Məhkəmə qərarları › İş №1(102)-1435/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1435/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1435/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Qasımov Feyzulla Sabir oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi F.S.Qasımov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü ilə (hakimlər İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1981-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olan, heç yerdə işləməyən, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib satmaq məqsədi ilə məlum olmayan özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş “Məhəmməd” adlı şəxslə əlbir olub cina yət əlaqəsinə girərək, 30 iyul 2021-ci il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən istifadəsində olan “Samsung” markalı mobil telefonun “votsap” proqramından istifadə edib «Məhəmməd» adlı şəxslə əlaqə yaradaraq, sonuncunun kart hesabına “MilliÖn” aparatı vasitəsi ilə 120 manat pul ödədikdən sonra saat 16 radələrində Ünvan 3 üvanında yerləşən “İnqilab” kinoteatrının yaxınlığına gedərək, orada yolun kənarında əkilmiş ağacın dibindəki otluq sahədə “Məhəmməd” adlı şəxs tərəfindən gizlədilmiş külli miqdarda - təmiz çəkisi 5,088 qram təşkil edən narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra üzərində saxlayaraq daşımış, 31 iyul 2021-ci il tarixdə saat 03:20 radələrində Binəqədi rayon Polis idarəsi 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ünvan 3 ünvanında yerləşən “Mələk” şadlıq sarayının yaxınlığında saxlanılaraq, Binəqədi RPİ 4-cü Polis şöbəsinə gətirilmiş və saat 05:00-da şöbənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş külli miqdarda təmiz çəkisi 5,088 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi F.S.Qasımov tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə edlmiş əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseyn Cavid Vaiqf oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 13 may 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və ona edilmiş əlavə qismən təmin edilərək Məhkum barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü apellyasiya müraciiətlərinə əsasən dəyişdirilmiş, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi əməli həmin maddələrdən CM-nin 234.1-ci maddəsinə tövsif edilərək ona bu maddə əsasında 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı Z.A.Ramazanov kassasiya protesti, müdafiəçi F.S.Qasımov isə kassasiya şikayəti verərək: - dövlət ittihamçısı həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin e dilməsi haqqında qərarın qəbul edilməsini; - müdafiəçi isə qərarın ləğv edilməsi və Məhkum təqsirliliyi sübuta yetirilməməsi əsası ilə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlaruıın qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021 -ci il tarixli Qərarlarına istinad edən və törədilmiş cinayətin subyektiv cəhətinə aid olan işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı Z.A.Ramazanov kassasiya protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında cinayət işinin materiallarında olan, biri digəri ilə ayrılmaz surətdə bağlı olan və iş üçün əhəmiyyətli sayılan sənədləri bütün sübutların məcmusu ilə müqayisəli izrbklz təhlil etməyərək Məhkum cinayət əməlinə düzgün hüquqi qiymət verməmiş, nəticədə sonuncunun əməlini CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif etməklə düzgün nəticəyə gəlməmişdir. Eyni zamanda dövlət ittihamçısı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa və həmin qanunla təsdiq edilmiş İ siyahıya əsaslanaraq qeyd etmişdir ki, Məhkum onda aşkar edilmiş narkotik vasitə heroinin bu vasitənin külli miqdarından iki dəfədən çox olması da məhkum edilmiş şəxsin həmin vasitəni məhz satış məqsədilə əldə edərək üzərində saxlamasına və daşımasına dəlalət edir. Dövlət ittihamçısınsy fikrincə, apellyasiya instansyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi həmçinin bir sübutun digərindən üstün olmasını də kifayət qədər əsaslandırmamış, Məhkum özünü müdafiə xarakterli ifadələrinə isə tənqidi yanaşmamışdır. Daha sonra kassasiya protestinin müəllifi hesab edir ki, Məhkum elan olunm uş ittiham üzrə cinayət əməlini törətməsi, yəni onun satış məqsədilə narkotik vasitəni əldə edərək saxlaması və daşıması iş üzrə toplanmış sübutlarla tam təsdiq edilir və onun belə məqsəd izləməsi hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, narkotik vasitə və psixotrop maddənin hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz ona görə ki, Məhkum narkotik vasitəni satacağı şəxsi sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması üçün sifarişə uyğun olaraq narkotik vasitə heroinin külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Bununla yanaşı məhkəmə Məhkum törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini də nəzərdən qaçırmış, onun tərəfindən törədilmiş cinay ətin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini öz qərarında lazımi şəkildə əsaslandırmamışdır. Kassasiya protestində istinad etdiyi dəlillərə əsasən dövlət ittihamçsı Z.A.Ramazanov onun həmin protestinin təmin edilməsini xahiş edir. Müdafiəçi F.S.Qasımov da cinayət və cinayət-prosessual qanunvericilikləri normalarına, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respubltikasının Qanununa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Rlenumunun bəzi qərarlarına istinad edərək kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum barəsində əməliyyat-axtarış tədbiri qanunvericiliyin tələblərinə uyğun aparılmamış, bu zaman onun müdafiə hüququ da kobud şəkildə pozulmuş, müdafiəçinin iştirakı olmadan onun üzərində axtarış keçirilmiş, bu tədbirin keçirilməsi haqqında qərar və onun əsasında toplanmış sübutların qanuniliyi isə məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə olan halda isə, əməliyyat-axtarış tədbirinin keçirilməsi nəticəsində əldə olunmuş sübutlar da qanunsuz və yolverilməz olmuş və Məhkum həmn yolverilməz, CPM-nin 125, 144-146cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməmiş sübutlar əsasında qanunsuz olaraq məhkum olunmuşdur. Müdafiəçinin fikrincə, Məhkum barəsində əməliyyat tədbirlərinin aparılması üçün mütləq məhkəmə qərarı alınmalı idi ki, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanı tərəfindən belə qərar alınmamışdır. Daha sonra, müdafiəçi iş üzrə toplanmış sübu tlara istinadən qeyd edir ki, Məhkum üzərində axtarış o, dərhal şübhəli şəxs qismində tutulduqdan sonra deyil, bundan bir neçə saat sonra keçirilmiş və bu müddət ərzində onun harada saxlanılması məlum deyil, ornun üzərində axtarışın müdafiəçinin iştirakı olmadan aparılması isə məhkum olunmuş şəxsin müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə isə, Məhkumin üzərində müdafiəçinin iştirakı olmadan axtarış aparılmasını şübhəli şəxsin müdafiə hüqunun pozulması deyil və bunu məhkəmə qanunvericilikdə axtarış və götürmənin həyata keçirilməsi zamanı müdafiəçinin iştirakının məcburi hal kimi nəzərdə tutmaması ilə izah edir. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi F.S.Qasımov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasi ya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi F.S.Qasımovun rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında səd rlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestinin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və məhkumun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edlmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Müdafiəçi F.S.Qasımov isə kassasiya şikayətində iş üzrə topl anmış sübutların CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsini, Məhkum barəsində yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini, bunun da nəticəsində hüquqlarını müdafiə etdiyi şəxsin qanunsuz və əsassız olaraq məhkum olunmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli və cinayət işi üzrə icraata xitam verilməli olması barədə kassasiya tələbini CPM-nin 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində müəyyən edilmiş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququ na malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı Z.A.Ramazanovun kassasiya protestini və müdafiəçi F.S.Qasımovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış v ə kassasiya qaydasında mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apel lyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məh kəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət ver ilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitu siya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız tör ətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin təl əblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmal ıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə və ona edilmiş əlavəyə məhkəmə istintaqı aparmadan baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi qərarında ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtər əfli və obyektiv araşdırılmış sübutları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin iş üzrə gəldikləri nəticədən fərqli olaraq həmin qərarında Məhkum ona elan olunmuş ittiham üzrə cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etməsi barədə qənaətə gəlmiş, lakin araşdırılmış sübutlara əsasən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsini, yaxud da narkotik vasitəni satmasını müəyyən etməyərək onun həmin əməlini CM-nin 234.1-ci maddəsinə tövsif etmişdir. Eyni zamanda məhkəmə araşdırılmış sübutların Məhkum həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Əvvəla, yalnız ehimal xarakteri daşıyan kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum satış məqsədi olmadan narkotik vasitə olan 5,088 qram çəkidə olan heroini qanunsuz olaraq əldə etməsinə, daşımasına və saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsinin iş üzr ə gəldiyi nəticənin əksinə olaraq isə, dövlət ittihamçısı hesab edir ki, Məhkum əldə edərək üzərində gəzdirdiyi və daşıdığı narkotik vasitənin həmin vasitə üçün müəyyən edilmiş külli miqdarından iki dəfədən çox olmuşdur ki, bu hal da məhkum olunmuş şəxsin ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsinə dəlalət edir. Lakin, iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təhlili Məhkum üzərində aşkar edilərək götürülmüş narkoik vasitənin yalnız miqdarına görə sonuncu tərəfindən həmin narkotik vasitənin satış məqsədilə əldə edilməsi, daşıması və saxlaması barədə fikir yürütmək üçün əsas vermir, bunu təsdiq edən başqa sübutları isə ibtidai araşdırma orqanı məhkəmələrə təqdim etməmiş, dö vlət ittihamçısı da öz kassasiya protestində belə mötəbər və təkzib edilməz sübutlara istinad etməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası araşdırılmış sübutların bir qisminə hazırki qərarda da müraciət etməyi zərur bilir. Belə ki, cinayət təqibinin bütün mərhələlərində, o cümlədən işə birinci instansiya məhkəməsində baxılarkən Məhkum ona qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ardııcıl olaraq göstərmişdir ki, o, bədənində ağrılar olduğu üçün təxminən il yarımdır ki, narkotik vasitələrdən istifadə edir və həmin vasitələri tanımadığı şəxslərdən alır. 30 iyul 2021-ci il tarixdə o, sosial şəbəkə vasitəsilə tanış olduğu, narkotik vasitələrin satışı ilə məşğul olan və özünü İran İslam Respublikasının vətəndaşı Məhəmməd kimi tə qdim etmiş şəxslə telefon vasitəsilə əlaqə yaradaraq ona narkotik vasitə almaq istədiyini bildirmiş, sonuncu da bunun üçün “Milli On” ödəniş sistemi vasitəli ilə onun bank kartına 120 manat məbləğində pul köçürməsini və bunun müqabilində onun dediyi yerdən istədiyi miqdarda – 5 qram miqdarında heroin götürə biləcəyini demişdir. O, bu məbləğdə pulu Məhəmmədin kartına köçürdükdən sonra həmin gün saat 17 radələrində narkotik vasitəni sonuncunun dediyi yerdən – 7-ci mikrorayonun ərazisində yerləşən “İstanbul” klinikasının yanından götürmüş, səhəri gün isə rayona getməyi planlaşdırmışdır. Məhkəmə iclasında Məhkum 31 iyul 2021-ci il tarixdə saat 17 radələrində metronun “Azadlıq” stansiyasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmasını bildirsə də, ibtidai araşdırmanın bütün dövrü ə rzində göstərmişdir ki, o, 31 iyul 2021-ci il tarixdə saat 03.20 radələrində Azadlıq prospektində yerləşən “Mələk” şadlıq sarayının yaxınlığında olarkən polis əmkdaşları tərəfindən saxlanılmış və Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsinə aparılaraq orada onun üzərində axtarış aparılmış, bu zaman o, cibindəki təxminən 5 qram çəkidə olan heroini polis işçilərinə təqdim etmişdir. Bütün ifadələrində Məhkum qeyd etmişdir ki, həmin narkotik vasitəni o, öz şəxsi istifadəsi üçün əldə etmiş, bu miqdarda heroin onun həftəlik norması olmuş, göstərilən narkotik vasitəni satmaq məqsədində olmamış və bunun üçün heç bir hərəkət etməmişdir. Məhkəmələr Məhkum saxlanılma yeri və vaxtı ilə bağlı onun ibtidai araşdırma zamanı verdiyi ifadələri daha mötəbər və digər sübutlarla uzlaşan ifadələr kimi qiymətləndirmiş və haqlı olaraq qəbul etdikləri yekun məhkəmə aktlarının əsası məhz həmin ifadələri kimi qəbul etmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, hər birisi ayrı-ayrılıqda göstərmişlər ki, 31 iyul 2021-ci il tarixdə Məhkum Binəqədi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Məhkum müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmış və bunun üçün əməliyyat qrupu yaradılmışdır. 2021-ci il iyul ayının 30-dan 31-nə keçən gecə əməliyyat qrupunun üzvl əri Binəqədi rayonunu Azadlıq prospektində yerləşən “Mələk” şadlıq sarayının ətrafına getmiş, təxminən saat 03:20 radələrində həmin sarayın qarşısında onlar alınmış məlumatda göstərilən Məhkum əlamətlərinə oxşar şəxsi görüb həmin şəxsi saxlamışlar. Saxlanılan şəxs özünü Məhkum kimi təqdim etdikdən sonra onlar sonuncuya qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı saxlanıldığını izah edərək onu Binəqədi RPİ-nin 4-cü Polis bölməsinə aparmış, orada təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş və o, vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra şöbədə təhqiqatçının xidməti otağında Məhkum öz razılığı ilə müdafiəçisinin iştirakı olmadan onların iştirakları ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və bu zama n Məhkum əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli selofanda olan bükülünü təqdim edərək, həmin bükümdə “kakos” adlanan narkotik maddə heroin olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim etmiş Məhəmməd adlı şəxsin dediyi Binəqədi rayonu 7-ci mikrorayon ərazisindən götürdüyünü və şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra Məhkum əynində olan göy rəngli cins şalvarın cibindən “Samsung” markalı mobil telefonunu da təqdim etmişdir. Sonra onun şəxsi axtarışı keçirilmiş, lakin üzərində başqa qanunsuz əşyalar aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən aşkar edilmiş narkotik vasitə və Məhkum məxsus “Samsung” markalı mobil telefon ayrı-ayrı kağız zərflərə qablaşdırılıb götürülmüşdür. Əm əliyyat müvəkkili Şahid1 31 iyul 2021-ci il tarixli raportundan və bu raport əsasında onun tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan da görünür ki, polis bölməsinə daxil olmuş əməliyyat məlumatı yalnız Məhkum qanunsuz olaraq narkotik vasitə heroini gəzdirməsi, istifadə etməsi və saxlaması barədə olmuş, bu məlumatda sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması və ya narkotik vasitəni satış məqsədilə əldə etməsi isə göstərilməmişdir. Həm adı çəkilən polis əməkdaşı, həm də Şahid2 öz ifadələrində Məhkum narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına, yaxud da onun üzərində aşkar edilərək götürülmüş narkotik vasitəni satmaq niyyətində olmasına dair hər hansı məlumatın olmasını bildirməmiş, bununla bağlı ibtidai araşdırma orqanına heç bir sübut təqdim etməmişlər. Məhkum narkotik vasitələrdən istifadə etməsi və bu səbəbdən də narkomaniya xəstəliyindən əzab çəkməsi isə məhkəmə-narkolojı ekspertizasının 27 avqust 2021-ci il tarixli 3105 saylı rəyi ilə təsdiq olunur. Həmin rəyə görə, Məhkum opioidlərin birgə qəbulu nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və müayinə olunan şəxsin ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin rəsi vəzifəsini müvəqqəti icra edən Xun 27 avqust 2021-ci il tarixli 0 60-10366-1221 saylı məktubundan görünür ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının əməliyyat yolu ilə yoxlanılmasına dair əməliyyat tapşırığının icrası ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində hər hansı müsbət nəticə əldə etmək mümkün olmamışdır. Göründüyü kimi, Məhkum qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi haqda ibtidai araşdırma oraqının və birinci instansiya məhkəməsinin gəldikləri nəticə yalnız mülahizələrə söykənmiş, toplanmış və araşdırılmış hər hansı sübutla təsdiq olunmur və bu nəticə apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı yoxlanılaraq araşdırılmış mötəbər sübutların məcmusu ilə təkzib edilmşdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında bütün bu sübutlar ətraflı təsvir olunmuş və məhkəmə bununla kifayətlənməyərək hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəklində qiymətləndirərək Məhkum onun yalnız CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlaması və daşımasının tam sübuta yetirilməsini hesab etmiş, onun bu əməli satış məqsədilə törətməsinə dair isə heç bir sübut əldə olunmamışdır. Kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegyiası onu da vurğulamağı lazım bilir ki, Məhkum narkotik vasitənin satışını təşkil etməsi də cinayət işinin materialları ilə öz təsdiqini tapmır, onun üzərində aşkar olunmuş narkotik vasitənin külli miqdarda olması isə məhkumun heç də həmin vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Digər tərəfdən, iş materiallarının təhliili göstərir ki, Məhkum onda aşkar edilrərək götürülmüş heroini nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunula sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə kassasiya protestinin dəlilləri də heç bir sübuta istinad edilmədən irəli sürülmüş və bu dəlillər də yalnız ehtimal xarakteri daşıyır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Məhkum kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilibyetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilm əsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qəra rlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Hazırki cinayət işinin materiallarından göründüyü kimi, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasında cinyət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmələri üçün bərabər şərait və imkanlar yaratmış və cinayət işinə baxarkən yalnız ittiham tərəfinin təqdim etdiyi sübutları araşdırmış, lakin bu araşdırmaların nəticəsi olaraq Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsif ilə bağlı fərqli qənaətə gəlmişlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mö vcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Hazırki cinayət işi üzrə törədilmiş əməlin predmeti olan narkotik vas itənin külli miqdarda olması əsası ilə Məhkum qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələrlə ittiham irəli sürülsə də, iş üzrə ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsasən iş baxılması üçün məhkəməyə göndərilərkən ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin göstərilən maddələrlə təqsirli bilinməsi üçün sübut kimi sonuncunun ifadələri ilə yanaşı şahidlərin ifadələri, axtarış və götürmə haqqında protokol, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri təqdim olunmuş, işə həm birinci, həm də apellyasya instansyası məhkəməsində baxılarkən isə dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmələrə ittihamın təsdiq olunmasına dəlalət edən heç bir əlavə sübut təqdim etməmiş və buna görə də məhkəmələr yalnız təqdim olunmuş sübutların araşdırılması, təhlili və onların qiymətləndirilməsi ilə kifayətlənmişlər. Buna görə məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əməl etməklə bütün şübhələri onun xeyrinə həll etmişdir. Belə ki, təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin I-III hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Ş əxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edili r ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsində (CM-nin 234.4.1-ci maddəsi ilə birlikdə) nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddələrdə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, CM-nin 234.4-cü maddəsinin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkred göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onları müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin v ə ya psixotrop maddələrin satışını həyata keçirməlidir;dir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından ası lı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh veri lməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik va sitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi, Məhkum əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitələrin dövriyyəsi ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi (narkotik vasitənin qanunsuz olaraq əldə etməsi və üstündə daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, məhkumun ona istinad edilən əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsd iq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlinin predmeti olan narkotik vasitədən – heroindən istifadə etməsi və onun əldə edilməsi zamanı müəyyən risklərlə üzləşə biləcəyinə görə bu vasitəni bir dəfəyə külli miqdarda əldə edib saxlaması da ağlabatan görünür. Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham isə yalnız narkotik vasitənin külli miqdarda olmasına və özünün etirafedici ifadələri ilə yanaşı onun üzərində axtarışın və götürmənin aparılmasında iştirak etmiş şəxslərin ifadələrinə əsaslanır ki, bu ifadələrin məzmunundan da Məhkum üzərində aşkar edilmiş narkotik vasitəni məhz satış məqəsədi ilə əldə edərək saxlaması və daşıması görünmür, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar isə əldə edilməmişdir. Məhz əldə olunmuş və araşdırıl mış bütün sübutların fonunda apellyasiya instansiyası məhkəməsi Məhkum istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətin olmasının təsdiq edilməsi ilə (narkotik vasitəsini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai araşdırma orqanının və birinci instansiyası məhkəməsinin gəldikləri nəticə ilə razılaşmamış, məhkum olunmuş şəxs tərəfindən yalnız narkotik vasitəni əldə edib saxlaması və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə də əsaslı olaraq sonuncunun həmin əməlini CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini mümkün bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum əməlinin CM-nin 234.1-ci ma ddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əməl etmişdir. Belə ki, CPM-nin 349.5-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmənin hökmü (apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qərarı-m.k.) əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə isə, məhkəmənin ittiham hökmü (həmin hökmün apellyasiya qaydasında yoxlanılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qəra rı-m.k) ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Görü ndüyü kimi, apellyasiya instansiyası məhkəməsi həm də bu normaların tələblərindən çıxış edib işin faktiki hallarına (araşdırımış sübutlara) əsaslanaraq Məhkum narkotik vasitələri məhz satış məqsədilə əldə edərək saxlamasını və daşımasını müəyyən etmədiyindən ehtimal xarakterli qərar qəbul etməkdən imtina edib bütün şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edərək onun cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya protesti ilə ehtiva olunan CPM-nin 416.1.2 və 416.1.15 maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Məhkəmə kollegiyası müdafiəçi F.S.Qasımovun məzmununa görə apell yasiya şikayəti ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlilləinə cavab verilməsi üçün də həm cinayət işi üzrə müəyyən edilmiş faktiki hallara, həm də qanunvericiliyin tələblərinə istinad etməyi zəruri bilir. Əvvəla, iş materiallarından görünür ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 31 iyul 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etdikdən sonra həmin qərar və onun əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və kassasiya şikayətinin dəlillərinin əksinə olaraq, birinci instansiya məhkəməsi təkcə qərarın deyil, eyni zamanda təqdim olunmuş materialların da qanuniliyini yoxlayaraq göstərilən qərarın qanuna uyğun olması haq qında 31 iyul 2021-ci il tarixli qərar qəbul etmişdir. Bu zaman məhkəmə həm qanunvericiliyin tələblərinə, həm “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında, həm də müdafiəçinin kassasiya şikayətində istinad etdiyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyə əməl etmiş, yəni ona təqdim olunmuş qərarla yanaşı onun əsasında aparılmış əməliyyat-axtarış tədbirlərinin və istintaq hərəkətinin qanuna uyğun olub-olmamasını da yoxlamışdır. Bunda başqa, toplanmış sübutlara əsasən, Məhkum 31 iyul 2021-ci il tarixdə saxlanılaraq Binəqəd RPİ-nin 4-cü Polis bölməsinə gətirildikdən s onra ona öz hüquqlarının müdafiə olunması üçün müdafiəçi seçmək imkanı yaradılmış, bunun üçün ona Polis bölməsinin ərazisində fəaliyyət göstərən 11 saylı Vəkil Bürosunun vəkillərindən vəkil seçmək təklif olunmuş, o, da bu təklifə uyğun olaraq onun hüquqlarının həmin Vəkil bürosunun vəkili X9 oğlu tərəfindən müdafiə olunmasını xahiş etmiş, buna görə də təhqiqatçı tərəfindən vəkilin dəvət edilməsi haqqında 31 iyul 2021-ci il tarixli qərar qəbul edilərək həmin qərar icra olunması üçün dərhal göstərilən vəkil qurumuna göndərilmişdir. Bundan sonra, müdafiəçi X9 Məhkum təqdim olunmuş və sonuncu saxlanıldıqdan cəmisi bir saat sonra, yəni 31 iyul 2021-ci il tarixdə saat 04.20-də özünün seçdiyi müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, bu haqda da müvafiq prosessual sənədlər (qəra r və protokol) tərtib edilmiş, həmçinin şübhəli şəxsə onun CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 5 və 6-cı maddələrində təsbit edilmiş hüquqları izah edilmişdir. Daha sonra, təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərində axtarış və götürmənin aparılması haqqında qərar qəbul edilmiş, Məhkum həmin qərarla tanış olduqdan sonra istintaq hərəkətinin müdafiəçinin iştirak olmadan keçirilməsinə etiraz etməməsi barədə ərizə ilə Polis bölməsnin rəisinə müraciət etmiş və şübhəli şəxs qismində tutulduqdan, kassasiya şikayətində göstərildiyi kimi, bir neçə saat sonra deyil, cəmis qırx dəqiqədən sonra, yəni saat 05.00-dən 05.20-dək onun üzərində axtarış və götürmə aparılmışdır ki, məhkəmə k ollegiyası da ümumiyyətlə yuxarıda göstərilən bütün hərəkətlərin ağlabatan olan bu müddətlərdə edilməsində heç bir qanun pozuntusunun baş verməsini görmür. Məhkum üzərinə şəxsi axtarışın və götürmənin aparılması haqqında 31 iyul 2021-ci il tarixli protokoluna görə, həmin istintaq hərəkəti aparılarkən Məhkum təhqiqatçının təklifinə əsasən könüllü olaraq əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofanda bükümü çıxararaq masanın üzərinə qoymuş və həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim edilmiş bir ədəd şəffaf selofan bükülü kağız zərfə qablaşdırılaraq DİN-in zərflər üçün nəzərdə tutulmuş 173 nömrəli möhürü ilə möhürlənmişdir. Bu tədbir videoçəkiliş aparılmaqla keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 01 avqust 2021-ci il tarixli şəxsi axtarışın videogörüntüsünə baxış protokolundan görünür ki, Məhkum üzərində keçirilmiş şəxsi axtarışda Binəqədi RPİ-nin ekspert kriminalisti, polis mayoru Məmmədov Vüsal Əflatun oğlu, Binəqədi RPİ 4-cü Polis şöbəsinin əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid1 və Şahid2 iştirak etmişlər. Təhqiqatçı tərəfindən Məhkum paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edildikdən sonra, o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş və izolasiya lenti ilə bağlanmış üzərində “6K” sözləri yazılmış bükülünü təqdim edərək, həmin bükülüdəki maddənin narkotik maddə "kakos” olduğunu və İran İslam Respublikasının vətəndaşı olan Məhəmməd kimi tanıdığı şəxsin dediyi Binəqədi rayonu, 7-ci mikrorayonun ərazisindən götürdüyünü və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirir. Daha sonra Məhkum əynində olan göy rəngli cins şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefonunu təqdim edir. Bundan sonra təhqiqatçı tərəfindən bir ədəd bükülüdəki qəhvəyi rəngli toz şəklində heroinə bənzər kütlə və Məhkum məxsus “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən ayrı-ayrı kağız zərflərə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 173 saylı möhürü ilə möhürlənir və hər bir iştirakçı, o cümlədən Məhkum tərəfindən imzalanır. Şərh edilən istintaq hərəkətinin q anunsuz olması və onun aparılması zamanı Məhkum müdafiə hüququnun pozulması barədə kassasiya şikayətinin dəlilinə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CPM-nin 90.11.2-ci maddəsində şübhəli şəxsin vəzifələrindən biri kmi onun tutularkən baxışa və şəxsi axtarışa məruz qalması təsbit edilmişdir və CPM-nin 207.4-cü maddəsinin mənasına görə, bu vəzifənin yerinə yetirilməsi, yəni şübhəli şəxsin şəxsi axtarışı cinayət işi başlanana qədər də həyata keçirilə bilər. Kassasiya şikayətinin müəllifi Məhkum şəxsi axtarışının məhkəmənn qərarı olmadan qanunsuz aparılmasını iddia etsə də, məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən, şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə onun üzərində şəxsi axtarış məhkəməni n qərarı alınmadan aparıla bilər. Eyni zamanda 244.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Bu normanın tələbindən belə nəticə hasil olur ki, şübhəli şəxsin üzərində axtarışın aparılmasında müdafiəçinin iştirakı onun vəzifəsi yox, hüququdur və həmin istintaq hərəkəti onun iştirakı olmadan da aparıla bilər. CPM-nin 148.2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstə ntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər: 148.2.1. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; 148.2.2. zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; 148.2.3. şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda. CPM-nin 153.2.2-ci maddəsinə əsasən, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları tutulmuş şəxsi təxirə salınmadan polis və ya di gər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, bunu protokollaşdırmalı və şübhəli şəxsi tutulma protokolu ilə tanış etməlidilər. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində, qanunvericili yin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarş və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və ya digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra da həyata keçirilə bilər. Buna qədər şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə onun üzərində baxış və ya axtarış kimi istintaq hərəkətinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyin istər şərh olunan, istərsə də digər normalarında nəzərdə tutulmamışdır, lakin məhkəmə kollegiyasının fikrincə, şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqlarının təmin eilməsi mütləqdir, çünki bu tələb CPM-nin 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Belə ki, qeyd olunan maddələrə görə, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir və o, şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya onun barəsində həbs qətimkan tədbiri seçilərkən müdafiəçinin iştirakı təmin olunmalıdır. (CPM-nin 152.8-ci madddəsində nəzərdə tutulmuş hal istisna edilməklə). Digər tərəfdən, CPM-nin 244.2-ci maddəsinin tələblərindən görünür ki, müdafiəçinin şəxs i axtarış və götürmədə iştirak etməsi onun vəzifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən göstərilən istintaq hərəkətinin aparılması barədə xəbərdar edilsin və sonuncu həmin istintaq hərəkətinin aparılmasında iştirak etmək arzusunu bildirsin. Qanunun bu normasının tələbləri həmçinin belə nəticəyə gəlmək üçün əsas verir ki, ümumi şəkildə təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq şəkildə müdafiəçinin həmin istintaq hərəkətinin aparılmasında iştrakını təmin etmək vəzifəsi daşımır, lakin şübhəli və ya təqsirləndirilən şəxs artıq müdafiəçiyə malik olduqda (məsələn, bağlanmış müqaviləyə əsasən, yaxud da tutulması zamanı ona müdafiəçi təyin edild ikdə) müstəntiqin və təhqiqatçının borcudur ki, bundan sonra bütün istintaq hərəkətlərinin, o cümlədən axtarışın (şəxsi axtarışın) və götürmənin aparılması barədə müdafiəçini xəbərdar edərək onun cinayət prosesində iştirakını təmin etsin. Belə hallarda müdafiəçinin göstərilən istintaq hərəkətinin aparılmasında iştirak etməkdən imtina etmək hüququ isə yoxdur. Məsəlyə bu cür hüquqi mövqedən həmçinin “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da yanaşmışdır. Həmin Qərara görə, CPM-nin 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəx sin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçiəsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edibetməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-nin 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri n əzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda CPM-nin imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə (artıq təyin edilmiş və ya müqavilə əsasında prosesə buraxılmış – m.k.) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-nin 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, (müdafiəçi-m.k.) bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir. Məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bilir ki, Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarına görə də, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Bununla yanaşı qeyd olunmalıdır ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilmə si istisna edilməmişdir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarı). Qanunvericiliyin normalarına yuxarıda göstərlən qaydada verilmiş təfsirdən və Konstitusya Məhkəməsi Plenumunun hüququ mövqeyindən çıxış edərək məhkəmə kollegiyası Məhkum 31 iyul 2021-ci il tarixdə saxlanılarkən onun üzərində özünün ərizəsinə əsasən müdafiəçinin iştirakı olmadan, lakin videoçəkiliş aparılmaqla axtarışın aparılmasında, müdafiəçinin polis idarəsində bu haqda tərtib olunmuş protokolu imzalanmasında şübhəli şəxsin müdafiə hüququnun pozulması halını görmür. Bütün şərh olunanlardan belə nəticə hasil olur ki, qanunverici axtarış və götürmənin həyata keçirilməsi zamanı müdafiəçinin iştirakını məcburi hal kimi nəzərdə tutmamış və Məhkum özü də müvafiq istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan aparılmasına etiraz etməmişdir ki, bu hal şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum tutulması və üzərində axtarışın aparılması zamanı təhqiqat orqanı tərəfindən qanunvericiliyin tələblərinin və eyni zamanda məhkum olunmuş şəxsin müdafiə hüququnun pozulmasına yol verilməmiş, buna görə də həmin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və istintaq hərəkətlərinin aparılması nəticəsində əldə olunmuş sübutlar CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı əsasl a yolverilməz hesab edilə bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qərar qəbul edərkən yolverilməz sübutlardan istifadə etmədiyindən, nəticə etibarı ilə isə həmin məhkəmə tərəfindən CPMnin 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyindn həmin qərar qanuni və əsaslı, müdafiəçi F.S.Qasımovun kassasiya şikayətinin dəlilləri isə qəbul edilməz hesab edilməlidir. Kassasiya protestində və kassasiya şikayətində Məhkum barəsində seçilmiş cəza tədbirinin qanunvericiliyin tələblərinə uyğun olmaması mübahisələndirilməsə də, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin kassasiya müraciətlərinin dəlillərindən asılı olmayaraq bu məsələni də yoxlamış və müəyyən etmişdir ki, apellyasiya instan siyası məhkəməsi Məhkum CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edərkən, CM-nin 8, 41, 58, 59, 61 və 65-ci maddəllərinin tələblərinə riayət edərək onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları - məhkumun himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ilk dəfə məhkum olunmasını, CM-nin 234.1-ci maddəsi ilə öz təqsirini etiraf edərək səmimi peşman olmasını və eyni zamanda iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almışdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi F.S.Qasımovun, kassasiya protestinin təmin edilməsi və kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti və kassasiya protesti təmin edilməməklə Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti və kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar