vaxtdında sürət və görmə həddini təxmini və ya dəqiq müəyyən etsin. Eyni zamanda təqsirləndirlən şəxsin hər hansı verdiyi ifadəni təkzib edəcək heç bir mötəbər sübut və xüsusatlarlar mövcud olmamışdır. Həmçinin nə ibtidai, nədə məhkəmə istintaqı zamanı “VAZ” markalı avtomobilin onun hərəkət zolağına daxil olması ilə toqquşmanın baş verməsi vaxt ilə bağlı suallar verilməmişdir. “VAZ” markalı avtomaşının hansı məsaf ədən Man TGX18.360 yük markalı avtomobilin hərəkət zolağına daxil olması müəyyən edilməmişdir. Məhkəmə hadisə yerinə baxış keçirərək həqiqi mexanizmi müəyyən edə bilərdi. Keçrilmiş məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizalarına dair ekspert qarşısında qoyulmuş suallara heç bir münasibət bildirmədən ibtidai istintaqdakı mövqeyini müdafiə edərək Məhkum texniki imkanın olduğu barədə qərəzli rəylər vermişdir. Ekspert rəylərinin əsaslandırıcı və nəticəvi hissəsində kifayət qədər ziddiyətlər olmasına baxmayaraq, məhkəmə buna dair münasibət bildirməmişdir. Mircəfərov öz hərəkət zolağı ilə düzünə hərəkət edən zaman orta dərəcə sərxoşluq vəziyyətində olan “VAZ” markalı avtomaşının sürücüsü qəflətən sola manevr edərək onun avtomaşını ilə toqquşması işin faktiki hallarına uyğundur. Bu səbəbdən də, işin faktiki halları obyektiv və hər tərəfli araşdırılmadan maddi- hüquq norması düzgün tətbiq edilmədən ədalətsiz qərar qəbul edilmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Məhkum hadisə zamanı təhlükə yaranan anda avtomobillər arasındakı məsafə barədə təxmini olaraq 60 metr, 30 metr kimi müxtəlif rəqəmlər göstərmiş, eləcə də qarşıdan gələn VAZ markalı avtomobilin surəti barədə də müxtəlif rəqəmlər söyləmişdir. Aparılmış məhkəmə yol nəqliyyat ekspertizaları zamanı, tədqiqatlar avtomobillərin toqquşma yeri və toqquşma zamanı onların qarşılıqlı vəziyyətləri, eləcə də VAZ markalı avtomobilin sürəti barədə Məhkum ifadələrində göstərdiyi bütün rəqəmlər, VAZ markalı avtomobilin sola istiqamətlənərək Man TGX18.360 yük markalı avtomobilin hərkət zolağın dan toqquşma yerinə qədər qət edə biləcəyi ən qısa zaman ölçüləri nəzərə alınmaqla aparılmışdır. Yəni hadisədən əvvəl VAZ markalı avtomobilin sola manevr edərək öz yolundan Man TGX18.360 yük markalı avtomobilin hərkət zolağında təhlükə yaratdığı andan toqquşma baş verən anadək keçən ən qısa zaman, həmin zaman kəsiyində Man TGX18.360 yük markalı avtomobilin mümkün olan dayanma məsafəsi və buna nisbətən faktiki qət etdiy məsafə aşkar edilmişdir. Nəhayət, sonuncu ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, VAZ markalı avtomobil saatda 80 km, 85 km, 100 km və 120 km sürətlə hərəkət etdiyi zaman toqquşma yerinədək sərf etdiyi zaman 3,56, 3 59, 3,65, 3,74 saniyə ərzində saatda 60 KM sürətlə gedən Man TGX18.360 yük markalı avtomobil 59,3; 59,8; 60,8 və 62,5 metr məsafə qət etmişdir ki, bunlar da o nun dayanma məsafəsi olan 57,4 metrdən böyükdür. Başqa sözlə Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərkətlərində “X16” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinə uyğunsuzluq olmuşdur. Cinayət işi üzrə dörd dəfə aparılmış yol nəqliyyat ekspertizaları zamanı müdafiə tərəfinin irəli sürdüyü versiyalar yoxlanmış və bütün ekspertiza rəylərində Man TGX18.360 yük markalı avtomobilin sürücüsü Məhkum yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının olduğu, onu hərəkətlərində “X16” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 24 aprel 2019-cu il tarixli qərarını qanuni və əsaslı hesab edərək kassasiya şikayətinin təmin olunmaması nəticəsinə gəlir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L İ R: Məhkum müdafiəçi-vəkil Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2019-cu il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1434/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1434/2019
26.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver